Məhkəmə qərarları › İş №2(001)-7249/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7249/2021

16.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7249/2021 16.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş özbaşına tikili olan fərdi yaşayış sahəsinə çəkilən xərcin bölüşdürülməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq müəyyən etdim: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş özbaşına tikili olan fərdi yaşayış sahəsinə çəkilən xərcin bölüşdürülməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişlər. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində İddiaçı1 digər iddiaçıların qanuni nümayəndəsi kimi göstərilsə də, ərizədə olan imzalar kəskin şəkildə fərqlənirlər. Halbuki, ərizə hər üç iddiaçının adından bir şəxs tərəfindən imzalanmalıdır. Bundan başqa, iddia ərizəsinə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin, doğum haqqında şəhadətnamələrin və nikahın pozulması haqqında şəhadətnamənin surətlərindən görünür ki, İddiaçı1 soyadı Gülməmmədovadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, iddia ərizəsinin icraata qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, ərizə geri qaytarılmalı və iddiaçıların qanuni nümayəndəsinə izah edilməlidir ki, o, digər iddiaçıların adından ərizəni özü imzalamaqla yenidən məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152, 263-264, 284-3-cü maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş özbaşına tikili olan fərdi yaşayış sahəsinə çəkilən xərcin bölüşdürülməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıların qanuni nümayəndəsinə izah edilsin ki, o, digər iddiaçıların adından ərizəni özü imzalamaqla yenidən məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar