Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6188/2025 05.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Anar Nurəddin oğlu, İddiaçı Cavabdeh qarşı “aliment” tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:
1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 246 manat aliment tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.
3. Belə ki, iddia ərizəsi məhkəməyə kağız daşıyıcıda poçt vasitəsilə göndərildiyi halda iddiaçı tərəfindən cavabdehin sayına görə iddia ərizəsinin surəti ərizəyə əlavə edilməmiş, eləcə də iddiaçı ərizəyə əlavə edilən sənədlərin siyahısını iddia ərizəsində qeyd etməmişdir.
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. - Maddə 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.1. cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla). - Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə. - Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - Maddə 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. - Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
5. Məhkəmə qeyd edir ki, aliment tələbinə dair iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilmədən verildiyindən geri qaytarılmalıdır.
6. Belə ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, əgər iddia ərizəsi elektron formada təqdim edilməyibsə, o zaman iddiaçı tərəfindən iddia ərizəsinin surəti cavabdeh və üçüncü şəxslərin sayına uyğun olaraq ərizəyə əlavə edilməlidir. Bu tələbə əməl edilməməsi mülki prosessual qanunvericiliyin imperativ tələblərinə əsasən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması üçün əsasdır. Hazırda iddiaçı tərəfindən Cavabdeh qarşı aliment tələbi ilə bağlı iddia ərizəsi verildiyi halda həmin iddia ərizəsinin cavabdehə çatacaq surəti ərizəyə əlavə edilməmişdir.
7. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsində iddiaçı tərəfindən ərizəyə əlavə edilən sənədlərin siyahısı da qeyd edilməmişdir. İddiaçının ərizəyə əlavə edilən sənədlərin siyahısının qeyd etməməsi iddia ərizəsinin mülki prosessual qanunvericiliyin iddia ərizəsinin məzmun tələbinə uyğun olmadığını göstərir. Bu da onu deməyə əsas verir ki, iddiaçı tərəfindən qanunvericiliyin bu tələbinə də əməl edilməmişdir. Bütün bunları isə mülki prosessual qanunvericilik iddia ərizəsinin geri qaytarılma əsası kimi müəyyən etmişdir.
8. Göründüyü kimi, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən mülki prosessual qanunvericiliyin yuxarıda qeyd edilmiş şərtinə - cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətlərinin iddia ərizəsinə əlavə edilməsi və iddia ərizəsinin forma və məzmununa dair tələblərinə əməl etməmişdir. Bu səbəbdən də ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır.
9. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114, 152.1.1, 263- 264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbi barədə iddia ərizəsi geri qaytarılsın.
2. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
3. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Sədrlik edən: Anar Rzayev