Məhkəmə qərarları › İş №2(002)-1015/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1015/2022

16.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1015/2022 16.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, X5 iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın ananın yanında saxlanılması və aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırımışdır ki, o, X8 ilə 2019-cu ilin aprel ayında faktiki nikaha daxil olaraq ailə qurmuş, nikahları 19 oktyabr 2020-ci il tarixdə rəsmiləşdirilmişdir. Birgə yaşadığı müddət ərzində bir uşaqları doğulmuşdur. 02 mart 2020ci il tarixdə X6. Cavadehlə faktiki olaraq 2020-ci ilin oktyabr ayından ayılmışlar, uşaq onun himayəsində yaşayır, cavabdeh uşağın saxlanması üçün heç bir maddi yardım göstərmir, cavabdeh kənd təsərrüfatı və heyvandarlıqla məşğuldur. Kifayət qədər gəlirə malik olsa da uşağına maddi yardım etmək istəmir. O, isə uşağı tək saxlamaqda çətinlik çəkir. Cavabdehdən sabit pul məbləğində alimentin tutulmasını istəyir. Həmçinin uşaq körpə olduğundan və o uşağa baxmaqda çətinlik çəkdiyinə görə cavabdehdən əlavə olaraq onun xeyrinə aliment tutulmalıdır. Göstərilənləri nəzərə alaraq, cavabdeh X2 02 mart 2020-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa görə 193 manat sabit pul məbləğində alimentin tutulması, 02 mart 2020-ci il tarixdə doğulmuş X3 üç yaşına çatanadək əlavə olaraq 100 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən məhkəməyə ərizə verərək, Ağcabədi rayon Poladlı İcra Nümayəndəliyi tərəfindən onunla Cavabdeh arasında 19 oktyabr 2020-ci il tarixdə 08 saylı akt qeydi ilə icra edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşağı - 02 mart 2020-cı il təvəllüdlü X4 boşanmadan sonra onun yanında saxlanılması, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X2 hər ay bir uşağa görə 193 manat və X3 üç yaşına çatanadək əlavə olaraq 100 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nikahın pozulması və birgə nikahdan olan uşağın ananın yanında saxlanılması hissəsində iddianı qəbul etdi. Lakin alimenti iddiaçının tələb etdiyi məbləğdə deyil hər ay bir uşağa görə 100 manat sabit pul məbləğində ödəməyə razı olduğunu bildirdi. Bu səbəbdən məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qısmən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ağcabədi rayon Poladlı İcra Nümayəndəliyi tərəfindən verilmiş 30 yanvar 2022-cü il tarixli, AZ-T seriyalı, 042739 saylı nikahın bağlanılması haqqında şəhadətnamədən görünür ki, tərəflər arasında 19 oktyabr 2020-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 08 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 3 saylı Bakı Asan xidmət mərkəzi tərəfindən verilmiş 10 iyun 2021-ci il tarixli, AZ-İV 607942 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından olan 02 mart 2020-cı il təvəllüdlü X4 atası Cavabdeh, anası isə İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - Ailə Məcəlləsinin) 19.1-ci maddəsinə görə ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 20-ci maddəsinə görə tərəflərdən birinin nikahın pozulmasına razılığı olmadıqda məhkəmə ər-arvadın barışması uçun 3 ay müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Cavabdeh nikahın pozulmasına razı olduğuna görə məhkəmə ər-arvadın barışması üçün 3 ay vaxt müəyyən etməmişdir. Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə görə həmin Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Məhkəmə tərəflərin birgə nikahından olan uşağının anasına daha çox bağı olmasını, eləcə də, həmin uşağın anasının yanında saxlanılmasını istisna edən halların olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından olan uşağı - 02 mart 2020cı il təvəllüdlü X7 boşanmadan sonra anası İddiaçı yanında qalmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Konstitusiyada təsbit olunmuş insan hüquq və azadlıqlarının qorunması sahəsində, eləcə də cəmiyyətin və şəxsiyyətin gələcək inkişafı ilə bağlı ölkəmizdə mühüm addımlar atılmışdır. Azərbaycan Respublikası 21 iyul 1992-ci il tarixində BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını ratifikasiya etmiş, 1993-cü ildə “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsinə, eləcə də X1 bir sıra Konvensiyalarına və digər mötəbər beynəlxalq aktlara qoşulmuşdur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Uşaq hüquqları haqqında” Qanun) 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat təşkil edir. Göstərilən Məcəllənin 100.2-ci maddəsinə uyğun olaraq, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini nəzərə alıb, hesab edir ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası qismən təmin edilməli, Ağcabədi rayon Poladlı İcra Nümayəndəliyi tərəfindən İddiaçı ilə Cavabdeh arasında 19 oktyabr 2020-ci il tarixdə 08 saylı akt qeydi ilə icra edilmiş nikah pozulmalı, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşağı - 02 mart 2020-cı il təvəllüdlü X7 boşanmadan sonra anası İddiaçı yanında qalmalı, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 hər ay bir uşağa görə 193 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin əsaslı vəsaitə malik olması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə uyğun olaraq, aliment 04 mart 2022-ci il tarixdən tutulmalıdır. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 43.16 manat məhkəmə məsrəfi Cavabdeh aid edilməli, həmin məbləğ ondan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın ananın yanında saxlanılması və aliment tələbinə dair iddiası qismən təmin edilsin. Ağcabədi rayon Poladlı İcra Nümayəndəliyi tərəfindən İddiaçı ilə Cavabdeh arasında 19 oktyabr 2020-ci il tarixdə 08 saylı akt qeydi ilə icra edilmiş nikah pozulsun. Tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşağı - 02 mart 2020-cı il təvəllüdlü X7 boşanmadan sonra anası İddiaçı yanında qalsın. Həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X2 hər ay bir uşağa görə 193 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Alimentin tutulması 04 mart 2022-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İş üzrə 43.16 manat məhkəmə məsrəfi Cavabdeh aid edilsin, həmin məbləğ ondan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar