Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6092/2020 26.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən hesablanmaqla yetkinlik yaşına çatmayan xx xxxx 2004-cü il təvəllüdlü X1 üçün o yetkinlik yaşına çatanadək hər ay 170 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir . İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 2(001)-889/2014 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında xx xxxxx 1999-cu il tarixində Bakı şəhəri, Nəsimi rayon VVADQ şöbəsində bağlanaraq, nikah bağlanması haqqında akt qeydləri kitabında 155 №-li akt qeydi ilə rəsmiləşdirilən nikahın pozulması, xx xxxxxx 2000-ci il təvəllüdlü X4 və xx xxxx 2004-cü il təvəllüdlü X3 onun yanında saxlanmasına dair qərar qəbul edilmişdir. Belə ki, onun cavabdeh ilə olan nikahı xx xxxx 2014-cü il tarixində pozulmuş, bu barədə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2015-ci il tarixdə nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Hal-hazırda yetkinlik yaşına çatmayan oğlu xx xxxx 2004-cü il təvəllüdlü X6 onun himayəsində qalır. Övladının saxlanması üçün bütün xərc və məsrəflər onun tərəfindən qarşılanır. Cavabdeh isə yetkinlik yaşına çatmayan oğlunun saxlanması üçün ona heç bir yardım etmir. Hal-hazırda yetkinlik yaşına çatmayan oğlu X3 tərəfindən saxlanması məsrəfləri , onun dolanacaq və digər xərcləri kifayət qədər artmışdır. Belə ki, onun qazancı uşaqların hal-hazırki təminatını ödəməyə kifayət etmir. Cavabdeh bir ata kimi övladları ilə maraqlanmamışdır. Demək olar ki, yetkinlik yaşına çatmayan oğlunun bütün məsrəfləri onun tərəfindən qarşılanmışdır. Oğlu böyüdükcə atasına qarşı ehtiyacı və təlabatı artır. Cavabdeh isə oğluna diqqət və qayğı göstərmir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, 1100 manat aliment ödənilməsi ilə bağlı məlumatı yoxdur. Uşağının təhsil haqqı 270 manatdır. Uşağın ödənişlərini etməlidir ki, o dərsə başlaya bilsin. Ancaq 170 manat məbləğində aliment tələb edir. Özü gözdən əlildir və 230 manat pensiya alır. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, özü 230 manat pensiya alır. Onun pensiya kartı iddiaçıda olmuş və hər uşağa görə 110 manat pul çıxarılmışdır. Yalnızca avqust-sentyabr aylarında verilmə olmamışdır. O, Qarabağ qazisidir. Onun 110 manat aliment ödəməyə imkanı çatır. Yenidən ailə həyatı qurmuşdur və başqa övladı da var. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-889/2014 saylı, xx xxxx 2014-cü il tarixli məhkəmə qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh iddiası təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx xxxxx 1999-cu il tarixdə Bakı şəhəri Nəsimi Rayon VVADQ şöbəsi tərəfindən bağlanaraq bu barədə nikah bağlanması haqqında akt qeydləri kitabında 155 № ilə qeyd edilmiş nikahın pozulması, xx xxxxxx 2000-ci il təvəllüdlü X4 və xx xxxx 2004-cü il təvəllüdlü X3 cavabdehin yəni anaları İddiaçı yanında qalması qət edilmişdir. Bakı şəhər Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, AZ-İ seriyalı, 363978 saylı nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxxxxx 2015-ci il tarixində 44 № ilə qeyd edilmişdir. Nikah ləğv olunduqdan sonra ərə “Abdullayev”, arvada isə “Abdullayeva” soyadı verilmişdir. Bakı şəhəri Nəsimi rayon VVADQ Şöbəsi tərəfindən verilən xx xxxx 2004-cü il tarixli , AZ-İ seriyalı, 507474 doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 xx xxxx 2004-cü il tarixində Bakı şəhərində doğulmuş,bu barədə doğum haqqıında akt qeydləri kitabında xx xxxx 2004-cü il tarixində 1148 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, Cavabdeh uşaqları xx xxxxxx 2000-ci il təvəllüdlü X4 və xx xxxx 2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşağa görə 110 manat sabit pul məbləğində alimentin xx xxxxxxxx 2009-cu il tarixdən etibarən uşaqlar yetkinlik yaşına çatanadək tutulub İddiaçı verilməsi qət edilmişdir. Binəqədi rayon icra şöbəsinin icra məmuru Bəhruz Bayramov tərəfindən qəbul edilən xx xxxxxx 2015-ci il tarixli icra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərarın surətindən görünür ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-9714/2014 saylı, xx xxxxxxx 2014-cü il tarixli icra vərəqəsi tələbkar icra sənədinin icra edilmədən məhkəməyə qaytarılmasını xahiş etdiyindən icra sənədi icra edilmədən Binəqədi Rayon Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Bakı şəhəri Binəqədi rayon Xidmət nümayəndəliyi tərəfindən verilən **********2 saylı arayışdan görünür ki, Cavabdeh hərbi xidmət dövrü ilə əlaqədar İİ qrup əlilliyinə görə 233,20 manat pensiya alır. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilən xx xxxxxx 2016-cı il tarixli, AZ-İİİ seriyalı, 790962 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxx 2016-cı il tarixində Bakı şəhərində doğulmuş,bu barədə doğum haqqıında akt qeydləri kitabında xx xxxxxx 2016-cı il tarixində 429 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X5r. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən SER TSE-01 saylı arayışdan görünür ki, Cavabdeh hərbi xidmət dövrü ilə əlaqədar İİ qrup əlildir. Mülki iş materialları ilə məhkəmə tərəfindən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah ləğv edilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)- 889/2014 saylı, xx xxxx 2014-cü il tarixli məhkəmə qətnaməsi ilə tərəflər arasında nikah pozulduqdan sonra xx xxxxxx 2000-ci il təvəllüdlü X4 və xx xxxx 2004-cü il təvəllüdlü X3 anaları İddiaçı yanında qalması qət edilmişdir. Daha sonra İddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli icra vərəqəsi əsasında Cavabdeh uşaqları xx xxxxxx 2000-ci il təvəllüdlü X4 və xx xxxx 2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşağa görə 110 manat sabit pul məbləğində aliment xx xxxxxxxx 2009-cu il tarixindən etibarən uşaqlar yetkinlik yaşına çatanadək tutulub İddiaçı verilməsi müəyyən edilmişdir. Lakin İddiaçı icra şöbəsinə müraciət edərək icra vərəqəsinin icra edilmədən Binəqədi Rayon Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Hal-hazırda aliment tutulan uşaqlardan biri yetkinlik yaşına çatmışdır, iddiaçı xx xxxx 2004-cü il təvəllüdlü X6 üçün müəyyən edilmiş alimentin artırılmasını xahiş edir. Cavabdeh isə yenidən ailə həyatı qurduğunu və yalnız 110 manat aliment ödəyə biləcəyini bildirir. Cavabdeh hərbi xidmət dövrü ilə əlaqədar ikinci qrup əlildir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. X2 X8 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı alimentin təyin edilməsi tələbi ilə iddia qaldırsa da mahiyyətcə iddiaçı artıq müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsini (artırılmasını) tələb etdiyindən, məhkəmə onun tələbinə məhz müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi kimi qiymət vermişdir. Belə ki, iş materiallarından görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli , 2(001)-9714/2014 saylı qətnaməsi ilə xx xxxxxx 2000-ci il təvəllüdlü X4 və xx xxxx 2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşağa görə 110 manat sabit pul məbləğində aliment xx.xx.2014-cü il tarixdən başlayaraq Cavabdeh tutularaq tələbkar İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-9714/2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilən 110 manat alimentin hazırda yetkinlik yaşına çatmayan xx xxxx 2004cü il təvəllüdlü X1 üçün kifayət etməməsini, yetkinlik yaşına çatmayanlar üçün 2020-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay iddiaçının xeyrinə sabit pul məbləğində tutulan alimentin miqdarı dəyişdirilməli və hər ay üçün 170 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, cavabdehin ikinci dəfə ailə həyatı qurması, həmin nikahdan uşağının dünyaya gəlməsi onun əvvəlki nikahdan doğulmuş uşağın saxlanması vəzifəsindən azad etmir. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Eyni zamanda cavabdehin işləməməsi, ikinci qrup əlil olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli qərarında qeyd edilmişdir ki, uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bundan başqa həmin Plenum qərarında qeyd edilmişdir ki, Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə iddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9714/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment dəyişdirilməli, xx.xx.2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9714/2014 saylı, xx.xx.2014-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment dəyişdirilərək xx.xx.2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-6092/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6092/2020
26.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver