Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-8042/2021 08.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Qax rayon Şöbəsinə qarşı “sığorta məbləğinin ödənilməsi tələbi” barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Qax rayon Şöbəsinə qarşı “sığorta məbləğinin ödənilməsi tələbi” barədə iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Qax rayon Şöbəsi tərəfindən sığorta məbləğinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 2(024)-695/2021 saylı, 06.09.2021-ci il tarixli qərardadına əsasən İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Qax rayon Şöbəsinə qarşı “sığorta məbləğinin ödənilməsi tələbi”nə dair mülki işin baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ünvan 1 ünvanında yerləşir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə düzgün göndərilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında internet portalından əldə edilmiş məlumatdan görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin hüquqi ünvanı AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 2 ünvan Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşməsinə baxmayaraq, iddia ərizəsi baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, Qax Rayon Məhkəməsinin cavabdehin ünvanı kimi qeyd etdiyi ünvan 5ına baxmayaraq hüquqi(rəsmi qeydiyyata alındığı) ünvanı deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə hesab edirəm ki, məhkəmələr arasında fikir ayrılığı olduğundan məsələyə apellyasiya məhkəməsi qiymət verməlidir. Odur ki, məsələyə münasibət bildirilməsi üçün 2(001)-8042/2021 saylı mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 35.2-ci və 45.4cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Qax rayon Şöbəsinə qarşı “sığorta məbləğinin ödənilməsi tələbi” barədə mülki iş üzrə aidiyyət mübahisələndirilsin. 2(001)-8042/2021 saylı mülki iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-8042/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-8042/2021
08.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver