Məhkəmə qərarları › İş №2(002)-1011/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1011/2023

20.07.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1011/2023 20.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin ləğvi barədə tələbinə dair mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında bağlanmış 01 aprel 2021-ci il tarixli xidməti müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gostərilən iddia əsasında 2(011)-968/2023 saylı mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatına 12 dekabr 2022-ci il tarixdə daxil olmuşdur. İddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə Müraciət edərək, cavabdeh İddiaçı 80.000 manat pulun, 40.000 manat iddiaçıya dəyən ziyanın və 5000 manat cərimənin, cəmi 125.000 manat pulun və ödənilmiş 340 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə çızarılmasını xahiş etmişdir. Həmin iddia tələbi əsasında 2(002)-152/2023 saylı mülki iş Bakı Qaradağ Rayon Məhkəməsinın icraatına 11 oktyabr 2022-ci il tarixdə qəbul edilmişdir. Cavabdehin vəkili və etibarnamə üzrə nümayəndəsi X3 vəsatətlə məhkəməyə müraciət edərək, hazırkı mülki işlə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan 2(002)-152/2023 saylı mülki işin birləşdirilməsi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-968/2023 qərardadı ilə vəsatət tənin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı müqavilənin ləğvi barədə iddiası üzrə 2(011)-968/2023 saylı mülki işlə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair 2(002)-152/2023 saylı mülki işin bir icraatda birləşdirilməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi X4 hazırkı işlərin bir icraatda birləşdirilməsinə etirazının olmadığını bildirdi. Cavabdehin vəkili və etibarnamə üzrə vəkili X1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı müqavilənin ləğvi barədə iddiası üzrə 2(011)-968/2023 saylı işlə; Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair 2(002)-152/2023 saylı mülki işlər bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.3-cü maddəsinin tələbləri əsas götürülməklə həmin iddialar üzrə mülki işlər bir icraatda birləşdirilməlidir. Göstərilən Məcəllənin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu məcəllədə göstərilən halllarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. İstinad edilən Məcəllənin 395.1.1 və 395.1.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. Adı çəkilən Məcəllənin 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Digər tərəfdən göstərilən mülki işlər arasında səbəbli əlaqə vardır, habelə bu tələblərə birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxılmaqla nəticələnər. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı müqavilənin ləğvi barədə iddiası üzrə 2(011)-968/2023 saylı işlə; Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair 2(002)-152/2023 saylı mülki iş bir icraatda birləşdirilməli, həmin işlərə bir icraatda baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 169.3-cü, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı müqavilənin ləğvi barədə iddiası üzrə 2(011)-968/2023 saylı işlə; Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair 2(002)- 152/2023 saylı mülki iş bir icraatda birləşdirilsinlər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar