Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6753/2022 24.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, Kreditor Borclu qarşı borcun qaytarılması tələbi ilə bağlı məhkəmə əmrinin çıxarılması barədə ərizəsini və əlavə olunmuş sənədləri 24 oktyabr 2022-ci il tarixdə nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Kreditor ərizə ilə məhkəməyə müraciət edərək Borclu Bakı şəhəri 11 saylı Notariat ofisinin xüsusi notariusu X1 tərəfindən “3M-1311” reyestr nömrəsi ilə təsdiq edilmiş 28 avqust 2019-cu il tarixli kredit (borc) müqaviləsində göstərilmiş 31000 (iyirmi beş min) manat borcun və ödənilmiş 100 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizəni əlavə olunmuş sənədlərlə birlikdə nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Hazırki ərizədə əsas borcun məbləği rəqəmlə 31000 manat qeyd olunduğu hərflə iyirmi beş min manat göstərildiyindən, hesab edirəm ki, ərizəçinin tələbi bu hissədə aşkar deyildir və buna görə də, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 278, 279 və 280-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ М: Kreditor Borclu qarşı borcun qaytarılması tələbi ilə bağlı məhkəmə əmrinin verilməsi barədə ərizəsinin qəbul edilməsindən imtina olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-6753/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6753/2022
24.10.2022 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver