Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-653/2023 20.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının 14/2022 №-li xx.xx.2022-ci il tarixli qərarı əsasında nəvəsi X9 ilə hər həftənin bazar günü saat 11:00-dan saat 16:00-dək müddətində ünsiyyətdə olmasına cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının 14/2022 №-li xx.xx.2022-ci il tarixli qərarı əsasında nəvəsi X9 ilə hər həftənin bazar günü saat 11:00-dan saat 16:00-dək müddətində ünsiyyətdə olmasına cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı oğlu X11 ilə Cavabdeh 2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahından bir qız övladı dünyaya gəlmiş, 2014-cü ildə onların nikahı pozulmuş və uşağın yaşayış yeri Cavabdeh yanında müəyyən edilmişdir. Bununla yanaşı, oğlu R.A.Əhmədovun uşağı üçün alimentin ödənilməsi nəzərdə tutulmuş, hazırda R.A.Əhmədov aylıq 175 manat aliment odǝyir və aliment borcu yoxdur. Oğlu ilə gəlini ayrıldıqdan sonra 2015-ci ildən etibarən iddiaçı hər həftənin bazar günü saat 11:00-dan saat 20:00-dək nəvəsi ilə görüşməsi barədə cavabdehlə razılığa gəlmişlər. Lakin xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddətdə pandemiya olmasını bəhanə edərək, cavabdeh iddiaçıya uşaqla ünsiyyətdə olmasına şərait yaratmamışdır. Sonuncu dəfə iddiaçı xx.xx.2021-ci il tarixdə nəvəsi ilə ünsiyyətdə olmuş, həmin vaxtdan iddiaçıya nəvəsi ilə görüşməsinə icazə verilmir. İddiaçı nəvəsi ilə ünsiyyətə şərait yaradılmamasının səbəbini soruşduqda isə cavabdeh uşağın özünün görüşməkdən imtina etdiyi və onları görəndə psixoloji gərginlik keçirdiyini bildirir. Halbuki, nəvəsi Mehin Əhmədova ilə sonuncu görüşdə və ondan əvvəlki görüşlərdə vaxtını maraqlı və səmərəli keçirmişdir. Buna sübut olaraq əyani vəsait kimi bir neçə fotoları va videonu ərizəsi ilə birlikdə məhkəməyə təqdim etmişdir. Sonuncu görüşdə nəvəsi anasının evinə getmək istəmədiyini ağlayaraq iddiaçıya bildirmiş və onun yanında daha çox qalmaq istədiyini demişdir. Uşağın iddiaçıya qarşı münasibətindən məlumatı olduğu üçün Cavabdeh həmin vaxtdan nəvəsi Mehin Əhmədova ilə ünsiyyətdə olmasına icazə verməmişdir. Oğlu R.A.Əhmədov yenidən ailə qurduğu üçün uşaqla görüşlə bağlı özü müstəqil tələbini irəli sürmüşdür. Keçmiş gəlini Cavabdeh nəvəsi Mehin Əhmədovanı onlara qarşı öyrədir, uşağın psixologiyasına mənfi təsir göstərərək nəvəsini onlardan uzaqlaşdırmağa çalışır və uşağın iradəsinə zidd olaraq görüşün baş tutmasına maneələr yaradır. Bununla bağlı o, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasına müraciət edərək xx.xx.2012-ci il təvəllüdlü X2 mənafeyinə uyğun müddətdə uşaqla ünsiyyət hüququnun müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyası Cavabdeh tərəfindən ərizəçi İddiaçı nəvəsi xx.xx.2012-ci il təvəllüdlü X9 ilə ünsiyyətdə olmasına yaradılan maneələrin aradan qaldırılması, ərizəçi İddiaçı nəvəsi X9 ilə hər həftənin bazar günü saat 11:00-dən saat 16:00-dək müddətdə ünsiyyətdə olmasının Cavabdeh tərəfindən təmin edilməsi barədə 14/2022 №-li xx.xx.2022-ci il tarixli qərar qəbul etmişdir. Lakin, Cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin qərarına əməl etmir və uşaqla iddiaçının ünsiyyətinə, görüşlərinə maneçilik törədir. 2015-ci ildə iddiaçının oğlu X11 uşaqla ünsiyyət tələbi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində X11 ilə Cavabdeh birgə nikahlarından olan xx.xx.2012-ci il təvəllüdlü X9 ilə ayın bir həftəsinin şənbə, digər həftəsinin isə bazar günü saat 12:00-dən 20:00-dək görüş verilməsini tələb etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-811/2015 saylı xx.xx.2015-ci il tarixli qərardadı ilə barışıq sazişi məhkəmə tərəfindən təsdiq etmişdir. Barışıq sazişinə əsasən, iddiaçı X7 tələblərini Cavabdeh qəbul etmiş və birgə nikahlarından olan xx.xx.2012-ci il təvəllüdlü X9 ilə ayın bir həftəsinin şənbə, digər həftəsinin isə bazar günü saat 12:00-dan 20:00-dək görüş verilməsinə razılıq vermişdir. Buna baxmayaraq, Cavabdeh uşağın atasına uşaqla ünsiyyətdə olması üçün maneçilik törədir. Ona görə də Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyası tərəfindən qəbul edilmiş 14/2022 №-li xx.xx.2022-ci il tarixli qərarı əsasında nəvəsi X9 ilə hər həftənin bazar günü saat 11:00-dan saat 16:00-dək müddətində İddiaçı ünsiyyətdə olmasına Cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib iddia ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 17. İ.Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. İİİ. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər. İV. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. V. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Vİ. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 50.1.Uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Maddə 52. Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Maddə 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Maddə 58.6. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. Maddə 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Maddə 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Maddə 62.1. Baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Maddə 62.2. Valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. Maddə 62.3. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. Maddə 62.4. Məhkəmənin qərarına əməl etməyən valideyn Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun məsuliyyət daşıyır. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrıseçkiliyə məruz qala bilməzlər. Uşaqlar valideynlərinin və ya onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məsuliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Nikahda və ya nikahdankənar doğulmasından asılı olmayaraq uşaqların valideynləri barəsində eyni hüquqları vardır. (Uşaq hüquqları haqqında Qanunun 5-6 mad.) Uşaq hüquqları bəyannaməsinin (BMT-nin Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə “Uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin olunmalıdır”. Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyası: Maddə 3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Maddə 9. bənd 3. İştirakçı dövlətlər valideynlərinin birindən və ya hər ikisindən ayrı yaşayan uşağın hər iki valideyni ilə müntəzəm əsasda şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququna hörmət bəsləməsini, bu münasibət və əlaqələrin uşaqların maraqlarına zidd olmamasını təsbit etmişlər. Uşaq hüquqları bəyannaməsinin (BMT-nin Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə “Uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin olunmalıdır”. Avropa İnsan Hüquqları Məhkəməsinin Elşolts Almaniyaya qarşı iş üzrə 13 iyul 2000ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərinə görə Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər. Tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (§50). Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZ-T № 060445 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1917 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X10, anası İddiaçıdır. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-T № 205796 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X9 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2879 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X11, anası Cavabdehdır. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İ 245865 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X8 ilə X11 arasında bağlanmış nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2015-ci tarixdə 379 saylı akt qeydi tərtib edilmiş, nikah pozulandan sonra arvada Zeynalova soyadı verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.20140-cü il tarixli 2(001)- 13047/2014 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı X11 ilə cavabdeh X8 arasında Bakı şəhəri Səadət Sarayında xx.xx.2011-ci il tarixdə 2483 sayla bağlanmış nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X2 anasının yanında saxlanılması, X5 qızı xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay 103 manat sabit pul məbləğində alimentin xx.xx.2014-cü il tarixdən etibarən uşaq yetkinlik yaşına çatana qədər tutulub X3 verilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının xx.xx.2022-ci il tarixli 14/2022 saylı ünsiyyət hüquqlarının müəyyən edilməsi haqqında qərarından müəyyən olunur ki, X6 tərəfindən ərizəçi İddiaçı nəvəsi xx.xx.2012-ci İl təvəllüdlü X9 ilə ünsiyyətdə olmasına yaradılan maneələrin aradan qaldırılması və İddiaçı nəvəsi X9 ilə hər həftənin bazar günü saat 11:00-dan saat 16:00dək müddətdə ünsiyyətdə olmasının Cavabdeh tərəfindən təmin edilməsi qərara alınmışdır. Qərardan daha sonra müəyyən olunur ki, komissiyada tərəflərin iştirakı olmadan, yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X9 ilə aparılan söhbət zamanı sonuncu bildirmişdir ki, o, Bakı şəhəri 284 nömrəli tam orta məktəbin 4-cü sinifdə təhsil alır, anası və nənə-babası ilə birlikdə yaşayır, onları çox istəyir, onlar onun bütün qayğıları ilə məşğul olurlar. Atasını və ata tərəfdən nənəsini çox istəmir, onlarla vaxt keçirmək onun üçün maraqsız və sıxıcı olur. Belə ki, nənəsi ilə adətən evdə oturur, yemək yeyir, həyətə çıxmır uşaqla oynaya bilmir, onun üçün maraqsız gün olur. Həmçinin onun eşitdiyinə görə birgə yaşadıqları müddətdə Mənsumə nənəsi onun anasını döymüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11/83 saylı, xx.xx.2023-cü il tarixli rəyindən müəyyən olunur ki, xx.xx.2012-ci il təvəllüdlü X2 hazırda nənəsi İddiaçı bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) müəyyən olunur. Rəydən daha sonra müəyyən olunur ki, ailədaxili qarşılıqlı münasibətlərdə yaşanmış gərginlik X2 emosional-iradi sferasına neqativ təsir göstərmişdir. xx.xx.2012-ci il təvəllüdlü X4 nənəsi İddiaçı ilə ünsiyyətinə mane ola biləcək kənar psixoloji təsir əlamətləri müəyyən olunur. Rəydən daha sonra müəyyən olunur ki, İddiaçı fərdi-psixoloji xüsusiyyətlərində nəvəsi X9 ilə ünsiyyətinə mane ola biləcək aqressivlik əlamətləri müəyyən olunmur. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli Qərarına əsasən, qanunun tələbinə görə baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqlarla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın bu və ya digər qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamasını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini və marağını nəzərə almaqla mübahisəni həll edir. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Baba, nənə, qardaş, bacı və digər qohumlar müvafiq icra hakimiyyəti orqanına müraciət etmədən birbaşa məhkəməyə müraciət etdikləri halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən məhkəmədə baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizəni icraata qəbul etməkdən imtina etməlidir. Əgər eyni məzmunlu ərizə məhkəmənin icraatına qəbul olunmuşdursa, həmin Məcəllənin 259.0.1-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə baba, nənə, qardaş, bacı və digər qohumların müraciətinə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) tərəfindən qanunla müəyyən edilmiş müddətdə baxılmaması və ya bu müraciətin təmin edilməsindən imtina edilməsi həmin orqanın qərarından, hərəkət və ya hərəkətsizliyindən şikayət verilməsinə deyil, uşaqla ünsiyyət qaydasının müəyyən edilməsi məqsədilə məhkəməyə iddia vermək üçün əsasdır.Uşaqların qohumları ilə ünsiyyətdə olmasının formaları (yazışma, şəxsi görüşlər, telefon danışıqları və s.) uşağın yaşından, onun və qohumunun yaşayış yerindən, ailədə münaqişələrinin olub-olmamasından və sair konkret hallardan asılı olaraq təyin edilə bilər. Uşaqla ünsiyyətdə olmaq onun sağlamlığına zərər vurduqda məhkəmə valideynin, yaxud uşaq himayəsinə verilmiş digər şəxsin, yaxud da icra məmurunun ərizəsinə əsasən uşağın müəyyən yaş həddinə çatmasına kimi görüşün məhdudlaşdırılması və yaxud həmin müddətdə görüşün qadağan olunması barədə qərar qəbul edə bilər. Məhkəmə qərar qəbul edərkən tərəflərin izahatları, uşağın tibb müəssisələrində müəyyən xəstəlikdən müalicə olunması, yaxud uçotda olması barədə verilmiş sənədlərlə kifayətlənməməli, müvafiq ekspertizalar keçirməklə qəbul etdiyi qərarı əsaslandırmalıdır. Bu kimi hallar ünsiyyətdə olma zamanı, yəni icra mərhələsində aşkar olunan hallara aid olduğundan, yalnız icra qaydasında həll olunmalıdır. Lakin bu kimi halların mövcudluğu uşaqla ünsiyyət hüququna dair iddianın rədd edilməsi üçün əsas hesab oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının xx.xx.2022-ci il tarixli 14/2022 saylı qərarına əsasən, X6 tərəfindən İddiaçı nəvəsi xx.xx.2012-ci il təvəllüdlü X9 ilə ünsiyyətdə olmasına yaratdığı maneələrin aradan qaldırılması, İddiaçı nəvəsi X9 ilə hər həftənin bazar günü saat 11:00-dan saat 16:00-dək görüşünün təmin edilməsi həvalə edilsə də, cavabdeh həmin qərarın icrasına maneələr yaratmışdır. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclarının yeri və vaxtı barədə Cavabdeh məlumat verilməklə xx.xx.2012-ci il təvəllüdlü X2 fikrinin öyrənilməsi üçün məhkəmə iclasında iştirakının təmin edilməsi təklif olunsa da, cavabdeh məhkəmə iclaslarına gəlməməklə yetkinlik yaşına çatmayanın da məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə araşdırması zamanı keçirilən ekspertiza tədqiqatı ilə müəyyən olunmuşdur ki, xx.xx.2012-ci il təvəllüdlü X2 hazırda nənəsi İddiaçı bağlılığı, yetkinlik yaşına çatmayanda nənəsi İddiaçı ilə ünsiyyətinə mane ola biləcək kənar psixoloji təsir əlamətlərinin olması, İddiaçı fərdi-psixoloji xüsusiyyətlərində nəvəsi ilə ünsiyyətinə mane ola biləcək aqressivlik əlamətlərinin olmadığı müəyyən olunmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, belə nəticəyə gəlir ki, İddiaçı nəvəsi xx.xx.2012-ci il təvəllüdlü X9 ilə ünsiyyətdə olmasına Cavabdeh tərəfindən maneələr yaradılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddia ərizəsi təmin edilməli, iş üzrə məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının 14/2022 №-li xx.xx.2022-ci il tarixli qərarı ilə müəyyən edilən, xx.xx.2012-ci il təvəllüdlü X9 ilə hər həftənin bazar günü saat 11:00-dan saat 16:00-dək İddiaçı ünsiyyətinə yaratdığı maneələrin aradan qaldırılması vəzifəsi Cavabdeh həvalə edilsin. Cavabdeh dövlət rüsumuna görə 100 manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-653/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-653/2023
20.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver