Məhkəmə qərarları › İş №2(001)-588/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-588/2023

31.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-588/2023 31.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 31 yanvar 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı (bundan sonra İddiaçı) Cavabdeh (bundan sonra Cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdə olan, adları aşağıdakı siyahıda göstərilən ona aid əşyaların cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir: - 1 ədəd çarpayı - 2 ədəd siyirməli kamod - 4 ədəd yastıq - 3 ədəd yorğan - 1 ədəd matras - 2 ədəd kostyum - 5 ədəd cins şalvar - 10 ədəd ziyafət geyimi - 15 cüt ayaqqabı - 10 ədəd mayka - 100 ədəd altpaltarı - 5 ədəd üst geyimi - 1 ədəd palto - 60 ədəd ev dəstləri - 60 ədəd şalvar kofta - 1 ədəd saç feni - makyaj ləvazimatları - 4 ədəd pərdə - 10 ədəd xalça - 1 ədəd paltaryuyan - 120 parçalıq qab dəsti - 12 parçalıq boşqab dəsti - 10 ədəd qazan dəsti - 60 ədəd stəkan - 20 ədəd nəlbəki - 120 parçalıq səhər yeməyi dəsti - 5 ədəd güldan - çəngəl-bıçaq dəsti - 1 ədəd ocaq sobası - 1 ədəd blender - 1 ədəd mikser - 1 ədəd sokçəkən - 1 ədəd tozsoran - 1 ədəd mikrodalğalı soba - Uşağın 2 ədəd botinkası - Uşağın paltarları - Uşağın mebel dəsti - Uşağın çarpayısı - Uşağın stolu və kreslosu - Uşağın oyuncaqları – top, oyuncaq maşın, playstation - Uşaq otağının pərdəsi - Uşaq otağının dekoru - Uşağın 2 ədəd yorğanı - Uşağın 5 dəst pasteli - Uşağın qış və yay paltarları - Uşağın 10 ədəd ev dəsti - Uşağın 7 ədəd üst geyimi - Uşağın 50 ədəd şalvar və koftaları - Uşağın 10 ədəd botinkası - Uşağın 1 ədəd boks oyuncağı. İddiaçı ilə cavabdeh 25 sentyabr 2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 02 dekabr 2010-cu il təvəllüdlü X2 adlı bir yetkinlik yaşına çatmayan uşaqları vardır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli, 2(001)-4918/2018 saylı qətnaməsinə əsas, tərəflər arasındakı nikah pozulmuş, birgə nikahdan olan uşağın anasının yanında saxlanması qərara alınmışdır. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: Hazırki iddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında nikah pozulduqdan sonra İddiaçı uşağı ilə birlikdə yaşadıqları evdən getdiyindən, ona və uşağına aid əşyalar Cavabdehdə qalmışdır. İştirak etdiyi məhkəmə iclasında İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə etdiyini bildirib, izahatında göstərmişdir ki, sözügedən əşyaların hamısı Cavabdehin yaşadığı ünvandadır. Cavabdeh əşyaları verməmək üçün çoxunu özü aldığını, qalanını isə İddiaçının apardığını bildirir. Məhkəmə iclasında Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etmədiyini bildirərək, izahatında göstərdi ki, iddia ərizəsində əşyaların siyahısı iddiaçı tərəfindən şişirdilmişdir. Tərəflər arasındakı nikah 2018-ci ildə pozulmuş, iddiaçı evi tərk edərkən özü ilə birlikdə cehiz əşyalarını da aparılmışdır. Lakin, bir müddət sonra münasibətləri faktiki olaraq bərpa olunmuş, yenidən birgə yaşamışlar. Həmin vaxtadək cavabdeh özü evə bir sıra yeni əşya almış, bunlardan bəzilərinin zəmanət talonu mövcuddur və məhkəməyə təqdim edilmişdir. İddiaçı isə cavabdeh tərəfindən alınmış əşyaların adlarını da öz şəxsi əşyası kimi iddia tələbində göstərmişdir. Müvəqqəti təminat tədbiri barədə məhkəmə qərardadının icrası zamanı cavabdehin yaşadığı ünvana baxış keçirilmiş, lakin iddia ərizəsində göstərilən əşyalar orada aşkar edilməmişdir. ünvan 1 ünvanına baxış zamanı isə iddiaçı özü iştirak etməmiş, hansı əşyaları istədiyini konkret göstərməmişdir. Sonda Vəkil2 məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın rədd edilməsini xahiş etdi. Tədqiq edilən sübutlar: Tərəflər arasında nikahın pozulması, birgə nikahdan olan uşağın anasının yanında saxlanması mülki iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli, 2(001)-4918/2018 saylı qətnaməsi ilə müəyyən edilmişdir. Hazırki iddia tələbinə mahiyyəti üzrə baxılıb qurtanadək, İddiaçının ərizəsi əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli, 16(001)-4/2023 saylı qərardadına əsasən, hazırki iddia ərizəsində adları göstərilən əşyaların üzərinə həbs qoyulması qərara alınmış, qərardad icra edilməsi üçün Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə göndərilmişdir. İcra Şöbəsindən məhkəməyə ünvanlandırılmış 16 yanvar 2023-cü il tarixli məktubdan və ona qoşma edilmiş aktdan görünür ki, ünvan 1 ünvanında: - 1 ədəd çarpayı - 2 ədəd siyirməli kamod - 4 ədəd yastıq - 2 ədəd yorğan - 1 ədəd matras - 2 ədəd kostyum - 5 ədəd cins şalvar - 2 ədəd ziyafət geyimi - 10 cüt ayaqqabı - 5 ədəd üst geyimi - 1 ədəd palto - 1 ədəd saç feni - makyaj ləvazimatları - 4 ədəd xalça - 1 ədəd paltaryuyan - 12 parçalıq boşqab dəsti - 6 ədəd qazan dəsti - 12 ədəd stəkan - 6 ədəd nəlbəki - 5 ədəd güldan - 1 ədəd blender - 1 ədəd mikser - 2 ədə uşaq botinkası - 1 ədəd uşaq mebel dəsti - 1 ədəd uşaq çarpayısı - Uşağın stolu və kreslosu - Uşağın oyuncaqları –oyuncaq maşın, playstation - Uşağın 2 dəst pasteli - Uşağın 1 ədəd boks oyuncağı aşkar edilərək, üzərilərinə həbs qoyulmuşdur. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş 3 ədəd zəmanət talonundan görünür ki, Cavabdeh 06 may 2021-ci il tarixdə “Baku Electronics” mağazasından 1 ədəd, dəyəri 1899 manat olan soyuducu, 1 ədəd, dəyəri 649 manat olan mikrodalğalı soba, 30 oktyabr 2021-ci il tarixdə 1 ədəd, dəyəri 119 manat olan saç feni, 1 ədəd, dəyəri 389 manat olan tozsoran almışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 31.1-ci maddəsinə əsasən, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. - 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). - 34.2-ci maddəsinə əsasən, ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. - 36.6-cı maddəsinə əsasən, yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci madəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 255.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yenə həmin Məcəllənin 217.4cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşin faktiki halları ilə müəyyən edilir ki, iddia ərizəsində 50 adda əşya göstərilsə də, icra məmuru tərəfindən həmin əşyalardan yalnız 29 adda olanəşyaların cavabdehdə olduğu müəyyən edilmiş, siyahıya alınaraq üzərilərinə həbs qoyulmuşdur. Digər, yəni İcra Şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş aktda adları göstərilməyən əşyaların cavabdehdə olmasını təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 10 yanvar 2023-cü il tarixli aktda adları və sayları göstərilən əşyalar cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Həmçinin, nəzərə alınmalıdır ki, adları çəkilən əşyalardan bir hissəsi cehiz əşyaları, bir hissəsi iddiaçının istifadəsində olmuş geyim əşyaları, bir hissəsi isə tərəflərin birdə nikahından olan, hazırda məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən anasının, yəni iddiaçının yanında saxlanan uşağa məxsus əşyalardır. Ailə Məcəlləsinin yuxarıda sadalanan maddələrinin tələbləri baxımından, həmin əşyaların iddiaçıya verilməsi əsaslıdır. Məhkəmə cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş zəmanət talonlarına münasibətdə qeyd edir ki, cavabdehin nümayəndəsi bu talonları təqdim etməklə orada göstərilən əşyaların məhz cavabdeh tərəfindən alındığını, cehiz əmlak olmadığını bildirmişdir. Həmin talonlar araşdırılarkən müəyyən edilmişdir ki, orada adları çəkilən 4 əşyadan yalnız saç feni 10 yanvar 2023-cü il tarixli Aktda öz əksini tapmış, iddia həmin 4 adda əşyadan yalnız saç feninə münasibətdə əsaslı hesab edilmişdir. Bu zaman məhkəmə cavabdehin nümayəndəsinin izahatında göstərilənlərə istinadən, tərəflərin nikah pozulduqdan sonra münasibətlərini bərpa edərək, yenidən birlikdə yaşamalarını nəzərə almışdır. İddia qismən təmin edildiyindən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun 35 manat hissəsi, habelə, mediasiya xərci kimi iddiaçı tərəfindən ödənilmiş 50 manatın 35 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. ünvan 1 ünvanında olan: - 1 ədəd çarpayı - 2 ədəd siyirməli kamod - 4 ədəd yastıq - 2 ədəd yorğan - 1 ədəd matras - 2 ədəd kostyum - 5 ədəd cins şalvar - 2 ədəd ziyafət geyimi - 10 cüt ayaqqabı - 5 ədəd üst geyimi - 1 ədəd palto - 1 ədəd saç feni - makyaj ləvazimatları - 4 ədəd xalça - 1 ədəd paltaryuyan - 12 parçalıq boşqab dəsti - 6 ədəd qazan dəsti - 12 ədəd stəkan - 6 ədəd nəlbəki - 5 ədəd güldan - 1 ədəd blender - 1 ədəd mikser - 2 ədə uşaq botinkası - 1 ədəd uşaq mebel dəsti - 1 ədəd uşaq çarpayısı - Uşağın stolu və kreslosu - Uşağın oyuncaqları –oyuncaq maşın, playstation - Uşağın 2 dəst pasteli - Uşağın 1 ədəd boks oyuncağı Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 35 manat, mediasiya xərci kimi 35 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar