Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1231/2020 05.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Arif qızının və cavabdehin nümayəndəsi və vəkili X18 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və X10 qarşı bağışlama müqaviləsinin ləğv edilməsi və etibarsız hesab edilməsi, mənzildən çıxarma və mənzilə köçürmə tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehqarşı bağışlama müqaviləsinin ləğv edilməsi, mənzildən çıxarma və mənzilə köçürmə tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, Şamaxı yolu küçəsi, 4 saylı evin 1 otağına dair xx xxxxxx 2017-ci il tarixdə notarial qaydada rəsmiləşdirilmiş bağışlama müqaviləsinin ləğv edilməsi, cavabdehin həmin mənzildən çıxarılması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı vəkili iddia ərizəsinə dəqiqləşdirmə verərək, Cavabdeh ilə aralarında bağlanmış bağışlama müqaviləsinin ləğv edilməsi, cavabdehlər arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi,cavabdehlərin həmin mənzilin bir otağından çıxarılması və onun həmin mənzilin bir otağa köçürülməsibarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, oğlu X13 cavabdehlə xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X14 və X15 anadan olmuşlar. Aralarındakı münasibətlər pisləşdiyindən və nikahları artıq formal xarakter daşıdığından oğlu nikahın pozulmasına dair iddia ilə məhkəməyə müraciət etmişdir. Lakin, məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər öz aralarında aliment və əmlakla bağlı olan məsələləri müzakirə etmişlər və razılığa gəlmişlər. Belə ki, əldə olunmuş razılığa əsasən o, özünə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, Şamaxı yolu küçəsi, 4 «q» saylı evin 3 otaqlı 56 saylı mənzilinin 1 otağını cavabdehə bağışlamaq, cavabdeh isə, öz növbəsində ona və oğluna qarşı olan bütün iddia və tələblərindən imtina etməsinə dair razılığa gəlmişlər və həmin razılığa dair xx xxxxxx 2017-ci il tarixdə oğluyla cavabdeh arasında notarial qaydada rəsmiləşdirilmiş saziş bağlanmışdır. Məhz həmin sazişin bağlanmasından sonra xx xxxxxx 2017-ci il tarixdə notarial qaydada rəsmiləşdirilmiş bağışlama müqaviləsinə əsasən o özünə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, Şamaxı yolu küçəsi, 4 «q» saylı evin 3 otaqlı 56 saylı mənzilinin 1 otağını X5 bağışlamış, sonuncu da öz növbəsində X13 və İddiaçı qarşı heç bir iddia və tələbinin, o cümlədən aliment tələbinin olmadığını və gələcəkdə də heç bir iddia və tələbinin olmayacağım bəyan etmişdir. Beləliklə, tərəflər öz aralarında əmlak və aliment öhdəliklərinə dair razılığa gəlmişlər. Eyni gündə onlar belə qərara gəlmişlər ki, nə qədər ki, mənzilin bir otağı cavabdehə bağışlanır və onun mülkiyyətinə keçir, o zaman həmin mənzilin digər iki otağ-nı cavabdeh tərəfə alqı-satqı yolu ilə satsınlar. Onlar eyni gündə cavabdehin anası X19 ilə Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, Şamaxı yolu küçəsi, 4 «q» saylı evin 3 otaqlı 56 saylı mənzilinin 2 otağına dair alqı-satqı müqaviləsi bağlamışlar və o mənzilin iki otağını ona 35.000 manata satmışdır. Oğlu və cavabdehin aralarındakı münasibətlər pisləşdiyindən və nikahları artıq formal xarakter daşıdığından oğlu və cavabdeh aralarındakı bütün əmlak və aliment mübahisələrini həll etdikdən və razılığa gəldikdən sonra oğlu nikahın pozulmasına dair iddia ilə məhkəməyə müraciət etmişdir. Nikahın pozulmasına dair işə məhkəmədə baxılan zamani X6 öz üzərinə götürdüyü öhdəliyi icra etməyərək X13 və İddiaçı qarşı əmlak tələbinə dair qarşılıqlı iddia irəli sürmüşdür. Qarşılıqlı iddia tələbi isə, birgə nikah dövründə əldə edilmiş «Hunday Elantra» markalı, hazırda dövlət qeydiyyat nişanı ** MC *** olan avtomobilə dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin avtomobilə payının müəyyən edilməsi və avtomobilin açıq hərracdan satılaraq pulunun paylara mütənasib surətdə bölüşdürülməsi olmuşdur. Həmin avtomobil 2015-ci ildə X13 tərəfindən alınmışdır. Avtomobilin alınması üçün lazım olan pul vəsaiti isə bankdan kredit olaraq götürülmüş və həmin kredit hal-hazırda da X13 tərəfindən hissə-hissə qaytarılır. Lakin, sonradan hələ tərəflər birgə nikahda olduqları vaxt avtomobil baş vermiş yol nəqliyyat hadisəsi zamanı yararsız hala düşmüş, təmiri üçün müəyyən məbləğdə pul vəsaiti lazım olmuşdur. Lakin, X9 həm səhhətində olan problemlərlə əlaqədar müalicəsi üçün pul lazım olduğundan, həm də avtomobili təmir etdirmək iqtidarında olmadığından tərəflər avtomobili satmaq qərarına gəlmişlər. Avtomobilin satışından X3 məlumatı olmuş və o, avtmobilin satışına razılıq vermişdir. Məhz bundan sonra, X13 avtomobili 13.000 manata ona satmışdır. O da öz növbəsində avtomobili 2018-ci ilin yanvar ayında X4. Avtomobillə bağlı olan bütün əməliyyatlar X3 məlumatı və razılığı ilə, məhz onunla əmlak mübahisəsinə dair saziş bağlandıqdan sonra həyata keçirilmişdir. Avtomobil rəsmi nikah dövründə əldə edilmiş və rəsmi nikah dövründə ər arvadın qarşılıqlı razılığı ilə alınıb satılmışdır. Lakin, X6 artıq öz adına keçirməsindən istifadə edərək bu dəfə də avtomobili ələ keçirmək qərarına gəlmişdir.Göründüyü kimi, bağışlama müqaviləsi rəsmiləşdirildikdən dərhal sonra cavabdehin əsl niyyət və məqsədi üzə çıxmış və o, dərhal başqa bir iddia ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, o cavabdehin çirkin əməlləri nəticəsində öz mülkiyyətimdən məhrum olmuşdur. İddiaçının onlara qarşı əmlak tələbinin olmayacağına dair öhdəlik götürməsinə baxmayaraq, öhdəliyi pozması, yəni məhkəmədə ona və oğluna qarşı əmlak tələbinə dair iddia qaldırması səbəbindən, o də öz növbəsində bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə dair iddia ilə Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2018ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, Şamaxı yolu küçəsi, 4 Q saylı evin 56 saylı mənzilinin 1 otağının İddiaçı tərəfindən cavabdeh X5 bağışlanmasına dair xx xxxxxx 2017-ci il tarixdə notarial qaydada rəsmiləşdirilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən hər iki tərəf narazı qalaraq apellyasiya şikayəti vermiş, mülki iş Bakı Apellyasiya Məhkəməsinin icraatında olarkən tərəflər öz aralarında barışıq sazişi imzalayaraq, bir-birilərinə qarşı olan əmlak tələbinə dair iddialarından imtina etdiklərini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhz bundan sonra həm iddiaçının oğluna qarşı qaldırdığı və həmin vaxt Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan «birgə nikah dövründə əldə edilmiş əmlak» tələbinə dair iddiası, həm də onun iddiaçıya qarşı qaldırdığı «əmlak tələbinə» dair iddiası üzrə icraata xitam verilmişdir.Onlar arasında bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra, mübahisəli saziş də öz qüvvəsində qalmış, tərəfindən iddiaçıya bağışlanmış bir otaqlı mənzil iddiaçıda qalmışdır. Lakin, iddiaçı bu dəfə də onları aldadaraq, barışıq sazişinin bağlanmasna nail olmuş, lakin, sonradan, heç bir əsas olmadan, «aliment barədə sazişin ləğv edilməsi» tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Nizami Rayon Məhkəməsinin 2(007)1643/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçı Cavabdeh ilə oğlum arasında xx xxxxxx 2017-ci il tarixdə 4 saylı ASAN Xidmət Mərkəzinin notariat bölməsində təsdiq edilmiş 3 M-442 reyestr nömrəli sazişin ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsi ilə Nizami rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Onlar Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən «Bağışlama müqavıiləsinin ləğv edilməsi» tələbinə dair qarşılıqlı iddia ilə müraciət edərkən, Bakı Apellyasiya Məhkəməsi həmin iddianın ayrıca icraatda imtinaya dair vədi pozaraq aliment tələbinə dair məhkəməyə müraciət etməklə öz üzərinə düşən vəzifələrdən imtina etmişdir. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil Arif qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddiaçının oğlu və cavabdeh arasında 2017-ci ildə nikahın pozulduğu, 2017-ci ildə nikah pozulmamış tərəflər arasında müqavilə bağlandığı, iddiaçı və cavabdehin aliment və əmlakla bağlı olan məsələləri müzakirə etdiyini və razılığa gəldiklərini, əldə olunmuş razılığa əsasən iddiaçı özünə məxsus mənzilin 1 otağını cavabdehə bağışladığını, cavabdeh isə öz növbəsində iddiaçıya və onun oğluna qarşı olan bütün iddialardan imtina etməsinə dair razılığa gəldiyini və bu razılığa dair xx xxxxxx 2017-ci il tarixdə iddiaçının oğlu və cavabdeh arasında notarial qaydada təsdiqlənmiş saziş bağladığını, daha sonra tərəflər arasında bir çox işlər olduğunu, Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh və iddiaçının oğlu arasında bağlanmış həmin sazişin ləğv edildiyini, Bakı Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsi ilə Nizami Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmasını, onlar Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən bağışlama müqaviləsinin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ilə müraciət edərkən məhkəmə iddianın ayrıca icraatda qaldırılmalı olduğunu bildirdiyini,hazırda müvafiq sazişin ləğv edilməsi ilə bağlı məhkəmənin qətnaməsi olduğunu, iddiaçının həm evinin əlindən çıxdığını, həm oğlunun aliment ödədiyini, həm də həmin alimentin ödənilməsi görə həbs olunduğunu, nəqədər aliment borcu yazıldığını bildirərək, bu halların nəzərə alınaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X26 izahat verərək, iddia tələbinə etiraz verərək, etirazını onunla əsaslandırmışdır ki, tərəflər arasında saziş imzalanmışdır, həmin sazişə əsasən bağışlama müqaviləsi bağlanılmış, cavabdeh təərfindən sazişin şərtləri pozulmamışdır, həmin mənzil cavabdehə bağlanılmış, daha sonra cavabdeh də anasına bağışlayıbdır, hazırda həmin mənzil bütünlüklə cavabdehin anasına məxsusdur, eyni zamanda hazırki mülki iş üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü əsas gətiərək, iddia müddətinin tətbiq edilməklə, iddiadan imtina olunmasına dair qətnamə çıxarılmaısnı xahiş etmişdir. Cavabdeh X16 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh X11 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş sazişin surətindən görünür ki, X7 atası İddiaçı xx.xx.2008-ci il tarixli MH ******* saylı çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolu, ev 4Q, 56 saylı mənzilin 1 otağını X5 bağışladıqdan sonra X6 övladları xx.xx.2007-ci il təvəllüdlü X17 və xx.xx.2007-ci il təvəllüdlü X1 üçün aliment tələbindən imtina edir və gələcəkdə aliment tələbi irəli sürməyəcəkdir. İş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinin surətindən görünür ki, hədiyyə verən İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 64.02 kv/m-dən 20.68 kv/m hissəni hədiyyə alan X5 bağışlamışdır. İş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolu, ev 4Q, 56 saylı mənzili 35.000 manata X2. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinin surətindən görünür ki, hədiyyə verən X6 Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolu, ev 4Q, 56 saylı mənzildən 20.68 kv/m sahəni hədiyyə alan X16 bağışlamışdır. İş materiallarında olan ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolu, ev 4Q, 56 saylı mənzil X11 xüsusi mülkiyyətində olmaqla, həmi mənzil üzərində hüquq xx.xx.2019-cu il tarixində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Həmin Məcəllənin 670.3-cü maddəsinə əsasən bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Həmin Məcəllənin 673.1.3-cü maddəsinə əsasən hədiyyə alan bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamadan imtina edə bilər. Həmin Məcəllənin 673.3-cü maddəsinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Həmin Məcəllənin 673.4-cü maddəsinə əsasən bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, MM-in 666.1-ci maddəsində nəzərdə tutulan bağışlama müqaviləsi əvəzsiz ikitərəfli müqavilə olmaqla hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 670.1-ci maddəsinə uyğun olaraq bağışlama hədiyyə verənin bəhrələnməsi ilə bağlı olmayan şərtlərin və öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. MM-in 670.3-cü maddəsinə müvafiq olaraq hədiyyə verənin və onun vərəsələrinin hədiyyə alanın bağışlama müqaviləsi üzrə götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə bağlı iddia vermələrinin, həmçinin hədiyyə verənin ölümündən sonra belə öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edildiyi halda, onun icrasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən tələb edilməsinin mümkünlüyü bağlanmış bağışlama müqaviləsindən irəli gəlir. MM-in 673-cü maddəsi müqavilənin formasından aslı olmayaraq bağışlamaqdan imtinanın və ya bağışlama vədinin ləğvinin və onun icrasından imtinanın hallarını müəyyən edir və belə imtinanın hüquqi nəticələrini tənzimləyir. Həmçinin, həmin Qərarda qeyd olunmuşdur ki,mülki qanunvericiliyin normaları bağışlama müqaviləsinin əvəzli müqavilə olduğunu, hədiyyə alan şəxsin hədiyyə müqabilində hədiyyə verən qarşısında onun bəhrələnməsinə yönələn öhdəliklər daşıdığını deməyə əsas vermir. Əks halda bu öhdəliklər bağışlama müqaviləsinin anlayışına, mahiyyətinə və hüquqi təbiətinə zidd olardı. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır. Həmçinin, həmin Qərarda qeyd olunmuşdur ki, hər bir mülki-hüquq müqaviləsinin özünə məxsus şərtləri (müqavilənin standart şərtləri və s. şərtlər) vardır və müqavilələr bu şərtlərə riayət olunmaqla bağlanılmalıdır. MM-in 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi bir qayda olaraq hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməməsinə baxmayaraq qanunverici bağışlama müqaviləsinin öhdəliklə şərtləndirilməsini, yəni bağışlamanı müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilməsini istisna etməmişdir. Həmçinin, həmin Qərarda qeyd olunmuşdur ki, hədiyyə alan öhdəliklə şərtləndirilən bağışlama müqaviləsini bağlamışsa və sonradan onun icrasından imtina etməmişsə,müqavilənin tam və lazımınca icrasına görə məsuliyyət daşıyır.Belə öhdəliyin icra edilməməsi və lazımınca icra edilməməsi hədiyyə verənə, onun vərəsələrinə, eləcə də müvafiq icra hakimiyyəti orqanına (ictimai mənafe tələb etdikdə) iddia qaldırmaqla pozulmuş hüquqlarının bərpa edilməsini tələb etmək hüququ verir. Bununla yanaşı nəzərə alınmalıdır ki, bağışlama müqaviləsi şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməklə bağlandıqda müqavilə üzrə hədiyyə alan üzərinə götürdüyü öhdəliyi icra etməlidir. Bu səbəbdən də hədiyyə verənin və ya onun vərəsələrinin, müvafiq icra hakimiyyəti orqanının öhdəliyin icrasına dair iddiaları MM-in 670.3-cü maddəsi ilənəzərdə tutulmuş qaydada irəli sürməsi və ya həmin Məcəllənin 673.1-ci maddəsi ilə müəyyən edilən hallarda bağışlama müqaviləsindən imtina edilməsi hədiyyə alanın hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Həmçinin, həmin Qərarda qeyd olunmuşdur ki, MM-in 421-424-cü maddələri müqavilənin dəyişdirilməsini və ləğv edilməsini tənzimləyir. MM-in 423-cü maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Göründüyü kimi, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında MM-də, müqavilədə və ya işgüzar adətlərdə başqa qaydalar müəyyən edilə bilər. MM-in 673-cü maddəsi isəbağışlama müqaviləsinin və ya bağışlama vədinin ləğv edilməsinin MM-in 421-424-cü maddələrində göstərilənlərdən fərqli xüsusi qaydasını və əsaslarını müəyyən edir.Həmin maddənin müddəaları ümumilikdə həm real, həm də konsensual bağışlama müqaviləsindən imtinaya şamil olunur. Həmin Qərarda qeyd olunmuşdur, MM-in 673.1-ci maddəsində qeyd edilən bağışlamaqdan imtina müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o,hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir.Həminmaddəyə əsasənhədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X13 ilə X6 arasında xx xxxxxx 2017-ci il tarxidə saziş bağlanmışdır. Həmin sazişin tələbinə əsasən cavabdeh müvafiq mənzilin 1 otağının ona bağışlanması müqabilində iddiaçının oğluna qarşı aliment tələbindən imtina etməsivə gələcəkdə aliment tələbi irəli sürməməsi, ona qarşı heç bir tələbinin olmamasına dair öhdəlik götürmüş və həmin sazişin müvafiq bağışlama müqaviləsinin bağlandığı andan qüvvəyə minməsi qeyd olunmuşdur. daha sonra iş materialalrından görünür ki, tərəflər arasında xx xxxxxx 2017-ci il tarixli müvafiq mənzilin 1 otağının bağışlanmasına dair notarial qaydada təsdiq olunmuş bağışlama müqaviləsi bağlanılmış, mübahisə predmeti olan mənzilin 1 otağı iddiaçı tərəfindən cavabdehə bağışlanılmışdır. Həmçinin, iş materialalrından görünür ki, daha sonra mübahisə predmeti olan mənzilin 1 otağı cavabdeh tərəfindən müvafiq bağışlama müqaviləsi əsasında cavabdeh X16 bağışlanılmışdır. Hazırda mübahisə predmeti olan mənzilin 1 otağı cavabdeh X11 mülkiyyətindədir. İddiaçı tərəf Cavabdeh bağışlama müqaviləsinin bağlanılmasının şərtləndiyi öhdəliyi pozduğunu, cavabdehin iddiaçının oğluna qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, bununla müqavilə üzrə öhdəlikərini əsassız olaraq icra etmədiyini əsas gətirərək, Cavabdeh qarşı belə bir iddia tələbi sürmüş və iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. Bundan əlavə, iddiaçı tərəf mübahisə predmeti olan mənzilin 1 otağının cavabdeh tərəfindən digər cavabdeh X16 bağışlanılmasını əsas gətirərək, cavabdehlər arasında bağlanılmış müvafiq bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələbini irəli sürmüş və iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad edilmişdir. Məhkəmə iddia tələbinin iddiaçı ilə Cavabdeh arasında bağlanılmış müvafiq bağışlama müqaviləsinin ləğv edilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında müvafiq bağışlama müqaviləsinin bağlanmasına əsas məhz Cavabdeh öz üzərinə müvafiq öhdəlik götürməsi olmuşdur. Deməli, iddiaçı ilə qeyd olunan cavabdeh arasında müvafiq bağışlama müqaviləsi məhz cavabdehin müvafiq öhdəliyin icrasını öz üzərinə götürməsi nəticəsində bağlanılmışdır. Başqa sözlə, cavabdeh müvafiuq öhdəliyi öz üzərinə götürmüş olmasaydı, həmin bağışlama müqaviləsi bağlanmış olmayacaqdı. Bu halda, məhkəmə tərəflər arasında bağlanılmış bağışlama müqaviləsinin cavabdeh tərəfindən müvafiq öhdəliyin icrasını götürməsi nəticəsində bağlanılması halını əsas götürərək, hesab edir ki, iddiaçı ilə Cavabdeh arasında bağlanılmış müqavfiq bağışlama müqaviləsi məhz həmin öhdəliyin icrasından asılı edilməklə, həmin öhdəliyin icrası ilə şərtləndirilməklə bağlanılmış müqavilə kimi qiymətləndəriliməlidir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabde Cavabdeh bağışlama müqaviləsinin bağlanılmaısnın şərtləndirildiyi öhdəlikləri icra etməmiş, bununla da həmin şərtləri pozmuşdur. Belə ki, cavabdeh müvafiq mənzilin 1 otağının iddiaçı tərəfindən ona bağışlanması müqabilində iddiaçının oğluna qarşı aliment tələbindən imtina etməsi və gələcəkdə aliment tələbi irəli sürməməsinə dair öhdəlik götürmüşdür. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müvafiq yaşayış sahəsi cavabdehə bağışlanıldığı halda, cavabdeh tərəfindən həmin müqvailənin bağlanılmasının şərtləndirildiyi öhdəlik onun tərəfindən pozulmuşdur. Belə ki, cavabdeh tərəfindən iddiaçının oğluna qarşı aliment tələbi irəli sürülmüşdür. Bu faktı hər iki tərəf təsdiq etməklə, qeyd oluna hal işin mübahisəsiz halıdır. Bu halda, məhkəmə hesab edir ki, nəqədər ki, tərəflər arasında bğalanılmış bağışlama müqaviləsi məhz həmin şərtlə şərtləndirilmişdir və həmin müqvailə qeyd olunan şərtin cavabdeh tərəfindən qəbul edilməsinin nəticəsi olaraq bağlanılmışdır, o halda həmin şərtin pozulması özlüyündə cavabdeh tərəfindən öz üzərinə götürüdüyü öhdəliklərin icrasının pozulması kimi qiymətləndirilməlidir. Bu hal da öz növbəsində mülki qanunnvericiliyin tələbinə əsasən bağışlama müqaviləsinin ləğv üçün əsasdır. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, iddia tələbi iddiaçı ilə cavabdeh Hacıyeva (Allahverdiyeva) Zümrüd Həsənağa qızı arasında bağlanılmış bağışlama müqaviləsinin ləğv edilməsi hissəində əsaslı olmaqla, təmin edilməlidir. Məhkəmə iddia tələbinin cavabdeh X20 ilə Cavabdeh arasında bağlanılmış müqavilənin etibarsız hesab edilməsi hissəsi ilə bağlı hesba edir ki, iddia tələbi bu hissədə də əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamnaı müəyyən edilmişdir ki, mübahisə predmeti olan yaşayış sahəsinin otağı Cavabdeh tərəfindən cavabdeh X16 bağışlanılmış və buna dair xx xxxx 2019-cu il tarixli notarial qaydada təsdiq olumuş bağışlama müqaviləsi bağlanılmışdır. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, Cavabdeh 2019-cu ilin mart ayında iddiaçı ilə onun arasında mübahisə predmeti olan yaşayış sahəsinin otağına dair bağışlama müqaviləsinin bağlanılmasının şərtləndirildiyi və həmin müqavilənin bağlanmasına səbəb olan müvafiq sazişin ləğv edilməsinə dair iddia tələbi ilə məhkəmə müarciət etmişdir. Göründüyü kimi, hazırki mülki iş üzrə Cavabdeh müvafiq sazişin iddiaçı ilə aralarında bağışlama müqaviləsinin bağlanması səbəb olduğunu və həmin müqvailənin bağlanmasının məhz onun həmin sazişdən irəli gələn müvafiq öhdəlik götürməsi ilə şərtləndirildiyini bildiyi halda, həmin şərtin pozulması (müvafiq sazişin ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi halı) ilə eyni vaxtda həmin bağışlama müqaviləsinin predmeti olan yaşayış sahəsinin otağının öz anasına digər cavabdeh X16 bağışlamış və buna dair notarila qaydada təsdiq olunmuş müqavilə bağlamışlar. Bu halda, məhkəmə hesab edir ki, qeyd olunan hallar Cavabdeh ilə digər cavabdeh X20 arasında bağlanılmlış bağışlama müqaviləsinin əsl mahiyyətinə zidd olmuşdur. Belə ki, əslində müqavilə tərəflrəinin əsl niyyəti hədiyyə verilməsindən ibarət olmamış, onlar həmin müqaviləni məhz görünüş üçün bağlamışlar. Bu hal isə tərəflərin mülki qanunvericiliyin tələblərini pozmaqla müvafiq bağışlama müqaviləsinin bağlanılmaısna əsas olmuşdur. Halbuki, mülki qanunvericiliyin tələbinə əsasən tərəflərin müvafiq müqavilənin bağlanılmasına dair əsl niyyəti məhz həmin müqavilənin mahiyyətinə uyğun olmalıdır, əks halda həmin müqavilə bağlandığı andan əhəmiyyətsiz əqd olmaqla, etibarsızdır. Qeyd olunan halları əsas götürərək, məhkəmə hesab edir ki, mülki qnaunvericliyin tələbinə əsaəsn Cavabdeh ilə dig\r cavabdeh X20 arasında bağlanılmış bağışlama müqaviləsi mülki qanunvericiliyin şərtlərini pozmaqla bağlanıldığından, etibarsız hesab edilməli və iddia tələbi qeyd olunan hissədə də əsaslı olmaqla təmin edilməlidir. Belə ki, Azərbayucan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsaəsn bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsaəsn əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmçinin, məhkəmə iddia tələbinin cavabdehlərin mübahisə predmeti olan mənzilin bir otağından çıxarılması və iddiaçının həmin mənzlin bir otağına köçürülməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olmaqla təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə qeyd olunan halları, habelə hazırki mülki iş üzrə mübahisə predmeti olan mənzilin otağına dair iddiaçı ilə Cavabdeh arasında bağlanmış müvafiq bağışlama müqaviləsinin ləğv edilməsi, habelə cavabdehlər arasında həmin mənzilin otağına dair bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab eidlməsini əsas götürərək, hesab edir ki, cavabdehlərin mübahsiə predmeti olan mənzildən istiafdə etmək hüququnun qanuni əsası artıq aradan qalxmış olur və həmin məznilin otağı cavabdehlərin qanunsuz sahibliyində olmuş olur. Qeyd olunan halda isə cavabdehlərin müvafiq mənzilin otağından qanuni əsas olmadan istifadə etməsi və iddiaçının mülkiyyətçi qismində həmin məznilin otağından istifadə edə bilməməsi halı məhz iddiaçının qanununla qorunan mülkiyyət hüquqlarının pözulmasına gətirib çıxardır. Ona görə də məhkəmə mülki qanunvericiliyin normalarını əsas götürərək, hesab edir ki, iddia tələbi cavbdehlərin mübahisə predmeti olan mənzilin otağından çıxarılması və iddiaçının həmin mənzilin otağına köçürülməsi hissəsində əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin, iş materiallarından görünür ki, Cavabdeh vəkili və nümayəndəsiiddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəməyə yazılı ərizə təqdim etmişdir. Müvafiq ərizə onunla əsaslandırmışdır ki, iddiaçı tərəfin Cavabdeh tərəfindən bağışlama şərtlərinin pozulmasını ehtimal etdiyi halların İddiaçı 2018-ci ilin fevral və 2019-cu ilin mart ayından tam məlum olmuşdur. belə ki, İddiaçı nümayəndəsi məhkəmə baxış iclaıslarında iştirak etmişdir. Bu hallara baxmayaraq, iddiaçı hazırki iddia tələbi üzrə bir illik iddia müddətinin pozulması ilə müraciət etmişdir. ona görə də iddiaçının qanunla müəyyən edilmiş iddia müddətinin ötürüldüyünü və bu halın iddia tələbindən imtina edilməsi üçün məhkəmə tərəfindən qərara qəbul edilməsi üçün əsasdır. Qeyd olunan halları nəzərə alaraq, heç bir məhkəmə araşdırması aparmadan, iddia tələbindən imtina olunması barədə qəarra qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmiş, ona görə də ərizə təmin olunmamış, iddia müddətinin ötürülməsi əsası tətbiq olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsaəsn başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 374.1-cü maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 673.3-cü maddəsinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında müvafiq bağışlama müqaviləsinin şərtləri cavabdeh tərəfindən (cavabdeh tərəfindən bağışlama müqaviləsinin bağlanılmasına səbəb olan və onun bağlanılmaısnın şərtləndirildiyi müvafiq sazişin ləğv edilməsinə dair iddia tələbi ilə məhkəməyə mürcaiət edilməsi halı ilə) 2019-cu ilin mart ayında pozulmuş, iddiaçı tərəfindən isə müvafiq iddia tələbi ilə məhkəməyə xx xxxxxx 2019-cu il tarixdə müraciət olunmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən mülki qnaunvericiliklə müəyyən eidlmiş bir illik iddia müddətinə dair tələb pozulmamışdır. Qeyd olunan halları əsas götürərək, məhkəmə hesab edir ki, cavabdeh tərəfin müvafiq ərizəsi əsasız olmaqla, hazırki mülki iş üzrə iddia müddətinin ötürülməsi əsası tətbiq edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı ilə cavabdeh Hacıyeva (Allahverdiyeva) Zümrüd Həsənağa qızı arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixdə notarial qaydada rəsmiləşdirilmiş bağışlama müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh ilə X20 arasında bağlanmış notarial qaydada təsdiq olunmuş xx xxxx 2019-cu il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilməli, Cavabdeh və X20 Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 64,02 kv.m , yaşayış sahəsi 42,62 kv.m olan 3 otaqlı mənzilin sahəsi 20,68 kv.m olan bir otağından çıxarılmalı və İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 64,02 kv.m , yaşayış sahəsi 42,62 kv.m olan 3 otaqlı mənzilin sahəsi 20,68 kv.m olan bir otağına köçürülməli, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 216-220ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə cavabdeh Hacıyeva (Allahverdiyeva) Zümrüd Həsənağa qızı arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixdə notarial qaydada rəsmiləşdirilmiş bağışlama müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh ilə X20 arasında bağlanmış xx xxxx 2019-cu il tarixdə notarial qaydada rəsmiləşdirilmiş bağışlama müqaviləsi etibarsız hesab edilsin. Cavabdehlər Cavabdeh və X20 Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 64,02 kv.m , yaşayış sahəsi 42,62 kv.m olan 3 otaqlı mənzilin sahəsi 20,68 kv.m olan bir otağından çıxarılsınlar. İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 64,02 kv.m , yaşayış sahəsi 42,62 kv.m olan 3 otaqlı mənzilin sahəsi 20,68 kv.m olan bir otağına köçürülsün. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-1231/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1231/2020
05.10.2020 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver