Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6208/2020 24.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X15 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı “xxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6.500 manat sığorta ödəniş məbləğinin, 500 manat işlərin görülməsi xərcinin və 30 manat dövlət rüsumunun, cəmi 7.030 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxxxxxxxx” ASC ilə X9 arasında xx xxxxxx 2016-cı il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Kia Cerato” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx xxxx 2017-ci il tarixdə “Kia Cerato” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və “X16” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilə və X1 az ağır zərər vurmuşdur. “xxxxxxxxxx” ASC tərəfindən “X16” markalı, **- FC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün 5.000 manat, X1 dəymiş zərərin aradan qaldırılması üçün 1.500 manat, cəmi 6.500 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisə ilə bağlı Xətai Rayon X10 Şöbəsinin “xxxxxxxxxx” ASC-yə təqdim etdiyi xx xxxxxxxx 2018-ci il tarixli, 101-36086 saylı arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində zərər vuran tərəf qismində iştirak etmişdir. Hadisə ilə bağlı tərtib olunmuş xx xxxxxxxx 2018-ci il tarixli, ittiham elan etmək üçün şəxsin barəsində axtarış elan edilməsi haqqında qərarda Cavabdeh yolnəqliyyat hadisəsi yerindən yayındığı qeyd olunmuşdur. İddiaçı tərəfindən Cavabdeh ünvanına xx xxxxxxxx 2019-cu il tarixli, AS-19/3338 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği bu günədək ödənilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, iddia ərizəsində tələb olunan 500 manat işlərin xərci əməkdaşlar tərəfindən hadisə yerinə baxışın keçirilməsi, sənədlərin toplanılması və bu kimi xərcləri ehtiva edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: xx xxxxxx 2016-cı il tarixli, PAA********** saylı icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Kia Cerato” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobil əmlaka vurulan zərərə görə 5.000 manat həcmində, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5.000 manat, bir hadisə üzrə isə 50.000 manat həcmində “xxxxxxxxxx" Açıq Səhmdar Cəmiyyətində icbari sığorta növündə sığorta edilmişdir. Müqavilənin qüvvəyə minmə tarixi xx xxxxxx 2016-cı il qüvvədən düşmə tarixi xx xxxxxx 2017-ci il, sığorta təminatının müddəti 1 il müəyyən edilmişdir; Bakı şəhəri Xətai rayon X10 şöbəsinin xx xxx 2018-ci il tarixli ittiham elan etmək üçün şəxsin barəsində axtarış elan edilməsi haqqında qərarının surətindən görünür ki, Cavabdeh barəsində xx xxx 2018-ci il tarixdə Azərbaucan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar çıxarılsa da istintaqdan qəsdən yayındığından ona ittihamı elan etmək mümkün olmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 1(011)-241/2018 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 5.000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, Cavabdeh xx xxxx 2018-ci il tarixindən xx xxxx 2018-ci il tarixinədək həbsdə saxlandığı 02 gün müddət nəzərə alınmaqla cərimə cəzası yüngülləşdirilərək onun üzərində qəti olaraq 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4.500 manat miqdarında cərimə cəzası saxlanılmış, Cavabdeh barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, iş üzrə zərərçəkmiş şəxs – mülki iddiaçı X6 mülki iddiasının qismən təmin edilmişdir. xx xxxxxx 2018-ci il tarixli 5689/18/ AA-5252/18 saylı sığorta aktından görünür ki, xx xxxx 2017-ci il tarixdə Bakı şəhəri, S.Orucov küçəsində baş vermiş sığorta hadisəsi nəticəsində əmlaka dəymiş zərər 70.235,40 manatdır. Sığorta hadisəsi nəticəsində “xxxxxxxxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X7 əmlaka dəymiş zərərə görə 5.000 manat məbləğində sığorta ödənişinin ödənilməsi göstərilmişdir; xx xxxxxx 2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, “xxxxxxxxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X6 hesabına 5.000 manat məbləğində sığorta ödənişi köçürülmüşdür; xx xxxxxx 2018-ci il tarixli 5690/18/ AA-5252/18 saylı sığorta aktından görünür ki, xx xxxx 2017-ci il tarixdə Bakı şəhəri, S.Orucov küçəsində baş vermiş sığorta hadisəsi nəticəsində sağlamlığa dəymiş zərər “az ağır xəsarət” kimi qeyd edilmiş və sığorta hadisəsi nəticəsində “xxxxxxxxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X3 dəymiş zərərə görə 1.500 manat məbləğində sığorta ödənişinin ödənilməsi göstərilmişdir; xx xxxxxx 2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, “xxxxxxxxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X5 hesabına 1.500 manat məbləğində sığorta ödənişi köçürülmüşdür; “xxxxxxxxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx xxxxxxxx 2019-cu il tarixli geriyə tələb (subroqasiya) məktubunun surətindən görünür ki, ondan subroqasiya qaydasında 6.500 manat məbləğində vəsaitin 10 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə bununla bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh idarə etdiyi “xxxxxxxxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən icbarı qaydada sığorta olunmuş “Kia Cerato” markalı, **-OC-*** dövlət nömrə nişanlı avtomobil ilə xx xxxx 2017-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş, toqquşma nəticəsində “Bentley” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər və X1 az ağır zərər vurulmuşdur. Cavabdehin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar çıxarılsa da istintaqdan qəsdən yayındığından ona ittihamı elan etmək mümkün olmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 1(011)- 241/2018 saylı hökmünə əsasən cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində hökm çıxarılmışdır. Hadisə ilə əlaqədar iddiaçı tərəfindən X7 vurulmuş maddi zərərə görə 5.000 manat məbləğində, X2 dəymiş zərərə görə 1.500 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Hazırda iddiaçı xx xxxxxxxx 2018-ci il tarixli “ittiham elan etmək üçün şəxsin barəsində axtarış elan edilməsi” haqqında qərara istinad edərək, Cavabdeh yol-nəqliyyat hadisəsi yerindən yayındığını bildirərək 6.500 manat sığorta ödəniş məbləğinin, 500 manat işlərin görülməsi xərcinin və 30 manat dövlət rüsumunun, cəmi 7.030 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iddia tələbinin “6.500 manat məbləğində sığorta ödəniş məbləğinin ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı cavabdehin hadisə yerindən yayınmasını təsdiq edən xx xxxxxxxx 2018-ci il tarixli ittiham elan etmək üçün şəxsin barəsində axtarış elan edilməsi haqqında qərara istinad etsə də, həmin qərarda cavabdehin hadisə yerinən yayınması deyil, istintaqdan yayınması qeyd edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinə əsasən bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması cinayət məsuliyyətinə səbəb olur. Lakin iş materiallarından görünür ki, cavabdehə qarşı hadisə yerindən yayınmaqla bağlı ittiham irəli sürülməmiş və o, yalnız həmin Məcəllənin 263.1-ci maddəsi (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır vurulmasına səbəb olduqda) ilə məhkum edilmişdir. Göründüyü kimi, iş materiallarında cavabdehin hadisə yerindən yayınması faktı öz təsdiqini tapmamışdır. Məhkəmə iddia tələbinin “500 manat məbləğində işlərin görülməsi xərcinin ödənilməsi” hissəsi ilə əlaqədar isə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır və hazırki iş üzrə həmin məbləğ 6.500 manat təşkil edir. Lakin iddiaçı tərəfindən tələb olunan əlavə 500 manat həmin məbləğə aid deyil, yəni bu məbləğdə iddiaçının tələb hüququ yaranmamışdır. Bundan əlavə, iddiaçı ümumiyyətlə həmin xərcin onun tərəfindən çəkilməsi ilə əlaqədar hər hansı sübutu da məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “xxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-6208/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6208/2020
24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver