Məhkəmə qərarları › İş №2(001)-8344/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-8344/2025

03.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-8344/2025 03.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, tələbkar Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3039/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan, yəni İddiaçı Cavabdeh xeyrinə hər uşaq üçün sabit pul məbləğində tutulmuş 175 manat məbləğində alimentin məbləğinin sonrakı artımlar da nəzərə alınmaqla, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.70 misli həddində indeksasiya olunmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(001)-1007/2025 saylı qərardadı ilə ərizə təmin olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3039/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan, yəni İddiaçı Cavabdeh xeyrinə hər uşaq üçün sabit pul məbləğində tutulmuş 175 manat məbləğində alimentin məbləğinin sonrakı artımlar da nəzərə alınmaqla, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.70 misli həddində indeksasiya olunması qərara alınmışdır. Belə ki, hazırda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı 2025-ci il üçün 400 manat müəyyən edilmişdir və 400*0.70=280 manat məbləğ bir uşaq üçün, iki uşaq üçün isə 560 manat və qızı X5 müalicəsi ilə bağlı əlavə xərclərə görə xx.xx.2021-ci il tarixdən başlayaraq 50 manat sabit pul məbləğində vəsaitin ondan, yəni cavabdeh İddiaçı tutulması qət edilmişdir. Lakin Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında qanunla uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmşdir. Alimentlə bağlı qətnamə çıxarılarkən onun iş yeri var idi. Hazırda isə o, işsizdir və indeksasiya ilə təyin edilmiş aliment məbləği ümumilikdə 560+50 manat olmaqla 610 manat təşkil edir. Bu da kifayət qədər yüksək məbləğdir. Həmin məbləğin ödənilməsi onun kimi işsiz olan şəxs üçün mümkünsüzdür. O, sabit pul məbləğində 610 manat alimenti ödəmək iqtidarında olmadığından alimentin məbləği hər ay yığılaraq qalacaq və ödəyə bilmədiyi halda İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə, sonra da cinayət məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb olunacaqdır. Bundan əlavə, hazırda iş tapmaq çox çətin və müşkül məsələyə çevrilmişdir. Dostunun vasitəsi ilə iş axtaran kimi işlər barədə maraqlanmış, amma aylıq maaş 450 manat məbləğində olacağını bildirmişlər. Aliment ödənilməli olan məbləğ isə 610 manat olduğundan işə götürmək istəyən şəxslə razılaşmamışdır. Sonra isə 450 manatlıq iş təklifi də əlindən çıxmışdır. Hazırda isə iş axtarışındadır, lakin heç bir yerdə iş tapa bilmir. Şansı yenidən gətirsə tapdığı iş üzrə əmək haqqı 400-450 manat təşkil edəcəkdir. Odur ki, 610 manat məbləğində alimenti ödəmək iqtidarında deyildir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(001)-1007/2025 saylı qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3039/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan, yəni İddiaçı Cavabdeh xeyrinə hər uşaq üçün sabit pul məbləğində tutulmuş 175 manat məbləğində alimentin məbləğinin sonrakı artımlar da nəzərə alınmaqla, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.70 misli həddində indeksasiya edilməsi barədə qərardadın dəyişdirilərək hər uşağa 200 manat, ümumilikdə 400 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, məhkəməyə etiraz ərizəsi (vəsatət) ilə müraciət edərək, etiraz ərizəsində göstərilən xüsusatları bir daha təsdiq etmiş və iddia ərizəsinin əsassız olması səbəbindən təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Cavabdeh işlədiyini, aylıq əmək haqqısının təxminən 650 manat olduğunu, qızının xəstəliyi ilə bağlı dövlət tərəfindən ona və qızına pul vəsaiti verildiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə MŞB/2/2025 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 12:00-da keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3039/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanması və aliment” tələbinə dair iddiası qismən təmin edilmiş, X7 ilə İddiaçı arasında 05 noyabr 2011-ci il tarixdə Bakı şəhər Binəqədi rayon qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1858 nömrə ilə qeydə alınmış nikahın pozulması, 26 oktyabr 2012-ci il təvəllüdlü X1 və 30 iyun 2014-cü təvəllüdlü X5 anaları X2 yanında qalmalarının müəyyən edilməsi, 26 oktyabr 2012-ci il təvəllüdlü X1 və 30 iyun 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay, hər uşaq üçün 175 manat omaqla, ümumilikdə 350 manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı tutularaq iddiaçı X4 ödənilməsi və 30 iyun 2014-cü il təvəllüdlü X5 müalicəsi ilə bağlı əlavə xərclərə görə xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 50 manat sabit pul məbləğində vəsaitin cavabdeh İddiaçı tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-1007/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3039/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulan aliment məbləği indeksasiya olunmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3039/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı X3 xeyrinə hər uşaq üçün sabit pul məbləğində tutulmuş 175 manat məbləğində alimentin məbləği sonrakı artımlar da nəzərə alınmaqla, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.70 misli həddində indeksasiya olunması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X8 ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik verilmiş, əlilliyin müddəti müddətsiz müəyyən edilmişdir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı əmək müqaviləsi əsasında "xxxx" ASC-də “idarə qulluqçusu, təsnifat” vəzifəsində işləyir və 700 manat məbləğində əmək haqqı alır. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, X9 əmək müqaviləsi əsasında "xxxx" MMC-də “böyük referent” vəzifəsində işləyir və 805 manat məbləğində əmək haqqı alır. İş materiallarında olan cavabdeh X9 tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsindən (vəsatət) görünür ki, Cavabdeh iddia ərizəsinə etiraz edərək, etiraz ərizəsində göstərmişdir ki, İddiaçı tərəfindən ona qarşı alimentin azaldılması ilə bağlı iddia ərizəsi verilmişdir. O, bu iddia ilə razı deyildir və hesab edir ki, alimentin azaldılması əsassız və ədalətsizdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin müvafiq maddələrinə əsasən, valideynlər övladlarını saxlamağa borcludurlar. Aliment müəyyən edilərkən tərəflərin real maddi vəziyyəti, uşağın sağlamlıq vəziyyəti və digər mühüm hallar nəzərə alınmalıdır. Bu işdə əsas prinsip övladların üstün mənafeyi olub, onların normal yaşayış səviyyəsinin təmin olunması valideynin birbaşa qanuni öhdəliyidir. İddiaçı bildirmişdir ki, hazırda işə qəbul olunmuş və 600 manat əmək haqqı alır. Bu iddia reallığa uyğun deyildir, çünki o, uzun müddət bank sistemində “Access Bank”, “Bank Respublika”, “Rabitəbank”, “TuranBank”, "xxxx" kimi maliyyə qurumlarında çalışmışdır. Belə təcrübəyə və ixtisasa malik şəxs üçün 600 manat maaş real vəziyyətlə uyğun deyildir. İddiaçı daha əvvəl 2025-ci ilin dekabrın 3-dək bu banklarda işləmiş, öz istəyi ilə işdən çıxmışdır. Ona dəfələrlə demişdir ki, “mən onlara şərt qoymuşam, şərtimi qəbul etməsələr işdən çıxacam”. O, isə cavab olaraq bildirmişdir ki, “uşaqlar üçün işləməlisən, lakin o, “mənim rahatlığım hər şeydən önəmlidir və mən dünyaya bir dəfə gəlirəm” demişdir. Hətta yeni iş yerində də eyni münasibəti nümayiş etdirərək “yenə şərtimi demişəm, razılaşmasalar burdanda çıxacam” sözlərini işlətdiyini bildirmişdir. Bu hallar göstərir ki, iddiaçı maddi çətinlik səbəbindən deyil, şəxsi rahatlıq naminə iş yerlərini tərk etmişdir. Yəni gəlir itirməsi öz qərarı nəticəsində baş vermiş və aliment öhdəliyindən yayınmaq məqsədi daşıya bilər. İddiaçı bildirmişdir ki, kirayədə qalır və kredit ödəyir, işsiz olduğu dövrlərdə belə kirayə xərclərini ödəmişdir, bu isə daimi gəlir mənbəyinin mövcudluğunu göstərir. O, iki övlad anasıdır. Onlardan biri 30 iyun 2014-cü il təvəllüdlü X10, ikinci dərəcəli əqli inkişafdan geri olan uşağdır. Uşağın vəziyyəti orta zəka çatışmazlığı (İQ-38) ilə xarakterizə olunur, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu mövcuddur. Həmçinin uşağın nitq inkişafında spesifik pozuntu vardır. Uşağın sağlamlıq vəziyyəti kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal/parsial) simptomatik epilepsiya və epileptik sindromlar şəklindədir. Bu səbəbdən davamlı tibbi nəzarət, müalicə və diqqət tələb olunur. Digər uşaq 26 oktyabr 2012-ci il təvəllüdlü X6 hazırda 8-ci sinifdə oxuyur, gələn il 9-cu sinif buraxılış imtahanlarına hazırlaşacaq və əlavə fənn hazırlıqlarına getməsi vacibdir. Hazırda övladı riyaziyyat hazırlığına gedir və futbol məşqlərində iştirak edir. O, onun idmana davam etməsini dəstəkləyir, çünki sağlam və faydalı vətəndaş kimi böyüməsini istəyir. Bu xərclərin hamısını isə təkbaşına o, qarşılayır. Lakin onun maddi imkanı bu xərcləri qarşılamağa kifayət etmir. Hər iki uşağın qida, geyim, məktəb və gündəlik ehtiyacları ildən ilə artır. İddiaçı uşaqlarla maraqlanmır, əlaqə saxlamır, gəzdirmir, xəstə uşağın vəziyyətinə laqeyd yanaşır. Atasına bu barədə deyəndə “uşaqlarla maraqlana bilmirəm” deyir, lakin o, uşaqlara zəng belə etmir və hətta həftə sonları belə görüşmür. Bu maddi imkanla əlaqəli deyildir, yəni övladlarına diqqətsiz yanaşması maddi vəziyyətdən asılı deyildir. Uşaqların doğum günlərində belə diqqət göstərməmişdir. Bu onun ata kimi mənəvi borcunu da yerinə yetirmədiyini göstərir. Bundan əlavə, iddiaçı son aylarda aliment ödənişlərini də yerinə yetirməmişdir. Belə ki, 2025-ci ilin dekabr ayını yarımçıq ödəmiş (210 manat çatışmır), yanvar və fevral aylarında isə ümumiyyətlə aliment ödəməmişdir. Ümumi borcu 1430 manat təşkil edir. Aliment borcu olduğu halda alimentin azaldılmasını istəməsi uşaqların maraqlarına tam ziddir. O, iki uşaqla tək yaşayır, həmçinin anası da onlarla yaşayır. Maddi yükü çoxdur, uşaqların və anasının sağlamlığı və yaşayışı üçün bu vəsait tam zəruridir və hətta onun xərclərini də o, ödəyir. Eyni zamanda o, evin kommunal xidmət haqlarını da təkbaşına qarşılayır. Buna görə alimentin azaldılması ədalətli hesab edilə bilməz. O, iddiaçının aliment məbləğinin azaldılması barədə iddia tələbinin təmin edilməməsini, iddiaçının 1430 manat aliment borcunun nəzərə alınmasını və ödənilməsinin təmin edilməsini, uşaqların və ananın sağlamlıq və təhsil vəziyyətinin nəzərə alınaraq mövcud aliment məbləğinin qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İlk növbədə qeyd edilməlidir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar (Konstitusiyanın 34-cü maddəsinin İV və V hissələri). “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən minimum aylıq əmək haqqı 01 yanvar 2025-ci il tarixindən 400 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilmişdir ki, tərəflər arasında alimentlə bağlı mübahisə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli 2(001)- 3039/2021 saylı qətnaməsinə əsasən yekunlaşmış, həmin qətnamə ilə 26 oktyabr 2012-ci il təvəllüdlü X1 və 30 iyun 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 175 manat omaqla, ümumilikdə 350 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq X4 ödənilməsi və 30 iyun 2014-cü il təvəllüdlü X5 müalicəsi ilə bağlı əlavə xərclərə görə xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 50 manat sabit pul məbləğində vəsaitin İddiaçı tutularaq X4 ödənilməsi qət edilmişdir. Bundan sonra, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarına istinad edilməklə X3 ərizəsi əsasında məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği məhkəmə tərəfindən indeksasiya edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-1007/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli 2(001)-3039/2021 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı X3 xeyrinə hər uşaq üçün sabit pul məbləğində tutulmuş 175 manat məbləğində alimentin məbləği sonrakı artımlar da nəzərə alınmaqla, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.70 misli həddində, yəni 400 x 0.70 = 280 manat məbləğində indeksasiya edilmişdir. Hazırda iddiaçı həmin məbləğin ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş minimum məbləğdən artıq olmasına və maddi vəziyyətinin aşağı olmasına əsaslanaraq aliment məbləğinin hər ay hər uşağa görə 200 manat olmaqla, 400 manat məbləğinə azaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə valideynlərin uşaqların tərbiyəsində bərabər hüquq və vəzifələri daşımaqları prinsipinə əsaslanmaqla belə qənaətə gəlir ki, iddiaçının indeksasiya edilərək müəyyən edilmiş aliment məbləğinin ödənilməsi üçün kifayət qədər qazanca malik olmadığı iş materialları ilə təsdiq olunduğundan, müəyyən olunmuş alimentin məbləğinin azaldılması (dəyişdirilməsi) üçün kifayət qədər əsaslar mövcud olduğundan, həmçinin tərəflərin hazırki (real) maddi imkanları nəzərə alınmaqla, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli 2(001)- 3039/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-1007/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş aliment məbləği azaldılaraq, 26 oktyabr 2012-ci il təvəllüdlü X1 və 30 iyun 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə İddiaçı X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.65 misli həddində (400 x 0.65 = 260 manat) sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə “30 iyun 2014-cü il təvəllüdlü X5 xəstəliyi və müalicəsi ilə bağlı əlavə xərclərin olmasına” münasibətdə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qətnaməsi ilə 30 iyun 2014-cü il təvəllüdlü X5 müalicəsi ilə bağlı əlavə xərclərə görə xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 50 manat sabit pul məbləğində vəsaitin İddiaçı tutularaq X4 ödənilməsi qət edilmişdir. Həmçinin həmin uşağın xəstəliyi ilə əlaqədar dövlət tərəfindən müvafiq qaydada istər cavabdehə, istərsə də uşaq üçün müavinət ödənilməkdədir. Uşağın xəstəliyi ilə bağlı xərclər artdığı təqdirdə, qanunvericilikdə hazırki iş üzrə cavabdehə, yəni uşağın anasına digər valideynin əlavə xərclərə cəlb edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək imkanı da nəzərdə tutulmuşdur. Belə ki, valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakı fərqləndirilir, aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. (“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 yanvar 2025-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli 2(001)-3039/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-1007/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş aliment məbləği azaldılaraq, 26 oktyabr 2012-ci il təvəllüdlü X1 və 30 iyun 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə İddiaçı X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.65 misli həddində (400 x 0.65 = 260 manat) sabit pul məbləğində aliment tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar