Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6989/2020 27.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, Kreditor MMC-nin Borclu qarşı kredit borcunun tutulması ilə bağlı məhkəmə əmrinin çıxarılması barədə ərizəsini və əlavə olunmuş sənədləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: Kreditor MMC ərizə ilə məhkəməyə müraciət edərək Borclu 2448,98 manat əsas borcun və 20 manat dövlət rüsumunun ərizəçinin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni əlavə olunmuş sənədlərlə birlikdə nəzərdən keçirərək hesab edir ki, ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. - 279.2 və 279.2.2-ci maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilir. - 149.2 və 149.2.4-cü maddələrinə əsasən, ərizədə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. - 150.0 və 150.0.7-ci maddələrinə əsasən, iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. Ərizəyə əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən olunur ki, pretenziya məktubu cavabdehə göndərilsə də, məktubun çatdırılması ilə bağlı heç bir sübut ərizəyə əlavə edilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Ərizəyə əlavə edilmiş sübut əhəmiyyətli sənədlər kserosurət olmaqla üzərilərinə “əsli ilə düzdür” ştampı vurulmuş, həmin sənədlərin kim tərəfindən təsdiqlənməsi göstərilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 278, 279 və 280-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ М: Kreditor MMC-nin Borclu qarşı kredit borcunun tutulması ilə bağlı məhkəmə əmrinin çıxarılması barədə ərizəsinin icraata qəbulundan imtina edilsin, ərizə və ona əlavə edilmiş sənədlər Kreditor MMC-yə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-6989/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6989/2020
27.11.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver