Məhkəmə qərarları › İş №2(002)-1070/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1070/2021

30.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1070/2021 30.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «alimentin sabit pul məbləğində tutulması və uşağın himayəsinə verilməsi » tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, , MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı « alimentin sabit pul məbləğində tutulması və uşağın himayəsinə verilməsi » tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 dekabr 2007-ci il təvəllüdlü X2 onun himayəsinə verilməsini və 22 dekabr 2007-ci il təvəllüdlü X5 və 16 iyul 2010-ci il təvəllüdlü X8 adlı uşaqların yetkinlik yaşına çatanadək, saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün 175 manat olmaqla, iki uşaq üçün cəmi 350 (üç yüz əlli) manat məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Daha sonra 29.03.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, birgə nikahdan olan 22 dekabr 2007-ci il təvəllüdlü X2 onun himayəsinə verilməsini, birgə nikahdan olan iki uşağın saxlanılması üçün hər ay bir uşaq üçün 175 manat, 2 uşaq üçün cəmi 350 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. İddiaçı qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun Cavabdeh arasında bağlanmış nikah 2019-cu ildə məhkəmə qaydasında pozulmuşdur. Birgə nikah münasibətlərindən 22 dekabr 2007-ci il təvəllüdlü X5 və 16 iyul 2010-ci il təvəllüdlü X9 adlı uşaqları var. Cavabdeh uşaqların qayğısına qalmır, ailəyə maddi cəhətdən köməklik göstərmir.Cavabdeh müxtəlif yerlərdə işləməklə pul qazanır,amma uşaqlarının qayğısına qalmır.Hal-hazırda özünün heç əlavə gəlir mənbəyi yoxdur, maddi cəhətdən uşaqlarını saxlamağa çətinik çəkir.Ona görə uşaqların saxlanması üçün alimentin tutulmasını və uşaqların yanında qalmasını istəyir.2019-cu ildə 22 dekabr 2007-ci il təvəllüdlü X2 istəyi ilə atasının himayəsinə verilmişdir. X1 anası və qardaşı ilə görüşməyə icazə verilmir.Analığı qızını incidir,döyüb psixioloji təsir göstərir. Sentiyabr ayında qızını görməyə gedəndə X5 ona yalvararaq, özüylə aparılmasını xahiş etmiş əks təqdirdə özünün canına qıyacağını demişdir.Bu səbəbdən o, qızını özü ilə geri götürmüşdür. Beləliklə o, məhkəmədən 22 dekabr 2007-ci il təvəllüdlü X2 qəyyumluğunun ona verilməsini və uşaqlara aliment təyin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq, qeyd etdi ki yenidən ailə qurub və həmin nikahdan uşağı yoxdur. Sədərək ticarət mərkəzində işləyir və əmək haqqı 250 manatdır. Qızı artıü senytyabr ayından onunla yaşayır. Cavabdeh məhkəmə iclasında bildirdi ki, əgər qızı anası ilə yaşamaq istəyirsə etirazı yaxdır. Lakin iddianın aliment hissəsində qismən təmin edilməsini xahiş etdi və qeyd etdi ki, çörək zavodunda işləyir və əmək haqqı 300-400 manatdır, yenidən ailə qurub və həmin nikahdan da əlavə iki uşağı var. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AZ-İ seriyalı 313200 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında nikah 04.01.2019-ci il tarixdə Qaradağ rayon qeydiyyat şöbəsində 01 saylı akt qeydi ilə pozulmuşdur.Nikah pozulduqdan sonra arvada İsmayılova soyadı verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AZ-İV seriyalı 542087 nömrəli və AZ-İİ seriyalı 558266 nömrəli doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, tərəflərin birgə nikahdan 22 dekabr 2007ci il təvəllüdlü X5 və 16 iyul 2010-ci il təvəllüdlü X9 adlı iki yetkinlik yaşına çatmayan uşaqları vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 28.11.2019-cu il tarixli 2(002)-1187/2019 saylı qətnaməsindən görünür ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X4 ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddaçı Cavabdeh qarşı uşağın ananın yanında saxlanılması tələbinə dair iddiası təmin edilərək, 16 iyul 2010-ci il təvəllüdlü X9 ilkin iddiaçı X4 yanına saxlanılması, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X6 qarşı birgə nikahdan olan uşaqların onun himayəsində və yaninda saxlanması tələbinə dair iddiası qismən təmin edilərək, 22 dekabr 2007-ci il təvəllüdlü X5 Cavabdeh yanında saxlanması qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Orqanının 14 iyun 2021-ci il tarixli 4/110 saylı rəyindən görünür ki, 22 dekabr 2007-ci il təvəllüdlü X2 anası İddiaçı yanında və himayəsində saxlanılması məqsəduyğun hesab edilmişdir. Məhkəmə iclasında dindirilən 22 dekabr 2007-ci il təvəllüdlü X5 hal-hazırda 2020-ci ilin sentyabrdan nənəsi və anası ilə yaşadığını bildirərək,anası ilə yaşamaq istədiyindən onun himayəsinə verilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, atasının həyat yoldaşı səbəbindən onunla yaşamaq istəmir. Məhkəmə iclasında təqdim edilmiş sübutlar, tərəflərin izahatı ilə müəyyən edildi ki, tərəflərin iki yetkinlik yaşına çatmamış uşağı var və İddiaçı 22 dekabr 2007-ci il təvəllüdlü X2 onun himayəsinə verilməsini və cavabdehdən onun xeyrinə 22 dekabr 2007-ci il təvəllüdlü X5 və 16 iyul 2010-ci il təvəllüdlü X9 adlı uşaqlarının yetkinlik yaşına çatanadək hər ay bir uşağa 175 manat,iki uşağa görə 350 sabit pul məbləğində aliment təyin edilməsini tələb edir. Məhkəmə tərəflərin izahatlarını, qəyyumluq himayəçilik orqanının rəyini, məhkəmə iclasında dinlənilən uşağın fikrini, uşağın artıq 10 aydır anası ilə yaşamasını və işin mhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunan digər hallarını nəzərə alaraq hesab edir ki, iddia uşağın ananın himayəsinə verilməsi hissəsində tam təmin edilməlidir. Tərəflərin maddi vəziyyəti, uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olması nəzərə alınaraq aliment hissəsində qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir:-aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Məhkəmə işin hallarını, uşaqların əsaslı mənafeyini, cavabdehin ikinci nikahdan da daha iki uşağının olmasını, uşaqların qayğısına qalmağın hər iki valideynin vəzifəsi olmasını nəzərə alaraq hesab edir ki, aliment sabit pul məbləğində, bir uşaq üçün 115, iki uşaq üçün 230 manat məbləğində təyin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Qeyd edilənləri, uşaqların əsaslı mənafeyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 22 dekabr 2007-ci il təvəllüdlü X5 İddiaçı qəyyumluğuna verilməli, birgə nikahdan olan 22 dekabr 2007-ci il təvəllüdlü X5 və 16 iyul 2010-ci il təvəllüdlü X9 adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün 04.03.2021-ci il tarixdən başlayaraq, hər ay bir uşağa 115(yüz on beş) manat olmaqla cəmi 230(iki yüz otuz) manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ödənilmiş 10(on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Alimentin tutulmasına dair hissədə qətnamə dərhal icra edilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 22 dekabr 2007-ci il təvəllüdlü X5 İddiaçı qızının himayəsinə verilsin. 22 dekabr 2007-ci il təvəllüdlü X5 və 16 iyul 2010-ci il təvəllüdlü X9 adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün 04.03.2021-ci il tarixdən başlayaraq, hər ay bir uşağa 115(yüz on beş) manat olmaqla cəmi 230(iki yüz otuz) manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Ödənilmiş 10(on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar