Məhkəmə qərarları › İş №2(001)-6341/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6341/2020

26.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6341/2020 26.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı qızının, Cavabdeh iştirakı ilə, İddiaçı qızının Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı qızı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdehin faktiki nikahından doğulan xx xxxxxx 2015-ci il təvəllüdlü oğlulları Murad və qızları xx xxxxxxxx 2017-ci il təvəllüdlü Şövkətin yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay, hər uşaq üçün 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsi xahiş etmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 2013-cü il tarixində faktiki nikaha daxil olmuşdur. Birgə nikahdan xx xxxxxx 2015-ci il təvəllüdlü Hüseynli Murad, xx xxxxxxxx 2017-ci il tarixində Hüseynli Şövkət doğulmuşdur. Cavabdehlə münasibətləri əvvəllər yaxşı olsa da, sonradan pozulmuşdur. Artıq ailə kimi birlikdə yaşamaları qeyri-mümkündür. Bir müddətdir ki, o uşaqları ilə birlikdə cavabdehdən ayrı olmaqla anasıgildə yaşayır. Cavabdehin maddi imkanı yaxşıdır. Xüsusi mülkiyyətində kirayəyə verdiyi bir neçə mənzili və avtomobilləri vardır. Bundan başqa bacısının adına rəsmiləşdirsə də, cavabdehin özünəməxsus olan bir sıra daşınmaz əmlakı vardır. İndi başa düşür ki, yəqin xoş olmayan məqsədlər güdən cavabdeh birgə nikah dövründə hansısa əmlak münasibətlərindən narahat olduğu üçün onunla nikahını rəsmiləşdirməyə səy göstərməmişdir. Cavabdehin maddi imkanı yaxşı olduğundan və həmişə uşaqlara yaxşı baxdığından, uşaqların məktəbə və hazırlıqlara getmələri mütləq olduğundan, o isə işləmədiyindən hesab edir ki, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün cavabdehdən hər uşaq üçün 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment tutulmalıdır.Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddianı müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, cavabdehin rəsmi iş yeri barədə məlumatı yoxdur. Lakin onun gəliri yüksəkdir, öz adına olmasa da əmlakları vardır. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddiaçı ilə arasında rəsmi nikah olmamışdır. Uşaqların atası odur. Hal-hazırda hər uşağa 100 manat olmaqla, ümumilikdə 200 manat aliment ödəmək imkanı var. Əlavə olaraq bildirdi ki, iddiaçının əmlakla bağlı dedikləri həqiqəti əks etdirmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2015ci il tarixdə verilən, AZ-İİİ seriyalı, 484393 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 xx xxxxxx 2015-ci il tarixində Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 636 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxx 2017ci il tarixdə verilən, AZ-İV seriyalı, 022160 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Hüseynli Şövkət Nəsimi qızı xx xxxxxxxx 2017-ci il tarixində Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 5524 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. Mülki iş materialları ilə məhkəmə tərəfindən müəyyən edilir ki, İddiaçı qızı ilə Cavabdeh arasında faktiki nikah münasibətləri olmuşdur. Faktiki nikahlarından xx xxxxxx 2015-ci il təvəllüdlü X2 və xx xxxxxxxx 2017-ci il təvəllüdlü Hüseynli Şövkət Nəsimi qızı doğulmuşdur. Uşaqlar hal-hazırda ananın yanındadırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideyinlərin əsas vəzifəsidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, uşaqlara aliment ödənilməsi barədə saziş olmadığından, o cümlədən cavabdehin daimi iş yeri barədə hər hansı sübut təqdim edilmədiyindən, dolayısı ilə cavabdehin müntəzəm qazanca malik olması müəyyən edilmədiyindən ondan tutulmalı olan alimentin miqdarı sabit pul məbləğində müəyyən edilməlidir. Bununla bağlı Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçı cavabdehin kifayət qədər yüksək gəlirinin olduğunu, bir sıra əmlakının olduğunu və tələb etdiyi alimentin ödəməsinə maddi imkanının çatdığını bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, uşaqların əvvəlki təminatının səviyyəsini, cavabdehin qazancı barədə məlumatın olmamasını nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün aliment sabit pul məbləğində olmaqla uşaqlar üçün qanunvericilikdə nəzərdə tutulmuş yaşayış minimumu həddində, hər ay hər uşaq üçün 170 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə yetkinlik yaşına çatmayan xx xxxxxx 2015-ci il təvəllüdlü X1 və xx xxxxxxxx 2017-ci il təvəllüdlü Hüseynli Şövkət Nəsimi qızının mənafeyini, uşaqların əvvəlki təminatının səviyyəsini, uşaqlar haqqında yaşayış minimumumu haqqında tələbləri nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan xx xxxxxx 2015-ci il təvəllüdlü X1 və xx xxxxxxxx 2017-ci il təvəllüdlü Hüseynli Şövkət Nəsimi qızınln yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, ümumilikdə 340 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Buna görə də məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli xx.xx.2020-ci il tarixdən başlanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Beləliklə, məhkəmə istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutub, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, xx xxxxxx 2015-ci il təvəllüdlü X1 və xx xxxxxxxx 2017-ci il təvəllüdlü Hüseynli Şövkət Nəsimi qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, ümumilikdə 340 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Aliment məbləği məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalı, iddia digər hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment məbləğinin məcmusu (iddianın qiyməti) 500 manatdan çox olduğundan, ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx xxxxxx 2015-ci il təvəllüdlü X1 və xx xxxxxxxx 2017-ci il təvəllüdlü Hüseynli Şövkət Nəsimi qızınln yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Aliment məbləği xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. İddia digər hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar