Məhkəmə qərarları › İş №2(001)-85/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-85/2023

11.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-85/2023 11.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulmasının ləğv edilməsi, əsassız varlanma nəticəsində əldə olunmuş pulun geri qaytarılması və aliment tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra isə tələbini dəqiqləşdirməklə, xx.xx.2020-ci il tarixindən etibarən xx.xx.2021-ci il tarixədək xx.xx.2008ci il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün ondan tutulan aliment məbləğinin Cavabdeh tərəfindən öz xeyrinə istifadə edərək əsassız varlandığına görə əldə etdiyi 2458,80 manat pulun geri qaytarılması və birgə nikahlarından olan xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay, hər bir uşaq üçün 175 manat, cəmi 350 manat məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqadi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(001)- 7971/2016 sayli qətnaməsinə əsasən ilkin iddia üzrə iddiaçı X5 ilkin iddia üzrə cavabdeh İddiaçı qarşı nikahın pozulması və aliment tələbi haqqında iddiasının təmin edilməsi, ilkin iddia üzrə iddiaçı X11 ilə ilkin iddia üzrə cavabdeh İddiaçı arasinda xx.xx.2006-cı il tarixdə bağlanmış 2497 saylı qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X4 ilkin iddia üzrə iddiaçı X5 himayəsinə verilməsi, ilkin iddia üzrə cavabdeh İddiaçı xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X3 üçün hər ay hər uşağa görə 117 manat olmaqla cəmi 234 manat sabit pul məbləğində aliment tutularaq ilkin iddia üzrə iddiaçı X8 ödənilməsi, alimentin tutulmasinin ilkin iddia üzrə iddiaçının alimentlə bağlı məhkəməyə müraciət etdiyi tarixdən, yəni xx.xx.2016-cı il tarixdən hesablanması, ilkin iddia təmin edildiyindən ilkin iddia üzrə iddiaçı X11 tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu ilkin iddia üzrə cavabdeh İddiaçı tutularaq ilkin iddia üzrə iddiaçı X8 ödənilməsi, qarşılıqlı iddia üzrə İddiaçı Teİman oğlunun qarşılıqlı iddia üzrə cavabdeh X8 uşaq tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 mart 2017-ci il tarixli 2(001)-3717/2017 saylı qətnaməsinə əsasən xx.xx.2016-cı il tarixli 2(001)-7971/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün ondan hər ay hər uşağa görə 136,60 manat olmaqla, cəmi 273,20 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X8 verilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(001)-2877/2019 saylı qətnaməsinə əsasən 01 mart 2017-ci il tarixli 2(001)- 3717/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün ondan hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X8 verilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli aktın surətindən müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7062/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən onun övladları ilə görüş vaxtı müəyyən edilmiş, uşaqlar onunla mütəmadi olaraq müxtəlif vaxtlarda görüşmüş, lakin sonuncu görüşdən sonra uşaqlar onun yanından qayıtmaq istəmədiklərini, analarının yanına getmək istəmədiklərini bildirmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 674/2021 saylı qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X4 ataları İddiaçı-onun himayəsində saxlanılmaları qət edilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, birgə nikahlarından olan xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X9 xx.xx.2020-ci il tarixində onunla görüşdükdən sonra anaları Cavabdeh yanına qayıtmaqdan imtina edərək, hal-hazıradək onun himayəsindədirlər. Lakin xx.xx.2020-ci il tarixindən xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X9 onun himayəsində yaşamalarına baxmayaraq, uşaqların saxlanması üçün ondan tutulan aliment məbləğini Cavabdeh tərəfindən öz xeyrinə istifadə edilmiş və əsassız varlanmışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-674/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə uşaqlar onun yanında saxlanılmışlar. Cavadeh qətnamədən apellyasiya şikayəti vermiş, şikayəti təmin edilməmişdir. Uşaqlar özləri də, anaları ilə görüşmək istəmirlər. Cavabdeh bütün bunların müqabilində yenidən Nərimanov Rayon Məhkəməsinə uşaqla ünsiyyət tələbi ilə müraciət etmişdir. Uşaqlar 2020-ci ilin avqust ayından onun yanındadırlar. 2020-ci ilin avqust ayından 2021-ci ilin aprel ayına kimi aliment ödənişi etmişdir. Uşaqlar onun yanında olandan cavabdeh uşaqlarla maraqlanmamış, saxlanılmalarında iştirak etməmişdir. Uşaqların onun yanında saxlanılması ilə bağlı iddia qaldırdığı vaxt onlarında saxlanılması üçün aliment tələbi olmamışdır. Hazırda alimentin təyin edilməsi vaxtının müəyyən edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə qətnaməsi ilə sonuncu dəfə artırlan həcmdə məhkəmə qətnaməsi icra edilməsi üçün onun iş yerinə göndərilməmişdir. Cavabdeh ondan iki qat maaş alır. Əslində cavabdehə qarşı aliment tələbi irəli sürmək fikri olmamışdır. Lakin cavabdeh onu dəfələrlə məhkəmələrə verdiyindən və müxtəlif iddialar qaldırdığından hesab edir ki, aliment ödənişi də, edə bilər.

4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatlarında bildirmişdir ki, 2020-ci ilin avqust ayından icra məmurunun müvafiq akt əsasında uşaqlar ona verilib. 2021-ci ilin iyununa kimi aliment ödənişini etmişdir. Uşaqların öz himayəsinə verilməsi barədə iddia ilə müraciət edərkən cavabdehə qarşı aliment tələbi olmamışdır. Yalnız ödənilən alimentin dayandırılması ilə bağlı ərizə ilə müraciət etmişdir. Lakin hakim alimentin dayandırılması ilə bağlı onun ərizəsini təmin etməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında rəisin növbətçi köməkçisi vəzifəsində işləyir və aylıq əmək haqqı 1040 manat təşkil edir.

5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Buna baxmayaraq, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-674/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin olunmamış, həmin qərardan kassasiya şikayəti verilmişdir. Cavabdeh rəsmi olaraq "xxxx" MMC-də bölmə rəhbəri vəzifəsində işləyir və aylıq əmək haqqısı 2219 manat təşkil edir. Cavabdeh işlədiyindən uşaqlara baxmaq üçün dayə tutmuşdur. İddiaçının tələb etdiyi pul vəsaitini cavabdeh uşaqlar hazırlığa getdiklərindən müəllim puluna, dayəyə və uşaqlara müxtəlif şeylər alınmasına xərcləyib. Cavabdeh ümumiyyətlə həmin pulları uşaqlara xərcləyib. İddiaçı uşaqları cavabdehə göstərmədiyindən ünsiyyətlə bağlı məhkəməyə müraciət etmişlər. İddiaçının tələb etdiyi vəsaiti uşaqlara xərclənilməsi barədə heç bir sübutumuz yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)- 7971/2016 saylı qətnaməsindən görünür ki, ilkin iddia üzrə iddiaçı X5 ilkin iddia üzrə cavabdeh İddiaçı qarşı nikahın pozulması və aliment tələbi haqqında iddiasının təmin edilməsi, ilkin iddia üzrə iddiaçı X11 ilə ilkin iddia üzrə cavabdeh İddiaçı arasinda xx.xx.2006-cı il tarixdə bağlanmış 2497 saylı qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X4 ilkin iddia üzrə iddiaçı X5 himayəsinə verilməsi, ilkin iddia üzrə cavabdeh İddiaçı xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X3 üçün hər ay hər uşağa görə 117 manat olmaqla cəmi 234 manat sabit pul məbləğində aliment tutularaq ilkin iddia üzrə iddiaçı X8 ödənilməsi, alimentin tutulmasının ilkin iddia üzrə iddiaçının alimentlə bağlı məhkəməyə müraciət etdiyi tarixdən, yəni xx.xx.2016-cı il tarixdən hesablanması, ilkin iddia təmin edildiyindən ilkin iddia üzrə iddiaçı X11 tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu ilkin iddia üzrə cavabdeh İddiaçı tutularaq ilkin iddia üzrə iddiaçı X8 ödənilməsi, qarşılıqlı iddia üzrə İddiaçı Teİman oğlunun qarşılıqlı iddia üzrə cavabdeh X8 uşaq tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)- 3717/2017 saylı qətnaməsindən görünür ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 7971/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyəən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı hər ay hər uşağa görə 136,6 manat, cəmi 273,2 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X8 verilməsi, alimentin artırılmasının xx.xx.2017-ci il tarixdən hesablanması qət edilmişdir.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- 2877/2019 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı 25 may 2008-ci il təvəllüdlü X7 və 01 may 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 160 manat, ümumilikdə 320 manat sabit pul məbləğində müəyyən edilərək, Cavabdeh xeyrinə tutulması və s. qət edilmişdir.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-674/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X4 ataları İddiaçı himayəsində saxlanılması qət edilmişdir. Qətnamədə göstərilir: Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli aktın surətindən müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7062/2017 saylı xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı övladları ilə görüş vaxtı müəyyən edilmiş, uşaqlar ataları ilə mütəmadi olaraq müxtəlif vaxtlarda görüşmüş, lakin sonuncu görüşdən sonra uşaqlar Fidan və Rəsul atalarının yanından geri qayıdıb analarının yanına getmək istəmədiklərini bildirmişlər. Bununla bağlı uşaqlar valideynlərinin iştirakı ilə icra şöbəsinin inzibati binasına gəlmiş, uşaqlarla ümumi və fərdi qaydada onlar tərəfindən söhbət aparılmış, uşaqlar atalarının yanında qalmaq istədiklərini bildirmişlər.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-866/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-674/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmas qət edlmişdir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən təqdim edilən xx.xx.2021-ci il tarixli, 17/389299 saylı arayışdan görünür ki, ədliyyə mayoru İddiaçı xx.xx.2009-cu il tarixindən ədliyyə orqanlarında xidmət edir. Hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin Bakı istintaq təcridxanasında Baş inspektor (rəisin növbətçi köməkçisi) vəzifəsində işləyir və onun əmək haqqından hər ay stabil olaraq 273,20 manat tutulmuşdur. Avqust 2020-ci ildən aprel 2021-ci ilə kimi aliment tutumu 2458,80 manat təşkil etmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

13. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqadi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(001)- 7971/2016 sayli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmuş, tərəflərin birgə nikahından doğulan uşaqlarxx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X4 Cavabdeh himayəsinə verilməsi və onların saxlanılması üçün hər ay hər uşaq üçün 117 manat olmaqla, ümumilikdə 234 manat alimentin İddiaçı tutularaq, Cavabdeh ödənilməsi qət edilmişdir.

14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)- 3717/2017 saylı qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin 2(001)-7971/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 136,6 manat, cəmi 273,2 manat tutulmuşdur. İddiaçı tutulan alimentin məbləği sonuncu dəfə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-2877/2019 saylı qətnaməsi ilə artırılaraq hər ay hər uşaq üçün 160 manat, ümumilikdə 320 manat sabit pul məbləğində müəyyən edilərək Cavabdeh xeyrinə tutulması və s. qət edilmişdir.

15. Tərəflərin birgə nikahından doğulan uşaqlar xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X9 xx.xx.2020-ci il tarixindən ataları İddiaçı yanındadırlar. Lakin uşaqlar atalarının yanında olsalar da, İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixindən uşaqların saxlanılması üçün Cavabdeh xeyrinə 2021-ci ilin aprel ayına kimi hər ay hər uşaq üçün stabil olaraq 273,20 manat olmaqla, 2458,80 manat məbləğində aliment tutulmuşdur.

16. Hazırda iddiaçı cavabdehin ondan tutulan aliment məbləğinə görə əsassız varlandığını iddia etməklə həmin pulun qaytarılmasını və uşaqların saxlanması üçün hər ay hər uşağa 175 manat olmaqla, 350 manat alimentin tutulmasını xahiş edir.

17. Cavabdehin nümayəndəsi və vəkili isə iddiaçıdan tutulan alimentin uşaqların saxlanmasına sərf edildiyini iddia etsə də, bununla bağlı sübut təqdim etməmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

18. Bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

19. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

20. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

21. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

22. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

23. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

24. 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir.

25. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

26. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

27. Əvvəla qeyd edilməlidir ki, aliment uşaqların saxlanılması ilə bağlı valideynlərin vəzifəsidir və bu öhdəlik uşağın saxlanılmasında iştirak etməyən valideyndən uşağı yanında saxlayan valideynə ödənilməli olan məbləğdən ibarətdir.

28. Lakin işin mübahisəsiz halı kimi müəyyən edilənlərdən göründüyü kimi, məhkəmə qətnaməsi ilə uşaqların saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə aliment tutulsa da, xx.xx.2020-ci il tarixindən uşaqlar aliment ödəyən valideynin yanında olmuşdur. Alimenti alan valideyn isə bu halı bilməsinə baxmayaraq, ödənişləri 2021-ci ilin aprel ayına kimi etirazsız qəbul etmişdir. Halbuki bunun üçün onun hüquqi əsası artıq aradan qalxmışdır. Bu səbəbdən də həmin müddət ərzində onun aliment kimi əldə etdiyi vəsait əsassız varlanma predmetinə çevrilmişdir. Odur ki, cavabdehdən 2458,80 manat məbləğində vəsait əsassız varlanma qaydalarına uyğun olaraq məhrum olanın tələbinə əsasən geri alınmalıdır. Cavabdehin nümayəndəsi isə etirazının dəlillərini təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir.

29. İddiaçının uşaqların saxlanması üçün aliment tələbinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir:

30. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

31. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

32. 22-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu məhkəmə müəyyən etməlidir.

33. 75.2-ci madəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər.

34. 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün aliment valideynlərin qazancından və (və ya) gəlirlərindən müəyyən pay şəklində məhkəmə qaydasında tutulur.

35. 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

36. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

37. Bundan başqa “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

38. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, uşağı saxlamaq valideynlərin borcu olduğundan, uşaq yanında olan valideynin uşağın saxlanılmasında iştirak etməyən digər valideyndən aliment tələb etməsi əsaslıdır.

40. Məhkəmə yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X4 mənafeyini, uşaqların əvvəlki təminatının səviyyəsini, uşaqlar haqqında yaşayış minimumu haqqında tələbləri, nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Telman qızından hər ay, hər uşaq üçün 175 manat olmaqla, ümumilikdə 350 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir.

41. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır.Qanunvericilik alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasını aliment almaq hüququnun yarandığı vaxtdan keçən müddət ərzində aliment almalı olan şəxsin himayəsində olan uşağın maddi tələbatını qarşılamaq baxımından təsbit etmişdir. Nəzərə almaq lazımdır ki, uşaqlar xx.xx.2020-ci il tarixində iddiaçının himayəsindədirlər. Lakin həmin vaxtdan xx.xx.2021-ci il tarixinədək olan müddət ərzində tərəflər arasında məhkəmə mübahisəsi olsa da, iddiaçının cavabdehdən aliment tələbi olmamış və iddiaçı uşaqların saxlanılmasını könüllü olaraq öz üzərinə götürmüşdür. Daha sonra həmin məhkəmə mübahisəsinin davam etməsinə görə hazırki icraat uzun müddət dayanmışdır. Odur ki, hazırda məhkəmə iddiaçının da, etirazının olmamasına əsaslanmaqla, hesab edir ki, uşaqların saxlanması üçün ödənilməli olan aliment məbləği məhkəmə qətnaməsinin qəbul edildiyi vaxtdan hesablanmalıdır. Tətbiq edilən prosessual normalar:

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

43. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

44. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

45. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

46. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

47. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2458,8 manat məbləğində pul vəsaiti və yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X2 üçün hər ay, hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, aliment məbləği xx.xx.2023-cü il tarixindən hesablanmalıdır.

48. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT E T D İ:

İddia təmin edilsin. Cavabdeh 2458,8(iki min dörd yüz əlli səkkiz manat səksən qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 175 manat olmaqla, ümumilikdə 350(üç yüz əlli) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Aliment məbləği 11 iyul 2023-cü il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar