Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-884/2021 28.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X10 oğlunun katibliyi, iddiaçının nümayəndəsi (atası) X3 iştirakı ilə, X2 Cavabdeh qarşı digər valideynin razılığı olmadan uşağın ölkədən kənara çıxarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X1 Anar Şaiq oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahdan olan 25 avqust 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi atasının razılığı olmadan ölkədən çıxarılmalarına icazə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, tərəflər 27 oktyabr 2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, birgə nikahlarından 25 avqust 2019-cu il təvəllüdlü X9 adlı uşaqları vardır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli qətnaməsinə əsasən, aralarındakı nikah pozulmuş, uşağın X2 himayəsində qalması qərara alınmışdır. İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Mədəniyyət Mərkəzində musiqiçitəlimatçı işləyir və hazırda övladı ilə birlikdə Bakı şəhərində yaşayır. İşləri ilə əlaqədar olaraq müxtəlif ölkələrə qastrollara getməli olur, həmin müddətdə körpə uşağını da özü ilə birlikdə aparmaq istəyir, lakin, cavabdehlə münasibətləri olmadığından birbaşa hazırki ərizə ilə məhkəməyə müraicət etməli olmuşdur. Sonda Ü.E.Cəfərov məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 oktyabr 2020ci il tarixli, 2(004)-4471/2020 saylı qətnaməsinə əsasən,Cavabdeh ilə Cəfərova (Cəfərzadə) Fatimə Üzeyir qızı arasında 27 oktyabr 2018-ci il tarixdə bağlanmış nikah pozulmuş, birgə nikahlarından olan 25 avqust 2019-cu il təvəllüdlü X9 adlı uşaqlarının anası İddiaçı yanında qalması qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, iddia əsaslıdır və aşağıdakılara görə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Həmin Məcəllənin 3.0, 3.0.4-cü maddələrinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi bu Məcəllə ilə qarşıya qoyulan vəzifələrdən biridir. Miqrasiya Məcəlləsinin 11.1-ci maddəsinə əsasən bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar və Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanlarının qərarları uşaqların mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər yetirməməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Konstitusiyasının 28.3-cü maddəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 oktyabr 2013-cü il tarixli qərarının 11-ci bəndində qeyd olunmuşdur ki, valideynlərin və digər qohumların uşaqlarla ünsiyyətdə olmaq hüquqları ilə bağlı işlərə baxılarkən məhkəmə qəyyumluq və himayədarlıq orqanından uşaqlarla ünsiyyətdə olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitinin müəyyən edilməsinə dair aktı və mübahisəyə dair həmin akta əsaslanmış rəyi tələb etməlidir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının 07 iyul 2021-ci il tarixli rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 58.1, 58.2, 60.3-cü maddələrini və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsini nəzərə alaraq, uşağın mənafeyinin üstünlüyü baxımından 25 avqust 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşa çatanadək atası Cavabdeh razılığı olmadan anası X4 ilə birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara gedib-gəlməsini məqsədəmüvafiq hesab edir. Həmçinin, komissiya qarşısında Cavabdeh ərizə təqdim edərək uşağın onun icazəsi olmadan ölkədən çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. X4 ilə Cavabdeh birgə nikahdan olan 25 avqust 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi atası Cavabdeh razılığı olmadan anası X4 ilə birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara gedib-gəlməsinə icazə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhər Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-884/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-884/2021
28.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver