Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-739/2021 09.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürmyən üçüncü şəxs Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsinə qarşı “atalıq qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Abasov İddiaçı Əsmər Rövşən qızına və müstəqil tələb irəli sürmyən üçüncü şəxs Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsinə qarşı “atalıq qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03.03.2009-cu il tarixdə anadan olmuş X1 atasının İddiaçı olması barədə 15.03.2011-ci il tarixdə 876 nömrə ilə qeydiyyata alınan yazını ləğv etməyi bir vəzifə olaraq Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsinə tapşırılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflərin birgə nikahından 03.03.2009-cu il təvəllüdlü X4 anadan olmuş və bu barədə 15.03.2011-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsində müvafiq akt qeydi tərtib edilərək, ata qrafasında İddiaçı, ana qrafasında Cavabdeh qeyd edilmişdir. Bu baxmayaraq iddiaçı uşağın bialoji atası deyil, belə ki, atalıq testinə əsasən onun X1 atası olması istisna edilmişdir. Bu səbəbdən də iddiaçı atalığın mübahisə olunması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin 11.02.2021-ci il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili məhkəməyə dəqiqləşmə barədə ərizə təqdim edərək, İddiaçı 03 mart 2009-cu il təvəllüdlü X1 atası olmamasının müəyyən edilməsi və 03.03.2009-cu il tarixdə anadan olmuş X1 atasının İddiaçı olması barədə 15.03.2011-ci il tarixdə 876 nömrə ilə qeydiyyata alınan yazını ləğv etməyi qeydiyyat orqanına, yəni Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsinə tapşırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi-vəkili ərizə ilə məhkəməyə müraciət edərək, işə qiyabi icraat baxılmasını xahiş etmiş, buna görə də işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09.06.2021-ci il tarixli, 2(001)-739/2021 saylı qərardadı ilə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı nümayəndəsi-vəkili iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - “Biopapa” klinikası (Rusiya Federasiyası) tərəfindən verilmiş atalıq testinin notarial təsdiqindən görünür ki, İddiaçı oğu X2 atası olması barədə aparılmış test nəticəsində, atalıq ehtimalı 0% qeyd edilərək, atalıq istisna edilmişdir. - nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmuş və bu barədə akt qeydləri kitabında 02.04.2013-cü il tarixdə 123 nömrə ilə qeyd edilmişdir. - doğum haqqında şəhadətnamədən görünür ki, 03.03.2009-cu ildə anadan olmuş X1 atası İddiaçı, anası Cavabdeh qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.1983-cü il təvəllüdlü İddiaçı 03.03.2009-cu il təvəllüdlü X1 atası olmaması müəyyən edilməli, 03.03.2009-cu il təvəllüdlü X1 doğum akt qeydlərində “atası” qrafasında “İddiaçı” qeydi ləğv edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.1983-cü il təvəllüdlü İddiaçı 03.03.2009-cu il təvəllüdlü X1 atası olmaması müəyyən edilsin. 03.03.2009-cu il təvəllüdlü X1 doğum akt qeydində “atası” qrafasında “ İddiaçı” qeydi ləğv edilsin. 03.03.2009-cu il təvəllüdlü X1 doğum akt qeydinin “ata" qrafalarında “İddiaçı” qeydi ləğv edilməklə, “ata” qrafasında ləğv edilən qeydin yerinə - ata adı ananın göstərişi üzrə uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-739/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(001)-739/2021
09.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver