Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7009/2020 01.12.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı cavabdeh Axxxxnə qarşı “sığorta məbləğinin ödənilməsi tələbinə dair” iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun hərbi xidmət zamanı aldığı travma nəticəsində İİİ qrup əlil olması ilə əlaqədar cavabdeh Axxxxndən 4400 manat məbləğində sığorta haqqının alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sabiq hərbi qulluqçu İddiaçı xx xxxxx N-cü ildən xx xxxxxxx 2005-ci ilə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmətdə, xx xxxx 2009-cu ildən xx xxxxxxx 2015-ci ilə qədər müddətdən artıq həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan respublikası müdafiə nazirliyi Mərkəzi Hərbi Həkim komissiyasının xx xxxx 2018-ci il tarixli 1079 nömrəli qərarından göründüyü kimi, Qazax RHK tərəfindən N-cü il tarixində hərbi xidmətə çağrılmış İddiaçı hərbi xidmət dövründə hərbi xidmət keçərkən aldığı və xx xxxx N-cü ildən xx xxxx N-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu travma-diaqnoz: “sol diz oynağının postravmatik osteoxondritinin sinovit ilə fəsadlaşması, oynağın yad cismi” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin xx xxx 2018-ci il tarixli 278 nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş xx xxxx N-cü il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir) travmadır. Hərbi xidmət dövründə alınmışdır. Axxxxnin həmin şirkətin Qazax rayon filialına ünvanladığı xx xxxxx 2020-ci il tarixli, 07-07-139 saylı və təkrar müraciətlə bağlı 19 saylı vəkil bürosuna ünvanladığı xx xxxxxxx 2020-ci il tarixli 07-02-69 saylı cavab məktublarında bildirilir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 197-ci il tarixli qanununun 5-ci maddəsinin ç bəndinə əsasən xidmət vəzifəsinin yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətinə əlillik təyin olunduqda, o sığorta məbləğini almaq hüququna malikdir. Sənədlərdən göründüyü kimi İddiaçı xx xxxxxx 2015-ci il tarixdə hərbi xidmətdən təxris olunmuş və bu hadisədən 5 ildən artıq müddət keçdikdən sonra, yəni xx xxxxxx 2020-ci il tarixində İİİ qrup əlillik dərəcəsi almışdır. Buna görə də ona qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsinin qeyri mümkün olduğu bildirilmişdir. Həmin imtina məktubu ilə əlaqədar bildirilir ki, Azərbaycan Respublikası Müdafiə nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx xxxx 2018-ci il tarixli 1079 nömrəli qərarından göründüyü kimi sığortaçı İddiaçı xidmətdən buraxıldığı gündən 3 il keçməmiş yəni, 2018-ci ilin may ayında Mərkəzi Hərbi Həkim komissiyasında müayinədən keçmiş, onda müəyyən edilmiş travmanı hərbi xidmət dövründə alınmasına dair qərar qəbul edilmişdir. Bundan sonra İddiaçı əlilliyin təyin edilməsi, onun təqsiri olmayan səbəblərdən uzadılmış, yəni xx xxxxxx 2020-ci il tarixində ona 3-cü qrup əlillik dərəcəsi təyin edilmişdir. Göründüyü kimi imtina məktubunda göstərilən 5 ildən artıq müddət İddiaçı təqsiri olmayan səbəblərdən yaranmışdır. Göstərilənləri nəzərə alaraq iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında internet portalından əldə edilmiş məlumatdan görünür ki, Axxxxnin hüquqi ünvanı AZ1014, ünvan 2 rəsmi qeydə alındığı ünvan Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşməsinə baxmayaraq, iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilmişdir. Beləliklə, iddiaçının iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddiaçının iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya hazırki iddia tələbi ilə bağlı cavabdehin qeydiyyatda olduğu ərazi üzrə rayon məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-cü və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Axxxxnə qarşı “sığorta məbləğinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-7009/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7009/2020
01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver