Məhkəmə qərarları › İş №2(001)-5942/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5942/2021

08.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5942/2021 08.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı qızıl dəstin, bu mümkün olmadığı halda onun dəyəri olan 3000 manatın tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı qızıl dəstin, bu mümkün olmadığı halda onun dəyəri olan 3000 manatın tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə 2019-cu ildə el adəti ilə ailə quraraq faktiki nikah münasibətlərində yaşamışdır. Cavabdehin qohumları 2017-ci ilin may ayında keçirilən nişan tədbirində ona briliyant qaşlı, itialyan qızılından, qiyməti 1200 manat olan nişan üzüyü hədiyyə etmişlər. Cavabdeh hərbi xidmətdə olduğundan onların toyu ləngimişdir. 05.02.2019-cu il tarixdə keçirilən qız toyunda cavabdehin anası, bacısı və bibisi ona dəyəri 3200 manat olan sırğa, üzük, sep, kulon, bilərzikdən ibarət, ağ qaşlı, 585 əyyarlı qızıldan hazırlanmış dəst hədiyyə etmişlər. O, cavabdehlə təxminən bir ilə yaxın yaşamış, ona məxsus qızıl əşyaları cavabdehlə yaşadıqları otaqda saxlanmışdır. Cavabdehin anası və bacısı onların ailə münasibətlərinə müdaxilə etdiyindən, 2020-ci ilin may ayında cavabdeh onu anasının evinə aparmış, bir müddət anasının evində yaşamasını bildirmişdir. O, evdən çıxarkən qızıl-zinət əşyalarını götürməmişdir. Sonradan münasibətləri bərpa olunmadığından o, cehiz əşyalarını cavabdehin evindən götürmüş, lakin həmin vaxt qızıl-zinət əşyaları yaşadığı otaqda aşkar olunmamışdır. O, qızıllarını tələb edərkən cavabdehin qohumları hədiyyə olunan qızılların ona düşmədiyini bildirmişlər. Sonradan cavabdeh ona hədiyyə olunan qzılların onda olmasını etiraf etmişdir. Mülki iş üzrə məhkəmə iclasında cavabdeh ona məxsus olan nişan üzüyünü ona qaytarmışdır. Bundan başqa cavabdeh qızıl dəstinin dəyərinin 3000 manat olmasını etiraf etmiş, o, da bu məbləğlə razılaşır. Ona görə də iddia tələblərini dəqiqləşdirərək ona məxsus çəkisi 28 qram olan sırğa, üzük, sep, kulon, bilərzikdən ibarət, ağ qaşlı, 585 əyarlı qızıldan hazırlanmış dəstin, bu mümkün olmadığı halda isə 3000 manatın Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil İddiaçı izahatını təsdiq etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, 2019-cu ildə İddiaçı ilə faktiki nikah münasibətlərinə daxil olmuşdur. Toy hədiyyəsi olaraq onun ailəsi tərəfindən İddiaçı brilyant qaşlı nişan üzüyü və sadə qaşılı, dəyəri 3000 manat olan sırğa, üzük, sep, kulon, bilərzikdən ibarət qızıl dəstini hədiyyə etmişlər. Münasibətləri pozulduğundan onlar ayrılmışlar. Dini nikaha daxil olarkən o, iddiaçıya nişan üzüyünü hədiyyə etməsini qeyd etdiyindən hesab edir ki, iddiaçıya, yalnız nişan üzüyünü qaytarmalıdır. Ona görə də iddiaçının tələb etdiyi nişan üzüyünü ona qaytarır. Qızıl dəstini o, iddiaçı mənzildən getdikdən sonra 1500 manata satmışdır. İddiaçının ondan tələb etdiyi qızıl dəstini və ya onun dəyərini iddiaçıya qaytarmaq istəmir. Ona görə də iddia ərizəsinin bu hissədə təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MM-nin 666.1.-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2.-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Həmin Məcəllənin 668.1.-ci maddəsinə əsasən bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.3. daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, faktiki nikah münasibətlərinə daxil olarkən iddiaçıya hədiyyə olunmuş dəyəri 3000 manat olan, sırğa, üzük, sep, kulon, bilərzikdən ibarət, ağ qaşlı, 28 qram 585 əyarlı qızıldan hazırlanmış dəstini iddiaçı yaşadığı mənzildən gedərkən götürməmiş, daha sonra həmin dəst cavabdeh tərəfindən götürülsə də, iddiaçıya qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1.-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2.-ci maddəsini mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4.-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Cavabdeh iddiaçıya hədiyyə olunan qızıl dəstini satmasını, həmin dəstin və ya onun dəyərini iddiaçıya qaytarmalı olmadığını bildirsə də, etirazında istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Məhkəmə tədqiq olunan sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçıya məxsus dəyəri 3000 manat olan, sırğa, üzük, sep, kulon, bilərzikdən ibarət, ağ qaşlı, 28 qram 585 əyarlı qızıldan hazırlanmış dəstin cavabdehdə olması öz təsdiqini tapdığından iddia ərizəsi təmin edilərək həmin dəst cavabdehdən alınaraq iddiaçıya qaytarılmalı, məhkəmə aktı icra olunarkən həmin qızıl dəsti aşkar olunmadığı halda isə onun dəyəri olan 3000 manat Cavabdeh alınaraq İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Dəyəri 3000 manat olan, sırğa, üzük, sep, kulon, bilərzikdən ibarət, ağ qaşlı, 28 qram 585 əyarlı qızıldan hazırlanmış dəst, icra vaxtı həmin əşyalar olmadığı halda isə onların dəyəri olan 3000 manat Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh dövlət rüsumuna görə 30 manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar