Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7013/2025 24.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Anar Nurəddin oğlu, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:
1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün yaşayış minimumuna uyğun olaraq 246 (iki yüz qırx altı) manat məbləğində sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir.
3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 153.1. Məhkəməyə daxil olan ərizə hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir. - Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa. - Maddə 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. - Maddə 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. - Maddə 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir.
4. Məhkəmə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)- 3172/2021 nömrəli qətnaməsi ilə cavabdehdən yetkinlik yaşına çatmayan X1 üçün 170 manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə müraciət edərək Cavabdeh heç bir aliment borcu olmadığını, gələcəkdə ödənilməli olan alimentdən imtina etdiyini bildirmiş və icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-627/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-3172/2021 nömrəli icra sənədi üzrə iddiaçının tələbdən imtinası qəbul edilmişdir.
5. Məhkəmə bildirir ki, tərəflər arasında alimentin tutulmasına dair qanuni qüvvəyə minmiş qətnamə mövcud olduğundan hazırki iddia tələbi icraata qəbul edilə bilməz. Belə olduğu halda məhkəmə qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməli və iddiaçıya Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-3172/2021 nömrəli icra sənədini yenidən icraya yönəltmək hüququnun olması izah edilməli, eləcə də işin hallarından asılı olaraq iddiaçının alimentin məbləğinin artırılması və ya məhkəmə qətnaməsi ilə tutulmuş alimentin indeksasiya edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququna da malik olduğu onun diqqətinə çatdırılmalıdır.
6. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan ərizənin qəbul edilməsindən imtina edilməldir.
7. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbinin yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır.
8. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153.2.2, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin.
2. İddiaçıya alimentin tutulmasına dair Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-3172/2021 nömrəli icra sənədini yenidən icraya yönəltmək, eləcə də işin hallarından asılı olaraq alimentin artırılması və ya məhkəmə qətnaməsi ilə tutulmuş alimentin indeksasiya edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin.
3. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Sədrlik edən: Anar Rzayev