Məhkəmə qərarları › İş №2(001)-716/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-716/2021

09.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-716/2021 09.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh X4 qarşı cehiz əşyalarının mənzildən çıxarılmasına dair ilk iddia ərizəsi, İddiaçı X2 Cavabdeh İddiaçı qarşı cehiz əşyalarının qaytarılmasına və sair tələbə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh X4 qarşı cehiz əşyalarının mənzildən çıxarılmasına dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı X5 öz növbəsində cavabdeh İddiaçı qarşı cehiz əşyalarının qaytarılmasına və sair tələbə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı ilə X5 baldız-gəlin olmuşlar. Məmmədov Vurğun Möhübbət oğlu ilə Ş.A. İmanzadə xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuş, toy mərasimi xx.xx.2019-cu il tarixdə Salyan şəhərindəki Həyat şadlıq evində baş tutmuş, ailə qurduqdan sonra gənc ailə iki ay, fevral-mart aylarında Salyan şəhərində yerləşən İddiaçı ata mülkü olan evdə daha sonra isə aprel-may aylarında İddiaçı məxsus ünvan 1 ünvanında yaşamışlar. Cavabdeh Ş.A.İmanzadə Bakı şəhərində İncəsənət Universitetinin tələbəsi olduğundan, həmçinin V.M.Məmmədov da Bakı şəhərində işlədiyindən İddiaçı həmin dövrdə valideynləri ilə birlikdə Salyan şəhərində yaşadığı üçün ona məxsus olan mənzil boş qalmasın deyə sonunculara mülkiyyətində olan mənzildə müvəqqəti yaşamağa icazə vermişdir. Bu səbəbdən cavabdeh Ş.A.İmanzadəyə məxsus cehiz əşyaları Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr S.S.Axundov küçəsi 3C saylı evin 125 saylı mənzilinə gətirilmişdir. Lakin orada heç 3 ay yaşamadan Ş.A.İmanzadə evdən küsüb valideynlərinin yanına getmişdir. Daha sonra Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(057)-360/2020 saylı qətnaməsi ilə Məmmədov Vurğun Möhübbət oğlu ilə X5 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış və Salyan rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 45 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Artıq tərəflər arasında qohumluq münasibətlərinə son qoyulmuş və ümumiyyətlə heç bir bağ qalmamışdır. Lakin həmin vaxtdan xeyli vaxt keçməsinə baxmayaraq Ş.A.İmanzadə öz cehiz əşyalarını İddiaçı məxsus evdən aparmır. Mülkiyyətçi mənzilinin boşaldılmasını dəfələrlə tələb etsə də, Ş.A.İmanzadə mənzili boşaltmır, bu da İddiaçı mülkiyyətçi kimi bir sıra hüquqlarını pozur. Qarşılıqlı iddia ərizəsində tələb olunan əşyalardan kartof qızardan aparat, soba, mikrodalğalı soba, Tefalmarkalı çörək bişirən maşın, blender, 3 dəst yemək saxlama qabı, 1 ədəd taxt döşəyi, cins gödəkçə, krem rəngli çanta heç vaxt İddiaçı mülkiyyətində olan mənzilə gətirilməmiş, qaşıq 60 ədəd deyil, 37 ədəddir, nahar boşqab dəsti 70 ədəd deyil, 24 ədəddir, çaynik 3 ədəd deyil, 2 ədəddir. İddiaçı bu əşyalar istisna olmaqla qarşılıqlı iddia ərizəsində tələb olunan digər əşyaları Ş.A.İmanzadəyə qaytarmağa razıdır. Mülkiyyətçi dəfələrlə təklif etməsinə bağmayaraq Ş.A.İmanzadə özünə məxsus əşyaları mənzildən çıxarmadığından, işə baxılan müddət ərzində də Ş.A.İmanzadənin özünə məxsus əşyaları götürmək imkanı olduğundan əşyaların İddiaçı vəsaiti hesabına çıxarılmasına dair qarşılıqlı iddia tələbi də əsassızdır. Ona görə də ilk iddia ərizəsinin təmin, qarşılıqlı iddia ərizəsinin isə qismən təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı X2 vəkili və nümayəndəsi X6 ilk iddia ərizəsini qəbul etməyib, qarşılıqlı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İmanzadə (Məmmədova) Şəms Abdulla qızına məxsus cehiz əmlak İddiaçı məxsus mənzildə yerləşir. Məmmədov Vurğun Möhübbət oğlundan cehiz əmlakın geri qaytarılması tələb olunsa da, bunun üçün şərait yaradılması istənilsə də, Məmmədov Vurğun Möhübbət oğlu əvvəlcə razılaşmış, sonradan məhkəmə qaydasında əmlakı qaytarmaq barədə iddia ilə müraciət edilmişdir. İlk iddia ərizəsindən göründüyü kimi İddiaçı cehiz əmlakının onda olduğunu, hansı ünvanda yerləşməsi və mövcudluğunu etiraf etmişdir. Bu fakt isə qarşılıqlı iddia tələbinin həmin hissədə sübut etmə yükündən qarşılıqlı iddiaçını azad edir. Mövcud olmadığı qeyd olunan əşyalarla bağlı sübut etmək yükü də ilk iddiaçıya aiddir. Həmin əşyaların mövcudluğuna və qarşılıqlı iddia ərizəsində tələb olunan əşyaların dəyəri ilə bağlı onda heç bir sübut yoxdur. İlk iddia ərizəsində qeyd olunan əşyaların mövcud olub olmaması onlara məlum olmadığından ilk iddia ərizəsinin təmin edilməməsinə, qarşılıqlı iddia ərizəsinin təmin edilərək X4 məxsus taxt, 2 ədəd taxt tumbası, 1 ədəd termo oturacağı, termo, qarderobdan ibarət 5000 manat dəyərində yataq dəstindən, divan, jurnal stolu, kamot, 6 ədəd stulla birlikdə stol, pərdədən ibarət 3000 manat dəyərində salon dəstindən, 2500 manat dəyərində mətbəx mebelindən, mətbəx divanından, 4 ədəd mətbəx stulu ilə birlikdə mətbəx stolundan, 70 manat dəyərində 1 ədəd taxt döşəyindən, 100 manat dəyərində 2 ədəd yer döşəyindən, 250 manat dəyərində 5 ədəd yorğandan, 120 manat dəyərində 6 ədəd tük yastıqdan, 4 ədəd silikon yastıqdan, 220 manat dəyərində 1 ədəd silikon yorğandan, 80 manat dəyərində 8 ədəd döşəkçədən, 160 manat dəyərində pastel dəstindən, 300 manat dəyərində 2x3 salon xalçasından, 150 manat dəyərində 2x2 mətbəx xalçasından, 150 manat dəyərində 2x5 dəhliz xalçasından, 190 manat dəyərində 1 ədəd salon çilçırağından, 70 manat dəyərində 1 ədəd yataq otağı çilçırağından, 800 manat dəyərində 108 ekran Artel markalı televizordan, 1000 manat dəyərində Midea markalı soyuducudan, 700 manat dəyərində paltaryuyan maşından, 120 manat dəyərində aspiratordan, 150 manat dəyərində qaz sobasından, 100 manat dəyərində kartof qızardan aparatdan, 100 manat dəyərində moykadan, 250 manat dəyərində sobadan, 360 manat dəyərində LG markalı mikrodalğalı sobadan, 300 manat dəyərində Tefal markalı çörək bişirən maşından, 70 manat dəyərində jalüzdən, 40 manat dəyərində 2 ədəd portretdən, 70 manat dəyərində uzun güldandan, 30 manat dəyərində 4 ədəd zibilqabından, 10 manat dəyərində 2 ədəd salfetka qabından, 15 manat dəyərində abxordan, 10 manat dəyərində 12 ədəd araq stəkanından, 50 manat dəyərində stolüstü çərəzqabından, 25 manat dəyərində saçqurutma fenindən, 8 manat dəyərində balaca güllü güldandan, 10 manat dəyərində 2 ədəd çörəkqabından, 20 manat dəyərində 10 ədəd kalçuk qabdan, 7 manat dəyərində paltar səbətindən, 20 manat dəyərində vedrə-ləyəndən, 10 manat dəyərində iynə-sap qabından, qayçıdan, 15 manat dəyərində 2 ədəd ələkdən, 5 manat dəyərində südsüzəndən, 12 manat dəyərində aşsüzəndən, 6 manat dəyərində qaşıqlıqdan, 8 manat dəyərində 4 ədəd çaynik altlığından, 3 manat dəyərində pendir süzəndən, 5 manat dəyərində qiyməkeşdən, 15 manat dəyərində 3 ədəd qapı ağzı üçün xalçadan, 4 manat dəyərində 2 ədəd sabun qabından, 10 manat dəyərində 2 ədəd balıq qabından, 10 manat dəyərində 2 ədəd sadə, 70 manat dəyərində 2 ədəd xrustal mürəbbə qabından, 13 manat dəyərində tort qabından, 5 manat dəyərində 2 ədəd rəndədən, 3 manat dəyərində həvəngdəstədən, 2 manat dəyərində kartof kəsəndən, 7 manat dəyərində sancaq səbətindən, 4 manat dəyərində göyərti taxtasından, 3 manat dəyərində qozsındırandan, 2 manat dəyərində kisdən, 2 manat dəyərində banka açandan, 3 manat dəyərində şirniyyat götürən maşadan, 20 manat dəyərində 4 ədəd padnosdan, 12 manat dəyərində 6 ədəd şüşə fincandan, 22 manat dəyərində 2 ədəd soba üçün şüşə qabdan, 15 manat dəyərində 3 ədəd tort tavasından, 4 manat dəyərində tort bəzəmək üçün şpirisdən, 16 manat dəyərində bıçaq dəstindən, 150 manat dəyərində 60 ədədlik qaşıq dəstindən, 30 manat dəyərində stolüstü nabor qaşıq-çəngəl dəstindən, 55 manat dəyərində stolüstü bıçaq dəstindən, 26 manat dəyərində stolüstü yemək qaşığı dəstindən, 40 manat dəyərində ədviyyat naborundan, 14 manat dəyərində 12 ədədlik çay stəkanı dəstindən, 12 manat dəyərində 12 ədəd armudu stəkandan, 50 manat dəyərində 6 ədəd xrustal çay stəkanından, 45 manat dəyərində 6 ədəd xrustal armudu stəkandan, 30 manat dəyərində qəfədan çaynik naborundan, 12 manat dəyərində çuğun qəfədandan, 20 manat dəyərində 12 ədəd su stəkanından, 34 manat dəyərində 12 ədəd su bakalından, 15 manat dəyərində 6 ədəd desert qabından, 90 manat dəyərində 42 ədədlik boşqab dəstindən, 250 manat dəyərində 70 ədədlik boşqab dəstindən, 20 manat dəyərində 2 ədəd meyvə qabından, 22 manat dəyərində 2 ədəd şirniyyat qabından, 19 manat dəyərində 2 ədəd çərəz qabından, 12 manat dəyərində 2 ədəd konfet qabından, 15 manat dəyərində 2 ədəd qapaqlı qənd qabından, 18 manat dəyərində 3 ədəd çaynikdən, 20 manat dəyərində 12 ədəd duz qabından, 16 manat dəyərində 12 ədəd razetkadan, 15 manat dəyərində 14 ədəd limon qabından, 450 manat dəyərində 10 ədəd qranit qazan dəstindən, 70 manat dəyərində 4 ədəd çuqun qazan dəstindən, 170 manat dəyərində Bosch markalı ətçəkən maşından, 30 manat dəyərində blendrdən, 80 manat dəyərində sok çəkəndən, 50 manat dəyərində tosterdən, 30 manat dəyərində Tefal çaydandan, 120 manat dəyərində Eurolux markalı tozsorandan, 100 manat dəyərində ütüdən, 60 manat dəyərində ütü altlığından, 12 manat dəyərində soğan çəkən blendrdən, 80 manat dəyərində mikserdən, 700 manat dəyərində kamotda olan xrustal güldan, 2 ədəd meyvə qabı, 4 ədəd konfet qabı, 2 ədəd kül qabıdan, 250 manat dəyərində taxt örtüyündən, 170 manat dəyərində silikon yorğan dəstindən, 300 manat dəyərində 10 ədədlik pastel dəstindən, 96 manat dəyərində 8 ədəd hamam dəsmalından, 100 manat dəyərində 10 ədəd əl-üz dəsmalından, 90 manat dəyərində 3 ədəd adyaldan, 130 manat dəyərində 4 ədəd süfrə örtüyündən, 40 manat dəyərində 8 ədəd çay dəsmalından, 10 manat dəyərində qab sərgisindən, 21 manat dəyərində dördayaqdan, 2 ədəd ovlavdan, 8 manat dəyərində kartof-soğan qabından, 17 manat dəyərində döşəmə silmək üçün vedrədən, 37 manat dəyərində 3 dəst yemək saxlama qabından, 60 manat dəyərində 1 ədəd taxt döşəyindən, 50 manat dəyərində taxt yorğanından, 80 manat dəyərində 4 ədəd yastıqdan, 150 manat dəyərində boz paltodan, 90 manat dəyərində krem rəngli paltodan, 70 manat dəyərində çəhrayı gödəkçədən, 80 manat dəyərində uzun qara çəkmədən, 60 manat dəyərində qara çəkmədən, 50 manat dəyərində bardovı çəkmədən, 70 manat dəyərində krem rəngli ayaqqabıdan, 35 manat dəyərində boz ayaqqabıdan, 40 manat dəyərində krem rəngli stilletodan, 30 manat dəyərində qara stilletodan, 30 manat dəyərində qara yay ayaqqabısından, 60 manat dəyərində çəhrayı dondan, 40 manat dəyərində qara dondan, 45 manat dəyərində boz dondan, 48 manat dəyərində qarışıq rəngli cibli dondan, 30 manat dəyərində qəhvəyi jaketdən, 18 manat dəyərində qara papaqdan, 16 manat dəyərində bardovı papaqdan, 10 manat dəyərində bardovı əlcəkdən, 35 manat dəyərində krem rəngli koftadan, 28 manat dəyərində bənövşəyi koftadan, 30 manat dəyərində qəhvəyi koftadan, 50 manat dəyərində ağ-qaralı koftadan, 35 manat dəyərində qırmızı boğazlı koftadan, 25 manat dəyərində qırmızı koftadan, 35 manat dəyərində göy köynəkdən, 30 manat dəyərində bənövşəyi, 2 ədəd çəhrayı, 1 ədəd göy və gül rəngli ev geyimindən, 60 manat dəyərində 2 ədəd cins şalvardan, 30 manat dəyərində qara köynəkdən, 33 manat dəyərində krem rəngli köynəkdən, 35 manat dəyərində boz rəngli boğazlı köynəkdən, 50 manat dəyərində cins gödəkçədən, 52 manat dəyərində krem rəngli çantadan ibarət əmlakların İddiaçı alınaraq İddiaçı vəsaiti hesabına X4 qaytarılmasına, əmlaklar olmadıqda dəyərinin İddiaçı tutularaq X4 ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, ilk iddia ərizəsi təmin edilməli, qarşılıqlı iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1.-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2.-ci maddəsini mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4.-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX № xx.xx.2020-ci il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 7-ci mkr 3C saylı evin 125 saylı mənzili (yeni qaydalarla: AZ 1115 Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 261 M7 m 5) İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh ilə Məmmədov Vurğun Möhübbət oğlu arasında xx.xx.2019cu il tarixdə Salyan rayon qeydiyyat şöbəsində qeydə alınmış 45 nömrəli nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2019cu il təvəllüdlü X3 anasının yanında saxlanılması, X1 üçün ödəniləcək alimentin 50% məbləği X3 adına açılacaq bank hesabına köçürülməklə xx.xx.2020-ci il tarixdən başlayaraq Məmmədov Vurğun Möhübbət oğlunun qazancının, başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq Cavabdeh verilməsi, Məmmədov Vurğun Möhübbət oğlundan xx.xx.2020-ci il tarixdən başlayaraq X3 3 yaşına çatana kimi, yəni xx.xx.2022-ci il tarixədək hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X5 nikaha daxil olduqdan sonra özünə məxsus cehiz əşyalarını İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 7-ci mkr 3C saylı evin 125 saylı mənzilinə (yeni qaydalarla: AZ 1115 Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 261 M7 m 5) gətirmiş, nikahı pozulduqdan sonra əşyalarını mənzildən çıxarmadığından mülkiyyətçi məhkəməyə müraciət etməli olmuş, bundan sonra Ş.A.İmanzadə də qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı qarşılıqlı iddia ərizəsində tələb olunan kartof qızardan aparatın, sobanın, mikrodalğalı sobanın, Tefal markalı çörək bişirən maşının, blenderin, 3 dəst yemək saxlama qabının, 1 ədəd taxt döşəyinin, cins gödəkçənin, krem rəngli çantanın mövcud olmasına, qaşıqların 60 ədəd, nahar boşqab dəstinin 70 ədəd, çaynikin 3 ədəd olmasına dair sübutlar qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmadığından məhkəmə bu əşyalara dair tələbi sübuta yetirilə bilinməməsi əsası ilə əsassız hesab edib təmin etmir. Məhkəmə tələb olunan əşyaların mülkiyyətçinin vəsaiti hesabına mənzildən çıxarılmasına dair qarşılıqlı iddia tələbini də əsassız hesab edib təmin etmir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ş.A.İmanzadə özünə məxsus əşyaları heç bir hüquqi əsası olmadan Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 7ci mkr 3C saylı evin 125 saylı mənzilində saxlamaqla İddiaçı mülkiyyət hüquqlarını məhdudlaşdırır. Ona görə də məhkəmə ilk iddia ərizəsinin tam həcmdə, qarşılıqlı iddia ərizəsinin isə qismən təmin edilməsi qənaətinə gəlir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İlk iddia ərizəsi təmin, qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin. X4 məxsus 1 ədəd taxt, 2 ədəd taxt tumbası, 1 ədəd termo oturacağı, termo, qarderobdan ibarət yataq dəsti, divan, jurnal stolu, kamot, 6 ədəd stulla birlikdə stol, pərdədən ibarət salon dəsti, mətbəx mebeli, mətbəx divanı, 4 ədəd mətbəx stulu ilə birlikdə mətbəx stolu, 1 ədəd taxt döşəyi, 2 ədəd yer döşəyi, 5 ədəd yorğan, 6 ədəd tük yastıq, 4 ədəd silikon yastıq, 1 ədəd silikon yorğan, 8 ədəd döşəkçə, pastel dəsti, 2x3 ölçülü salon xalçası, 2x2 ölçülü mətbəx xalçası, 2x5 ölçülü dəhliz xalçası, 1 ədəd salon çilçırağı, 1 ədəd yataq otağı çilçırağı, 108 ekran Artel markalı televizor, Midea markalı soyuducu, paltaryuyan maşın, aspirator, qaz sobası, moyka, jalüz, 2 ədəd portret, uzun güldandan, 4 ədəd zibilqabı, 2 ədəd salfetkaqabı, abxor, 12 ədəd stəkan, stolüstü çərəzqabı, fen, balaca güllü güldan, 2 ədəd çörəkqabı, 10 ədəd kalçuk qablar, paltar səbəti, vedrə-ləyən, iynə-sapqabı, qayçı, 2 ədəd ələk, südsüzən, aşsüzən, qaşıqlıq, 4 ədəd çaynik altlığı, pendir süzən, qiyməkeş, 3 ədəd qapı ağzı üçün xalça, 2 ədəd sabunqabı, 2 ədəd balıqqabı, 2 ədəd sadə, 2 ədəd xrustal mürəbbəqabı, tortqabı, 2 ədəd rəndə, həvəngdəstə, kartof kəsən, sancaq səbəti, göyərti taxtası, qozsındıran, kis, banka açan, şirniyyat götürən maşa, 4 ədəd padnos, 6 ədəd şüşə fincan, 2 ədəd soba üçün şüşə qab, 3 ədəd tort tavası, tort bəzəmək üçün şpiris, bıçaq dəsti, 36 ədədlik qaşıq dəsti, stolüstü nabor qaşıq-çəngəl dəsti, stolüstü bıçaq dəsti, stolüstü yemək qaşığı dəsti, ədviyyat dəsti, 12 ədədlik çay stəkanı dəsti, 12 ədəd armudu stəkan, 6 ədəd xrustal çay stəkanı, 6 ədəd xrustal armudu stəkan, qəfədan çaynik dəsti, çuğun qəfədan, 12 ədəd su stəkanı, 12 ədəd su bakalı, 6 ədəd desertqabı, 42 ədədlik boşqab dəsti, 24 ədədlik boşqab dəsti, 2 ədəd meyvəqabı, 2 ədəd şirniyyatqabı, 2 ədəd çərəzqabı, 2 ədəd konfetqabı, 2 ədəd qapaqlı qəndqabı, 2 ədəd çaynik, 12 ədəd duzqabı, 12 ədəd razetka, 14 ədəd limonqabı, 10 ədəd qranit qazan, 4 ədəd çuqun qazan, Bosch markalı ətçəkən maşın, şirəçəkən, toster, Tefal çaydan, Eurolux markalı tozsoran, ütü, ütü altlığı, soğan çəkən blendr, mikser, kamotda olan xrustal güldan, 2 ədəd meyvəqabı, 4 ədəd konfetqabı, 2 ədəd külqabı, taxt örtüyü, silikon yorğan dəsti, 10 ədədlik pastel dəsti, 8 ədəd hamam dəsmalı, 10 ədəd əl-üz dəsmalı, 3 ədəd adyal, 4 ədəd süfrə örtüyü, 8 ədəd çay dəsmalı, qab sərgisi, dördayaq, 2 ədəd oxlov, kartof-soğanqabı, döşəmə silmək üçün vedrə, taxt yorğanı, 4 ədəd yastıq, boz palto, krem rəngli palto, çəhrayı gödəkçə, uzun qara çəkmə, qara çəkmə, bardovı çəkmə, krem rəngli ayaqqabı, boz ayaqqabı, krem rəngli stilleto, qara stilleto, qara rəngli yay ayaqqabısı, çəhrayı rəngli don, qara rəngli don, boz rəngli don, qarışıq rəngli cibli don, qəhvəyi rəngli jaket, qara rəngli papaq, bardovıy rəngli papaq, bardovı rəngli əlcək, krem rəngli kofta, bənövşəyi rəngli kofta, qəhvəyi rəngli kofta, ağqaralı kofta, qırmızı boğazlı kofta, qırmızı rəgli kofta, göy rəngli köynək, bənövşəyi, 2 ədəd çəhrayı, 1 ədəd göy və gül rəngli ev geyimləri, 2 ədəd cins şalvar, qara rəngli köynək, krem rəngli köynək, boz rəngli boğazlı köynək İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 7-ci mkr 3C saylı evin 125 saylı mənzilindən (yeni qaydalarla: AZ 1115 Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 261 M7 m 5) çıxarılaraq X4 verilsin. Qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar