Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7050/2020 03.12.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı cavabdeh Bakı şəhəri 32 saylı Notariat ofisinin xüsusi notariusu X2 qarşı “borc müqaviləsinin və icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsini məhkəmənin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 32 saylı Notariat ofisinin xüsusi notariusu X3 tərəfindən xx xxxxx 2018-ci il tarixli ASAN1-2)FR/69575/72 saylı müqavilə və xx xxxxxx 2020-ci il tarixli verilən icra qeydinin ləğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,Bakı şəhər Binəqədi rayon İcra və Probasiya şöbəsi icra qeydi üzrə ondan 20 manat, 4472,53 manat məbləğində pul vəsaitini tutaraq tələbkar “xxxx” ASC-nin xeyrinə ödənilməsinə dair xx xxxxxx 2020-ci il tarixli icraata başlama haqqında qərarı Bakı şəhəri 32 saylı Notariat ofisinin xüsusi notariusu X1 xx xxxxxx 2020-ci il tarixdə verdiyi icra qeydi əsasında qəbul edib. Bakı şəhəri 32 saylı Notariat ofisinin xüsusi notariusu X3 tərəfindən xx xxxxxx 2020-ci il tarixli icra qeydinə etirazını bildirir, borc müqaviləsinə dair verilən icra qeydi əsasız olduğundan ləğv edilməlidir. Belə ki, “xxxx” ASCdə ona məxsus olan avtomobil kreditdə olmuş, həmin avtomobilin kreditində gecikmə olduğundan “xxxx” ASC tərəfindən həmin avtomobil satılaraq, həmin avtomobildən ona heç bir məbləğdə pul çatmamış və kredit borcu da silinməmişdir. Onunla “xxxx” ASC arasında bağlanan kredit müqaviləsi ləğv olunmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl məhkəməyə qədər nizama salma qaydasına riayət etmədiyindən və buna dair sənəd təqdim etmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Hazırki mülki iş üzrə iddia ərizəsinə əlavə edilmiş sənədlərdən iddiaçının cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına dair qaydalara riayət etməsi müəyyən edilmir. Bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsində qeyd edilmişdir ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə qaydaya əməl etmədiyi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda iddiaçının nəzərinə çatdırılır ki, iddia ərizəsində müqavilə tərəfi olan “xxxx” ASC cavabdeh qismində cəlb edilmədiyindən müqavilənin ləğv edilməsi tələbinin kimə yönəldiyi müəyyən edilmir. Halbuki MPM-nin 149.2.3-cü maddəsində göstərilmişdir ki, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Eyni zamanda həmin məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu baxımdan iddiaçıya izah olunur ki, yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən hazırki qərardadda göstərilən xüsusatları nəzərə alsın. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Bakı şəhəri 32 saylı Notariat ofisinin xüsusi notariusu X2 qarşı “borc müqaviləsinin və icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilən sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-7050/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7050/2020
03.12.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver