Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7223/2025 03.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Vəliyeva Elnarə Fəxrəddin qızı İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi və aliment öhdəliyinə xitam verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdə keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi və aliment öhdəliyinə xitam verilməsi” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2025-ci il tarixli ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-4045/2019 nömrəli icra vərəqi əsasında başlanmış təkrar icra üzr icraatda aylıq sabit 320 manat olmaqla hesablanmış aliment borclarının silinməsi və hər iki uşağın onun himayəsində saxlanmasını nəzərə alaraq aliment öhdəliyinə xitam verilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək, hesab edirəm ki, ərizənin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin: - 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilir. -153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. -153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. -153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. -153.6-cı maddəsinə əsasən isə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. İddia ərizəsinin məzmunundan görünür ki, aliment borcunun silinməsi tələbinin əsasında onun üzrlü səbəblərdən icra edilməməsi ilə bağlı dəlillər dayanmır. Tələb müəyyən olunan borc məbləğindən aliment öhdəliklərinin faktiki olaraq yerinə yetirilməsi ilə əlaqədar hesablanan məbləğin silinməli və uşaqların atanın himayəsində olması səbəbi ilə aliment öhdəliyinə xitam verilməsi ilə əsaslandırılır. Ailə Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 106.5-ci maddəsinə əsasən, icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Göründüyü kimi, iddiaçı məhkəməyə məhkəmə qətnaməsinin icrası qaydasında həll edilməli olan müraciətini iddia icraatı qaydasında müraciət etmişdir. Belə olan halda iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı aliment borcunun silinməsi ilə bağlı müvafiq icra şöbəsinə müraciət etməli olduğu halda, “aliment borcunun silinməsi və aliment öhdəliyinə xitam verilməsi” tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Məhkəmə həmçinin iddiaçıya icra məmuru tərəfindən müəyyənləşdirilən aliment borcunun məbləği ilə razılaşmayan borclu icra məmurunun hərəkətlərindən məhkəməyə şikayət etmək hüququnun olduğunu izah edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ М: İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi və aliment öhdəliyinə xitam verilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin, iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu (Qəbz: **********) iddiaçıya qaytarılsın. İddiaçıya icra məmuru tərəfindən müəyyənləşdirilən aliment borcunun məbləği ilə razılaşmadığı halda icra məmurunun hərəkətlərindən məhkəməyə şikayət etmək hüququnun olduğu izah edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №2(001)-7223/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7223/2025
03.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver