Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5864/2020 02.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh1 Cavabdeh Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər X2, Cavabdeh1 və Cavabdeh2 qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X2, Cavabdeh1 və Cavabdeh2 qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hər birindən ayrı-ayrılıqda 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər iddiaçının övladlarıdır, lakin onlar iddiaçıya baxmır, ona heç bir maddi yardım göstərmirlər. O, dəfələrlə cavabdehlərdən ona yardım göstərmələrini tələb etsə də, əhəmiyyət verməmişlər. Cavabdehlər bir valideyn kimi iddiaçının qayğısına qalmamışlar. İddiaçının heç bir qazanc və gəliri yoxdur, iş qabiliyyəti olmadığından maddi tələbatlarını ödəmək qabiliyyətinə malik deyil. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək, iddia tələbini qismən qəbul etdiyini, hər ay 50 manat aliment ödəməyə razı olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək, iddia tələbini qismən qəbul etdiyini, hər ay 30 manat aliment ödəməyə razı olduğunu bildirdi. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qeydiyyat ünvanına bildiriş göndərilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Lakin xx.xx.2020-ci ildə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, iddia tələbinin ona münasibətdə rədd edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan tibbi sənədlərdən və arayışlardan görünür ki, İddiaçı 2-ci tip şəkərli diabetdən və digər xəstəliklərdən əziyyət çəkir, daimi müalicəyə ehtiyacı vardır. İş materiallarına elektron məlumat bazasından əlavə edilmiş məlumatlardan görünür ki, İddiaçı hər ay 130 manat müavinət alır. Cavabdeh2 taksi fəaliyyəti ilə məşğuldur, Cavabdeh1 QİÇS-lə mübarizə mərkəzində tibb bacısı işləyir və aylıq əmək haqqı 531.20 manat təşkil edir. Digər cavabdeh X2 isə 2-ci qrup əlilliyə görə 130 manat müavinət alır. Azərbaycan Respubliksı Ailə Məcəlləsinin: -82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. -82.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. -82.3-cü maddəsinə əsasən övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. -82.4-cü maddəsinə əsasən alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iddiaçının maddi təminatının, tibbi və digər xərclərin səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, cavabdehlərin ərizələrini və onların maddi vəziyyətini, ailə vəziyyətini və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə almaqla, İddiaçı saxlanılması üçün cavabdehlər X1 hər ay 30 manat, Cavabdeh1 hər ay 50 manat və Cavabdeh2 hər ay 30 manat olmaqla, cəmi 110 manat sabit pul məbləğində alimentin müəyyən edilməsini iddiaçının mənafeyinə uyğun hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər X1 hər ay 30 manat, Cavabdeh1 hər ay 50 manat və Cavabdeh2 hər ay 30 manat olmaqla, cəmi 110 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər X1 hər ay 30 (oituz) manat, Cavabdeh1 hər ay 50 (əlli) manat və Cavabdeh2 hər ay 30 (otuz) manat olmaqla, cəmi 110 (bir yüz on) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin hesablanması xx.xx.2020-ci il tarixdən başlanılsın. Qətnamə dərhal icra edilsin. Cavabdeh X1, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-5864/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5864/2020
02.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver