Məhkəmə qərarları › İş №2(001)-6605/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6605/2023

22.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6605/2023 22.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının mənzildən çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus cehiz əşyalarının- yataq dəsti, qonaq dəsti, 1 ədəd televizor, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan, mətbəx dəsti, 2 ədəd xalça, 1 ədəd daroşqa, 1 ədəd tozsoran, 1 ədəd soba, 1 ədəd ətçəkən, 1 ədəd şirəçəkən, 1 ədəd mikser, 2 ədəd çilçıraq, 1 ədəd Tefal çaynik kiçik çayniklə, 1 ədəd taxt döşəyi, 1 ədəd tək döşək, 2 ədəd yorğan, 6 ədəd balış, 6 ədəd süfrə, 1 ədəd tük adyal, 4 ədəd oturacaq döşək, 4 ədəd pakrıval, 12 ədəd qazan, 2 komplekt servis, 3 ədəd gülqabı, 1 ədəd tərəvəz qabı, sancaqlar, dəmir şpilkalar, 12 ədəd nəlbəki, 12 ədəd billur stəkan, 12 ədəd armudu stəkan, 2 komplekt çaynikli çaşkalar, 24 ədəd çay dəsmalı, 1 ədəd pol yumaq ləvazimatı, 1 ədəd şüşə şirniyyat qabı, 2 ədəd aşsüzən, 1ədəd çörək qabı, 2 komplekt ədviyyat qabları, 1ədəd bıçaq dəsti, 1 komplekt bıçaq, 1 ədəd süpürgə-zibil yığanın cavabdehin yaşadığı ünvan 1 ünvanında olan mənzildən çıxarılması və ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X2 anadan olmuşdur. O, 4 aylıq hamilə ikən cavabdeh ondan və doğulmamış körpəsindən imtina etmişdir. Binəqədi Rayon Məhkəməsinin icraatında 2(001)-1371/2023 nömrəli mülki iş mövcuddur, cavabdeh ona qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Dəfələrlə cavabdehdən ona məxsus cehiz əşyalarını tələb etmiş, cavabdehin ailəsi münaqişəli, qərəzli insanlar olduğundan Binəqədi rayon 43-cü Polis Bölməsinə və 40 –cı Polis Bölməsinə cavabdehlə bağlı müraciətləri var. Atasız böyümüş, anası xadimə işləyir, halal zəhmətlə kreditlə ona adları qeyd olunan yataq dəsti, qonaq dəsti, 1 ədəd televizor, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan, mətbəx dəsti, 2 ədəd xalça, 1 ədəd daroşqa, 1 ədəd tozsoran, 1 ədəd soba, 1 ədəd ətçəkən, 1 ədəd şirəçəkən, 1 ədəd mikser, 2 ədəd çilçıraq, 1 ədəd Tefal çaynik kiçik çayniklə, 1 ədəd taxt döşəyi, 1 ədəd tək döşək, 2 ədəd yorğan, 6 ədəd balış, 6 ədəd süfrə, 1 ədəd tük adyal, 4 ədəd oturacaq döşək, 4 ədəd pakrıval, 12 ədəd qazan, 2 komplekt servis, 3 ədəd gülqabı, 1 ədəd tərəvəz qabı, sancaqlar, dəmir şpilkalar, 12 ədəd nəlbəki, 12 ədəd billur stəkan, 12 ədəd armudu stəkan, 2 komplekt çaynikli çaşkalar, 24 ədəd çay dəsmalı, 1 ədəd pol yumaq ləvazimatı, 1 ədəd şüşə şirniyyat qabı, 2 ədəd aşsüzən, 1ədəd çörək qabı, 2 komplekt ədviyyat qabları, 1ədəd bıçaq dəsti, 1 komplekt bıçaq, 1 ədəd süpürgə-zibil yığan-cehiz əşyaları almışdır. Cehiz əşyalarının alınmasında, cavadehin yaşadığı mənzilə aparılıb yerləşdirilməsində yaxın qohumlarının iştirakı olmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddia ərizəsində qeyd edilən əşyalardan- şirəçəkəndən başqa hamısı mövcuddur, onların evindədir və həmin əşyaları qaytarmağa razıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək, ərizəsində qeyd olunanlara uyğun izahat verib, iddianın qismən təmin edilməsinə etiraz etmədiyini bildirdi. Həmçinin bildirdi ki, o, ünvan 2 ünvanında yaşayır. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 fevral 2023-ci il tarixli 16(001)-40/2023 saylı qərardadından görünür ki, Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə bağlı 2(001)-1371/2023 saylı mülki iş üzrə məhkəmə qətnaməsi çıxarılanadək 29 dekabr 2022-ci il təvəllüdlü X1 adlı uşağın saxlanması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində müvəqqəti alimentin tutularaq İddiaçı ödənilməsi və alimentin tutulmasının əvvəlinin 01 fevral 2023-cü il tarixdən hesablanması qət edilmişdir. İş materiallarında olan 08 sentyabr 2023-cü il tarixli ilkin mediasiya sessiyasından iştirak edilməməsi barədə Arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və ilkin mediasiya sessiyasiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödənilmiş, lakin, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə rəsmi olaraq məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı ilə cavabdeh xx.xx.2022-ci il tarixdə nikaha daxil olmuşdur. Daha sonra tərəflər arasında münasibətlər korlanmış və onlar faktiki olaraq ayrılmışlar. Hazırda iddiaçı iddia ərizəsində dəyəri göstərilməmiş əmlakların cavabdehlərdən alınıb ona qaytarılmasını xahiş edir, Cavabdeh isə iddianı qismən qəbul edərək iddia ərizəsində qeyd edilmiş əmlaklardan şirəçəkdən başqa, hamısının onda olduğunu etiraf edir və həmin əmlakların ondan alınıb iddiaçıya verilməsinə etiraz etmir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Təsvir edilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində əmlakların hamısının cavabdehdə olduğunu bildirərək, həmin əmlakları cavabdehdən tələb etsə də, həmin əmlaklardan 1 ədəd şirəçəkənin cavabdehdə olduğu barədə və eləcə də əmlakların dəyəri barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Ona görə də, məhkəmə Cavabdeh iddia ərizəsində qeyd edilmiş əmlaklardan 1 ədəd şirəçəkən başqa, qalan hissəsinin onda olması barədə etirafını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, yataq dəsti, qonaq dəsti, 1 ədəd televizor, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan, mətbəx dəsti, 2 ədəd xalça, 1 ədəd “daroşqa”, 1 ədəd tozsoran, 1 ədəd soba, 1 ədəd ətçəkən, 1 ədəd mikser, 2 ədəd çilçıraq, 1 ədəd Tefal çaynik kiçik çayniklə, 1 ədəd taxt döşəyi, 1 ədəd tək döşək, 2 ədəd yorğan, 6 ədəd balış, 6 ədəd süfrə, 1 ədəd tük adyal, 4 ədəd oturacaq döşək, 4 ədəd “pakrıval”, 12 ədəd qazan, 2 komplekt servis, 3 ədəd gülqabı, 1 ədəd tərəvəz qabı, sancaqlar, “dəmir şpilkalar”, 12 ədəd nəlbəki, 12 ədəd billur stəkan, 12 ədəd armudu stəkan, 2 komplekt “çaynikli çaşkalar”, 24 ədəd çay dəsmalı, 1 ədəd pol yumaq ləvazimatı, 1 ədəd şüşə şirniyyat qabı, 2 ədəd aşsüzən, 1ədəd çörək qabı, 2 komplekt ədviyyat qabları, 1 ədəd bıçaq dəsti, 1 komplekt bıçaq və 1 ədəd süpürgə-zibil yığan Cavabdeh alınaraq İddiaçı verilməlidir. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, əşyaların cavabdehdən alınıb iddiaçıya verilməsi təmin edildiyindən, mənzildən çıxarılması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun 40 (qırx) manatı Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Yataq dəsti, qonaq dəsti, 1 ədəd televizor, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan, mətbəx dəsti, 2 ədəd xalça, 1 ədəd “daroşqa”, 1 ədəd tozsoran, 1 ədəd soba, 1 ədəd ətçəkən, 1 ədəd mikser, 2 ədəd çilçıraq, 1 ədəd Tefal çaynik kiçik çayniklə, 1 ədəd taxt döşəyi, 1 ədəd tək döşək, 2 ədəd yorğan, 6 ədəd balış, 6 ədəd süfrə, 1 ədəd tük adyal, 4 ədəd oturacaq döşək, 4 ədəd “pakrıval”, 12 ədəd qazan, 2 komplekt servis, 3 ədəd gülqabı, 1 ədəd tərəvəz qabı, sancaqlar, “dəmir şpilkalar”, 12 ədəd nəlbəki, 12 ədəd billur stəkan, 12 ədəd armudu stəkan, 2 komplekt “çaynikli çaşkalar”, 24 ədəd çay dəsmalı, 1 ədəd pol yumaq ləvazimatı, 1 ədəd şüşə şirniyyat qabı, 2 ədəd aşsüzən, 1ədəd çörək qabı, 2 komplekt ədviyyat qabları, 1 ədəd bıçaq dəsti, 1 komplekt bıçaq və 1 ədəd süpürgə-zibil yığan Cavabdeh yaşadığı ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılaraq İddiaçı qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 40 (qırx) manatı Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar