Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6193/2020 21.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, Kreditor MMC-nin Borclu qarşı 4104 manat məbləğində pul vəsaitinin və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasına dair məhkəmə əmrinin çıxarılması barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditor MMC-nin Borclu qarşı 4104 manat məbləğində pul vəsaitinin və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasına dair məhkəmə əmrinin çıxarılması barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə müvafiq olaraq, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə görə, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə müvafiq olaraq, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, məhkəmə əmrinin çıxarılması barədə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizəyə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilsə də, müəyyən edilmişdir ki, eyni transaksiya nömrəsi ilə, eyni gün, ay, il, saat, dəqiqə və hətta eyni saniyədə edilmiş ödənişə dair qəbz artıq məhkəməyə iki dəfə - xx.xx.2020-ci il tarixdə, 2(001)-5971/2020 saylı iş üzrə və xx.xx.2020-ci il tarixdə 2(001)-6019/2020 saylı iş üzrə kreditor “xxxxxxxxxxx” MMC tərəfindən təqdim edilmişdir. Hazırda təqdim edilən qəbzin üzərində də həmin işlər üzrə ərizəni imzalayan Yaşar Ağazadənin adı qeyd olunub (hazırkı işdə tərəf və ya nümayəndə deyil). Belə olan halda dövlət rüsumu ödənilməmiş hesab edilməli və ərizənin qəbul edilməsindən imtina edilməlidir. Mülki Prosessual Məcəllənin 279-cu maddəsinə görə, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4, 152, 279, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor MMC-nin Borclu qarşı 4104 manat məbləğində pul vəsaitinin və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasına dair məhkəmə əmrinin çıxarılması barədə ərizəsinin qəbul edilməsindən imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər kreditora qaytarılsın. Kreditora izah edilsin ki, iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan şikayət verilə bilməz. Hakim: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-6193/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6193/2020
21.10.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver