Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1190/2020 05.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxx» ASC Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh subroqasiya qaydasında iddiaçı «xxxxxxxxxxxx» ASC-nin xeyrinə 5153,00 manat (beş min yüz əlli üç) sığorta ödənişinin və 30,40 (otuz manat, qırx qəpik) məbləğində dövlət rüsumunun, cəmi 5183,40 (beş min yüz əlli üç manat, 40 qəpik) manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Hyandai Accent” markalı **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2014-cü il tarixində «xxxxxxxxxxxx» ASC tərəfindən 14350,00 manat sığorta məbləği və sığorta dəyəri olmaqla “avtokasko” qaydaları ilə sığortalanmışdır. xx.xx.2014-cü il tarixində Cavabdeh idarə etdiyi Mercedes Benz C200” minik markalı ** LO *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Hyandai Accent” markalı **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Nərimanov RPİ DYPŞ-nin xx.xx.2014-cü il tarixli, № 15545 saylı müvafiq arayışına və CYP 56189 saylı inzibati xəta haqqında protokola əsasən, “Mercedes Benz C200” markalı, ** LO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Hidayət oğlu yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmişdir. Daha sonra Cavabdeh Hidayət oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmışdır. Həmin məhkəmənin qərarına əsasən Cavabdeh Hidayət oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Cavabdeh Hidayət oğlu məhkəmə iclasında izahat verərək, yol nəqliyyat hadisəsinin baş verməsi faktını və şəraitini həqiqətəndə tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun şəkildə baş verməsini etiraf etmişdir. Beləliklə iş materiallarına əlavə edilmiş, hadisə ilə bağlı Cavabdeh Hidayət oğlu tərəfindən Nərimanov RPİ nin rəhbərliyinə yazılmış izahatdan göründüyü kimi, cavabdeh deliktin məhz onun tərəfindən törədilməsini və hadisənin baş verməsində təqsirini etiraf edir. Lakin, barəsində edilmiş inzibati xəta haqqında protokolda tətbiq edilmiş İXM nin maddəsinin düzgün tətbiq edilmədiyi üçün inzibati xəta haqqında protokoldan məhkəməyə şikayət edir. Mülki Məcəlləyə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəlləyə əsasən, faydalanan zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq, əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında-onun verdiyi sığorta ödənişi həcmində keçir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx xxxxxx 2014-cü il tarixli sığorta aktından görünür ki, “Hyandai Accent” markalı **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5253 manat məbləğində zərər vurulmuşdur. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2014-cü il tarixli zərərin hesablanma aktından görünür ki, “Hyandai Accent” markalı **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5253 manat məbləğində zərər vurulmuşdur. İş materiallarına əlavə olunmuş kassa-məxaric orderinə əssən müəyyən olunur ki, «xxxxxxxxxxxx» ASC sığortalı Babayev Şaiqə 5153 manat sığorta ödənişi həyata keçirmişdir. İş materiallarına əlavə olunmuş avtonəqliyyat vsitəsi sahiblərinin mülki məsuliyyətinin icbri sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayışdan görünür ki, . xx.xx.2014-cü il tarixində Cavabdeh idarə etdiyi Mercedes Benz C200” minik markalı ** LO *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Hyandai Accent” markalı **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Cavabdeh avtomobili idarə etmək hüququ olmamışdır. İş materiallarına əlavə edilmiş İnzibati Xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2014cü il tarixində Cavabdeh idarə etdiyi Mercedes Benz C200” minik markalı ** LO *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Hyandai Accent” markalı **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Hadisə zamanı avtomobilə maddi zərər dəymişdir. Sənədlərin yoxlanması zamanı Cavabdeh sürücülük vəsiqəsindən mərhum olması müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2014-cü il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 524-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə olunmuş «xxxxxxxxxxxx» ASC tərəfindən Cavabdeh ünvanlanan subroqasiya məktubundan görünür ki, «xxxxxxxxxxxx» ASC sözügedən zərərin aradan qaldırılması üçün 5153 manat məbləğində sığorta ödənişini Cavabdeh tələb hüququna sahib olmuşdur. Buna görə də sığorta ödənişini 5 gün müddətində «xxxxxxxxxxxx» ASC-yə ödənilməsi tələb edilmiş, əks təqdirdə müvafiq məhkəmə orqanına müraciət olunacaqdır. İş materiallarına əlavə olunmuş izahatın surətindən görünür ki, Cavabdeh öz izahatında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsdində avtomobillərə maddi ziyan vurulduyunu bildirmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1190/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı «xxxxxxxxxxx» ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməsi qərara alınmışdır. Azərbaycan Resublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyinə əsasən “Hyandai Accent” markalı **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 5436,0 manat müəyyən edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixində Cavabdeh idarə etdiyi Mercedes Benz C200” minik markalı ** LO *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Hyandai Accent” markalı **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Cavabdeh İidayət oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmışdır. Həmin məhkəmənin qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Cavabdeh Hidayət oğlu məhkəmə iclasında izahat verərək, yol nəqliyyat hadisəsinin baş verməsi faktını və şəraitini həqiqətəndə tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun şəkildə baş verməsini etiraf etmişdir.Həmçinin, iş materiallarında olan kassa məxaric orderinin məzmunundan görünür ki, xxxxxxxxxxx ASC tərəfindən sığortalıya 5153 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Bu halda, məhkəmə hesab edir ki, sığorta haqqında qanunvericiliyin tələbinə əsasən sığorta ödənişini həyata keçirmiş iddiaçının yol nəqliyyat hadisəsini törətmiş cavabdehdə qarşı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Həmçinin, iş materiallarından görünür iddiaçı tərəfindən faydalanan şəxsə ödənilmiş sığorta ödənişinin məbləği müstəqil ekspert tərəfindən deyil, onun özü tərəfindən tərtib edilmiş hesablama aktı əsasında müəyyən edilmişdir. Bununla yanaşı, məhkəmə araşdırması çərçivəsində təyin edilmiş müvafiq ekspertizanın rəyinə əsasən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Hyandai Accent” markalı **- UM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 5436 manat məbləğində, aparılmış tədqiqatın dəyəri isə 100 manat məbləğində müəyyən edilmişdir.. bu halda, məhkəmə qeyd olunan halları nəzərə alaraq, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh subroqasiya qaydasında iddiaçı «xxxxxxxxxxxx» ASC-nin xeyrinə 5153,00 manat sığorta ödənişi və 30,40 (otuz manat, qırx qəpik) məbləğində dövlət rüsumu tutulmalı, Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh“Hyundai Accent” markalı 90UM058 dövlət qeydiyyatı nömrə nişanlı avtomobilə vurulmuş ziyanın əvəzi olaraq ödənilmiş 5153 manat məbləğində sığorta ödənişi və 30,40 (otuz manat, qırx qəpik) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı «xxxxxxxxxxxx» ASC-yə ödənilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-1190/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1190/2020
05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver