Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-914/2024 20.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı övladlığa götürülmənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı övladlığa götürülmənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Məmmədova (Xalıqova) Simuzər Xanmusa qızı xx xxxx 1990-cı il tarixdə Şirvan (Əli Bayramlı) şəhərində anadan olmuş və bununla bağlı ona Şirvan (Əli Bayramlı) şəhər VVAQ şöbəsi tərəfindən 20 avqust 1990-cı il tarixli XV-ЖГ № 399679 saylı Doğum haqqında şəhadətnamə verilmişdir. Doğum haqqında şəhadətnamədə ata haqqında qrafada atası, X11, ana haqqında qrafada isə anası X16 göstərilmişdir. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının 26 fevral 1996-cı il tarixli, 35 saylı Sərəncamı ilə iddiaçı əmisı Cavabdeh1 və onun arvadı Cavabdeh2 övladlıqlarına verilmişdir. Bu fakt Hacıqabul rayon qeydiyyat şöbəsi tərəfindən 26 mart 1996-cı il tarixdə 02 № ilə qeydə alınmış və iddiaçıya Xalıqova soyadı, Simuzər adı və Ağahüseyn ata adı verilmişdir. Sonradan valideyinləri, yəni atası X11 və anası X16, ümumi razılıqla iddiaçını əmisigildən geri götürmüş və o, faktiki olaraq valideyinləri ilə birlikdə yaşamışdır. 16 yaşı tamam olanda ilk şəxsiyyət vəsiqəsinin anket məlumatlarında da X6 göstərilmişdir. 2011-ci ilin aprel ayında isə ailə quranda ərimin soyadını götürmüş və hazırda soyadı Məmmədovadır. Yaxın vaxtlarda ona məlum olmuşdur ki, hazırda dövlət portalında atasının adı Ağahüseyn kimi göstərilib. Onun əsl valideyinləri isə X11 və X12r. Onlar iddiaçının bütün əziyyətini çəkib böyüdüb boya başa çatdırmış, təhsil vermişlər. Hazırda Hacıqabul rayon qeydiyyat şöbəsində iddiaçının valideyinlərinin Cavabdeh1 və Cavabdeh2 göstərilməsi həqiqətə uyğun deyil və bununla bağlı iddiaçı mənəvi əziyyət çəkir. Bundan başqa, iddiaçının bütün sənədlərində də atasının adı Xanmusa kimi göstərilib. Qeyd olunanlara əsasən iddiaçı əmisi Cavabdeh1 və onun arvadı Cavabdeh2 tərəfindən övladlığa götürülməyi barədə Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının 26 fevral 1996-cı il tarixli, 35 saylı Sərəncamının ləğv edilməsi və Hacıqabul rayon qeydiyyat şöbəsindəki qeyddə ata haqqında qrafada atası, X7, ana haqqında qrafada isə anası X10 göstərilməsinə və onun ata adımın Xanmusa qızı kimi qeydə alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, iddiaçının doğum haqqında şəhadətnaməsində, şəxsiyyət vəsiqəsində, ali təhsil haqqında diplomda, nikah haqqında şəhadətnamədə, uşaqlarının doğum haqqında şəhadətnamələrində adı Məmmədova (Xalıqova) Simuzər Xanmusa qızı kimi qeyd olunmuşdur. İddiaçının övladlığa verilməsi tərəflər arasında faktiki olaraq illər əvvəl ləğv edilmiş, iddiaçı valideynlərinə qaytarılmış, valideynlərinin yanında böyümüşdür. Hal-hazırda sənədlərdə ziddiyyətlərin olması nəyinki iddiaçının, bütün ailə üzvlərinin hüquqlarını pozur. Belə ki, hal-hazırda iddiaçıya və uşaqlarına məxsus bütün sənədlər sual altına düşür. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən məhkəməyə ünvanlanmış və xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuş ərizədə göstərilmişdir ki, cavabdehlər bu məsələ ilə bağlı heç bir orqanda: icra strukturlarında, qeydiyyat şöbəsində, Hacıqabul İcra Hakimiyyətində olmamış, ərizə ilə müraciət etməmiş, sənədləşmədə iştirak etməmiş və imza etməmişlər. Bu sənədləşməni iddiaçının valideynləri və hansısa icra məmurları edibsə - onlar da məhkəmə qarşısına çıxsınlar. Bütün bunlar 25-28 il bundan əvvəl baş verib, iddiaçının bütün sənədləri qaydasındadır, iddia mənasız iddiadır. Hacıqabul rayonu İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş, lakin İcra Hakimiyyəti başçısının birinci müavini xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Hacıqabul rayon İcra Hakimiyyətinin hazırkı iş üzrə heç bir etirazının olmamasını bildirmiş və işə Hacıqabul rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü X3 atası milliyyəti Azərbaycanlı olan X11, anası isə milliyyəti Azərbaycanlı olan X12r. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuş və iş materiallarında olan Hacıqabul İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli, 35 saylı Sərəncamından görünür ki, həmin X1 əmisi Cavabdeh1 və əmisi arvadı Cavabdeh2 övladlığına verilməsinə razılıq verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İ 014639 nömrəli təkrar Övladlığa götürmə haqqında şəhadətnamənin surətindən görünür ki, X3 Cavabdeh1 və Cavabdeh2 tərəfindən övladlığa götürülməsi xx.xx.1996-cı il tarixdə 02 nömrə ilə Hacıqabul rayon Qeydiyyat şöbəsində qeyd edilmişdir. “Elektron məhkəmə” informasiya sistemində olan məlumatlardan göründüyü kimi, Xalıqova (Məmmədova) Simuzər Xanmusa qızına xx.xx.2006-cı il, xx.xx.2010-cu il, xx.xx.2011-ci il, xx.xx.2012-ci il, xx.xx.2013-cü il, xx.xx.2014-cü il, xx.xx.2016-cı il və xx.xx.2022-ci il tarixlərdə müxtəlif orqanlar (Qazı-Məmməd (Hacıqabul), Yasamal, Binəqədi, Asan1, Asan3) tərəfindən şəxsiyyət vəsiqələri verilmiş və hər dəfə şəxsiyyət vəsiqələrində ata adı kimi “Xanmusa” qeyd olunsa da, qohumluq məlumatlarında ata olaraq Cavabdeh1, ana olaraq isə Cavabdeh2 göstərilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X6 arasındakı nikah xx.xx.2011-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsində bağlanılmış, bu barədə 330 nömrəli qeyd icra edilmiş, arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X14 və xx.xx.2014-cü il təvəllüdlü X5 atası X13, anası isə İddiaçıdır. İş materiallarında olan B 195953 nömrəli diplomun surətindən görünür ki, X4 Filologiya Alman dili və ədəbiyyat ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 131.1-ci maddəsinə əsasən, övladlığa götürmənin ləğv olunması məhkəmə qaydasında həyata keçirilir. Ailə Məcəlləsinin 131.3-cü maddəsinə müvafiq olaraq, məhkəmənin övladlığa götürməni ləğv etmək haqqında qətnaməsinin qüvvəyə mindiyi gündən övladlığa götürməyə xitam verilir. Ailə Məcəlləsinin 131.4-cü maddəsinə əsasən, övladlığa götürmənin ləğv olunması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 5 oktyabr 2012-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “ ... Övladlığa götürənlərin onlara həvalə edilmiş valideynlik vəzifələrini yerinə yetirməməsi hərəkətsizlik formasında olur, bu zaman övladlığa götürənlər qanuna əsasən etməli olduqları hərəkətləri etmirlər. Bu, övladlığa götürənlərin uşağın mənəvi və fiziki tərbiyəsində, təhsilində iştirak etməməsində, onlara zəruri diqqət və qayğı göstərməməsində və s. ifadə oluna bilər. ... qanunverici Ailə Məcəlləsinin 132.2-ci maddəsi ilə məhkəməyə uşağın rəyini nəzərə almaqla onun mənafeyi naminə digər əsaslarla da övladlığa götürməni ləğv etmək səlahiyyəti vermişdir. Qeyd edilən müddəa övladlığa götürənin təqsirli hərəkətləri olmadıqda, onun davranışından asılı olan və ya olmayan səbəblərdən uşağın normal inkişafı və tərbiyəsi üçün zəruri olan valideynlik münasibətlərini formalaşdırmaq mümkün olmadığı halları nəzərdə tutur. Belə əsaslara uşağın mənafelərinə təsir edən istənilən hallar, o cümlədən, övladlığa götürənin və (və ya) övladlığa götürülənin şəxsi keyfiyyətləri səbəbindən onlar arasında qarşılıqlı anlaşmanın yaranmaması və nəticədə övladlığa götürənin uşağın yanında nüfuza malik olmaması və s. aiddir”. “Övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 29 oktyabr 2009-cu il tarixli qərarında qeyd edilir ki, “... övladlığa götürənin valideynlik hüquqları uşağın onlara mənsubluğuna görə deyil, övladlığa götürmə ilə əlaqədar yarandığına görə övladlığa götürənlər onların üzərinə düşən valideynlik vəzifələrini yerinə yetirmədikdə, valideynlik hüququndan sui-istifadə etdikdə və ya övladlığa götürülən uşağa qəddar münasibət bəslədikdə, həmçinin övladlığa götürən xroniki alkoqolizm və narkomaniya xəstəliyindən əziyyət çəkdikdə, məhkəmə tərəfindən övladlığa götürmənin ləğvi məsələsi həll edilə bilər. Bu zaman valideynlik hüquqlarından məhrum etmə və ya bu hüquqların məhdudlaşdırılması barədə normalar tətbiq edilə bilməz. Belə hallarda övladlığa götürmənin ləğvi üçün övladlığa götürülən uşağın razılığı tələb olunmur. Ailə Məcəlləsinin 132.2-ci maddəsinə müvafiq olaraq məhkəmə uşağın rəyini nəzərə almaqla onun mənafeyi naminə digər əsaslarla da övladlığa götürməni ləğv edə bilər. Həmin maddədəki müddəa imperativ xarakter daşımadığına görə qanunverici uşağın rəyi ilə bağlı yaş həddi müəyyən etməmiş, konkret halların qiymətləndirilməsi və qərar qəbul edilməsini məhkəmənin öhdəsinə buraxmışdır. ... Ailə Məcəlləsinin 132.2-ci maddəsinə əsasən övladlığa götürənin təqsirli davranışı olmadan da məhkəmələr övladlığa götürməni ləğv edə bilər. Belə ki, övladlığa götürənin davranışından asılı olan və ya olmayan hallara görə uşağın normal inkişafı və tərbiyəsi üçün zəruri olan münasibətlər yaranmadıqda (məsələn, övladlığa götürənin və ya götürülənin şəxsi keyfiyyətləri ilə əlaqədar onlar arasında qarşılıqlı anlaşmanın yaranmaması nəticəsində övladlığa götürənin uşağın gözündə nüfuza malik olmaması və ya uşağın özünü övladlığa götürənin ailə üzvü hiss etməməsi və s.) məhkəmə övladlığa götürməni ləğv edə bilər”. İş materiallarında olan sənədlərdən və iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatlardan görünür ki, X6 xx.xx.1990-cı il tarixdə X11 və X8 doğulmuş, Hacıqabul İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli, 35 saylı Sərəncamına əsasən əmisi Cavabdeh1 və əmisi arvadı Cavabdeh2 tərəfindən övladlığa götürülmüş, lakin sonradan bioloji valideynlərinə qaytarılmış və valideynlərinin himayəsi altında böyümüşdür. X6 övladlığa götürüldükdə sənədlərində hər hansı dəyişiklik edilməmiş, uşağa yeni doğum haqqında şəhadətnamə alınmamış və sonradan aldığı bütün sənədlərdə adı, soyadı və ata adı X2 qeyd olunmuşdur. Hal-hazırda iddianı məhkəmədə yetkinlik yaşına çatmış və artıq özü valideyn olan övladlığa götürülmüş şəxs vermiş və qeydiyyat şöbəsinin sistemində valideyinlərinin Cavabdeh1 və Cavabdeh2 olaraq göstərilməsi ilə bağlı mənəvi əziyyət çəkdiyini bildirmişdir. Cavabdehlərin məhkəməyə ünvanladığı ərizədən də göründüyü kimi, cavabdehlər övladlığa götürülmənin ləğv edilməsinə etiraz etmir, əksinə hesab edirlər ki, bu məsələ artıq illər əvvəl həll olunub. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, xx.xx.1990cı il təvəllüdlü X3 Cavabdeh1 və Cavabdeh2 tərəfindən övladlığa götürülməsi barədə Hacıqabul rayon Qeydiyyat şöbəsində xx.xx.1996-cı il tarixdə övladlığa götürmə haqqında akt qeydləri kitabında 02 nömrə ilə icra edilmiş qeyd ləğv edilməli, övladlığa götürülən X3 doğumu haqqında akt qeydində övladlığa götürmədən əvvəl olmuş bütün ilkin məlumatlar bərpa edilməli, ata qrafasında milliyyəti Azərbaycanlı olan X11, ana qrafasında isə milliyyəti Azərbaycanlı olan X16 qeyd olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Hacıqabul İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli, 35 saylı Sərəncamına əsasən xx.xx.1990-cı il təvəllüdlü X3 Cavabdeh1 və Cavabdeh2 tərəfindən övladlığa götürülməsi barədə Hacıqabul rayon Qeydiyyat şöbəsində xx.xx.1996-cı il tarixdə övladlığa götürmə haqqında akt qeydləri kitabında 02 nömrə ilə icra edilmiş qeyd ləğv edilsin. Övladlığa götürülən X3 doğumu haqqında akt qeydində övladlığa götürmədən əvvəl olmuş bütün ilkin məlumatlar bərpa edilsin, ata qrafasında milliyyəti Azərbaycanlı olan X11, ana qrafasında isə milliyyəti Azərbaycanlı olan X16 qeyd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-914/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-914/2024
20.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver