Məhkəmə qərarları › İş №2(001)-948/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-948/2023

20.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-948/2023 20.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 20 fevral 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ilə Cavabdeh 14 aprel 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 31 dekabr 2016-cı il təvəllüdlü X3 və 06 aprel 2022-ci il təvəllüdlü X2 adlı yetkinlik yaşına çatmayan uşaqları vardır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahlarından olan uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa görə 220 manat olmaqla, ümumilikdə 440 manat, habelə Cəsur adlı uşaq 3 yaşa çatanadək cavabdehdən əlavə 100 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərmişdir ki, tərəflər arasında nikah pozulmasa da, faktiki olaraq ayrı yaşayırlar. İddiaçı uşaqların saxlanmasında maddi çətinlik çəkdiyindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında cavabdeh iddianı tam qəbul etdiyini bildirərək, izahatında göstərmişdir ki, o, ata olaraq uşaqlarının maddi çətinlik çəkməmələri üçün iddia tələbində göstərilən miqdarda aliment ödəməyə razıdır. Lakin, iddiaçı ilə birlikdə yaşadıqları dövrdə ipoketa yolu ilə ev almışlar, hazırda faktiki olaraq ayrıldıqlarından, o, başqa ünvanda kirayədə, iddiaçı isə ipoteka yolu ilə alınmış həmin evdə yaşayır. Hazırki tələbdə qeyd olunan miqdarda alimentin tutulması ona həmin evin kreditini ödəməyə imkan verməyəcək. İddiaçı ilə faktiki ayrıldıqları vaxtdan uşaqlarını da görə bilmir. Uşaqları maddi çətinlik çəkməsinlər deyə iddia tələbində qeyd edilən miqdarda alimenti ödəyəcəkdir, lakin iddiaçının evin krediti ödəməsi kimi əlavə xərclərdə iştirak etməyəcəkdir. Cavabdeh iddianı tam qəbul etməsinə dair ərizəni məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. İşin hallarından görünür ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul olunmalı və iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2 maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalıdır. Mediasiya xərci kimi iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. 31 dekabr 2016-cı il təvəllüdlü X3 və 06 aprel 2022-ci il təvəllüdlü X2 adlı uşaqların 18 yaşa çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 220 manat olmaqla ümumilikdə 440 manat sabit pul məbləğində aliment, habelə 06 aprel 2022-ci il təvəllüdlü X1 3 yaşı tamam olanadək Cavabdeh hər ay əlavə olaraq 100 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının başlancığı 08 dekabr 2022-ci il tarixdən hesablansın. 50 manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar