Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7161/2025 31.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X2 Hüseynağa qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Daxil olmuş iddia ərizəsi və ona əlavə olunmuş sənədləri araşdırarkən müəyyən olunmuşdur ki, iddia ərizəsinin mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş məcburi forma və məzmununa riayət edilməmiş, iddia ərazi aidiyyəti üzrə düzgün verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 149.2.2-ci maddəsinə əsasən, cavabdehin və işdə iştirak edən digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. 152.1.3-ci maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. «Elektron məhkəmə» informasiya sistemindən çıxarışdan göründüyü kimi, cavabdeh Axundova X1 rayonu ərazisində qeydiyyatdadır. Belə olduğu təqdirdə iddia ərizəsinin hansı əsaslarla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilməsi iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən aydın deyil. Məhkəmənin mövqeyi: Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi iddia bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir, lakin bəzi tələblər üzrə iddiaçıya seçim imkanı da verilmişdir. Qanunvericilik iddiaçıya həm qeydiyyata alındığı (lakin yaşamadığı) yerin, həm də yaşadığı yerin məhkəməsinə müraciət etmək hüququnu deyil, ya yaşadığı yer üzrə (həmin ünvanda qeydiyyatda olması istisna edilmədən), ya da cavabdehin qeydiyyatı üzrə rayon məhkəməsinə müraciət etmək hüququ vermişdir. Belə ki, iddiaçıya ərazi aidiyyəti ilə bağlı seçim imkanı verilən tələblərə nəzər yetirsək, bu imkanın himayəsində yetkinlik yaşına çatmayan uşaqları olan iddiaçılar üçün məhkəməyə əlçatımlılığının təmin edilməsinə yönələn addım olduğu məlum olur. Yəni himayəsində yetkinlik yaşına çatmayan uşaqları olan iddiaçılar əlavə vaxt, vəsait və s. sərf etmədən öz yaşadığı ərazi üzrə məhkəməyə müraciət edə bilsin. Əks yanaşma prosessual qanunvericiliyin göstərilən normalarının mahiyyəti ilə ziddiyət təşkil edərdi. Belə ki, şəxsin qeydiyyatda olduğu yer heç də həmişə onun yaşadığı yerlə üst-üstə düşmür və bu səbəbdən prosessual qanunvericiliyin tanıdığı imkan sırf şəxsin yaşayış yeri ilə bağlıdır. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər ona əlavə edilmiş sənədlər və 50 (əlli) manat ödənilmiş dövlət rüsumu (qəbz № **********, xx.xx.2025) İddiaçı geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada müvafiq ərazi məhkəməsinə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(001)-7161/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7161/2025
31.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver