Məhkəmə qərarları › İş №2(001)-6000/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6000/2020

05.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6000/2020 05.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı birgə nikahlarından olan xx.xx.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat alimentin tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı birgə nikahlarından olan xx.xx.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat alimentin tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh ilə xx.xx.2004-cü ildə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X8 anadan olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilərək, tərəflər arasında xx.xx.2004-cü il tarixdə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2005-ci il təvəllüdlü X3 atası İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X5 isə anası Cavabdeh himayəsində saxlanılması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2186/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2839/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsinin xx.xx.2009-cu il təvəllüdlü X5 Cavabdeh himayəsində qalması hissəsində dəyişdirilməsi, xx.xx.2009-cu il təvəllüdlü X5 Cavabdeh himayəsində qalması və yetkinlik yaşına çatanadək onun saxlanılması məqsədilə xx.xx.2019-cu il tarixdən hesablanmaqla hər ay İddiaçı sabit pul məbləğində 100 manat tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İddiaçı 2018-ci ilin iyun ayından heç bir yerdə işləmir və qazanc yeri yoxdur, üstəlik himayəsində olan oğlu M.İddiaçı 2011-ci ildən mürəkkəb parsial simptomatik epilepsiya xəstəsidir və mütəmadi olaraq müalicəyə ehtiyacı vardır. İddiaçı oğlu M.İddiaçı hər 6 aydan bir İran Respublikasına müalicəyə aparmış, lakin son 2 il müddətində işləmədiyi və heç bir qazancı olmadığından müalicəyə apara bilmir. Bu isə uşağın xəstəliyinin ağırlaşmasına səbəb olur. Ona görə də Cavabdeh tərəflərin birgə nikahlarından olan xx.xx.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 200 manat məbləğində alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2839/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2004-cü il tarixdə bağlanmış və 305 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2005-ci il təvəllüdlü X3 atası İddiaçı, xx.xx.2009-cu il təvəllüdlü X5 isə anası Cavabdeh yanında qalması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2186/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2839/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsinin xx.xx.2009-cu il təvəllüdlü X5 Cavabdeh himayəsində qalması hissəsində dəyişdirilməsi, xx.xx.2009-cu il təvəllüdlü X5 Cavabdeh himayəsində qalması və yetkinlik yaşına çatanadək onun saxlanılması məqsədilə xx.xx.2019-cu il tarixdən hesablanmaqla hər ay İddiaçı sabit pul məbləğində 100 manat alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli AZ-İ № 789637 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X7 xx.xx.2005-ci il tarixdə Naxçıvan MR-da anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 26 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası İddiaçı, anası Cavabdehdır. X11 xx.xx.2011-ci il tarixli elektroensefaloqrafiyasından müəyyən olunur ki, X4 müayinə zamanı sağ təpə nahiyəsində 5-7 ocaqlı spayk-ləng dalğa kompleksləri aşkar olunmuş və ona anormal EEQ (ocaqlı epilektik fəaliyyət) diaqnozu qoyulmuşdur. X11 xx.xx.2014-cü il tarixli elektroensefaloqrafiyasından müəyyən olunur ki, xx.xx.2005-ci il təvəllüdlü X4 müayinə zamanı sağ təpə nahiyəsində çoxsaylı ocaqlı spayk-ləng dalğa kompleksləri aşkar olunmuş və ona anormal EEQ (ocaqlı epilektik fəaliyyət) diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti X2 və Tibbi Genetika kafedrasının reseptindən müəyyən olunur ki, mürəkkəb parsial simptomatik epilepsiya xəstəsi M.İsmayılovda xx.xx.2014-cü ildən xx.xx.2014-cü ilə qədər tutma aşkarlanmamış, ona Teqretol 200 mq, Epineks 250 mq dərman preparatlarını qəbul etmək, müalicəni fasiləsiz davam etdirmək və 10 gündən bir məlumat vermək tövsiyə olunmuşdur. Azərbaycan Dəmir Yolları QSC HSX-nin 2 saylı Bakı Dəmir Yol Poliklinikası Pediatriya şöbəsinin xx.xx.2014-cü il tarixli göndərişinin surətindən müəyyən olunur ki, X7 müayinə üçün 2 saylı Bakı D/Y Poliklinikası Pediatriya şöbəsindən 2 saylı Respublika Uşaq Nevroloji dispanserinə göndərilmişdir. Məhkəmə qeyd edir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulmalıdır. (AM-nin 56.1.,75.1.,75.4-cü mad.) Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1.-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2.-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3.-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3.-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin nikahları pozulduqdan sonra onların hər birinin yanında bir uşaq saxlanılmış, Cavabdeh az təminatlı valideyn olması müəyyən edilərək İddiaçı onun xeyrinə xx.xx.2009-cu il təvəllüdlü X1 üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdehin az təminatlı valideyn olması, iddiaçının isə himayəsində olan övladını saxlamaqla yanaşı, digər övladının da saxlanması üçün aliment ödəmək imkanın olması qanuni qüvvəsini alan məhkəmə aktı ilə müəyyən olunduğundan, iddiaçı cavabdehin gəlirlərinin dəyişməsi, artması barədə hər hansı bir sübutunu məhkəməyə təqdim etmədiyindən iddia tələbinin təmin edilməsi qeyri-mümkündür. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı birgə nikahlarından olan xx.xx.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat alimentin tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar