Məhkəmə qərarları › İş №2(001)-7542/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7542/2021

02.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7542/2021 02.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı ünvan 6rləşən fərdi yaşayış evinə çəkilən xərcin və evin dəyərinin birgə nikahlarından olan uşaqlarının mənafeyi nəzərə alınmaqla tələb olunan 75000 manatından 70% olan 52500 manatın və məhkəmə xərclərinin tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı ünvan 6rləşən fərdi yaşayış evinə çəkilən xərcin və evin dəyərinin birgə nikahlarından olan uşaqlarının mənafeyi nəzərə alınmaqla tələb olunan 75000 manatından 70% olan 52500 manatın və məhkəmə xərclərinin tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, o, Cavabdeh ilə 2008-ci ildə ailə qurmuş, birgə nikahalarından iki uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra 2012-ci ildə, birgə nikah dövründə cavabdehin anasının adına əldə etdikləri Binəqədi rayonu S.Bəhlulzadə 41 ünvanında bir otaqlı mənzillərini 2013-cü ilin fevral ayında 15000 manata sataraq, həmin ilin mart ayında Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi F.Vəliyev küçəsi dalan 12 ünvanında yerləşən torpaq sahəsini içərisində olan yarımtikili ilə birlikdə 22000 manata alaraq valideynlərinin də köməkliyi ilə fərdi həyət evi 2014-cü ildə tikdirib qurtarmış və orada yaşamağa başlamışlar. Qeyd olunan ünvanda onun ailəsindən başqa heç kim yaşamamışdır. Cavabdehin anası Naxçıvanda yaşamışdır. Bir müddətdən sonra cavabdehin və yaxın qohumlarının təziqləri nəticəsində o, uşaqları ilə birlikdə müvəqqəti olaraq valideynlərinin mənzilinə getmişdir. 2015-ci ildə cavabdehlə nikahı pozulmuş, həmin ildən özbaşına tikilidə yaşamır. 2017-ci ildə Azərbaycan Respublikasından getmiş, 2020-ci ildə qayıtmışdır. Ailə qurduqdan sonra və ev inşa edildikdən sonra o, həmin ünvana qeydiyyata alınması, daha sonra evə köçürülməsi barədə müraciət etmiş, lakin onun müraciətləri təmin edilməmişdir. 2016- 2017-ci illərdə cavabdeh ona əşyalarının pulunu vermişdir. Fərdi yaşayış evinin qiyməti 70000 manat, həyətin, ağacların dəyəri 50000 manat təşkil edir. Bu ev onun şəxsi qazancı hesabına əldə edilmişdir. Belə ki, o, müxtəlif vəzifələrdə işləmiş, yüksək əmək haqqı almışdır. Cavabdeh Sədərək ticarət mərkəzində əldə etdikləri dükanı 2014-cü ildə anasının adına keçirmiş, Mercedes markalı avtomobili anasının adına əldə etmişdir. Nikah pozularkən o, heç bir tələbinin olmadığını bildirmiş, uşaqlarını saxlaya bilmədiyindən indi məhkəməyə müraciət etmişdir. Ona görə də, Cavabdeh ünvan 6rləşən fərdi yaşayış evinə çəkilən xərcin və evin dəyərinin birgə nikahlarından olan uşaqlarının mənafeyi nəzərə alınmaqla tələb olunan 75000 manatından 70% olan 52500 manatının və məhkəmə xərclərinin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil İddiaçı izahatını təsdiq edib əlavə olaraq izahatında göstərmişdir ki, iddiaçı cavabdehdən pul tələb etdiyindən bu tələbə 3 illik iddia müddəti deyil, 10 illik iddia müddəti təbiq edilməlidir. Tərəflərin nikahlarının pozulmasından sonra 10 il müddət keçmədiyindən cavabdehin iddia tələbinə iddia müddətinin təbiqi barədə ərizəsi əsassızdır. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, anası X3 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən bir otaqlı mənzili öz vəsaiti hesabına almış, daha sonra həmin mənzili sataraq Binəqədi rayonu DYP-nin üst hissəsində yerləşən özbaşına tikili olan yarımçıq inşa olunan evi almışdır. 15.04.2013-cü il tarixli beh müqaviləsindən də görünür ki, özbaşına tikilini Zeynəb Salmanova almışdır. Həmin özbaşına tikilidə istifadə olunan kommunal xidmətlərlə bağlı müqavilələr də, Zeynəb Salmanova ilə bağlanmışdır. Özbaşına tikilinin tikintisinin davam etdirilməsi ilə bağlı o, iddiaçı ilə birlikdə vəsait sərf etməmişdir. Onlar faktiki olaraq 2013-cü ildən ayrılmış, özbaşına tikilidə birlikdə yaşamamış, anası həmin evi alarkən onlar artıq ayrılmışlar. Həmin evdə iddiaçıya məxsus əşyalar olmamış, iddiaçı bu evə köçməmişdir. Övladları isə Binəqədi rayonunda yerləşən 276 saylı orta məktəbə getmişlər. 2013-cü ildən iddiaçı anasının evində yaşayır, 2013-cü ildə aliment tələbi ilə məhkəməyə müraciət etmiş, 09.04.2013-cü il tarixdən o, iddiaçıya aliment ödəyir, 2014-cü ildə nikahları pozulmuşdur. Bu səbəbdən İddiaçı həmin evə köçürülməsi tələbi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11.09.2015-ci il tarixli 2(001)-8766\2015 saylı qətnaməsi ilə təmin edilməmiş, elə həmin qətnamə ilə evin Zeynəb Salmanova tərəfindən alınması müəyyən edilmişdir. İddiaçının hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüququ yoxdur. Bundan başqa iddiaçı 3 illik iddia müddətini də ötürmüşdür. Belə ki, iddiaçı 2018-ci ilin sentyabr ayınadək əmlakın bölünməsi ilə bağlı iddialar qaldırmış, 6 il keçdikdən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də iddia ərizəsinin iddiaçının subyektiv hüququnun olmaması, iddia müddətinin ötürməsi səbəbindən rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1.-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Bakı şəhəri Binəqədi rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş 21.01.2017-ci il tarixli AZ-T № 024871 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Salmanlı Zeynəb Hicran qızı 19.07.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 04.12.2009-cu il tarixdə 3490 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. Bakı şəhəri Binəqədi rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş 21.01.2017-ci il tarixli AZ-İİİ № 847636 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Salmanlı Məhəmməd Hicran oğlu 09.07.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 10.07.2010-cu il tarixdə 2352 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 09.12.2015-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ilə X8 arasında bağlanmış nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri 04.09.2015-ci il tarixdə 346 saylı qeyd aparılmışdır. 1 saylı Bakı Asan xidmət mərkəzi tərəfindən verilmiş 20.04.2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı 29.02.2008-ci il tarixdən Bakı şəhəri Binəqədi rayonu Koroğlu Rəhimov küçəsi 53A saylı evin 78 saylı mənzilində qeydiyyatdadır. X2 ilə alıcı X6 arasında bağlanmış 02.05.2013-cü il tarixli alqı-satqı müqaviləsindən müəyyən olunur ki, satıcı mülkiyyətində olan ünvan 3 saylı evin 124 saylı mənzilin ona aid olan hissəsini alıcıya 15000 manata satmışdır. X10 Salmanova arasında tərtib olunan 14.04.2013-cü il tarixli beh müqaviləsinin surətindən müəyyən olunur ki, Habil İsmayılov özünə məxsus evi Zeynəb Salmanovaya 20000 manata sataraq 20.04.2013-cü il tarixdə evi boşaltmağı öhdəsinə götürmüşdür. Bakı Elektrikşəbəkə ASC-nin 13.04.2013-cü il tarixli aktından müəyyən olunur ki, DYP-nin üst hissəsi ünvanı üzrə abonent kodu Zeynəb salmanovanın adına verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11.09.2015-ci il tarixli 2(001)-8766\2015 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı X4 Cavabdeh qarşı mənzilə köçürmə və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11.09.2015-ci il tarixli 2(001)-8766\2015 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, X1 istədiyi Bakı şəhəri Binəqədi rayonu DYP-nin üst hissəsi, İV məhəllə (0041218) ünvanında yerləşən mənzilin özbaşına tikili olması, bu evin Cavabdeh aidiyyatının olmaması, həmin mənzilin cavabdehin anasının vəsaiti hesabına alınması müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10.05.2013-cü il tarixli 2(001)-3507\2013 saylı qətnaməsindən müəyyən olunur ki, iddia ərizəsi qismən təmin edilərək Cavabdeh 19.07.2009-cu il təvəllüdlü Salmanlı Zeynəb Hicran qızının və 09.07.2010-cu il təvəllüdlü Salmanlı Məhəmməd Hicran oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün 09.04.2013-cü il tarixdən hesablanmaqla hər uşağa görə ayda 100 manat məbləğində aliment X4 xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03.11.2014-cü il tarixli qətnaməsindən müəyyən olunur ki, iddia ərizəsi təmin edilərək X8 ilə Cavabdeh qızı arasında Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində 05.12.2009-cu il tarixdə 1718 nömrəli akt qeydinə əsasən dövlət alınmış nikahın pozulması, 19.07.2009-cu il təvəllüdlü Salmanlı Zeynəb Hicran qızının və 09.07.2010-cu il təvəllüdlü Salmanlı Məhəmməd Hicran oğlunun anaları X4 yanında saxlanması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03.11.2014-cü il tarixli qətnaməsindən müəyyən olunur ki, iddiaçı X8 izahatında ailə qurduqdan sonra bir müddət xoşbəxt yaşasalarda sonradan ailə münasibətlərinin pozulmasını, artıq iki ilə yaxındır ki, birlikdə yaşamadıqlarını, ümumi təsərrüfat idarə etmədiklərini, aralarında olan nikahın formal xarakter daşımasını və ailə olaraq bir yerdə yaşamalarının mümkün olmamasını göstərmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11.02.2016-cı il tarixli 2(001)-1800/2016 saylı qətnaməsindən müəyyən olunur ki, iddia ərizəsi qismən təmin edilərək Cavabdeh 400 manat dəyərində bir ədəd yataq dəstinin, 170 manat dəyərində bir ədəd uşaq üçün çarpayının, 40 manat dəyərində bir ədəd şifonerin, 15 manat dəyərində yorğanın, 40 manat dəyərində olan uşaq arabasının, 13 manat dəyərində olan uşaq yeləncəyinin alınaraq X7 qaytarılması, həmin əşyalardan yararsız olanlarının dəyərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında şahid X11 ifadəsində göstərmişdir ki, qızı İddiaçı Cavabdeh ilə 2008-ci ildə nikaha daxil olmuş, ərinin xalasının evinə gəlin köçmüş, 2 aydan sonra isə Arzu əri ilə birlikdə onun mənzilinə köçmüşdür. 2 ildən artıq onun evində yaşadıqdan sonra 2010-cu ildə onlar kirayə tutduqları evə köçmüş, daha sonra Hicran anasının adına yataqxanada mənzil almışdır. Bir müddət bu mənzildə yaşadıqdan sonra onlar həmin mənzili sataraq Xırdalanda yarımçıq tikili almışlar. Mənzil 14000 manata alınmış, 19000 manata satılmışdır. O, da Xırdalanda olan evdə təmir və təmizlik işləri aparmışdır. Xırdalanda alınan evin hansı illərdə alınmasını xatırlamır, hesab edir ki, həmin ev təxminən 2010-2015-ci illər də alınmışdır. Arzu öz cehizlərini Xırdalandakı evə aparmışdır. Lakin qızı Arzu Xırdalanda alınan evə getmək istəmədiyindən onun mənzilində yaşamış, Xırdalanda isə Arzu təxminən bir ildən artıq yaşamışdır. Həmin vaxt evin bir otağı hazır olduğundan həmin otaqda yaşayırdılar. 2013-cü ildə Arzu Hicrana qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmiş və həmin vaxtdan Arzunun xeyrinə aliment tutulur. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərmişdir ki, o, Cavabdeh 7-8 ildir tanıyır. Belə ki, təxminən 7 il əvvəl Hicranın dəvəti ilə onun evində kafel, metlax, santexnika işlərini görmüş, divar kağızlarını vurmuşdur. Hicranın yaşadığı ev onun həmin ərazidə 2005-ci ildə aldığı evindən iki ev aralıda yerləşir. Təmir işləri gedərkən o, Arzunu görməmiş, evdə yalnız Hicran olmuşdur. Ustalara yeməyi Hicranın anası bişirib vermişdir. Hicranın yaşadığı evdə təmir tikinti işləri hissə-hissə, müxtəlif vaxtlarda görülmüşdür. Divar kağızlarının o, iki il əvvəl vurmuşdur. Evdə tavan, döşəmə vurulmuş, çarpayı, stol, stul və bəzi əşyalar olmuşdur. Təmir işlərinə görə ona pulu Hicran vermişdir. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında yerləşən bir otaqlı mənzil almışdır. Bir müddət bu mənzildə yaşadıqdan sonra o, bu mənzili 17000 manata satıb 2013-cü ildə həyət evi almışdır. Həmin evi Kamaz sürücüsü olan bir nəfərdən 19000 manata almışdır. Evi satdığı alıcı kişi, cavan oğlan olmuş, adını xatırlamır. Sonuncu evdə Arzu və uşaqları heç vaxt yaşamamış, bu evin inşa olunmasında və təmirində oğlu Hicran, keçmiş gəlini Arzu iştirak etməmiş, hər hansı bir vəsait sərf etməmiş, evdə aparılan təmir, tikinti işləri onun vəsaiti hesabına aparılmışdır. O, aldığı bir otaqlı evi inşa edərək üç otaqlı etmişdir. Təmir-tikinti işlərini o, hissə-hissə aparmış, özünə məxsus 5 ədəd çəkisi 200kq olan mal-qaranı satıb, təsərrfatından, əkin sahəsindən əldə etdiyi gəlir hesabına evinin tikintisini tamamlamışdır. Keçən il evin divar kağızlarını vurmuşdur. Evində kafel metlaxını Əbülfəz adlı usta hər m2 3 manata vurmuşdur. Ustaların yeməyini özü hazırlamışdır. Evin döşəməsini də o, vurdurmuşdur. İlk vaxtlar yeri döşəyib yerdə yatmış, yorğan, döşəyi özü gətirmişdir. Ev alınarkən tavanı olmamış, iki il o, yarımtikilidə yaşamış, təmir-tikinti işlərini hissə-hissə aparmışdır. Evdə olan əşyalar ona məxsusdur. 2013-cü ildə ev alarkən Hicranla Arzunun münasibətləri pozulduğundan Arzu uşaqları ilə birlikdə anasının evində yaşamışdır. Arzunun onun evində heç bir əşyası yoxdur. Məhkəmə iclasında şahid X16 ifadəsində göstərmişdir ki, 2001-ci ildən yaşadığı ünvan üzrə 2013-cü ildən qonşu kimi Hicranı tanıyır. Ev Əhliman adlı şəxsdən alınmışdır. Ev alınarkən yarım tikili olaraq 1 otaqdan ibarət olmuşdur. Evin darvazası sonradan qoyulmuşdur. Əvvəl Hicran həmin ünvanda tək yaşamış, anası həmin evə gəlib getmişdir. Arzunu isə o, qonşuluqda görməmişdir. İndi həmin evdə Hicran öz ailəsi və bir uşağı ilə birlikdə yaşayır. Məhkəmə iclasında şahid X17 ifadəsində göstərmişdir ki, qohumu Hicranın anasının Abşeronda aldığı üç otaqlı həyət evində ev alınarkən hər şey hazır vəziyyətdə olmuşdur. Həmin ərazidə əvvəl o, sonra Hicranın anası ev almışdır. Həmin evdə təmir işlərinin aparılmasını o, görməmişdir. Evin hamamı, ayaqyolusu olmuş, darvazanı Hicran qoymuşdur. Evdə əşyalar olmamış, Arzu heç vaxt bu evdə yaşamamışdır. Həmin evin pulunu o, Hicranla birlikdə Kamaz markalı avtomobilin sürücüsünə vermişdir. Verdikləri pul 20000 manata yaxın məbləğ olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahlarından iki uşaqları anadan olmuş, İddiaçı 2013-cü ildə Cavabdeh qarşı aliment tələbinə dair məhkəməyə müraciət etmiş, 09.04.2013-cü il tarixdən hesablanmaqla A.T. Gülməmmədovanın xeyrinə tərəflərin birgə nikahlarından olan uşaqların saxlanması üçün aliment tutulmuş, İddiaçı iddia ərizəsinə əsasən tərəflərin nikahı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03.11.2014-cü il tarixli qətnaməsinə əsasən pozulmuş, nikahın pozulması ilə bağlı işə baxılarkən İddiaçı “ailə münasibətlərinin pozulmasını, artıq iki ilə yaxındır ki, birlikdə yaşamadıqlarını, ümumi təsərrüfat idarə etmədiklərini, aralarında olan nikahın formal xarakter daşımasını və ailə olaraq bir yerdə yaşamalarının mümkün olmamasını göstərmiş”, İddiaçı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi və mənzilə köçürmə tələbi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11.09.2015-ci il tarixli qətnaməsinə əsasən təmin edilməmiş, sonuncu məhkəmə aktı ilə müəyyən edilmişdir ki, İddiaçı köçmək istədiyi Bakı şəhəri Binəqədi rayonu DYP-nin üst hissəsi, İV məhəllə (0041218) ünvanında yerləşən ev özbaşına tikili olmaqla Cavabdeh aidiyyatı yoxdur, həmin ev Cavabdeh anası Z.Cavabdehnın vəsaiti hesabına alınmışdır. Azərbaycan Respublikası MPM-nin 82.3.-ci maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçı özbaşına tikilinin inşasında və təmirində iştirak etməsini iddia etsə də, məhkəmə araşdırması zamanı tərəflərin ailə nikah münasibətlərinin həmin tikilinin alınmasından əvvəl pozulması, tikilinin alınması ərəfəsində İddiaçı aliment tələbi, daha sonra nikahın pozulması və əmlak bölgüsü tələbi ilə məhkəməyə müraiət etməsi öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə iddiaçının sübut növü olaraq məhkəməyə təqdim etdiyi anası Ü.Y.Abılovanın şahid ifadəsini mötəbər sübut növü olaraq qiymətləndirmir. Belə ki, ərindən aliment tələb edən, nikahının pozulması üçün məhkəməyə müraciət edən iddiaçının təmir-tikinti işlərində iştirak etməsi inandırıcı deyildir, tikilinin kim tərəfindən alınmasını isə müəyyən edən qanuni qüvvəsini alan məhkəmə aktı mövcuddur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, qanuni qüvvəsini alan məhkəmə aktı ilə Bakı şəhəri Binəqədi rayonu DYP-nin üst hissəsi, İV məhəllə (0041218) ünvanında (ünvan 6rləşən fərdi yaşayış evi) yerləşən özbaşına tikilinin Z.Cavabdehnın vəsaiti hesabına alınması müəyyən edildiyindən, 2014cü ildə məhkəməyə müraciət edərkən İddiaçı izahatında Cavabdehla ailə münasibətlərinin pozulmasını, artıq iki ilə yaxındır ki, birlikdə yaşamadıqlarını, ümumi təsərrüfat idarə etmədiklərini, aralarında olan nikahın formal xarakter daşımasını və ailə olaraq bir yerdə yaşamalarının mümkün olmamasını özü etiraf etdiyindən, hazırkı mülki işə baxılarkən də iddiaçı birgə nikah dövründə, birgə əldə olunan vəsait hesabına ev inşa etməsini, təmir etməsini təsdiq edə biləcək mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilməməklə cavabdeh tərəfindən onun hüquqlarının pozulmasını sübuta yetirə bilmədiyindən iddia ərizəsi təmin edilə bilməz. Məhkəmə cavabdehin iddia tələbinə iddia müddətinin təbiq edilməsinə dair ərizəsinə münasibət bildirib qeyd edir ki, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir (Ailə Məcəlləsinin 36.1 və 36.3-cü maddələri). Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Ailə qanunvericiliyində ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə xüsusi iddia müddətinin tətbiqinin nəzərdə tutulması vətəndaşları nikahları pozularkən ümumi əmlakdakı paylarını bölüşdürməyə təşviq etməklə mülki dövriyyənin sabitliyinin təmin edilməsinə, ər-arvadın ümumi əmlakı ilə bağlı gələcəkdə yarana biləcək çoxsaylı məhkəmə mübahisələrinin qarşısının alınmasına yönəlmişdir. Ailə Məcəlləsinin 8-ci maddəsinə əsasən, pozulmuş hüquqların müdafiəsi üçün bu Məcəllədə müəyyən olunmuş müddətlər istisna olmaqla, ailə münasibətlərindən irəli gələn tələblərə iddia müddəti şamil olunmur. İddia müddətini müəyyən edən normaların tətbiqi zamanı məhkəmə Mülki Məcəllədə nəzərdə tutulmuş qaydaları rəhbər tutur. Mülki Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. İddiaçı 2015-ci ildə birgə nikah dövründə əldə olunan əmlakın bölünməsi tələbi ilə məhkəməyə müraciət edərkən birgə nikah dövründə əldə olunan və evin tikintisinə, təmirinə sərf olunan pul vəsaitinin bölgüsünün də aparılması üçün iddia hüququnun olmasını bilməli idi. Həmin vaxt və ya nikah pozulduqdan dərhal sonra bu tələbi irəli sürməməsi halı da iddiaçının özbaşına tikilidə aparılan tikinti və təmir işlərində iştirak etməməsini bir daha təsdiq edir. Məhkəmə qeyd edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalı olduğundan, iddiaçı cavabdeh tərəfindən hüququnun pozulmasını sübuta yetirə bilmədiyindən, yaranmadığı üçün pozulması da mümkün olmayan hüququn müdafiəsinə iddia müddətinin təbiq edilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı ünvan 6rləşən fərdi yaşayış evinə çəkilən xərcin və evin dəyərinin birgə nikahlarından olan uşaqlarının mənafeyi nəzərə alınmaqla tələb olunan 75000 manatından 70% olan 52500 manatın və məhkəmə xərclərinin tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar