Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-963/2021 02.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi ilə, İddiaçı Cavabdeh Qalib qızına qarşı “alimentin 50%-dən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Qalib qızına qarşı “alimentin 50%-dən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Bİnəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ei il tarixli, 2(001)-368/2020 saylı qətnaməsinə əsasən tərəflər arasında olan xx xxxxxx 2010-cu il tarixli nikah pozulmuş, uşaqların ananın yanında qalması və uşaqlar yetkinlik yaşına çatana kimi hər ay hər uşaq üçün 130 manat, cəmi 390 manat sabit pul məbləğində alimentin iddiaçıdan alınaraq cavabdehə ödənilməsi qət edilmişdir. İddiaçı bundan narazı deyil, çünki uşaqlarının qayğısına qalmaq onun valideyn kimi borcudur. Hətta bu aliment qət olunmasa belə, o, uşaqlarının qayğısına qalırdı və qalacaq. O, uşaqlarının bütün tələbatlarını ödədiyi halda istəyir ki, cavabdeh onun ödədiyi aliment pulundan özü üçün süni istifadə etməsin. Tələbi ondan ibarətdir ki, qanunda nəzərdə tututlduğu kimi hər ay ödədiyi aliment pulunun 50% uşaqlarının adına açdığı bank hesab kartına köçürülsün ki, gələcəkdə də bu onların müəyyən problemlərinin həllində onlara kömək olsun. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə iddia icraatı qaydasında məhkəmədə baxıla bilməz. Belə ki, hal-hazırda tutulan alimentin məbləğini və tutulma qaydasını müəyyən edən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Bu məsələni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsi tənzimləyir. Orada qeyd olunub ki, məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Qərar cavabdehin (borclunun) müraciəti əsasında çıxarıla bilər. Belə ki, 55.3-cü maddədə “tələb” deyildikdə iddia tələbi deyil, məhkəməyə müraciət nəzərdə tutulur, çünki aliment ödəyən şəxs özünə qarşı tələb yönəldə bilməz: pulu ödəyən özüdür. Alimentin bank hesabına köçürülməsi – həmin şəxsdən aliment tutulması barədə qətnamənin icrası qaydasıdır. İcra qaydası ya qətnamənin özündə müəyyən olunur, ya da qətnamə qanuni qüvvəyə mindikdən sonra qərardadla həll olunur. Odur ki, qərar iki qaydada çıxarıla bilər: 1) aliment tutulması barədə qətnamə qəbul edilərkən həmin qətnamədə Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə əsasən qətnamənin icrası qaydası kimi müəyyən oluna bilər (2 indeksli icraat); 2) aliment tutulması barədə qətnamə qanuni qüvvəyə mindikdən sonra Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icrası qaydası qərardadla dəyişdirilə bilər (8 indeksli icraat). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 262-ci maddəsinə müvafiq olaraq, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. ... İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməli və iddiaçıya izah edilməlidir ki, o, qətnamənin icrası qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 262, 263, 264 və 268-ci maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Qalib qızına qarşı “alimentin 50%-dən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, o, qətnamənin icrası qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-963/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-963/2021
02.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver