Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-8250/2021 29.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə 29 noyabr 2021ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahından doğulmuş 30 iyun 2012-ci il təvəllüdlü X4 və 21 iyun 2015-ci il təvəllüdlü X5 adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşağa 175 manat olmaqla ümumilikdə 350 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli, 2(001)-835/2018 saylı qətnaməsinə əsasən, cavabdehlə aralarındakı nikah pozulmuş, birgə nikahlarından olan uşaqların onun yanında saxlanmaları, 15 avqust 2017-ci il tarixdən başlayaraq 01 yanvar 2018-ci il tarixədək hər ay hər uşaq üçün sabit pul məbləğində 137 manat olmaqla 274 manat, 01 yanvar 2018-ci il tarixdən başlayaraq isə hər ay hər uşağa görə 154 manat olmaqla ümumilikdə 308 manat alimentin onun xeyrinə tutulması, habelə, Damla adlı uşaqlarının 3 yaşa çatanadək saxlanması üçün cavabdehdən əlavə olaraq hər ay 50 manat alimentin onun xeyrinə tutulması qərara alınmışdır. Sonradan Bakı Apellyasiya Məhkəməsinin 07 avqust 2018-ci il tarixli, 2(103)-7698/2018 saylı qətnaməsinə əsasən, Binəqədi Rayon Məhkəməsinin həmin qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilməklə 15 avqust 2017-ci il tarixdən hesablanmaqla cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 125 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qərara alınmış, qətnamə Damla adlı uşaqlarının 3 yaşına çatana kimi onun üçün əlavə 50 manat tutulması hissəsində ləğv edilmişdir. Aralarınkı nikah pozulduqdan sonra onlar birlikdə yaşamağa davam etmişlər, lakin, cavabdeh ona, uşaqlara qarşı fiziki təzyiq göstərmiş, onunla yaşamaq dözülməz həddə çatmış və beləliklə münasibətləri tamamilə pozulmuşdur. Cavabdehin onu döyməsi ilə bağlı o, indiyədən müalicə alır. Hazırda o özü işləmir, uşaqların maddi tələbatlarını əvvəlki qətnamədə göstərilən aliment məbləği ilə qarşılaya bilmir. Cavabdeh isə Türkiyə Respublikasında işləyir və hazırki ərizədə göstərilən miqdarda aliment ödəməyə maddi imkanı vardır. Buna görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını, məhkəməyə müraciət etməzdən əvvəl mediasiya şurasına ödədiyi 50 manat dövlət rüsumunun da cavabdehdən onun xeyrinə tutulmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, iclaslarda iştirak etməmə səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələbləri baxımından işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli, 2(001)-835/2018 saylı qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasında 20 dekabr 2011-ci il tarixdə Culfa rayon qeydiyyat şöbəsində bağlanmış 174 nömrəli nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan 30 iyun 2012-ci il təvəllüdlü X4 və 21 iyun 2015-ci il təvəllüdlü X1 anaları İddiaçı yanında qalmaları müəyyən edilmiş və 15 yanvar 2017-ci il tarixdən başlayaraq 01 yanvar 2018-ci il tarixədəj hər ay hər uşaq üçün sabit pul məbləğinsə 137 manat olmaqla 274 manat aliment, 01 yanvar 2018-ci il tarixdən başlayaraq isə yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 154 manat olmaqla 308 manat alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 21 iyun 2015-ci il təvəllüdlü X1 15 avqust 2017-ci il tarixdən başlayaraq 3 yaşına çatanadək saxlanması üçün hər ay əlavə olaraq 50 manat alimentin tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 07 avqust 2018-ci il tarixli, 2(103)-7698/2018 saylı qətnaməsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli, 2(001)-835/2018 saylı qətnaməsi uşaqların saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulması hissəsində dəyişdirilmiş, 15 avqust 2017-ci il tarixdən hesablanmaqla Cavabdeh 30 iyun 2012-ci il təvəllüdlü X2 və 21 iyun 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 125 manat alimentin İddiaçı xeyrinə tutulması qərara alınmış, qətnamə X1 3 yaşına çatana kimi ana üçün hər ay 50 manat pulun tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin olunmamışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Hazırki halda cavabdehin maddi vəziyyətində dəyişiklik olmasına dair iddiaçı tərəfdən məhkəməyə heç bir sübut təqdim edilməsə də, məhkəmə hazırkı halda yaşayış minimumu məbləğinin artmasını, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, onların normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmalarını, fiziki cəhətdən inkişaflarını, təhsilləri ilə bağlı xərclərini nəzərə alaraq hesab edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə hər uşaq üçün 175 manat müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 8-2\2016 saylı Qərarının 8-ci maddəsinin 12-ci bəndində göstərilir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat+1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin (əvvəl təyin edilmiş alimentin məbləği ilə hazırda təyin olunan alimentin məbləği arasında olan fərq nəzərə alınmaqla) məcmusu 1200 manat olduğuna və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 32 manat (30+2) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Habelə, iş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 27 avqust 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı müdiasiya sessiyasına 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, ... ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının ilkin mediasiya sessiyasında iştirakı ilə bağlı ödədiyi dövlət rüsumunun əvəzi kimi 50 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 07 avqust 2018-ci il tarixli, 2(103)-7698/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə 30 iyun 2012-ci il təvəllüdlü X4 və 21 iyun 2015-ci il təvəllüdlü X3 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 175 manat olmaqla ümumilikdə 350 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və həmin məbləğdə alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia ərizəsinin verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumunun əvəzi kimi 32 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə, ilkin mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş dövlət rüsumunun əvəzi kimi isə 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-8250/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-8250/2021
29.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver