Məhkəmə qərarları › İş №2(001)-7016/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7016/2021

29.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7016/2021 29.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh oğluna qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan 13.06.2005-ci il təvəllüdlü X2, 08.08.2009-cu il təvəllüdlü X3 və 15.07.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün əmək haqqının (başqa gəlirlərinin) 1/2 hissədə alimentin tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbi onunla əsaslandırmışdır ki, tərəflər 29.12.2003-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar və bu nikahdan 13.06.2005-ci il təvəllüdlü X2, 08.08.2009-cu il təvəllüdlü X3 və 15.07.2013-cü il təvəllüdlü X4 anadan olmuşlar. Cavabdeh lazımı səviyyədə uşaqların saxlanılmasına köməklik etmir, iddiaçı isə təkbaşına uşağın ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Bu səbəbdən də aliment tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qeydiyyat ünvanına bildiriş göndərilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. Lakin İddiaçı məhkəməyə teleqram göndərərək, üzürlü səbədən məhkəmə iclasında iştirak edə bilmədiyini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh oğlu isə gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - nikah haqqında və doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, tərəflər 29.12.2003-cü il tarixdə Zaqatala rayon VVADQ şöbəsində rəsmi nikah bağlamışlar, akt qeydləri kitabında 291 nömrə ilə qeyd edilmiş və bu nikahdan 13.06.2005-ci il təvəllüdlü X2 08.08.2009-cu il təvəllüdlü X3 və 15.07.2013-cü il təvəllüdlü X4 anadan olmuşlar. - cavabdehin 14.09.2021-ci il tarixli məhkəmə hazırlıq iclasında təqdim etdiyi ərizədən görünür ki, o, iddia tələbini qəbul edir, uşaqların saxlanılması üçün alimentin ödənilməsinə etiraz etmir. Məhkəmə AR Konstitusiyasının 17-ci maddəsinə, Ailə Məcəlləsinin 75, 76 və 78-ci maddələrinə əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları aliment ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə alimentin ikidə bir hissəsi miqdarda tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, uşağın saxlanılmaları üçün cavabdehdən tutulacaq alimentin onun qazancının və başqa gəlirlərinin ½ hissəsi məbləğində müəyyən edilməsini uşağın mənafeyinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası AM-nin 76.1.3-cü maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda, onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, iddia ərizəsi 02.09.2021-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 02.09.2021-ci il tarixdən tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh oğlundan 13.06.2005-ci il təvəllüdlü X2, 08.08.2009-cu il təvəllüdlü X3 və 15.07.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün qazancının və başqa gəlirlərinin yarısı (½ hissəsi) miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, AR Mülki Prosessual Məcəlləsinin 112.1.3,119.2 və "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrinə əsasən 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh oğlundan 13.06.2005-ci il təvəllüdlü X2, 08.08.2009-cu il təvəllüdlü X3 və 15.07.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının və başqa gəlirlərinin yarısı (½ (ikidə bir) hissəsi) miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Alimentin hesablanması 02.09.2021-ci il tarixdən başlanılsın. Qətnamə dərhal icra edilsin. Cavabdeh oğlundan 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar