Məhkəmə qərarları › İş №2(001)-828/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-828/2021

18.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-828/2021 18.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi ilə, İddiaçı Ş.Səfərovanın nümayəndəsi X6, Cavabdehin nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X7, Mütəxəssis X17 iştirakı ilə X5 Cavabdeh qarşı “cehiz əmlakının, qızıl-zinət əşyalarının qaytarılması və pul” tələbinə dair ilkin, Cavabdeh X8 qarşı “qızıl-zinət əşyalarının və ya dəyərinin qaytarılması” tələbinə dair qarşılıqlı iddiasına dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Vüsal Namiq oğluna qarşı “cehiz əmlakının, qızıl-zinət əşyalarının qaytarılması və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən cehiz əmlakın – 1) xalçalar: qonaq otağı üçün, yataq otağı üçün, dəhliz üçün; 2) 2 ədəd çilçıraq: qonaq otağı üçün, yataq otağı üçün; 3) bir ədəd ət çəkən, iki ədəd ütü, qaşıq dəstləri (30 ədəd, 18 ədəd, 12 ədəd, 6 ədəd), bıçaq dəsti, qazan dəsti, boşqab dəsti (12 nəfərlik), iki ədəd böyük bulud. 4 ədəd balaca bulud, 6 ədəd vaza, 6 ədəd dərin boşqab, böyük-orta-kiçik olmaqla 12 ədədli boşqab. 1 böyük boşqab olmaqla 6 ədəd boşqab - 3 qutu (18 ədədli), 6 ədəd göy zərli boşqab; 4) bir qutu 6 nəfərlik fincan-nəlbəki (göy rəngli), 1 qutu 6 nəfərlik armudu stəkan-nəlbəki, 4 qablı mürəbbə dəsti qaşığı ilə (gümüşü rəng), 12 ədəd billur(xrustal) çay stəkanı nəlbəki ilə, su qrafini 6 ədəd stəkanı ilə, mürəbbə qabı - 12 ədəd (gümüşü rəng), mürəbbə qabı -4 ədəd, 12 ədəd qədəh(Çexiya istehsalı), 6 ədəd balaca qədəh, bohemia rəngli 6 ədəd qədəh, bohemia 1 ədəd qrafin 6 ədəd stəkanı ilə, 2 ədəd böyük billur(xrustal) gül qabı, 1 ədəd bohemia güldan, 2 ədəd bohemia konfet qabı, Çexiya istehsalı iki ədəd meyvə qabı, 1 ədəd yumru dəmirli xrustal meyvə qabı, 2 ədəd billur (xrustal) yumru meyvə qabı, 2 ədəd xrustal meyvə qabı, 2 ədəd konfet qabı, bohemia dəst 1 ədəd güldan, 2 ədəd konfet qabı, 1 ədəd meyvə qabı, 2 ədəd meyvə qabı. 2 ədəd qənd qabı. 1 ədəd böyük mürəbbə qabı, 12 ədəd böyük qədəh, 6 ədəd balaca qədəh, 2 ədəd balaca billur xrustal güldan; 5) 2 ədəd gecə lampası, 4 ədəd yorğan, 1 ədəd 2 nəfərlik nazik yorğan, 3 ədəd tək adamlıq yorğan, 2 ədəd yastıq 70x70 ölçüdə, 4 ədəd yastıq 50x70 ölçüdə, dəst olmaqla 1 ədəd döşək, 1 ədəd yorğan dəvə yunundan, 1 ədəd 2 nəfərlik yorğan atlas tikmə, çexol dəsti 2 nəfərlik 8 ədəd olmaqla, çexol dəsti 1 nəfərlik 2 ədəd, böyük dəsmal 10-12 ədəd, əl-üz dəsmalı 15-20 ədəd, yay yorğanı 1 ədəd, 2 ədəd balaca yastıq, yastıq üzü 4 cüt, ikili dəst çaydan, çaynik, 4 dəst çayniklər, soba üçün şüşə qab 3 dəst, 4 ədəd şüşə, podnos 3 dəst, 1 ədəd əlavə şirniyyat qabı, ləpə qabı 1 ədəd, süfrələr 1 ədəd, 1 ədəd pərdə ilə dəst villur, əlavə 4 ədəd süfrələr, suvenir stəkan nəlbəki, 1 ədəd balaca qazan, divar saatı, səyahət çantası içində paltarları olmaqla; 6) qızıllar: toqqa təxminən 50- 70 qram qaşlı qırmızı, ağ qızıl komplekt dəsti ( 1 cüt sırğa, 1 ədəd üzük, 1 ədəd qolbaq, boyun bağı klon- 4600 manat), qızıl broşka 20 qram, ağ qızıl üzük və kulon dəst, sarı qızıl komplekt dəst (1 ədəd üzük, 1 cüt sırğa, boyunbağı kulon), qızıl şahməran, beşbarmaq qızıl gül formasında, paxlava formalı brilyant üzük, 1 ədəd setka formalı sarı qızıl üzük, boyun bağı gül formasında sarı qızıl, ürək formasında üzük; 7) paltarlar: qırmızı (tünd) olan üstü çiçəkli, şifon olan 2 ədəd - 1 ağ rəngli, 1 qara rəngli, ağ tül olan nikah geyimi, dəst enli şalvar və kofta, 2 ədəd ətək, ağ sadə kofta, ipli kofta, 2 ədəd şuba (xəz), köynək, şalvar, qırmızı don, sarı kofta, yun jaket, ev geyimi (1 ədəd kofta, yaşıl rəngdə şalvar, 1 ədəd qara idman şalvar), 3 dəst alt paltarı, 3 ədəd gecə geyimi, 2 dəst pijama, 2 ədəd hamam xalatı, 3 ədəd şərf, papaq –şərf dəsti, 1 ədəd bej ayaqqabı, 1 ədəd qara ayaqqabı, 1 ədəd qızılı baletka ayaqqabı, 4 fen, 1 ədəd toy üçün çanta, 1 ədəd tünd-qırmızı çanta, 1 ədəd bənövşəyi çanta, qırmızı rəng kosmetika çantası, güzgü-daraq, dırnaq alətləri və digər kosmetika əşyaları, 1 ədəd daraq dəsti, hamam dəsti, 5 cüt ev çəkələyinin və 1500 manat pulun ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər 15.08.2019-cu ildə rəsmi nikah bağlamışlar. Həmin dövrdə iddiaçıya bir çox qızıl-zinıt əşyaları hədiyyə olmuşdur. Lakin tərəflər arasında olan nikah münasibətləri korlanmış və nikahın pozulması ilə bağlı məhkəməyə müraciət edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29.09.2020-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmşdur. Lakin cavabdeh iddiaçıya hədiyyə olunmuş və iddiaçının mülkiyyətində olan qızıl-zinət və digər əşyaları qaytarmaq niyyətində deyil. İddiaçı özünə məxsus əşyaları götürərkən qızıl-zinət əşyalarını və digər əşyalarını tələb etmiş, lakin cavabdeh və onun valideynləri həmin əşyaları qaytarmaqdan imtina etmişdir. Cavabdeh X8 qarşı “qızıl-zinət əşyalarının və ya dəyərinin qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi təqdim edərək dəyəri 600 manat, çəkisi 10 qram 1 ədəd nişan üzüyünün (kişi üçün) və dəyəri 300 manat, çəkisi 5 qram olan 1 ədəd bilərziyin (kişi üçün) və ya bu qızıl əşyalarının dəyəri olan 1100 manat məbləğində pulun X3 alınaraq Cavabdeh verilməsini xahiş etmişdir. Məhkəmənin 15 oktyabr 2021-ci il tarixli iclasında iştirak edən Ş.Səfərovanın nümayəndəsi Y.Bağırova məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd olunmasını məhkəmədən xahiş etdi. Həmçinin ekspert rəyində Vüsala aid olan qızıl əşyaların dəyəri ilə razılaşmadığını bildirdi və qeyd etdi ki, Vüsala hədiyyə edilmiş 585 əyyarlı nişan üzüyünü 470 manata, bilərziyi isə 170 manata almışdır. Məhkəmənin 15 oktyabr 2021-ci il tarixli iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil ilkin iddia tələbini qəbul etməyək, onun rədd edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmənin 15 oktyabr 2021-ci il tarixli iclasında iştirak edən mütəxəssis A.Əliyev xüsusi üsulla cavabdeh tərəfindən (Vüsalın bacısına məxsus) məhkəməyə təqdim edilmiş toqqanı (kəməri) yoxlayaraq bildirdi ki, toqqanın tərkibi qızıl olmayan metaldan ibarətdir. Yalnızca toqqanın üst qatı qızıl suyunda (əyyar 375) rodirovka olunmuşdur. Nətivcə etibarı ilə məhkəmədə tədqiq edilən toqqa qızıl suyunda rodirovka olunmuş bijuteriyadır. Məhkəmə iş materiallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddia və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29.09.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə X12 arasında 15.08.2019-cu il tarixdə 2180 nömrəli akt qeydi ilə 1 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması qət edilmişdir. - iddiaçı Ş.Səfərovaya hədiyyə edilmiş və iddia tələbində göstərilən qızıl zinət əşyalarını əks etdirən fotoşəkillər və disk; -Məhkəmə Ekspertiza Mərkəzinin 04.08.2021-ci il tarixli, 9/3521 nömrəli ekspert rəyinə əsasən, qarşılıqlı iddia ərizəsində adları sadalanan 2 adda – 585 əyarlı çəkisi 10 qram 1 ədəd kişi üçün nişan üzüyünün və 585 əyarlı çəkisi 5 qram olan 1 ədəd kişi üçün bilərziyin nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1125 manat müəyyən edilmişdir. - "xxxx" MMC-nin 13.10.2021-ci il tarixli, 260 nömrəli rəyinə əsasən, qiymətləndirməyə tədqim olunmuş qızıl-zinət əşyalarının 2021-ci il üçün birgə analojı bazar dəyəri 11530 manat müəyyən edilmişdir. - 15.10.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən mütəxəssis X17 rəyindən görünür ki, toqqanın (bel kəməri) ümumi çəkisi 39,4 qram, əyyarı 375, qiyməti isə 40 manatdır. Məhkəmənin 27 oktyabr 2020-ci il tarixli iclasında şahid qismində iştirak edən və dindirilən X9 ifadə verərək bildirmişdir ki, səhər saatlarında oğlu Vüsal Şərifəni anasıgilə aparmış, onlar getməmişdən əvvəl otaqlarından səs-küy gəlirmiş. Onların yanına getmiş, Şərifə bu zaman əşyalarını yığdığını görmüş, aralarında olan mübahisəyə müdaxilə etməyərək onların otağından çıxmışdır. Şərifə gedən zaman özü ilə böyük torba və krem rəngdə olan qotazlı çanta aparmışdır. Getməzdən əvvəl Şərifənin niyə getdiyini ondan soruşsalar da, onların bu işlərə qarışmamasını söyləmişdir. Şərifə getdikdən bir müddət sonra iddiaçının qardaşı Elmir və Elmira adlı tanışı onlara cehiz əşyalarını aparmağa gəlmişlər. Onlar cehizi aparmağa gəldiklərini bildirdikdə, həmçinin Şərifənin maşında gözlədiyini və Vüsalın qızıllarını geri gətirdiyini qeyd etmişlər. Vüsalın atası cehizlərin aparılmasına icazə vermədiyindən, Vüsalın qızılları da onlara geri qaytarılmamışdır. Məhkəmənin 27 oktyabr 2020-ci il tarixli iclasında şahid qismində iştirak edən və dindirilən X10 ifadə verərək bildirmişdir ki, cavabdeh onun bacısı oğludur. Tərəflərin arasında xırda münaqişə olduğunu bilmiş və bu səbəbdən də məsələnin aydınlaşdırmaq üçün onlara getmişdir. Bacısından nə baş verdiyini soruşmuş, o, tərəflərin öz aralarında mübahisə olduğunu və qarışmadığını bildirmişdir. Şərifəni səhər anasıgilə gedərkən görmüşdür. Gedərkən özü ilə ağ torba və krem rəngində əl çantası aparmışdır. Məhkəmənin 27 oktyabr 2020-ci il tarixli iclasında şahid qismində iştirak edən və dindirilən X13 ifadə verərək bildirmişdir ki, Şərifə evdən çıxıb getdikdən bir müddət sonra Elmira adlı şəxs Şərifənin cehiz əşyalarını aparmaq üçün gəlmiş, Şərifə isə maşında gözləmişdir. Özü ilə Vüsalın nişan üzüyünü və qolbağını gətirmişdi. Vüsalın atası üzüyü və qolbağı götürməmiş və bildirmişdir ki, boşandıqdan sonra cehiz əşyalarını apara bilər. Məhkəmənin 01 dekabr 2020-ci il tarixli iclasında şahid qismində iştirak edən və dindirilən X2 ifadə verərək bildirmişdir ki, Şərifənin anası Yeganə xanım onun rəfiqəsidir. Yeganəgilə gələndə saat 11:00 radələri olardı, qan-qaraçılıq və Şərifə pərişan halda idi, səbəbini soruşanda dedilər ki, Vüsal Şərifəni küçənin başından ötürərək münasibətlərinin bitdiyini deyib. Həmin vaxt üstündə qızıl görməmişdir. Sonradan o, Yeganə və Elmira Şərifənin paltarlarını götürmək üçün Vüsalgilə getmişlər. Vüsalın valideynləri əvvəlcə narazılıq eləmiş, sonra yalnız Şərifənin ata evindən gətirdiyi paltarları aparmağa icazə vermişlər. Pərvin (Şərifənin baldızı) və Yeganə yuxarı mərtəbəyə qalxmış və bir az sonra 2 çanta yüklə qayıtmışlar. Çantalardakı paltarlara bir-bir hamının yanında yenidən baxmış, sonra qaytarıb yığdılar. Orada qızıl söhbəti olmamışdı. Daha sonra cehiz üçün gedəndə o getməmiş, bildiyinə görə cehizləri yığmağa icazə verməmişdilər. Məhkəmənin 01 dekabr 2020-ci il tarixli iclasında şahid qismində iştirak edən və dindirilən X14 ifadə verərək bildirmişdir ki, iddiaçı onun qaynının qızıdır. Tərəflərin toyundan sonra bir dəfə Şərifənin gəlin köçdüyü evə qonaq getmiş, sonra isə cehiz əşyalarını götürməyə getmişdi. Yeganə Şərifə ata evinə qayıtdıqdan 1 ay sonra onun paltarlarını götürməyə getmiş və yalnız ata evindən apardığı paltarları götürmüşdü. Cehizləri götürməyə getməzdən əvvəl Yeganə Vüsalın xalasının əri Hüsü müəllimlə əlaqə saxlamış, cehiz əşyalarını götürməyə o, Elmira, Şərifə, Yeganə bir maşında və Şərifənin qardaşı isə digər bir maşınla getmişlər. Elmira evə girmiş, 1 saata yaxın orada qalmış, sonra o gedib qapını döymüş, Elmiranı çağırıb məsələnin nə yerdə olduğunu maraqlanmış, Elmira cehizləri aparmağa icazə vermədiklərini bildirmişdi. Cehiz üçün gedəndə qızıl söhbəti olmamışdı, sadəcə Şərifə trumonun üstündə olan qabda qızıllarının olub-olmamasına baxmalarını xahiş etmişdi. Ümumiyyətlə dəqiq hansı qızılların olduğunu bilmir, yalnız beşbarmaq, qızıl komplekt, ortası qızıl olan kəmər və sep yadına gəlir. Şərifə ata evinə qayıdan ilk günlərdə çox əsəbi idi ki, Vüsal onu küçənin başında maşından düşürüb göndərib. Amma boşanmaq niyyəti yox idi, sonra baş verənlər ona pis təsir eləmiş, bundan sonra Vüsalın ailəsi, xüsusilə də Vüsalın özü barışmaq üçün çox gəlmiş, Şərifə razı olmamışdır. Barışıq üçün gələndə orada olmamış, amma bildiyinə görə 1500 manat borc məsələsi və qızıl məsələsi danışılmışdır. Bir dəfə onların təkidi ilə Şərifə şans vermiş, onda da Vüsal yalan danışmışdı. Əsas problemləri də yalan və borc üstündə olmuşdur. Məhkəmənin 15 oktkabr 2021-ci il tarixli iclasında şahid qismində iştirak edən və dindirilən X16 ifadə verərək bildirmişdir ki, cavabdeh onun qardaşıdır. Şərifə ilə münasibətləri əvvəllər yaxşı olub. Sonradan Şərifə ilə münasibətləri pozulub. Şərifə gedən zaman özü ilə böyük torba və krem rəngdə olan qotazlı çanta aparmışdır. Şərifə getdikdən bir müddət sonra iddiaçının Elmira adlı tanışı və Şərifənin qardaşı Elmir cehiz əşyalarını aparmağa gəlmişdilər. Onlar qızıllar barədə soruşduqda, Şərifə maşında gözlədiyini və Vüsalın qızıllarını geri gətirdiyini bildirmişlər. Atası boşanmadan cehizlərin aparılmasına icazə verməmiş, gətirilən qızıllara da ehtiyacları olmadığını bildirmişdir. Həmçinin bildirdi ki, anası ona və Şərifəyə eyni formada gümüş, üzərinə qızıl örtük çəkilmiş toqqa hədiyyə etmişdir(fotoşəkildə əksini tapmışdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 225.1-ci maddəsinə əsasən ərlə-arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. -225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. AR Ailə Məcəlləsinin: -32.2.2-ci maddəsinə görə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. -34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). -37.1-ci ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, mübahisə predmeti olan qızıl-zinət əşyaları iddiaçıya gəlin köçərkən hədiyyə şəklində verildiyindən, mübahisə predmeti olan əşyalar yalnız iddiaçının əmlakıdır. Buna görə də iddiaçı Ş.Səfərova göstərilən qızıl-zinət əşyalarının mülkiyyətçisi olduğundan həmin əşyaları tələb etməkdə haqlıdır. Odur ki, X5 ilkin iddia qızıl-zinət tələbi hissəsində qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, baxılan mülki işdə iddiaçının tələb etdiyi qızıl-zinyət əşyalarının ona cavabdeh tərəfindən hədiyyə verilməsi, yəni iddiaçının həmin əşyaların mülkiyyətçisi olması mübahisələndirilməyən haldır. Mübahisələndirilən hal cavabdeh tərəfindən həmin əşyaların qanunsuz olaraq iddiaçıdan götürülüb-götürülməməsidir, yəni qızıl-zinyət əşyaları üzərində iddiaçının faktiki sahiblikdən məhrum olub-olmaması və cavabdehin həmin əşyalara faktiki sahiblik edib-etməməsidir. Qeyd edilən mübahisələndirilən hal üzrə sübut etmə yükünü iddiaçı daşıyır. İddiaçı sübut etməlidir ki, o, cavabdehin qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüququ ilə ona mənsub olan qızıl-zinyət əşyalarından məhrum olmuş və həmin əşyalar məhz cavabdehin faktiki sahibliyindədir. Bu hallar sübut edildiyi təqdirdə sübut etmə vəzifəsi (qızılzinyət əşyalarının iddiaçıya qaytarılması üzrə) mülkiyyətçinin xeyrinə cavabdehə keçəcəkdir. İddiaçı öz tələbini sübut etmək üçün məhkəməyə toy mərasimi zamanı çəkilmiş fotoşəkilləri təqdim etmişdir. Fotoşəkillərdə mübahisə predmeti olan əşyaların iddiaçının üzərində olduğu aydındır. Lakin bu şəkillər həmin əşyaların hamısının iddiaçıdan alındığını və cavabdehlərdə olduğunu sübut etmir. İddiaçı Şərifə Səfərova qızıl-zinət əşyalarına dair tələb irəli sürmüş olsa da, göstərilən qızıl-zinət əşyalarının həqiqətən məhz cavabdeh tərəfindən götürülməsinə və qaytarılmamasına dair hər hansı sübutu məhkəmə iclasında təqdim edə bilməmişdir. Lakin cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi disk (whatsappda olan səs yazıları) əsasında iddiaçının anası-nümayəndəsi Y.Bağırovanın Vüsala və məhkəmə iclasında şahid qismində iştirak edən Vüsalın anası N.Rüstəmovanın iddiaçının anası-nümayəndəsi Y.Bağırovaya ünvanladığı səs yazılarından aydın olur ki, Vüsalın iddiaçı tərəfə borcu olmuşdur, həmçinin Şərifənin ona toyda hədiyyə edilmiş ağ qızıldan olan komplekti və toqqası Vüsalda qalmış, digər xırda qızılları (səs yazısında “tənəkə-tünəkə”kimi qeyd olunur) isə Şərifə özü ilə anasıgilə aparmışdır. Həmçinin Vüsalın anası N.Rüstəmovanın səs yazısından məlum olur ki, iddiaçı evdən gedərkən qızılları aparmışdır. Məhkəmə sözügedən diski (whatsappda olan səs yazıları) sübut kimi qiymətləndirərək qeyd edir ki, iddiaçı tərəf yalnız toyda hədiyyə edilmiş ağ qızıldan olan komplektin və toqqanın cavabdehdə qaldığını və gətirmədiyini etiraf etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2021-ci il tarixli “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarını nəzərə alaraq qeyd edir ki, səs yazıları barədə disk mülki işə əlavə edilməklə, həmin disk sübut kimi qəbul edilməlidir. Belə ki, diskdə olan məlumatlar hazırkı iş üçün əhəmiyyətlidir. Qeyd edilməlidir ki, məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin aktların ədalətli olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli Qərarı). Hazırkı iş üzrə səs yazışmalarını əks etdirən diskin sübut kimi qəbul edilməsinə dair məhkəmə qeyd edir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Tərəflərin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar tərəflər üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə səsli (yazılı) mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. - 191.3-ci maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iddianən təmin tədbiri barədə 2(006)- 2206/2020 saylı, 19.02.2020-ci il tarixli qərardadı əsasında icra məmuru tərəfindən tərtib edilmiş aktı, N.Səfərov tərəfindən yazılmış İltizamı və cavabdehin borc barədə etirafını nəzərə alaraq, hesab edir ki, ilkin iddia tələbini iddiaçıya məxsus cehiz əşyaları, paltarları və 1500 manat pul tələbinə dair hissədə təmin edilməlidir. İlkin iddia tələbi qızıl-zinət hissəsində isə qismən təmin edilməli, Cavabdeh ağ qızıl komplet olan(sırğa, üzük, qolbaq, boyun bağı-kulon) və toqqa(kəmər) alınaraq iddiaçı Ş.Səfərovaya qaytarılmalıdır. Qətnamə icra olunan vaxt həmin qızıl-zinət əşyaları mövcud olmadığı halda ağ qızıl komplekt dəsti (sırğa, üzük, qolbaq, boyun bağı-kulon)-1550 manat, 1 ədəd toqqa (kəmər) – 60 manat ( mütəxəssis rəyinə əsasən bijuteriya olması nəzərə alınaraq) ümumi 1610 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı X8 ödənilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə hesab edir ki, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir.Belə ki, cavabdeh tərəf V. Səfərova hədiyyə edilmiş nişan üzüyünün və bilərziyin hansı çəkidə və formada olması ilə bağlı heç bir sübut təqdim etməmişdir. Lakin iddiaçının nümayəndəsinin verdiyi izahata əsasən həmin qızıl əşyaların cavabdehə hədiyyə verilməsi, yəni cavabdehin həmin əşyaların mülkiyyətçisi olması mübahisələndirilməyən haldır. Odur ki, məhkəmə iclasında verilən izahatlar əsasında X3 1 ədəd 585 əyyarlı kişi üçün nişan üzüyü və 1 ədəd 585 əyyarlı kişi üçün bilərzik və ya onlar olmadıqda ümumi dəyəri 640 manat pul iddiaçı Şərifə Səfərovadan alınaraq Cavabdeh verilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: X5 Cavabdeh qarşı “cehiz əmlakı, qızıl-zinət əşyalarının, paltarların qaytarılması və pul” tələbinə dair ilkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh – 1) xalçalar: qonaq otağı üçün, yataq otağı üçün, dəhliz üçün; 2) 2 ədəd çilçıraq: qonaq otağı üçün, yataq otağı üçün; 3) bir ədəd ət çəkən, iki ədəd ütü, qaşıq dəstləri (30 ədəd, 18 ədəd, 12 ədəd, 6 ədəd), bıçaq dəsti, qazan dəsti, boşqab dəsti (12 nəfərlik), iki ədəd böyük bulud, 4 ədəd balaca bulud, 6 ədəd vaza, 6 ədəd dərin boşqab, böyük-orta-kiçik olmaqla 12 ədədli boşqab, 1 böyük boşqab olmaqla 6 ədəd boşqab - 3 qutu (18 ədədli), 6 ədəd göy zərli boşqab; 4) bir qutu 6 nəfərlik fincan-nəlbəki (göy rəngli), 1 qutu 6 nəfərlik armudu stəkan nəlbəki, 4 qablı mürəbbə dəsti qaşığı ilə (gümüşü rəng), 12 ədəd billur(xrustal) çay stəkanı nəlbəki ilə, su qrafini 6 ədəd stakanı ilə, mürəbbə qabı - 12 ədəd (gümüşü rəng), mürəbbə qabı -4 ədəd, 12 ədəd qədəh (Çexiya istehsalı), 6 ədəd balaca qədəh, bohemia rəngli 6 ədəd qədəh, bohemia 1 ədəd qrafin 6 ədəd stəkanı ilə, 2 ədəd böyük billur(xrustal) gül qabı, 1 ədəd bohemia güldan, 2 ədəd bohemia konfet qabı, Çexiya istehsalı iki ədəd meyvə qabı, 1 ədəd yumru dəmirli xrustal meyvə qabı, 2 ədəd xrustal yumru meyvə qabı, 2 ədəd billur (xrustal) meyvə qabı, 2 ədəd konfet qabı, bohemia dəst 1 ədəd güldan, 2 ədəd konfet qabı, 1 ədəd meyvə qabı, 2 ədəd meyvə qabı, 2 ədəd qənd qabı, 1 ədəd böyük mürəbbə qabı, 12 ədəd böyük qədəh, 6 ədəd balaca qədəh, 2 ədəd balaca billur (xrustal) güldan; 5) 2 ədəd gecə lampası, 4 ədəd yorğan, 1 ədəd 2 nəfərlik nazik yorğan, 3 ədəd tək adamlıq yorğan, 2 ədəd yastıq 70x70 ölçüdə, 4 ədəd yastıq 50x70 ölçüdə, dəst olmaqla 1 ədəd döşək, 1 ədəd yorğan dəvə yunundan, 1 ədəd 2 nəfərlik yorğan atlas tikmə, çexol dəsti 2 nəfərlik 8 ədəd olmaqla, çexol dəsti 1 nəfərlik 2 ədəd, böyük dəsmal 10-12 ədəd, əl-üz dəsmalı 15-20 ədəd, yay yorğanı 1 ədəd, 2 ədəd balaca yastıq, yastıq üzü 4 cüt, ikili dəst çaydan, çaynik, 4 dəst çayniklər, soba üçün şüşə qab 3 dəst, 4 ədəd şüşə, podnos 3 dəst, 1 ədəd əlavə şirniyyat qabı, ləpə qabı 1 ədəd, süfrələr 1 ədəd, 1 ədəd pərdə ilə dəst villur, əlavə 4 ədəd süfrələr, suvenir stəkan nəlbəki, 1 ədəd balaca qazan, divar saatı, səyahət çantası içində paltarları olmaqla; 6) Paltarlar: qırmızı (tünd) olan üstü çiçəkli, şifon olan 2 ədəd - 1 ağ rəngli, 1 qara rəngli, ağ tül olan nikah geyimi, dəst enli şalvar və kofta. 2 ədəd ətək, ağ sadə kofta, ipli kofta, 2 ədəd şuba(xəz), köynək, şalvar, qırmızı don, sarı kofta, yun jaket, ev geyimi (1 ədəd kofta, yaşıl rəngdə şalvar, 1 ədəd qara idman şalvar), 3 dəst alt paltarı, 3 ədəd gecə geyimi, 2 dəst pijama, 2 ədəd hamam xalatı, 3 ədəd şərf, papaq-şərf dəsti, 1 ədəd bej ayaqqabı, 1 ədəd qara ayaqqabı, 1 ədəd qızılı baletka ayaqqabı, 4 fen, 1 ədəd toy üçün çanta, 1 ədəd tünd-qırmızı çanta, 1 ədəd bənövşəyi çanta, qırmızı rəng kosmetika çantası, güzgü-daraq, dırnaq alətləri və digər kosmetika əşyaları, 1 ədəd daraq dəsti, hamam dəsti, 5 cüt ev çəkələyi; 7) qızıllar: ağ qızıl komplekt dəsti (sırğa, üzük, qolbaq, boyunbağı-kulon), 1 ədəd toqqa (kəmər) və 1500 (bir min beş yüz) manat borc pul alınaraq iddiaçı X8 verilsin. Qətnamə icra olunan vaxt qızıl-zinət əşyaları mövcud olmadığı halda ağ qızıl komplekt dəsti ( sırğa, üzük, qolbaq, boyunbağı-kulon) 1550 manat, 1 ədəd toqqanın (kəmər) 60 manat olmaqla, ümumi qiyməti olan 1610 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı X8 ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı X5 özünə aid edilsin. Cavabdeh X8 qarşı “qızıl-zinət əşyalarının və ya dəyərinin qaytarılması” tələbinə dair qarşılıqlı iddia tələbi qismən təmin edilsin. X3 1 ədəd 585 əyyarlı kişi üçün nişan üzüyü və 1 ədəd 585 əyyarlı kişi üçün bilərzik X3 alınaraq Cavabdeh verilsin. Qətnamə icra olunan vaxt qızıl-zinət əşyaları mövcud olmadığı halda 1 ədəd 585 əyyarlı kişi üçün nişan üzüyü – 470 manat və 1 ədəd 585 əyyarlı kişi üçün bilərzik-170 manat olmaqla, ümumi dəyəri 640 manat pul X3 alınaraq Cavabdeh verilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatlarının dəyərini təşkil 100 (bir yüz) manat ekspertiza xərci müştərək qaydada X3 50 (əlli) manat, Cavabdeh 50 (əlli) manat tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X4, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE******************** hesablaşma hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar