Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6199/2023 22.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İşin halları:
1. İddiaçı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 220 manat, əlavə olaraq övladı üç yaşına çatanadək 100 manat, ümumilikdə 320 manat aliment, 50 manat mediasiya xərcinin tutularaq ona verilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Bakı şəhəri 4 saylı ASAN Xidmət Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanmasına dair onlara AZ-İ seriyalı, 459115 saylı şəhadətnamə verilmişdir. Cavabdehlə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X7 adlı qızları doğulmuşdur. Cavabdehlə xasiyyətləri son zamanlar uyğun gəlmir. Ailə münasibətləri formal xarakter daşıyır. Övladı hal-hazırda onunla birlikdə yaşayır və ana qayğısına ehtiyacı var. Cavabdehdən hər ay uşaq üçün 220 manat, uşağın yanında olub, əmək fəaliyyəti ilə məşğul ola bilmədiyindən özü üçün 100 manat alimentin tutulmasını xahiş edir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, uşağa baxdığı üçün hal-hazırda işsizdir. Cavabdeh bundan məlumatlıdır. İstəsə dövlət işində də, işləyib qazana bilər. İşləməmək hal-hazırda onun öz seçimidir. Düşünür ki, cavabdeh 100 manat alimentin ödəyə bilər. Nikahın pozulması üçün hazırda mediasiyaya müraciət etmişdir.
4. Əvvəlki məhkəmə iclasında iddiaçı bildirmişdir ki, cavabdeh rəsmi olaraq adını bilmədiyi restoranda fırınçı işləyir. Həmin restoranda pizza və lahmacun bişirir. Cavabdehlə birgə yaşadığı dövrdə cavabdehin əmək haqqısı 1000-1200 manat təşkil edirdi. Hazırda 4 aydır ki, ayrı yaşayırlar. Nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etməmiş, lakin nikahın pozulması tələbi ilə məhkəməyə müraciət edəcək. Cavabdeh uşağın saxlanılmasında iştirak etmir, ümumiyyətlə uşaqla maraqlanmır.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, etirazını müdafiə edir. Əlavə olaraq bildirmişdir ki, tərəfləri tanıyır. Alimentin məhkəmə qaydasında məhkəmə qətnaməsi ilə rəsmiləşdirilməsi ailə təməlini kökündən sarsacaq.
6. Cavabdehin nümayəndəsi və vəkili iddiaya etirazında göstərir: cavabdeh iddia tələbinin yetkinlik yaşına çatmayan övladının saxlanması üçün hər ay 220 manat aliment ödənilməsi və mediasiya xərci olan 55 manat məbləğin tutulması hissəsində qəbul edir. İddiaçının uşaq 3 yaşına çatanadək hər ay 100 manat məbləğin tutularaq ona ödənilməsi hissəsinə isə etiraz edir. Belə ki, cavabdehin hazırda daimi iş yeri yoxdur, günəmuzd işlərdə işləyərək çox cüzi məbləğ qazanmaqdadır. İddiaçının iddia tələbinə diqqət yetirilsə görünər ki, o, əlavə olaraq 100 manat alimentə dair tələbinin əsası kimi istinad etdiyi halları, sübutları məhkəməyə təqdim etməmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı iddia ərizəsində tutarlı fakt dəlil göstərməmiş, yəni iddiasını əsaslandıran mötəbər, sübut növləri məhkəməyə təqdim etməmişdir. İddiaçı cavabdehin maddi imkanı ilə bağlı hər hansı sübut, o cümlədən hər hansı gəlirinin və digər qazanc mənbəyinin olması barədə sənəd təqdim etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
7. 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 avqust 2022-ci il tarixli, AZ-İİ seriyalı, 459115 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X6 arasında 27 avqust 2021-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1846 №-ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Bağışov”, arvada isə “Bağışova” soyadı verilmişdir.
8. 5 saylı Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilən 22 avqust 2022-ci il tarixli, AZ-İV seriyalı, 779461 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 14 avqust 2022-ci il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 22 avqust 2022-ci il tarixində 5810 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır.
9. Bakı 3 saylı Mediasiya Təşkilatı tərəfindən verilən xx.xx.2023-cü il tarixli MŞB/3/2023-00935 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixində keçirilmiş mediasiya prosesində iştirak etmiş və 50 manat mediasiya xərcini ödəmişdir. Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
10. Cavabdeh ilə X6 arasında 27 avqust 2021-ci il tarixdə nikah bağlanmış nikah bağlandıqdan sonra ərə “Bağışov”, arvada isə “Bağışova” soyadı verilmişdir. Tərəflərin birgə nikahlarından 14 avqust 2022-ci il təvəllüdlü X5 doğulmuşdur. Tərəflər arasında nikah pozulmasa da, hal-hazırda birlikdə yaşamırlar. Uşaq faktiki olaraq ananın himayəsindədir.
11. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat məbləğində alimentin və uşaq 3 yaşına çatanadək arvadın xeyrinə 100 manat alimentin tutulmasını xahiş edir.
12. Cavabdeh isə iddiaya etirazında uşaq üçün tələb edilən aliment məbləği ilə razı olduğunu bildirmiş, lakin ana üçün tələb edilən alimentə dair hissədə iddia tələbini qəbul etməmişdir. Etirazını isə bunun üçün vəsaitə malik olmaması ilə əlaqələndirmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
13. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
14. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar.
15. 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
16. 76.1.1-ci maddəsində qeyd edilmişdir ki, Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur.
17. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
18. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
19. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
20. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
21. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
22. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
23. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, uşağı saxlamaq valideynin borcu olduğundan, cavabdeh valideyn olaraq faktiki olaraq uşağın saxlanılmasında iştirak etmədiyindən, birgə münasibətlərindən doğulmuş uşaq halhazırda iddiaçının, yəni ananın himayəsində olduğundan, iddiaçı cavabdehdən aliment tələb etməkdə haqlıdır.
24. Odur ki, məhkəmə yetkinlik yaşına çatmayan 14 avqust 2022-ci il təvəllüdlü X2 mənafeyini, uşağın əvvəlki təminatının səviyyəsini, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumumu haqqında tələbləri, eyni zamanda cavabdehin həmin hissədə iddianı qəbul etməsini nəzərə alaraq hesab edir ki, 14 avqust 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulmalı olan alimentin məbləği hər ay üçün 220 manat sabit pul məbləğində müəyyən edilməlidir.
25. İddia tələbinin uşaq 3 yaşına çatanadək ana üçün ödənilməli olan aliment məbləğinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir:
26. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
27. 85.2 və 85.1.1-ci maddələrinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir;
28. 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir.
29. Məhkəmə əvvəla qeyd edir ki, uşaq 3 yaşına çatanadək arvada ödənilməli olan aliment öhdəliyinin bir sıra xüsusiyyətləri vardır. Birincisi ər zəruri vəsaitə malik olmalıdır, ikincisi ərin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır, üçüncüsü tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmalıdır.
30. Odur ki, Ailə Məcəlləsi aralarında nikah pozulmuş keçmiş arvada ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququ versə də, bu hüququn reallaşmasını hüquqi nəticə etibarı ilə keçmiş ərin maddi imkanından, ödəniş qabiliyyətindən, başqa sözlə gəlirlərindən asılı etmişdir. Belə ki, yuxarıda qeyd olunan maddədənin məzmunundan da göründüyü kimi, bu aliment istisnasız və qeyri şərtsiz olaraq yalnız buna zəruri vəsaitə malik olan keçmiş ərdən tələb edilə bilər. Bu baxımdan iddiaçı cavabdehin bu alimenti ödəmək üçün zəruri vəsaitə malik olmasını sübut etməli idi. Lakin bununla bağlı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə baxışında isə cavabdehin müntəzəm qazanca malik olmadığı (“Azemis” Elektron məhkəmə sistemindən qüvvədə olan əmək müqaviləsinin olmadığı) müəyyən edilmişdir.
31. Ailə Məcəlləsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır.
32. Bu səbəbdən də məhkəmə hesab edir ki, aliment məbləği xx.xx.2023-cü il tarixdən hesablanmalıdır.
33. Həmçinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
34. Odur ki, Cavabdeh Əlu oğlu 18 sentyabr 2023-cü il tarixində keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında üzürsüz səbəbdən iştirak etmədiyindən 50 manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
35. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
36. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsum ödənilməlidir. Tətbiq edilən prosessual normalar:
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
38. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
39. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
40. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir;
41. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır;
42. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;
43. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Nəticə:
44. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
45. Həmçinin, iddiaçının ödəməkdən azad edildiyi 44,6(220X12=2460- 1000=1460X0.1%+30=44,6) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.
46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddia qismən təmin edilsin. xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsiin. İddiaçının ödəməkdən azad edildiyi 44,6 (qırx dörd manat, altmış qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq, iddiaçı X4 ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlkin Əliyev