Məhkəmə qərarları › İş №2(001)-93/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-93/2022

24.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-93/2022 24.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “qızıl-zinət və cehiz əmlakı” tələbinə dair ilkin, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı “qızıl-zinət” tələbinə dair qarşılıqlı iddiasına dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “qızıl-zinət və cehiz əmlakı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi dəyəri 47.362 manat təşkil edən əmlak və qızılzinət əşyalarının – Yantar üzük 3,7 qram - 150 AZN (forması-paxlavaya bənzər sarı qızıl, əyar- 585); brilyant “HƏ” üzüyü 21 qram - 2000 AZN (paxlava formalı ortasında 3 qaş, əyar-583); Göy komplekt 18 qram - 1500 AZN (ağ-sarı qızıl qatışığı, sərgi malı,əyar-585); Türkiyə yarım altın 6 qram - 410 AZN (sarı qızıl, əyar-türk qızılı 22 ayar); Qızıl bilərzik 9.5 qram - 800 AZN (sarı zəncir qızıl, əyar-585); yumru klon 7 qram - 600 AZN (qızlı rəng üstündə ALLAH sözü var); sırqa qızılı 1.38 qram - 120 AZN (arxası zəncir önü ürək formalı, əyar-585); sallama sırqa buruq 4.6 qram - 360 AZN (qızılı rəng spiral forma altında 3 muncuq sallama, əyar- 585); qırmızı qaşlı sarı qızıl komplekt 11.7 qram (klon, sırqa, üzük: 800 AZN-əyar-583); İncinin qızılları – ad yazılan bilərzik 4.2 qram -350 AZN (sarı qızıl universitet qızları alan,əyar-585); bilərzik sadə 3.1qram -250 AZN (universitet uşaqları alan, sarı qızıl əyar-585); “İNCİ” adı yazılan sep 13.23 qram -1000 AZN (sarı qızıl, qonşu alan,əyar-583); klon sarı qızıl 3 qram -230 AZN (İradə alan, əyar-585); Sırqa halqa uşaq üçün 2 qram -170 AZN (sadə halqa, əyar-585); sırqa halqa uşaq üçün 2.5 qram - 210 AZN (sadə halqa, əyar-585); sırqa halqa uşaq üçün 2.3 qram - 190 AZN (sadə halqa, əyar-585); sırqa halqa uşaq üçün 2.7 qram - 220 AZN (sadə halqa, əyar-585); sırqa halqa uşaq üçün 2.3 qram - 195 AZN (sadə halqa, əyar-585); sırqa halqa uşaq üçün 2.8 qram - 235 AZN (sadə halqa, əyar- 585); Halqa klon içində bəzək Allah yazısı, sepi ilə 1.9 qram - 150 AZN - əyar 583; Bağlatdırılma qızıl üzük 5.9 qram - 420 AZN, əyar-583; sarı qızıl önü muncuq arxası zəncir sırqa və ona uyğun düyünlü sep 2.9 qram -245 AZ -, əyar-585; “MaşaAllah” sancaq uşaq üçün 1.2 qram - 75 AZN; cehiz siyahısı - mebel qonaq dəsti+ yataq dəsti -6400 AZN; divan -2630 AZN; televizor Samsung 116 ekran - 3000 AZN; xalça 3x2 2 ədəd - 2x 320=640 AZN; çılçıraq - 480 AZN; pərdə 26 metr - 26x25=650 AZN; pərdə günlüyü 12 metr - 50 AZN; 1 ədəd iki nəfərlik, 2 ədəd tək döşək; 1 ədəd iki nəfərlik yorğan-160 AZN; 2 ədəd tək yorğan; 2 ədəd 70x70 yastıq - 70 AZN; 2 ədəd 50x70 yastıq - 50 azn; 2 ədəd mütəkkə; 1 ədəd dəvə yunu yorğan -140 Azn; 1 ədəd silkon yorğan -70 AZN; 1 ədəd ağ yataq dəsti -170 AZN; 1 ədəd iki çexollu yataq dəsti -75 AZN; 1 ədəd 4 mövsüm yataq dəsti -65 AZN; 6 ədəd cüt yataq dəsti -55x6=330 AZN; yataq örtüyü (pokrıval) ağ -350 AZN; yataq örtüyü (pokrıval) zərli gündəlik -80 AZN; ütü stolu -75 AZN; 16 ədəd əl salfetkası - 16 AZN; 18 ədəd çay dəsmalı - 24 AZN; süfrə 6 ədəd - 130 AZN; mətbəx süfrəsi - 12 AZN; klyonka süfrə 2 ədəd - 15 AZN; yastıq üzü (moruq rəngində) 2 ədəd - 8x2=16 AZN; 4 ədəd tək yataq dəsti -25x4= 100 AZN; adyal qırmızı rəng- 25 AZN; 8 ədəd qətfə -160 AZN; 12 ədəd əl-üz dəsmalı - 160 AZN; 2 ədəd silkon yastıq - 30 AZN; qulaq yastığı 1 ədəd - 6 AZN; 1 dəst yorğan döşək İnciyə; 6 ədəd 70x70 yastıq üzü- 30 AZN; 6 ədəd 50x70 yastıq üzü -24 AZN; 1 ədəd süfrə -45 AZN; 1 ədəd güldan künc üçün - 57 AZN; tozsoran “Vest” firması - 200 AZN; şirəçəkən maşın dəsti-190 AZN; ətçəkən maşın -170 AZN; 1 ədəd çaydan çaynik ARSHA firması- 40 AZN; Arsha bıçaq- balta dəsti ( çamadan) -140 AZN; Arsha 3 mərtəbə qaşıq dəsti- 200 AZN; ütü -150 AZN; mikser - 35 AZN; tefal çömçə- qaşıq dəsti- 38 AZN; sini 2 dənə - 50 AZN; tütəkli çaydan çaynik Berkome firması- 45 AZN; termos 3 lt- 35 AZN; qozqıran dəsti- 35 AZN; tuj qazan qırmızı- 60 AZN; tuj qazan göy- 70 AZN; 1 ədəd qazan dəsti- 150 AZN; ağıllı qazan REDMOND firması -265 AZN; “Qalaxi” samavar - 270 AZN; toster -45 AZN; Arsha qazan dəsti - 180 AZN; Arsha aş qazanı- 80 AZN; Balaca qazan dəsti 3 ədəd- 10 AZN; balaca qazan kapron qapaqlı - 8 AZN; 4 künc kapron qab- 6 AZN; şüşə keks qabı- 12AZN; şüşə qazan 2 ədəd - 40 AZN; şüşə çaynik cofe firması - 6 AZN; çayni abedni servis QDR firması-1700 AZN; 2 ədəd fincan dəsti - 24 AZN; 6 ədəd bakal - 25 AZN; 12 ədəd billur stəkan - 90 AZN; 12 ədəd armudu stəkan billur- 70 AZN; 12 ədəd nəlbəki - 20 AZN; 12 ədəd armudu nəlbəki -16 AZN; 2 ədəd qaşlı salfetka qabı - 24 AZN; 6 ədəd limon qabı- 8 AZN; 12 ədəd ürək razetka - 12 AZN; 4 ədəd külqabı- 28 AZN; 6 ədəd su bakalı- 8 AZN; 12 ədəd razetka - 12 AZN; 12 ədəd duz qabı- 12 AZN; 2 ədəd süviner - 50 AZN; 2 ədəd ləpə qabı böyük -32 AZN; 2 ədəd böyük çaynik- 40 AZN; bıçaq 2 ədəd- 10 AZN; 6 ədəd taxta qulplu qaşıq dəsti - 22 AZN; 12 ədəd şüşə şirniyyat boşqabı- 15 AZN; kofe dəmləmə qabı - 35 AZN; duz qabı 2 dənə- 4 AZN; 8 ədəd billur vaz -160 AZN; 8 lötkə billur - 150 AZN; 8 konfet qabı- 150 AZN; 2 ədəd mürəbbə qabı - 32 AZN; 2 ədəd şamdan -24 AZN; 4 ədəd qənd qabı- 40 AZN; 1 ədəd billur kompot qabı- 35 AZN; 1 ədəd kompot qabı -20 AZN; fincan çaynik nabor - 22 AZN; 6 ədəd fincan nəlbəki asılqanlı- 16 AZN; 1 nabor fincan nəlbəki- 8 AZN; 6 ədəd gül qabı -110 AZN; 2 ədəd tort qabı- 18 AZN; 2 ədəd fincan nəlbəki- 10 AZN; 1 ədəd qrafin dəsti stəkanı ilə- 120 AZN; 1 nabor rəngli bakallar- 60 AZN; 1 ədəd kramfinka dəsti TOM firması-270 AZN; 1 ədəd gül qabı + 2 vaz+ 2 konfetqabı dəsti bagema- 170 AZN; 1 ədəd krafin dəsti- 130 AZN; qırmızı lüləkkli çaydan- 45 AZN; tost manikasl KARACA firması- 150 AZN; kofe makinası türk - 30 AZN; tefal çaydan çaynik tok- 35 AZN; ütü masası üçün süfrə- 7 AZN; 2 ədəd mətbəx dəsti- 7 AZN; 2 ədəd su çəkən- 6 AZN; 1 ədəd soyuducu içi- 5 AZN; 1 ədəd göy torbası-4 AZN; 1 ədəd mətbəx dəsti- 6 AZN; 6 ədəd asılqan- 6 AZN; corab torbası- 4 AZN; pol vedrəsi- 20 AZN; 2 ədəd çörək taxtası- 4 AZN; 2 ədəd önlük dəsmalı ilə mətbəx üçün-18 AZN; 2 ədəd paltar şotkası- 5 AZN; paltar şpilkası- 10 AZN; 1 paçka sap -3 AZN; 4 ədəd böyük sap- 4 AZN; iynə sap qabı 3 göz- 8 AZN; çarpayı altı sandıqca bufik - 400 AZN; Şuba uzun qəhvəyi-5000 AZN; Canon kamera 60D-1200 AZN; Ağ notbuk-700 AZN; bütün geyimləri; saç qurutma fen daraqlı-50 AZN; saç Burma fen çəhrayı qulplu-28 AZN; suvenir mənzərə tokla oxuyan-45 AZN; İncinin Əşyaları - Velosiped- 230 AZN, qara bənövşəyi rəng, valideyn üçün yuxarı rolu; samokat- 75 AZN, çəhrayı rəng; yatdığı çarpayı-450 AZN, ağ üstündə çəhrayı bəzək, 15 yaşına qədər; İncinin uşaq arabası-860 AZN Türkiyədən alınma qara qırmızı rəngli, 3 təkər, oyuncaqları; 4 yaşına qədər olan bütün geyimləri; İncinin albomu və ad gününə düzəltdirdiyi böyük şəklin (diski) cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1lə 2014-cü ildə ailə quraraq, ona alınan və bağışlanan cehiz əmlakları ilə birlikdə cavabdehlərə məxsus ünvan 1 ünvanında yerləşən evə köçmüş və əşyalarını ora yerləşdirmişdir. Birgə nikahdan İnci adlı qızları anadan olmuşdur. Cavabdeh1 işləməyib evə qazanc gətirməməsi, ailəsini dolandırmaması ailədə sözsöhbətə, gərginliyə səbəb olmuşdur. 2018-ci ildə həyat yoldaşı M.Toğrul onu uşaqla birlikdə iddiaçının atasının evinə qonaq aparmaq adı ilə evdən çıxardıb və bir daha arxasınca getməmişdir. Atası evindən tez qayıdacağını düşünərək, iddiaçı adi paltarlarda və adi günlərdə taxdığı sadə qızıl üzüklə evdən çıxmış və bir daha həmin evə qayıtmamışdır. Bu səbəbdən də cehiz əşyaları və qızıl-zinət əşyaları, hətta özünə və qızına məxsus mövsümü geyim paltarları həmin evdə qalmışdır. Cavabdehlərin ona qarşı davamlı şəkildə qərəzli münasibət göstərməsi nəticəsində tərəflərin nikahı xx.xx.2019-cu il tarixli məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Lakin nikah pozulduqdan sonra da cavabdehlər iddiaçıya və qızına məxsus qızıl-zinət əşyalarını və cehiz əmlakını qaytarmaqdan imtina etmiş, əmlakı yalnız məhkəmə qətnaməsi əsasında verəcəklərini bildirmişlər. Bu səbəbdən də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2020-ci il tarixdə Cavabdeh2 və Mirzəyev X3 Təranə Akif qızına qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 məxsus 583 əyarlı, sibir brilyant qaşlı, çəkisi 6 qram, dəyəri 2000 manat olan üzüyün, Cavabdeh1 məxsus çəkisi 10 qram, üzərində 2 karat brilliant qaşlarla əhatə edilmiş 750 əyarlı, ümumi dəyəri 1400 manat olan nişan üzüyünün və ya onların dəyəri olan 3400 manat pul vəsaitinin İddiaçı alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və qarşılıqlı iddia tələbini onunla əsaslandırmışlar ki, İddiaçı ilə Cavabdeh1 2014-cü ildə rəsmi nikaha daxil olmuş, xx.xx.2019-cu ildə məhkəmə qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Nikaha daxil olduqdan sonra İddiaçı onlarla birlikdə ünvan 1 ünvanında yaşamışdır. xx.xx.2019-cu il tarixdə İddiaçı evdən könüllü şəkildə getmiş, getməsinə səbəb olaraq isə ayrı evdə yaşamaq istəməsini və sərbəst olmasını əsas gətirmişdir. Evdən gedərkən özünəməxsus geyim əşyaları və qızıl əşyalarını, hətta Cavabdeh2 məxsus 583 əyarlı, sibir brilliant qaşlı, çəkisi 6 qram, dəyəri 2000 manat olan üzüyünü, Cavabdeh1 məxsus çəkisi 10 qram, üzərində 2 karat brilliant qaşlarla əhatə edilmiş 750 əyarlı, ümumi dəyəri 1400 manat olan nişan üzüyünü və yaşadığı evə məxsus sənədləri özü ilə aparmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə dəqiqləşmə və etiraf ərizəsi ərizəsi təqdim edərək, ilkin iddia tələbini dəqiqləşdirərək, iddia ərizəsində qeyd etdiyi “Canon” markalı fotoaparatdan və ağ rəngli notebookdan imtina etdiyini, qalan hissədə isə ilkin iddia tələbinin təmin edilməsini xahiş etdi. Həmçinin qarşılıqlı iddia tələbini qəbul etdiyini, Cavabdeh2 məxsus tək qaş üzüyün, Cavabdeh1 məxsus nişan üzüyün onda olduğunu etiraf edərək, qaytarmağa hazır olduğunu bildirdi. Həmçinin qətnamə icra olunan vaxt qızıl-zinət əşyaları mövcud olmadığı halda onların dəyərinin ekspert rəyinə uyğun, yəni 10572, 80 manat pul vəsaitinin Cavabdeh2 və Cavabdeh1 tutularaq ona ödənilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən Cavabdeh1 və onun nümayəndəsi-vəkili Nurlana Quliyev həm şifahi izahatlarında həm də iş materiallarına əlavə edilmiş yazılı etirazlarında ilkin iddia tələbini qismən qəbul etdiklərini, toy günü verilən qızıllardan başqa qızıl olmadığını, həmin qızıllarında İddiaçı evdən gedərkən özü ilə apardığını bildirmişlər. Həmçinin ilkin iddia ərizəsində qeyd olunan cehiz əmlakının bəzilərinin şişirdilmiş yazıldığını qeyd edərək, ilkin iddia tələbini qismən qəbul etdiklərini, bu səbəbdən də ilkin iddianın qismən təmin, qarşılıqlı iddia tələbinin isə tam təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddia tələbi təmin, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Nikahın pozulması haqqında şəhadətnamədən və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8557/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, Mirzəyeva (Kərişzadə) Təranə Akif qızı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində bağlanmış 616 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan olan xx.xx.2015-ci il təvəlüdlü X4 anası X5 yanında qalması, xx.xx.2019-cu il tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəlüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. - Cavabdeh2 və Cavabdeh1 tərəfindən yazılı şəkildə verilmiş etiraz ərizəsindən görünür ki, onlar İddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən qızıl-zinət əşyalarını qəbul etmirlər. Belə ki, İddiaçı iddia etdiyi həm özünə, həm də övladı İnciyə məxsus qızıllar mövcud olmamış, sözügedən qızıllar nə toy zamanı nə də başqa hədiyyə olunmamışdır. Ona yalnız ümumi çəkisi 40-50 qram olan 750 əyarlı, brilyant qaşlı komplekt və 750 əyarlı təxminən 1 karat brilliant qaşı olan, ümumi çəkisi 6 qram olan nişan üzüyü hədiyyə edilmişdir. Həmin qızıllarıda İddiaçı özü ilə aparmışdır. Həmçinin digər cehiz əşyalarına münasibətdə bildirilmişdir ki, İddiaçı evdən getdikdən sonra 2020ci ilin yanvar ayında cehiz əşyaları olan evə əmisi, bibisi və digər qohumları ilə gələrək bir neçə əşyanı götürərək getmişdir. Digər bəzi əşyaları isə özü istifadə edərək köhnəltməsinə baxmayaraq, 5 il gəlin olduğu və istifadə etdiyi əşyaların yenisini tələb edir və saylarını şişirdilmiş rəqəmlərlə göstərir. Bu səbəbdən də ilkin iddia tələbini qismən qəbul etdiklərini bildirmişlər. - İddiaçı tərəfindən təqdim edilmiş çoxsaylı fotoşəkillərdən qeyd edilən özünə və qızına məxsus qızıl-zinət əşyalarının onun istifadəsində olduğu müəyyən edilir. - Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/6913 nömrəli ekspert rəyindən görünür ki, iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 10572,80 manat müəyyən edilərək, aşağıdakı kimi qeyd edilmişdir: - 585 əyarlı paxlavaya bənzər yantar üzük – 3.7 qram, 296 manat; 583 əyarlı paxlava formalı 3 qaşlı brilyant üzük – 21 qram, 1680 manat; 585 əyarlı göy komplekt – 18 qram, 1440 manat; Türkiyə istehsalı olan 22 əyarlı yarım altın – 6 qram, 420 manat; 585 əyarlı qızıl bilərzik – 9.5 qram, 760 manat; üzərində “Allah” sözü olan yumru klon – 7 qram, 560 manat; 585 əyarlı ürək formalı sırğa – 1.38 qram, 110.40 manat; 585 əyarlı spiral formalı sallama sırğa – 4.6 qram, 368 manat; 583 əyarlı qırmızı qaşlı dəst (klon, sırğa, üzük) – 11.7 qram, 936 manat; 585 əyarlı ad yazılan bilərzik – 4.2 qram, 336 manat; 585 əyarlı sadə bilərzik – 3.1 qram, 248 manat; 583 əyarlı “İnci” adı yazılan sep – 13.23 qram, 1058.40 manat; 585 əyarlı klon – 3 qram, 240 manat; 585 əyarlı halqa sırğa – 2 qram, 160 manat; 585 əyarlı sadə halqa sırğa 2.5 qram, 200 manat; 585 əyarlı uşaq üçün halqa sırğa – 2.3 qram, 184 manat; 585 əyarlı uşaq üçün halqa sırğa – 2.7 qram, 216 manat; 585 əyarlı uşaq üçün halqa sırğa – 2.3 qram, 184 manat; 585 əyarlı uşaq üçün halqa sırğa – 2.8 qram, 224 manat; 583 əyarlı klon sep ilə - 1.9 qram, 152 manat; 583 əyarlı bağlatdırma qızıl üzük – 5.9 qram, 472 manat; 585 əyarlı zəncir sırğa və düyünlü sep – 2.9 qram, 232 manat; uşaq üçün “Maşallah” sancaq – 1.2 qram, 96 manat. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-639/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-fonoskopik ekspertizası təyin edilmişdir. Belə ki, həmin tarixli məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə disk formasında cavabdehin səs yazısını təqdim edərək, cavabdehin qızı-zinət də digər əşyaların onlarda olduğunu bildirmiş, X6 və onun nümayəndəsi-vəkili Vəkil1 diskdə olan səs yazısı ilə razı olmadıqlarını, səslərin təhrif olunmuş formada yazıldığını bildirmişlər. - Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/329-4/337 saylı ekspert rəyindən müəyyən edilir ki, ekspertiza təqdim edilmiş 1 ədəd “Princo” markalı CD diskdə olan “AUD- 20201026-WA0000”, “Arzu cehiz işlənməyib 7”, “Arzu hə üzüyü 2”, “audio_2021-12-16_12-59-31”, “audio_2021-12-16_12-59-58”, “Qızıl söhbəti qolbaq yantar 4”, “Şuba dəyişməyin sübutu 6” və “Toğrulla danışıq təsdiqləyir əşyaları və qızılları 5” adlı mübahisəli fonoqramdakı danışıqlar spontandır və danışıqlarda əvvəlcədən hazırlanma əlamətləri müşahidə olunmur. “audio_2021-12- 16_12-55-27” adlı mübahisəli foqonramdakı danışıqlar spontan deyil və danışıqlarda əvvəlcədən hazırlanma əlamətləri müşahidə olunur. Həmçinin ekspertiza təqdim edilmiş 1 ədəd “Princo” markalı CD diskdə olan mübahisəli fonoqramdakı danışıqlarda akustik fonun kəskin dəyişməsi, fərqli fonoqram hissələrinin birləşdirilməsi, məntiqi rabitənin itməsi, yazılışın kəsilməzliyinin pozulması kimi montaj əlamətləri müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 225.1-ci maddəsinə əsasən ərlə-arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. - 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. AR Ailə Məcəlləsinin: - 32.2.2-ci maddəsinə görə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. - 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). - 37.1-ci ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, mübahisə predmeti olan qızıl-zinət əşyaları iddiaçıya və onun övladına gəlin köçərkən və digər vaxtlarda hədiyyə şəklində verildiyindən, mübahisə predmeti olan əşyalar yalnız iddiaçının əmlakıdır. Buna görə də ilkin İddiaçı göstərilən qızıl-zinət əşyalarının və cehiz əmlakının mülkiyyətçisi olduğundan həmin əşyaları tələb etməkdə haqlıdır. Odur ki, İddiaçı ilkin iddia qızıl-zinət tələbi hissəsində təmin edilməlidir. Məhkəmə hesab edir ki, baxılan mülki işdə iddiaçının tələb etdiyi qızıl-zinyət əşyalarının ona müxtəlif vaxtlarda hədiyyə verilməsi, yəni iddiaçının həmin əşyaların mülkiyyətçisi olması mübahisələndirilməyən haldır. Mübahisələndirilən hal cavabdeh tərəfindən həmin əşyaların qanunsuz olaraq iddiaçıdan götürülüb-götürülməməsidir, yəni qızıl-zinyət əşyaları üzərində iddiaçının faktiki sahiblikdən məhrum olub-olmaması və cavabdehin həmin əşyalara faktiki sahiblik edib-etməməsidir. Qeyd edilən mübahisələndirilən hal üzrə sübut etmə yükünü iddiaçı daşıyır. İddiaçı sübut etməlidir ki, o, cavabdehin qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüququ ilə ona mənsub olan qızıl-zinyət əşyalarından məhrum olmuş və həmin əşyalar məhz cavabdehin faktiki sahibliyindədir. Bu hallar sübut edildiyi təqdirdə sübut etmə vəzifəsi (qızıl-zinyət əşyalarının iddiaçıya qaytarılması üzrə) mülkiyyətçinin xeyrinə cavabdehə keçəcəkdir. İddiaçı öz tələbini sübut etmək üçün məhkəməyə toy mərasimi və s. vaxtlarda çəkilmiş fotoşəkilləri, həmçinin səsyazısını təqdim etmişdir. Fotoşəkillərdə mübahisə predmeti olan əşyaların iddiaçının üzərində olduğu aydındır. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi disk (səs yazıları) əsasında cavabdeh tərəfin səs yazılarından aydın olur ki, İnciyə və İddiaçı məxsus qızıllır cavabdeh tərəfdədir. Məhkəmə sözügedən diski (səs yazıları) sübut kimi qiymətləndirərək qeyd edir ki, cavabdehlər tərəfindən qızıl-zinət əşyalarının onlarda olması etiraf edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarını nəzərə alaraq qeyd edir ki, səs yazıları barədə disk mülki işə əlavə edilməklə, həmin disk sübut kimi qəbul edilməlidir. Belə ki, diskdə olan məlumatlar hazırkı iş üçün əhəmiyyətlidir. Qeyd edilməlidir ki, məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin aktların ədalətli olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli Qərarı). Hazırkı iş üzrə səs yazışmalarını əks etdirən diskin sübut kimi qəbul edilməsinə dair məhkəmə qeyd edir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Tərəflərin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar tərəflər üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə səsli (yazılı) mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. - 191.3-ci maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iş üzrə toplanmış sübutları, tərəflərin məhkəmə iclasında izahatlarını, Cavabdeh2 və Cavabdeh1 cehiz əşyaları hissəsini qismən qəbul etdiklərini nəzərə alaraq hesab edir ki, ilkin iddia tələbini iddiaçıya məxsus cehiz əşyaları, paltarları və s. tələbinə dair hissədə təmin edilməlidir. Həmçinin məhkəmə hesab edirki, ilkin iddia tələbinin qızıl-zinət hissəsində də iddia təmin edilməli, İddiaçı və övladına məxsus olan qızıl-zinət əşyaları alınaraq ona qaytarılmalıdır. Qətnamə icra olunan vaxt həmin qızıl zinət əşyaları mövcud olmadığı halda onların dəyəri pul məbləğində Cavabdeh2 və Cavabdeh1 alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə hesab edir ki, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İddiaçı qarşılıqlı iddia tələbini qəbul etdiyindən, Cavabdeh2 məxsus 583 əyarlı, sibir brilyant qaşlı, çəkisi 6 qram olan üzüyü və Cavabdeh1 məxsus çəkisi 10 qram, üzərində 2 karat brilyant qaşlarla əhatə edilmiş 750 əyarlı nişan üzüyü İddiaçı alınaraq Cavabdeh2 və Cavabdeh1 verilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “qızıl-zinət və cehiz əmlakı” tələbinə dair ilkin iddia tələbi təmin edilsin. -yantar üzük 3,7 qram (forması-paxlavaya bənzər sarı qızıl, əyar-585); brilyant “HƏ” üzüyü 21 qram (paxlava formalı ortasında 3 qaş, əyar-583); Göy komplekt 18 qram (ağ-sarı qızıl qatışığı, sərgi malı,əyar-585); Türkiyə yarım altın 6 qram (sarı qızıl, əyar-türk qızılı 22 ayar); Qızıl bilərzik 9.5 qram (sarı zəncir qızıl, əyar-585); yumru Klon 7 qram (qızlı rəng üstündə ALLAH sözü var); sırqa qızılı 1.38 qram(arxası zəncir önü ürək formalı, əyar-585); sallama sırqa buruq 4.6 qram (qızılı rəng spiral forma altında 3 muncuq sallama, əyar- 585); qırmızı qaşlı sarı qızıl komplekt 11.7 qram (klon, sırqa, üzük: əyar-583); - İncinin qızılları – ad yazılan bilərzik 4.2 qram (sarı qızıl universitet qızları alan,əyar-585); bilərzik sadə 3.1qram (sarı qızıl əyar-585); “İNCİ” adı yazılan sep 13.23 qram (sarı qızıl, qonşu alan,əyar-583); klon sarı qızıl 3qram ( əyar-585); sırqa halqa uşaq üçün 2 qram (sadə halqa, əyar- 585); sırqa halqa uşaq üçün 2.5 qram (sadə halqa, əyar-585); sırqa halqa uşaq üçün 2.3 qram (sadə halqa, əyar-585); sırqa halqa uşaq üçün 2.7 qram (sadə halqa, əyar-585); sırqa halqa uşaq üçün 2.3 qram (sadə halqa, əyar-585); sırqa halqa uşaq üçün 2.8 qram (sadə halqa, əyar-585); halqa klon içində bəzək “Allah” yazısı, sepi ilə 1.9 qram - əyar 583; Bağlatdırılma qızıl üzük 5.9 qram, əyar-583; sarı qızıl önü muncuq arxası zəncir sırqa və ona uyğun düyünlü sep 2.9 qram, əyar-585; “MaşaAllah” sancaq uşaq üçün 1.2 qram; -cehiz siyahısı - mebel qonaq dəsti+ yataq dəsti; divan; televizor samsung 116 ekran; xalça 3x2 2 ədəd ; çılçıraq; pərdə 26 metr; pərdə günlüyü 12 metr ; 1 ədəd iki nəfərlik 2 ədəd tək döşək; 1 ədəd iki nəfərlik yorğan; 2 ədəd tək yorğan; 2 ədəd 70x70 yastıq ; 2 ədəd 50x70 yastıq; 2 ədəd mütəkkə; 1 ədəd dəvə yunu yorğan; 1 ədəd silkon yorğan; 1 ədəd ağ yataq dəsti; 1 ədəd iki çexollu yataq dəsti; 1 ədəd 4 mövsüm yataq dəsti; 6 ədəd cüt yataq dəsti; yataq örtüyü (pokrıval) ağ; yataq örtüyü (pokrıval) zərli gündəlik; ütü stolu; 16 ədəd əl salfetkası - 16 AZN; 18 ədəd çay dəsmalı; süfrə 6 ədəd; mətbəx süfrəsi; klyonka süfrə 2 ədəd; yastıq üzü (moruq rəngli) 2 ədəd; 4 ədəd tək yataq dəsti; adyal qırmızı rəng; 8 ədəd qətfə; 12 ədəd əlüz dəsmalı; 2 ədəd silkon yastıq; qulaq yastığı 1 ədəd; 1 dəst yorğan döşək İnciyə; 6 ədəd 70x70 yastıq üzü; 6 ədəd 50x70 yastıq üzü ; 1 ədəd süfrə; 1 ədəd güldan künc üçün; tozsoran Vest firması; şirəçəkən maşın dəsti; ətçəkən maşın; 1 ədəd çaydan çaynik ARSHA firması; Arsha bıçaq- balta dəsti ( çamadan); Arsha 3 mərtəbə qaşıq dəsti; ütü; mikser; tefal çömçə- qaşıq dəsti; sini 2 dənə ; tütəkli çaydan çaynik Berkome firması; termos 3 lt; qozqıran dəsti; tuj qazan qırmızı; tuj qazan göy; 1 ədəd qazan dəsti; ağıllı qazan REDMOND firması; Qalaxsi samavar; toster; Arsha qazan dəsti; Arsha aş qazanı; balaca qazan dəsti 3 ədəd; balaca qazan kapron qapaqlı; 4 künc kapron qab; şüşə keks qabı; şüşə qazan 2 ədəd; şüşə çaynik cofe firması; çaynik obedni servis QDR firması; 2 ədəd fincan dəsti; 6 ədəd bakal; 12 ədəd billur stəkan; 12 ədəd armudu stəkan billur; 12 ədəd nəlbəki; 12 ədəd armudu nəlbəki; 2 ədəd qaşlı salfetka qabı; 6 ədəd limon qabı; 12 ədəd ürək razetka; 4 ədəd külqabı; 6 ədəd su bakalı; 12 ədəd razetka; 12 ədəd duz qabı; 2 ədəd süviner; 2 ədəd ləpə qabı böyük; 2 ədəd böyük çaynik; bıçaq 2 ədəd; 6 ədəd taxta qulplu qaşıq dəsti; 12 ədəd şüşə şirniyyat boşqanı; kofe dəmləmə qabı; duz qabı 2 dənə; 8 ədəd billur vaz; 8 lötkə billur; 8 konfet qabı; 2 ədəd mürəbbə qabı; 2 ədəd şamdan; 4 ədəd qənd qabı; 1 ədəd billur kompot qabı; 1 ədəd kompot qabı; fincan çaynik dəsti; 6 ədəd fincan nəlbəki asılqanlı; 1 dəst fincan nəlbəki; 6 ədəd gül qabı; 2 ədəd tort qabı; 2 ədəd fincan nəlbəki; 1 ədəd qrafin dəsti stəkanı ilə; 1 dəst rəngli bakallar; 1 ədəd qrafin dəsti TOM firması; 1 ədəd gül qabı + 2 vaz+ 2 konfetqabı nabor bagema; 1 ədəd qrafin dəsti; qırmızı lüləkkli çaydan; tost manikasl KARACA firması; kofe makinası türk; tefal çaydan çaynik tok; ütü masası üçün süfrə; 2 ədəd mətbəx dəsti; 2 ədəd su çəkən; 1 ədəd soyuducu içi; 1 ədəd göy torbası; 1 ədəd mətbəx dəsti; 6 ədəd asılqan; corab torbası; pol vedrəsi; 2 ədəd çörək taxtası; 2 ədəd önlük dəsmalı ilə mətbəx üçün; 2 ədəd paltar şotkası; paltar şpilkası; 1 paçka sap ; 4 ədəd böyük sap; iynə sap qabı 3 göz; çarpayı altı sandıqca bufik; Şuba uzun qəhvəyi; bütün geyimləri; saç qurutma fen daraqlı; saç Burma fen çəhrayı qulplu; suvenir mənzərə tokla oxuyan; -İncinin əşyaları - velosiped, qara bənövşəyi rəng, valideyn üçün yuxarı rolu; samokat, çəhrayı rəng; yatdığı çarpayı, ağ üstündə çəhrayı bəzək, 15 yaşına qədər; İncinin uşaq arabası Türkiyədən alınma qara qırmızı rəngli, 3 təkər, oyuncaqları; 4 yaşına qədər olan bütün geyimləri; İncinin albomu və ad gününə düzəltdirdiyi böyük şəklin (diski) Cavabdeh2 və Cavabdeh1 alınaraq İddiaçı verilsin. Qətnamə icra olunan vaxt qızıl-zinət əşyaları mövcud olmadığı halda - 585 əyarlı paxlavaya bənzər yantar üzük – 3.7 qram, 296 manat; 583 əyarlı paxlava formalı 3 qaşlı brilyant üzük – 21 qram, 1680 manat; 585 əyarlı göy komplekt – 18 qram, 1440 manat; Türkiyə istehsalı olan 22 əyarlı yarım altın – 6 qram, 420 manat; 585 əyarlı qızıl bilərzik – 9.5 qram, 760 manat; üzərində “Allah” sözü olan yumru klon – 7 qram,560 manat; 585 əyarlı ürək formalı sırğa – 1.38 qram, 110.40 manat; 585 əyarlı spiral formalı sallama sırğa – 4.6 qram, 368 manat; 583 əyarlı qırmızı qaşlı dəst (klon, sırğa, üzük) – 11.7 qram, 936 manat; 585 əyarlı ad yazılan bilərzik – 4.2 qram, 336 manat; 585 əyarlı sadə bilərzik – 3.1 qram, 248 manat; 583 əyarlı “İnci” adı yazılan sep – 13.23 qram, 1058.40 manat; 585 əyarlı klon – 3 qram, 240 manat; 585 əyarlı halqa sırğa – 2 qram, 160 manat; 585 əyarlı sadə halqa sırğa 2.5 qram, 200 manat; 585 əyarlı uşaq üçün halqa sırğa – 2.3 qram, 184 manat; 585 əyarlı uşaq üçün halqa sırğa – 2.7 qram, 216 manat; 585 əyarlı uşaq üçün halqa sırğa – 2.3 qram, 184 manat; 585 əyarlı uşaq üçün halqa sırğa – 2.8 qram, 224 manat; 583 əyarlı klon sep ilə - 1.9 qram, 152 manat; 583 əyarlı bağlatdırma qızıl üzük – 5.9 qram, 472 manat; 585 əyarlı zəncir sırğa və düyünlü sep – 2.9 qram, 232 manat; uşaq üçün maşallah sancaq – 1.2 qram, 96 manat olmaqla, ümumi qiyməti olan 10.572,80 manat məbləğində pul vəsaiti Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İddiaçı Cavabdeh2 məxsus 583 əyarlı, sibir brilyant qaşlı, çəkisi 6 qram olan üzüyü və Cavabdeh1 məxsus çəkisi 10 qram, üzərində 2 karat brilyant qaşlarla əhatə edilmiş 750 əyarlı nişan üzüyü alınaraq Cavabdeh2 və Cavabdeh1 verilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh1 özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatlarının dəyərini təşkil 100 (bir yüz) manat ekspertiza xərci müştərək qaydada 50 (əlli) manat İddiaçı, 50 (əlli) manat isə Cavabdeh2 və Cavabdeh1 tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X2, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE******************** hesablaşma hesabına köçürülsün. İş üzrə keçirilmiş məhkəmə-fonoskopik ekspertiza tədqiqatlarının dəyərini təşkil 250 (iki yüz əlli) manat ekspertiza xərci Cavabdeh2 və Cavabdeh1 tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X2, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE******************** hesablaşma hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar