Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6594/2020 09.12.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X5 iddiaçının yanında qalması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat məbləğində alimentin və xx.xx.2019-cu il təvəllüdlü X5 üç yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat əlavə pulun və vəkilə ödənilmiş 200 manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflərin xx.xx.2019-cu il tarixdə 1 saylı Bakı “Asan Xidmət” mərkəzinin qeydiyyat şöbəsində nikahları rəsmiləşdirilmişdir. Nikahdan tərəflərin xx.xx.2014-cü il təvəllüdlü Məmmədli Selbin və xx.xx.2019-cu il təvəllüdlü Məmmədli Selin adlı qızları anadan olmuşdur. Cavabdeh uşaqların saxlanılması üçün heç bir köməklik göstərmədiyindən uşaqların saxlanılması üçün alimenti tutulmasını istəyir. Həmçinin vəkillə müqavilə bağlayaraq, xidmət haqqı kimi 200 manat ödəniş etmişdir. Həmin ödənişidə ona dəymiş maddi ziyankimi qiymətləndirərək, cavabdeh həmin pulun tutulması zəruriyyəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinə əlavə təqdim edərək, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 iddiaçının yanında qalması, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(001)- 12957/2014 saylı qətnaməsinə əsasən qət edilmiş aliment miqdarının artırılaraq xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat, xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat olmaqla, cəmi 400 manat məbləğində alimentin və xx.xx.2019-cu il təvəllüdlü X5 üç yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat əlavə pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak evən cavabdeh ərizə təqdim edərək, iddia tələbini qismən qəbul edərək, hər uşağa hər ay 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment ödəməyə razı olduğunu, iddia tələbinin qalan hissədə məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx.xx.2019-cu il tarixdə 1020 nömrəli akt qeydi ilə 1 saylı Bakı “Asan Xidmət” mərkəzinin Qeydiyyat Şöbəsində nikah bağlamışlar və birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X9 anadan olmuşlar. - ödəniş terminalı vasitəsilə ödənilmiş qəbzdən görünür ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 20 saylı Vəkil Bürosu üçün 200 manat ödəniş edilmişdir (FİN xxxxxxx). - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin xx.xx.2020ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdən arayışın verildiyi tarixədək Dövlət Gömrük Komitəsi Tibbi Xidmət X14 Komissiyasında tibb qeydiyyatçısı vəzifəsində çalışır və aylıq vəzifə maaşı 345 manat təşkil edir. - Məcburi köçkün vəsiqəsindən və “xxxx” MMC tərəfindən verilmiş arayışdan görünür ki, Məmmədova (Ağayeva) X8 rayonundan məcburi köçkündür və Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, ev 3A, mənzil 54-də müvəqqəti yaşayır. - xx.xx.2015-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-12957/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin tutulmasına dair icraata başlanılmışdır. - Cavabdeh iş yeri barəsində məlumatdan görünür ki, o, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyində çalışır və aylıq əmək haqqı 716 manat təşkil edir. Məhkəmə AR Konstitusiyasının 17-ci, Ailə Məcəlləsinin 75, 76, 78, 112.1-ci maddələrinə əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları aliment ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq, alimentin məbləğinin artırılmasını məqsədəmüvafiq hesab edir. Belə ki, "X10" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8- ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh X7 yetkinlik yaşına çatmamış Məmmədli Selbin və Məmmədli Selinin valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaqların iddiaçının yanında qaldığından, cavabdeh yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment verməyə borcludur. Odur ki, cavabdeh yetkinlik yaşına çatmamış uşaqların saxlanmasında iştirak etmədiyindən, tərəflərin birgə nikahlarından anadan olmuş Məmmədli Selbin və Məmmədli Selinin saxlanması üçün cavabdehdən aliment məhkəmə qaydasında tutulmalıdır. Məhkəmə hesab edir ki, qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. İddiaçı uşaqların əvvəlki təminatı ilə bağlı sübutlar təqdim etməmişdir. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu (“Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həmin il üçün yaşayış minumumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir) özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Beləliklə, məhkəmə uşaqların saxlanılması üçün cavabdehdən tutulacaq alimentin hər uşağa görə hər ay 170 manat, cəmi 340 manat sabit pul məbləğində müəyyən edilməsini cavabdehin hal-hazırki maddi vəziyyətinə və mənafeyinə uyğun hesab edir. Həmçinin məhkəmə İddiaçı hazırda maddi vəziyyətinin ağır olmasını, uşağın körpə olduğunu nəzərə alaraq, xx.xx.2019-cu il təvəllüdlü X5 3 (üç) yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 150 manat deyil, 50 (əlli) manat məbləğində pulun tutulmasını məqsədəmüvafiq hesab edir. Belə ki, Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda ümumi uşaqların doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan digər tərəfin aliment ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə həmçinin iddianın vəkil xərcinin tutulması hissəsində araşdıraraq hesab edir ki, iddiaçı məhkəmə iclasında iddia tələbini şəxsən müdafiə etmək imkanı olduğu halda, bu imkandan istifadə etməmişdir və vəkil xidmətindən öz istəyi ilə yararlanmışdır. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsində vəkilin iştirakı məcburi xarakter daşımır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-12957/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, xx.xx.2019-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdeh 170 manat sabit pul məbləğində aliment və uşağın 3 (üç) yaşına çatanadək anası İddiaçı üçün hər ay 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-12957/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Kamil qızına ödənilsin. xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş alimentin artırılmış hissədə tutulmasına qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Cavabdeh xx.xx.2019-cu il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat məbləğində aliment və uşağın 3 (üç) yaşına çatanadək anası İddiaçı üçün hər ay 50 (əlli) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. xx.xx.2019-cu il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş alimentin hesablanması xx.xx.2020-ci il tarixdən başlanılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-6594/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6594/2020
09.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver