Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-842/2025 06.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Mənzil-Tikinti Kooperativinin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Mənzil-Tikinti Kooperativi Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış 09 sentyabr 2019-cu il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili cavabdehlə aralarında bağlanmış barışıq sazişini məhkəməyə təqdim edərək yaranmış mübahisənin məhkəmədən kənar həll edilməsinə dair razılıq əldə edildiyini və müvafiq barışıq sazişi imzalandığını bildirib, barışıq sazişinin təsdiq edilməklə işin icraatına xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili barışıq sazişini müdafiə edərək, aralarında barışıq sazişi bağlandığından, həmin barışıq sazişinin təsdiq edilməsini və mülki işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi qismən təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişinin şərtləri aşağıdakılardır:
1. İddiaçı MTK qəbul edir ki, Cavabdeh ilə aralarında bağlanmış 09 sentyabr 2019-cu il tarixli müqavilənin şərtləri tam olaraq icra edildiyindən, İddiaçı MTK-nın Cavabdeh qarşı hər hansı bir iddia və tələbi yoxdur.
2. İddiaçı MTK qəbul edir ki, Cavabdeh ilə aralarında bağlanmış 09 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh tərəfindən İddiaçı MTK-ya 595200 manat pul ödənilmişdir. Həmin müqavilə üzrə ödənilməli 200.000 manat pulu isə Cavabdeh əvəzinə X13 tərəfindən ödənilmişdir. Bu səbəbdən 02 noyabr 2020-ci il tarixdə ayrıayrılıqda İddiaçı MTK ilə həm Cavabdeh arasında, həm də X13 arasında müqavilə bağlanmışdır. Cavabdeh ilə İddiaçı MTK arasında bağlanmış müqaviləyə əsasən Xırdalan şəhəri, Bakı-Quba yolunun 12-ci km-də inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının bina 2, 1-ci mərtəbəsində yerləşən girişin sağ tərəfi 1 və 2 nömrəli 264 kv.m-dən ibarət olan qeyri- yaşayış sahəsini alğı-satqı yolu satmışdır və Cavabdeh İddiaçı MTK-ya bu müqavilə üzrə heç bir borcu yoxdur. X13 ilə İddiaçı MTK arasında bağlanmış müqaviləyə əsasən Xırdalan şəhəri, Bakı-Quba yolunun 12-ci km-də inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının bina 2, 1-ci mərtəbəsində yerləşən 3 nömrəli ümumi sahəsi 90 kv.m. olan və 2-ci mərtəbəsində yerləşən 640 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsini (cəmi 730 kv.m) alğı-satqı yolu satmışdır və X7 İddiaçı MTK-ya bu müqavilə üzrə heç bir borcu yoxdur. VİENNA” MTK-nın X10 və Cavabdeh qarşı hər biri ilə ayrı-ayrılıqda bağladığı 02 noyabr 2020-ci il tarixli müqavilələrlə bağlı iddia və tələbi olmayacaqdır.
3. İddiaçı MTK qəbul edir ki, ünvan 1 ünvanında inşa olunan 5 (beş) bloklu 15 mərtəbəli yaşayış binasının, 5-ci blok, 13-cü mərtəbədə ümumi sahəsi 92,1 kv.metr olan 2 otaqlı, 82 saylı mənzilin X4, 5-ci blok, 13-cü mərtəbədə ümumi sahəsi 65,82 kv.metr olan 2 otaqlı, 81 saylı mənzilin X2, v-ci blok, 14-cü mərtəbədə ümumi sahəsi 65,82 kv.metr olan 2 otaqlı, 89 saylı mənzilin X6, v-ci blok, 9-cu mərtəbədə ümumi sahəsi 62,1 kv.metr olan 1 otaqlı, 52 saylı mənzilin X6, v-ci blok, 12-ci mərtəbədə ümumi sahəsi 119,5 kv.metr olan 3 otaqlı, 79 saylı mənzilin X6, 5-ci blok, 15-ci mərtəbədə ümumi sahəsi 92,1 kv.metr olan 2 otaqlı, 98 saylı mənzilin X5, 5-ci blok, 15-ci mərtəbədə ümumi sahəsi 81,2 kv.metr olan 2 otaqlı, 102 saylı mənzilin X5, 5-ci blok, 16-cı mərtəbədə ümumi sahəsi 119,5 kv.metr olan 3 otaqlı, 111 saylı mənzilin X3 ilə bağlı razılaşma "xxxx" MTK ilə əldə edilmişdir və həmin razılaşmanın icrası ilə bağlı məsuliyyət (öhdəlik) "xxxx" MTK-ya məxsusdur. Cavabdeh və ya onun yaxın qohumlarının yuxarıda qeyd edilən razılaşmaya heç bir aidiyyatı yoxdur və öhdəlik daşımır.
4. Cavabdeh İddiaçı MTK ilə X13 arasında bağlanmış 02 noyabr 2020-ci il tarixli müqaviləni qəbul edir və Xırdalan şəhəri, Bakı-Quba yolunun 12-ci km-də inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının bina 2, 1-ci mərtəbəsində yerləşən 3 nömrəli ümumi sahəsi 90 kv.m. olan və 2-ci mərtəbəsində yerləşən 640 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin İddiaçı MTK tərəfindən X1 etiraz etmir. Bununla bağlı gələcəkdə iddia və tələbi olmayacaqdır. Həmçinin Cavabdeh gələcəkdə X13 ilə İddiaçı MTK arasında Xırdalan şəhəri, Bakı-Quba yolunun 12-ci km-də inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının bina 2, 1-ci mərtəbəsində yerləşən 3 nömrəli ümumi sahəsi 90 kv.m. olan və 2-ci mərtəbəsində yerləşən 640 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinə dair bağlanacaq istənilən müqaviləyə hüquqi müdaxilə etməyəcəyini öhdəlik kimi qəbul edir.
5. Bu Saziş, tərəflər imzaladıqdan və məhkəmə qərarı ilə təsdiq edildikdən sonra qüvvəyə minir.
6. Barışıq sazişi üç nüsxədə tərtib edilir və tərəflərdə bir nüsxə olmaqla, bir nüsxəsi məhkəməyə təqdim edilir. Bu Saziş heç bir kənar təsir olmadan tərəflərin könüllü iradəsinin ifadəsini təsdiq edir. Məhkəmə barışıq sazişinin 5-ci bəndi ilə bağlı qeyd edir ki, sazişin bu bəndi təsdiq oluna bilməz. Belə ki, məhkəmə tərəfindən qəbul edilmiş qərardad tərəflərə rəsmi qaydada verildikdən 10 gün sonra şikayət verilməzsə qüvvəyə minir. Belə olan halda da tərəflər arasında bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduğu gündən qüvvəyə minə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər; 191.1-ci maddəsinə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə barışıq sazişini və iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından məhkəmə tərəfindən qismən təsdiq edilməlidir. Tərəflər arasında bağlanmış barışıq sazişini təsdiq etməklə məhkəmə tərəflərə izah edir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
q ə r a r a a l d ı:
İddiaçı Mənzil-Tikinti Kooperativi ilə Cavabdeh arasında bağlanmış və aşağıdakı şərtləri özündə əks etdirən barışıq sazişi qismən təsdiq edilsin:
1. İddiaçı MTK qəbul edir ki, Cavabdeh ilə aralarında bağlanmış 09 sentyabr 2019-cu il tarixli müqavilənin şərtləri tam olaraq icra edildiyindən, İddiaçı MTK-nın Cavabdeh qarşı hər hansı bir iddia və tələbi yoxdur.
2. İddiaçı MTK qəbul edir ki, Cavabdeh ilə aralarında bağlanmış 09 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh tərəfindən İddiaçı MTK-ya 595200 manat pul ödənilmişdir. Həmin müqavilə üzrə ödənilməli 200.000 manat pulu isə Cavabdeh əvəzinə X13 tərəfindən ödənilmişdir. Bu səbəbdən 02 noyabr 2020-ci il tarixdə ayrıayrılıqda İddiaçı MTK ilə həm Cavabdeh arasında, həm də X13 arasında müqavilə bağlanmışdır. Cavabdeh ilə İddiaçı MTK arasında bağlanmış müqaviləyə əsasən Xırdalan şəhəri, Bakı-Quba yolunun 12-ci km-də inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının bina 2, 1-ci mərtəbəsində yerləşən girişin sağ tərəfi 1 və 2 nömrəli 264 kv.m-dən ibarət olan qeyri- yaşayış sahəsini alğı-satqı yolu satmışdır və Cavabdeh İddiaçı MTK-ya bu müqavilə üzrə heç bir borcu yoxdur. X13 ilə İddiaçı MTK arasında bağlanmış müqaviləyə əsasən Xırdalan şəhəri, Bakı-Quba yolunun 12-ci km-də inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının bina 2, 1-ci mərtəbəsində yerləşən 3 nömrəli ümumi sahəsi 90 kv.m. olan və 2-ci mərtəbəsində yerləşən 640 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsini (cəmi 730 kv.m) alğı-satqı yolu satmışdır və X7 İddiaçı MTK-ya bu müqavilə üzrə heç bir borcu yoxdur. VİENNA” MTK-nın X10 və Cavabdeh qarşı hər biri ilə ayrı-ayrılıqda bağladığı 02 noyabr 2020-ci il tarixli müqavilələrlə bağlı iddia və tələbi olmayacaqdır.
3. İddiaçı MTK qəbul edir ki, ünvan 1 ünvanında inşa olunan 5 (beş) bloklu 15 mərtəbəli yaşayış binasının, 5-ci blok, 13-cü mərtəbədə ümumi sahəsi 92,1 kv.metr olan 2 otaqlı, 82 saylı mənzilin X4, 5-ci blok, 13-cü mərtəbədə ümumi sahəsi 65,82 kv.metr olan 2 otaqlı, 81 saylı mənzilin X2, v-ci blok, 14-cü mərtəbədə ümumi sahəsi 65,82 kv.metr olan 2 otaqlı, 89 saylı mənzilin X6, v-ci blok, 9-cu mərtəbədə ümumi sahəsi 62,1 kv.metr olan 1 otaqlı, 52 saylı mənzilin X6, v-ci blok, 12-ci mərtəbədə ümumi sahəsi 119,5 kv.metr olan 3 otaqlı, 79 saylı mənzilin X6, 5-ci blok, 15-ci mərtəbədə ümumi sahəsi 92,1 kv.metr olan 2 otaqlı, 98 saylı mənzilin X5, 5-ci blok, 15-ci mərtəbədə ümumi sahəsi 81,2 kv.metr olan 2 otaqlı, 102 saylı mənzilin X5, 5-ci blok, 16-cı mərtəbədə ümumi sahəsi 119,5 kv.metr olan 3 otaqlı, 111 saylı mənzilin X3 ilə bağlı razılaşma "xxxx" MTK ilə əldə edilmişdir və həmin razılaşmanın icrası ilə bağlı məsuliyyət (öhdəlik) "xxxx" MTK-ya məxsusdur. Cavabdeh və ya onun yaxın qohumlarının yuxarıda qeyd edilən razılaşmaya heç bir aidiyyatı yoxdur və öhdəlik daşımır.
4. Cavabdeh İddiaçı MTK ilə X13 arasında bağlanmış 02 noyabr 2020-ci il tarixli müqaviləni qəbul edir və Xırdalan şəhəri, Bakı-Quba yolunun 12-ci km-də inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının bina 2, 1-ci mərtəbəsində yerləşən 3 nömrəli ümumi sahəsi 90 kv.m. olan və 2-ci mərtəbəsində yerləşən 640 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin İddiaçı MTK tərəfindən X1 etiraz etmir. Bununla bağlı gələcəkdə iddia və tələbi olmayacaqdır. Həmçinin Cavabdeh gələcəkdə X13 ilə İddiaçı MTK arasında Xırdalan şəhəri, Bakı-Quba yolunun 12-ci km-də inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının bina 2, 1-ci mərtəbəsində yerləşən 3 nömrəli ümumi sahəsi 90 kv.m. olan və 2-ci mərtəbəsində yerləşən 640 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinə dair bağlanacaq istənilən müqaviləyə hüquqi müdaxilə etməyəcəyini öhdəlik kimi qəbul edir.
5. Barışıq sazişi üç nüsxədə tərtib edilir və tərəflərdə bir nüsxə olmaqla, bir nüsxəsi məhkəməyə təqdim edilir. Bu Saziş heç bir kənar təsir olmadan tərəflərin könüllü iradəsinin ifadəsini təsdiq edir. İddiaçı Mənzil-Tikinti Kooperativinin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Rəşad Qoşqarlı