Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7634/2021 22.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X3 qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan 26 may 2009-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 175 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 26 may 2009-cu il təvəllüdlü X8 adlı övladları olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 iyun 2014-cü il tarixli qətnaməsi ilə nikahı pozulmuş və övladı X7 anasının yanında saxlanılması qərara alınmışdır. Binəqədi rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 2(001)-645/2021 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh birgə nikahlarından 26 may 2009-cu il tarixdə anadan olmuş X7 atası İddiaçı himayəsinə verilməsi qət edilmişdir. Hal-hazırda oğlu onun yanındadır. Oğlunun bütün maddi ehtiyaclarını təkbaşına qarşılaya bilmir və çətinlik çəkir. Oğlu məktəblidir. Özü fəhləliklə məşğuldur. Oğlunu evdə qoyub işləyə bilmir. Cavabdehin maddi gəlirləri kifayət qədər yüksəkdir. O, üç uşağın maddi ehtiyaclarını təkbaşına qarşılaya bilmir və çətinliklər çəkir. Cavabdeh oğlunun onun yanına gəldiyi vaxtdan indiyə kimi oğlunun saxlanılması üçün heç bir maddi köməklik göstərməmişdir. Oğlunun bütün ehtiyaclarını valideyinləri ilə birlikdə qarşılayır, onların təlim-tərbiyəsi ilə özü məşqul olur. Cavabdeh rəsmi işləməsə də və sabit əmək haqqı almasa da, fərdi qaydada əməklə məşğuldur və gəlirləri yaxşıdır, maddi vəziyyəti normaldır. Göstərilənlərə əsasən, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X6 iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, o, "xxxx" MMC-də texniki inzibatçısı vəzifəsində işləyir və aylıq əmək haqqısı 280 manat təşkil edir. İddiaçı iddia ərizəsində 3 uşağının olmasına və uşaqlara valideynlərinin baxdığını göstərsə də, iddiaçının valideynləri rəhmətə gedib, eyni zamanda onun 3 uşağı yoxdur.O, iddia tələbinin qismən təmin edilməsinə və ondan 80 manat məbləğində aliment tutulmasına etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı 311784 №-li Doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin 26.05.2009-cu il təvəllüdlü X8 adlı uşaqları vardır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 2(001)-645/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 26 may 2009-cu il tarixdə anadan olmuş X7 atası İddiaçı himayəsinə verilməsi qət edilmişdir. İş materiallarında olan X4 ilə bağlı X5 görünür ki, X6 12.10.2021-ci il tarixdən "xxxx" MMC-də texniki inzibatçısı vəzifəsində çalışır və aylıq əmək haqqı 280 manat təşkil edir. Məhkəmə baxışı zamanı cavabdeh X6 tərəfindən təqdim edilmiş 22 oktyabr 2021-ci il tarixli ərizəsindən görünür ki,o, iddia tələbini qismən qəbul edir və 80 manat məbləğində aliment ödəməyə razıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanan nikah məhkəmə qətnaməsi ilə pozulmuş və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 2(001)-645/2021 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh birgə nikahlarından 26 may 2009-cu il tarixdə anadan olmuş X7 atası İddiaçı himayəsinə verilməsi qət edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdırıb, tərəflərin maddi vəziyyətini, uşağın mənafeyini, iddiaçının alimentin sabit pul məbləğində 175 manat miqdarında tələb etməsi və cavabdehin ərizəsini nəzərə alaraq, hesab edir ki, uşağın saxlanması hər iki valideynin vəzifəsi olduğundan və uşağın saxlanması ilə bağlı valideynlər bərabər hüquq və vəzifələrə malik olduqdarından, uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün cavabdeh X1 iddia tələbində qeyd olunan məbləğin ( 175 manatın) yarısı həddində, yəni uşağın saxlanmasına görə hər ay 87 manat məbləğində aliment tutulmalıdır. Bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətdir. Alimentin tutulma müddətinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı məhkəməyə 23 sentyabr 2021-ci il tarixdə müraciət etdiyindən aliment məhz həmin tarixdən tutulmalıdır. Həmçinin qeyd edilməlidir ki, «Dövlət rüsumu» haqqında qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Adı çəkilən Qanunun 01 oktyabr 2021-ci il tarixədək qüvvədə olan 8.1.1-ci maddəsində isə, məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 500 (beş yüz) manatdan çox olduqda dövlət rüsumunun qiyməti 30 (otuz) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu mənada məhkəmə aliment alınması haqqında iddianın qiymətinin 500 manatdan çox olmasını nəzərə alaraq hesab edir ki, cavabdeh X1 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 26 may 2009-cu il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 23 sentyabr 2021-ci il tarixdən başlayaraq cavabdeh X1 hər ay 87 (səksən yeddi) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməli, həmçinin cavabdehdən 30 (otuz) manat miqdarında dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2-ci və 234.2.1-ci maddələrinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 26 may 2009-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 23 sentyabr 2021-ci il tarixdən başlayaraq, cavabdeh X1 hər ay 87 (səksən yeddi) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Cavabdeh X1 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-7634/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7634/2021
22.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver