Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6030/2022 01.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X9 anadan olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-3914/2019 saylı qətnaməsi ilə Binəqədi rayon qeydiyyat şöbəsində xx.xx.2013-cü il tarixdə bağladıqları nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 onun yanında saxlanılması, Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2013-cü il il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Qətnamə çıxdıqdan bir ay sonra o, aliment tələbindən notarial qaydada təsdiq olunmuş ərizəsinə əsasən imtina etmişdir. Nikahları pozulduqdan sonra onlar barışaraq bir müddət bir yerdə yaşasalarda, sonradan yenidən ayrılmışlar. O, fərdi qaydada ev yığışdırmaqla işləyib cüzi qazanc əldə edir. Cavabdeh isə fərdi qaydada usta işləyir və kifayət qədər qazanca malik olsa da, övladlarının saxlanmasında iştirak etmir. Himayəsində olan X9 anadan gəlmə hidrosufaliya xəstəliyindən əziyyət çəkir, danışa bilmir. Uşaqlarının saxlanılması və müalicəsi ilə bağlı tələbatları artmış və o, bu tələbatı tək qarşılaya bilmir. Cavabdeh xəstə olmasını bildirsə də, əslində müalicə olunmur. Məhkəməyə təqdim etdiyi fotoşəkillərdən başqa cavabdehin gəlirləri barədə hər hansı bir sübutu yoxdur. Cavabdehin övladlarının saxlanması üçün aliment ödəməsindən imtina etsə də, hazırda alimentə ehtiyacı yaranmışdır. Ona görə də Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşağa görə 193 manat olmaqla cəmi 386 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, iddiaçı ilə birgə nikahlarından olan övladlarının saxlanmasından imtina etmir. İddiaçının məhkəməyə təqdim etdiyi fotoşəkillər 10 il əvvəl çəkilmişdir. İddiaçı alimet tələbi ilə bağlı məhkəməyə müraciət etdikdən sonra o, iddiaçı ilə ailə münasibətlərinin bərpa olunması üçün cəhdlər etmiş, iddiaçı və onun valideynləri ilə görüşmüş, iddiaçıdan aliment tələbinə dair ərizəsinin geri götürməsini, uşaqlarına özünün baxacağını, nə qədər istəyirsə aliment verəcəyini bildirsə də, nəticəsi olmamışdır. X4 artıq 4 ildir müalicə olunur, o da valideyin olaraq övladının müalicə xərclərində iştirak etmişdir. Uşağının müalicəsinə hər dəfə 300-500 manat vəsait sərf olunmuşdur. Hazırda o, müalicə olunduğundan, daimi gəliri, qazancı olmadığından iddiaçıya hər ay cəmi 200 manat aliment ödəyə bilər. Ona görə də iddia ərizəsinin qismən təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil Cavabdeh izahatını təsdiq edərək izahatında göstərmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi şəkillər sübut növü olaraq qiymətləndirilə bilməz. Belə ki, iddiaçı cavabdehin icazəsi olmadan həmin şəkilləri əldə etmişdir. Cavabdeh dəfələrlə iddiaçı ilə barışmağa cəhd etsə də, nəticəsi olmamışdır. Hazırda da cavabdeh iddiaçı ilə barışmaq istəyir. Cavabdeh övladlarının saxlanmasından imtina etmir, lakin özünün də müalicəyə ehtiyacı olduğundan, daimi iş yeri olmadığından hər ay hər bir uşağın saxlanması üçün 100 manat olmaqla cəmi hər ay 200 manat aliment ödəyə bilər. Ona görə də iddia ərizəsinin qismən təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. 1 saylı Bakı Asan xidmət mərkəzi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İİİ № 149207 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 xx.xx.2013-cü il tarixdə Xırdalan şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1784 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası X2r. 3 saylı Bakı Asan xidmət mərkəzi tərəfindən xx.xx.2017-cı il tarixdə verilmiş AZ-İV № 060200 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 7375 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası X2r. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-3914/2019 saylı qətnaməsindən müəyyən olunur ki, X7 ilə Cavabdeh arasında Binəqədi rayon qeydiyyat şöbəsində xx.xx.2013-cü il tarixdə 92 nömrə ilə akt qeydləri kitabında qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 anaları X1 yanında saxlanılması, Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2013-cü il il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq X3 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İ № 372064 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh və X7 arasında olan nikah ləğv olunmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixli 30 saylı qeyd edilmiş, nikah pozulduqdan sonra arvada Abasova soyadı verilmişdir. Elektron sistemin vergi məlumatından müəyyən olunur ki, Cavabdeh digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi istiqaməti üzrə fəaliyyətini müvəqqəti dayandırmış VÖEN statusuna malikdir. Neftçala rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 453 saylı sağlamlıq vəziyyətinin müəyyən edilməsi aktından müəyyən olunur ki, Cavabdeh uşaqlıqdan xəstədir və fasiləsiz şəkildə dərman qəbul edir. Neftçala Rayon İcra Hakimmiyyəti başçısının Aşağı Surra kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Neftçala rayonunda yaşayan Cavabdeh işləmir. Neftçala rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh ensofalopatiya, tez-tez baş verən epileptik cəngolma tutmaları diaqnozu ilə xəstədir və həkim-nevropatoloqun dispanser qeydiyyatındadır. TQS № 627 saylı xx.xx.2020-ci il tarixli ambulator kitabçadan çıxarışdan müəyyən olunur ki, X9 hidrosufaliya xəstəliyindən müalicə olunur. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan Zeytun Pharmaceuticals MMC-nin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ödəniş qəbzlərindən müəyyən olunur ki, alınmış məhsula görə cəmi 98 manat ödənilmişdir. Məhkəmə qeyd edir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulmalıdır. (AM-nin 56.1.,75.1.,75.4-cü mad.) Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin vəya marağının əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 234.2.-ci maddəsinə əsasən aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, tərəflərin hər birinin maddi vəziyyətini, valideynlərin uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə malik olmalarını, iddiaçının cavabdehin gəlirləri barədə sübutlarını məhkəməyə təqdim edə bilməməsini, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutaraq belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməklə xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa görə 170 manat olmaqla cəmi 340 manat aliment iddiaçının xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 manat aliment İddiaçı qızının xeyrinə tutulsun. xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 manat aliment İddiaçı qızının xeyrinə tutulsun. Cavabdeh dövlət rüsumuna görə 50 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-6030/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6030/2022
01.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver