Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5896/2021 16.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı təyin olunan alimentin dəyişdirilməsinə və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı təyin olunan alimentin dəyişdirilməsinə və sair tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, tərəflərin nikahı Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2813\2011 saylı 08.06.2011-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, tərəflərin birgə nikahlarından olan 17.02.2010-cu il təvəllüdlü X2 üçün hər ay cavabdehin qazancının ¼ hissəsi miqdarında alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Cavabdehin işlədiyi müəssisə ləğv edildiyindən o, övladının saxlanması üçün 2021-ci ilin may ayından etibarən heç bir ödəniş etmir. Bu səbəbdən tərəflərin birgə nikahlarından olan uşağın saxlanması üçün təyin olunan alimentin miqdarının dəyişdirilməsi zərurəti yaranmışdır. İddiaçı hazırkı iş üzrə ona göstərilən hüquqi xidmətə görə 14 saylı Vəkil bürosuna 200 manat ödəmişdir. Ona görə də, tərəflərin birgə nikahlarından olan 17.02.2010-cu il təvəllüdlü X2 üçün təyin olunan alimentin müəyyən olunmuş miqdarını dəyişərək 2021-ci ilin may ayından hesablanmaqla 17.02.2010-cu il təvəllüdlü X2 üçün hər ay 175 manat sabit pul məbləğində alimentin, iddiaçının hüquqi xidmətlərə görə ödədiyi 200 manatın Cavabdeh İddiaçı xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək onunla bağlanan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən xitam verildiyindən 19.04.2021-ci il tarixdən tutduğu vəzifədən azad edilməsini, hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 Alt Sistemində işsiz kimi qeydiyyata alınmasını, Əmək müqaviləsinə ƏM 70-ci maddəsinin “a” bəndi ilə xitam verildiyindən müssisə tərəfindən ona hesablanan orta aylıq əmək haqqının iki misli miqdarında işdən çıxarma müavinətinin ¼ hissəsi 2021-ci ilin may-iyun ayları üçün aliment kimi müəssisə tərəfindən iddiaçının bank hesabına köçürülməsini, 09.07.2021-ci il tarixdən etibarən 17.02.2010-cu il təvəllüdlü X2 üçün hər ay 175 manat aliment ödəməyə razı olmasını göstərib, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələbləri ilə bağlı münasibətlərini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə məruz qala bilməzlər. Uşaqlar valideynlərinin və ya onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məsuliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Nikahda və ya nikahdankənar doğulmasından asılı olmayaraq uşaqların valideynləri barəsində eyni hüquqları vardır. (Uşaq hüquqları haqqında Qanunun 5-6 mad.) Uşaq hüquqları bəyannaməsinin (BMT-nin Baş Assambleyasının 20.11.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin olunmalıdır. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən 29.05.2010-cu il tarixdə verilmiş AZ-İİ 453262 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 17.02.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1710 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası X6r. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08.06.2011-ci il tarixli 2(001)-2813/2011 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, iddia təmin edilərək, Cavabdeh ilə X8 arasında 14.03.2009-cu il tarixdə Binəqədi rayon qeydiyyat şöbəsində 226 sayla bağlanmış nikahın pozulması, Cavabdeh 17.02.2010-cu il təvəllüdlü X1 üçün hər ay qazancının ¼ hissəsi məbləğində alimentin X5 xeyrinə tutulması qət edilmişdir. Kapital Bank ASC-nin 24.06.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı 14 saylı Vəkil bürosunun hesabına 210 manat keçirmişdir. Məhkəmə qeyd edir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulmalıdır. (AM-nin 56.1.,75.1.,75.4-cü mad.) Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli Qərarına əsasən Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin Elşolts Almaniyaya qarşı iş üzrə 13 iyul 2000ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərinə görə Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər. Tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (§50). Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, tərəflərin hər birinin maddi vəziyətini, valideynlərin uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə malik olmalarını, alimentin məbləği barədə tərəflərin qarşılıqlı razılıqlarını, cavabdehin 09.07.2021-ci il tarixdən etibarən alimentin dəyişdirilməsinə razı olmasını nəzərə alıb hesab edir ki, 17.02.2010-cu il təvəllüdlü X2 üçün təyin olunan alimentin müəyyən olunmuş miqdarı dəyişərək 09.07.2021-ci il tarixdən hesablanmaqla hər ay 175 manat müəyyən edilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının ona göstərilən hüquqi xidmətə görə müqavilə azadlığı prinsipi əsasında ödədiyi istənilən məbləğdə xidmət haqqı, cavabdeh tərəfindən məhkəmə xərcləri kimi ödənilməli olmadığından iddia tələbləri göstərilən hüquqi xidmətə görə ödənilən məbləğin cavabdehdən tutulmasına dair hissədə də qismən, yəni 100 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08.06.2011-ci il tarixli 2(001)-2813/2011 saylı qətnaməsi ilə 17.02.2010-cu il təvəllüdlü X2 üçün Cavabdeh tutulan alimentin miqdarı artırılsın. 09.07.2021-ci il tarixdən hesablanmaqla 17.02.2010-cu il təvəllüdlü X2 üçün Cavabdeh hər ay 175 manat aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh dövlət rüsumuna görə 30 manat dövlət nəfinə tutulsun. Cavabdeh göstərilən hüquqi xidmətə görə 100 manat İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-5896/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5896/2021
16.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver