Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-738/2025 03.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, mənzildən çıxarılma və mənzilə köçürmə” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq onun mülkiyyətində yaşayan ona qarşı elədiyi haqsızlığı nəzərə alıb bağışlanmanı ləğv edib, Cavabdeh ünvan 5, mənzil 23, Sumqayıt şəhəri 48-ci məhəllədə bina 2, mənzil 31 (Yeni qaydayla AZ5011 Sumqayıt şəhəri, Koroğlu prospekti 9.8 m3 mənzil 1) çıxarıb öz adına olan Sumqayıt şəhəri 12-ci mikrorayon, ev 22, mənzil 23-ə köçürülməsi və onun öz şəxsi mülkiyyətində olan ünvan 2zil 31 (Yeni qaydayla AZ5011 Sumqayıt şəhəri, Koroğlu prospekti, 9.8 mənzil 3, ev 1-ə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərilən bağışlama sözünün xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi ilə əvəz olunmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
3. İddia onunla əsaslandırılmışdır ki, 1985-ci ildə Cavabdeh ilə birgə nikah bağlamaqla ailə həyatı qurmuşdur. Valideynlərin razılığı ilə 1990-cı ilə kimi Özbəkitanda qalmışdırlar. Sonra Özbəkitanda olan evi Sumqayıtda olan bir nəfərin evi ilə dəyişdirmişdirlər. Sumqayıt şəhərinə gəlmişdirlər. İki qızları vardır. İkisi də ailəlidir. Yaşadıqları evdə qəza olmuşdur. Həmin evin əvəzinə dövlət Sumqayıt şəhərində ona 2 otaqlı ev vermişdir. Bu evdədə qeydiyyatdadır. 3 otaqlı evidə almışdır. Həmin ev şəxsi mülkiyyətindədir. Həyat yoldaşı onu saymırdı, onu eşitməkdə istəmirdi. Hara getsə ona demirdi. Gedəndə də soruşurdu ki, hara gedirsən. Ona deyirdi ki, “sən kimsən ki mənim hara getnəyimlə maraqlanırsan. Axırıncı dəfə olsun ki, sən mənimlə maraqlanırsan. Mənim kefim hara istəsə gedəcəm”. Hər gün evdə dava dalaş gedirdi. Qızları ona bu danışıqların bitməyəcəyini, analarının ona qarşı pis münasibət bəslədiyini, şəxsi mülkiyyətində olan Sumqayıt şəhəri, 48-ci məhəllədə bina 2-də yerləşən 31 saylı mənzili (yeni qaydayla AZ.5011 Sumqayıt şəhəri, Koroğlu prospekti, 9.8 M.3 mənzil 1) analarına bağışlamağı, analarının da da bu evi onun adına keçirtmələrini xahiş etmişdir. ünvan 1 ünvanında qeydiyyatda olan evdə qal. Həyat yoldaşı da ona o evi bağışlamağı deyirdi ki, bu evi də onun adına keçirtsin. Belə belə ailəsinin şirin dilinə inanıb, analarının da şirin dilinə aldanıb evi yoldaşının adına keçirtmişdir. Sonra isə evi yoldaşının adına keçirdikdən sonra, o, o biri evi onun adına keçirməmiş, ona bildirmişdir ki, get harda qalırsan qal. Evlərin hər ikisi onlarındır. Həmin evi birgə nikahda olan zaman həyat yoldaşı Cavabdeh adına keçirtmişdir. Çünki onun həyat yoldaşı olduğuna görə evi də onun adına almışdır. Həyat yoldaşı Həqiqət onu eşitmirdi, heç vaxt onu kişi kimi saymırdı. Buna görə də ayrı yaşamağa qərar vermişdirlər. İndi anası evi onun adına keçirtmir. Onlar 2022-ci ildə aldığı evdə bir neçə il yaşamışdırlar. Sonra isə sözləri düz gəlməmişdir. Ayrı-ayrılıqda yaşamağa qərar vermişdirlər. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur ki, həyat yoldaşı onu şəxsi mülkiyyətində olan ünvan 2zil 31-dən çıxarılsın. Həqiqət adına olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 22, mənzil 23 ünvanında köçürülsün. Onun şəxsi mülkiyyətində olan ünvan 2zil 31-ə köçüb. Çünki pis vəziyyətdə qalmışdır.
Etiraz ərizəsinin əsaslandırıldığı hallar:
4. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ona qarşı “bağışlanmanın ləğvi və mənzildən çıxarılma” tələbinə dair iddiasının əsasız, heç bir sübuta əsaslanmadığından rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddia ərizəsində yazılanların heç biri həqiqətə uyğun deyildir və aşağıdakı qaydada həmin iddiaya etiraz edir. Əvvəla iddiaçının da bildirdiyi kimi onunla 1985-ci ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuş və bu gün də rəsmi nikahdadır. Birgə nikahdan 2 övladı anadan olmuş və hazırda hər ikisi yetkinlik yaşına çatıb ailə həyatı qurmuşlar. İddiaçı ilə ailə qurduqdan sonra 1990-cı ilə kimi Özbəkistanda yaşamışdırlar. Daha sonra isə birgə nikahları dövründə Sumqayıt şəhəri, 12ci mikrorayon, ev 22, mənzil 23-ü almış və orada birgə yaşamışdırlar. Həmçinin iddiaçı birgə nikahları dövründə öz adına Sumqayıt şəhəri, 48-ci məhəllə ərazisində yerləşən ev 2, mənzil 31-i almış və adına keçirmişdir. İddiaçı mübahisəli mənzili xx.xx.2022-ci il tarixdə bağışlanma müqaviləsi əsasında ona bağışlamışdır. Həmin vaxt ona hər hansı kənar təzyiq olmamış, mənzili könüllü sürətdə ona bağışlamışdır. Qeyd olunan bağışlanma müqaviləsi əsasında 06.10.22-ci il tarixində mənzilə mülkiyyət hüququna dair çıxarış əldə etmişdir (Reyestr nömrəsi **********89-05101-093022, Qeydiyyat nömrəsi: **********). 24 may 2023cü il tarixdə isə həmin mənzili qızları X3 və X1 vəsiyyət etmişdir. İddiaçı ilə aralarında narazıçılıq olduğu üçün faktiki olaraq ayrılmış və iddiaçı hal-hazırda Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 22, mənzil 23-də yaşayır və ona heç kəs maneçilik törətmir. O isə Sumqayıt şəhəri, 48-ci məhəllə ərazisində yerləşən ev 2, mənzil 31-də yaşayır. Göründüyü kimi iddiaçının iddia ərizəsində qeyd etdikləri onun subyektiv mülahizələri olmaqla, hər hansı mötəbər sübuta əsaslanmır.
Tərəflərin mövqeləri:
5. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, ailə arasında olan münaqişə səbəbindən evini həyat yoldaşının adına qeydiyyatdan keçirmişdir. Belə ki, qızları sözügedən mənzili analarının adına qeydiyyatdan keçirməyini, 12-ci mikrorayonda yerləşən evin isə onun mülkiyyətinə veriləcəyini bildirmişdirlər. Həyat yoldaşına pay hüququ vermişdir. Həyat yoldaşı da ona evdən pay hüququ verməli idi. Hazırda cavabdeh onunla birlikdə yaşamır. O, ailə həyatı qurub həmin evdə yaşamaq istəyir. Mənzil ona geri qaytarılarsa ailəsi ilə birlikdə həmin mənzildə yaşamaq və ailə münasibətlərini bərpa etmək istəyir. Əgər bu mümkün deyilsə, iki otağın ona verilməsini tələb edir. Cavabdehlə aralarında bağlanan nikaha xitam verilməmişdir. Hazırda 12-ci mikrorayonda yerləşən və ilk dəfə ona verilən evdə yaşayır. Həmin ünvanda tək yaşayır. Sözügedən ev iki otaqlıdır. Həmin evdən onu heç kim çıxarmır. Notariusa gedən zaman qızlarının da gəlmələrini və evi adına keçirmələrini bildirmişdir. Lakin onlar gəlməmiş və onu aldatmışdırlar. Üç gün keçmiş evi adına keçirməyəcəklərini bildirmişlər. Hər hansısa narkoloji dispanserdə qeydiyyatı olmamışdır. Qarşı tərəf müalicə almaq üçün onu dəlixanaya aparmışdır. Onu dəli etmək istəyirdilər. Həyat yoldaşının evi uşaqlarına vəsiyyət etdiyindən məlumatı vardır. Hesab etmişdir ki, cavabdeh onu yoxlamaq məqsədilə bunları edir. Bu səbəbdən, müqaviləni mübahisələndirməmişdir. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddiaçının pis vərdişləri vardır. Bununla əlaqədar olaraq 14 yanvar 2021-ci il tarixində həbs edilmişdir. Bağışlama müqaviləsinin bağlanmasından 3 il keçmişdir. Hazırki dövrə qədər evdə qalmağı mübahisə premetinə çevrilməmişdir. Mübahisəli mənzili iddiaçı ilə birlikdə almışdırlar. Böyük qızı evlənənə qədər dərzi olaraq işləmiş və evin alınmasında maddi cəhətdən o da köməklik etmişdir. İddiaçı Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən mənzildə yaşamaq istədiyi üçün Sumqayıt şəhəri, 48-ci məhəllə ərazisində yerləşən mənzilin cavabdehə, Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən mənzilin isə cavabdeh tərəfindən iddiaçıya bağışlanması barədə razılıq əldə etmişdirlər. İddiaçı Sumqayıt şəhəri, 48-ci məhəllə ərazisində yerləşən mənzili ona bağışlamışdır. Cavabdeh isə iddiaçı onu biyabır etdiyi üçün Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən mənzili bağışlamaqdan imtina etmişdir. Şərəf və ləyaqətinin müdafiəsi ilə bağlı məhkəməyə müraciət edəcəkdir. Hal-hazırda Sumqayıt şəhəri, 48-ci məhəllə ərazisində yerləşən mənzili övladlarına vəsiyyət etmişdir.
7. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, tərəflər arasında narazılıq olduğu üçün faktiki olaraq hazırda ayrılmışlar. Cavabdehin bildirdiyinə görə iddiaçının pis vərdişləri olmuş, ailədə dava yaratmışdır. Bununla bağlı dəfələrlə müalicə almışdır. Onun psixiatriya xəstəxanasında qeydiyyatı da vardır. İddiaçı hazırda Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 22, mənzil 23-də yaşayır və ona heç kim maneə yaratmır. Cavabdeh isə hazırda Sumqayıt şəhəri, 48-ci məhəllə ərazisində yerləşən ev 2, mənzil 31-də yaşayır. İddiaçıya hər hansısa kənar müdaxilə yoxdur. Bağışlanma müqaviləsinin ləğvi sözügedən evin iddiaçının adına qeydiyyatdan keçirilməsinə əsas deyil.
8. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhər 3 saylı Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2zil 31 üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır.
10. Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin 10 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 30 nömrəli arayışdan görünür ki, İddiaçı 12-ci mikrorayon, ev 22, mənzil 23 ünvanında yaşayır.
11. İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı ünvan 2zil 31 ünvanında yerləşən, ümumi sahəsi 75 kv.m olan mənzildən ona düşən hissəsini Cavabdeh bağışlamışdır.
12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2zil 31 üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına qeydiyyata alınmışdır.
13. 24.05.2023-cü il tarixli Vəsiyyətnamədən görünür ki, Cavabdeh ölən günədək ona məxsus olan ünvan 2zil 31 ünvanında yerləşən mənzili ünvan 4yatda olan qızları X2 və X1 vəsiyyət etmişdir. Məhkəmə baxışının hədləri:
14. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. -324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. -324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. -337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. -337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. -337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqinəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. -339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. -354.2-ci maddəsinə əsasən həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. -666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. -668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarldır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
Azərbaycan Respublikası Mənzil Məcəlləsi:
30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
16. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi rədd edilməlidir.
17. Belə ki, iş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh birgə nikahdadırlar. ünvan 5 ünvanında yerləşən 23 saylı mənzil İddiaçı məxsus olmuş, o həmin mənzili 21 sentyabr 2022-ci il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh bağışlamışdır. Hazırda iddiaçı Cavabdeh məxsus mənzildə yaşayır. İddiaçı hazırda yuxarıda qeyd edilən ünvan 5 ünvanında yerləşən 23 saylı mənzilə dair bağlanmış 21 sentyabr 2022-ci il tarixli bağışlama müqaviləsinin ləğv edilməsini məhkəmədən xahiş edir.
18. İddiaçı məhkəmə iclasında izahatında həmin müqavilənin ləğv edilməsi əsası kimi cavabdehin onun aldatdığını, həmin mənzili onun adına keçirəcəyi təqdirdə o da özünə aid ünvan 6 ünvanında yerləşən 23 saylı mənzili ona bağışlayacağını vəd etdiyini, lakin qeyd edilən bağışlama müqaviləsini bağladıqdan sonra cavabdehin öz vədinə əməl etməməsini göstərmişdir.
19. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaçının izahatında qeyd etdiklərini təsdiq etmiş, aralarında şifahi olan razılığa əsasən ərinin ona məxsus ünvan 5 ünvanında yerləşən 23 saylı mənzili ona bağışlayacağı təqdirdə, o da özünə məxsus ünvan 6 ünvanında yerləşən 23 saylı mənzili ona bağışlamağa vəd etdiyini bildirmişdir. Məhkəmə iclasında iddiaçı izahatında bildirmişdir ki, aralarında olan gərgin münasibətlərə görə sözügedən mənzili iddiaçıya bağışlamamışdır və bağışlamaq niyyəti də yoxdur.
20. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflərin iradəsinə əsasən bağlanılmış müqavilə başlıca olaraq onların iradələrinə əsaslanan razılaşmaları ilə ləğv edilə bilər. Bu müddəa müqavilə azadlığı prinsipindən irəli gəlir. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya müqavilədə nəzərdə tutulmuş hallarda ləğv edilə bilər.
21. Hazırki işdə müqavilənin əhəmiyyətli dərəcədə pozulması halı müəyyən edilmir. Tərəflər arasında bağlanmış bağışlama müqaviləsindən görünür ki, həmin müqavilə hər hansı bir şərtlə bağlanmamış, cavabdeh bağışlama halında üzərinə hər hansı bir öhdəlik götürməmişdir. İddiaçı tərəfindən müqavilənin ləğvinə səbəb ola biləcəy hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
22. Bağışlamanın hansısa bir şərtdən və ya öhdəlikdən asılı edildiyi iddia olunduqda, tərəflər arasında belə bir şərtin razılaşdırıldığı sübuta yetirilməlidir. Odur ki, daşınmaz əşyanın bağışlanması müqaviləsinin hansısa öhdəliyin icrası şərtilə bağlandığı iddia olunduqda, bu mühüm şərtin qanunla nəzərdə tutulmuş formada – notarial qaydada təsdiqlənmiş yazılı müqavilədə qeyd olunması zəruridir.
23. Mülki Məcəllənin 670.1-ci maddəsinə görə bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Hazırki halda cavabdehin vədi şərt və ya öhdəlik kimi bağışlama müqavilələrində təsbit edilmədiyinə görə etibarlı şərt və ya öhdəlik sayılmır.
24. İddiaçının müqavilənin ləğvi üçün əsas kimi göstərdiyi dəlillər isə qanunvericiliyə müvafiq olaraq müqavilənin ləğvi üçün deyil, etibarsız hesab edilməsi üçün əsas ola bilər. Belə ki, yuxarıda qeyd edildiyi kimi iddiaçı cavabdehin ona verdiyi vədə əməl etməməklə onu aldatdığını iddia edir və bu səbəbdən həmin müqavilənin ləğv edilməsini məhkəmədən xahiş edir. Beləliklə iddiaçı bağışlama müqaviləsinin faktiki olaraq etibarsız hesab edilməsinin qanunda nəzərdə tutulmuş hüquqi əsaslarını qeyd etməklə onun ləğv olunmasını məhkəmədən xahiş etmişdir.
25. İddiaçının həqiqi niyyətini, yəni aldanılmasına istinad edərək müqavilənin ləğv edilməsi niyyətini nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki halda iddiaçının aldanılıbaldanılmadığının müəyyən edilməsi halı, eyni zamanda müqavilənin etibarlı olubolmamasını da ehtiva edir. Başqa sözlə desək müqavilənin bağlanması zamanı aldanılma halının olması müqavilənin etibarsızlığına səbəb olan haldır. Bu səbəbdən də məhkəmə hesab edir ki, məhkəmə tərəfindən iddiaçının həqiqi niyyəti nəzərə alınaraq sözügedən müqavilənin etibarlı olub-olmamasına qiymət verilməlidir.
26. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd edilən normalarının məzmunundan göründüyü kimi aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır.
28. Aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla).
29. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır:
1. Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir;
2. Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır;
3. Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar).
30. Hazırki halda sözügedən müqavilənin bağlanması zamanı aldanma halının olub-olmamasına münasibətdə məhkəmə qeyd edir ki, Cavabdeh məhkəmə iclasında iştirak edərkən öz izahatında sözügedən müqavilənin bağlanması zamanı həmin müqavilənin bağlanacağı halda özünə məxsus mənzili cavabdehə bağışlayacağını şifahi olaraq vəd etdiyini etiraf etmişdir. Məhz bu səbəbdən iddiaçı cavabdehlə sözügedən müqaviləni bağlamağa razılaşmışdır. Beləliklə cavabdeh tərəfindən iddiaçıya yalan məlumat verilməklə, özü üçün əlverişli şərait yaradılması məqsədilə sözügedən müqavilənin bağlanmasına nail olunmuşdur.
31. Bundan başqa tərəflərin izahatlarından da müəyyən olunur ki, müqavilə bağlanarkən onlar arasında münasibətlər gərgin olmuşdur. Yəni İddiaçı tərəfindən Cavabdeh mənzilin bağışlamanın kökündə mənəvi dəyərlər (cavabdehin onun ailə üzvü olması, arvadı olması) dayanmır. Tərəflərin münasibətləri də nəzərə alındıqda aralarında olan gərgin münasibətlər səbəbindən cavabdehin yuxarıda adı çəkilən bağışlama müqaviləsini bağlayan zaman sözügedən mənzili əvəzsiz olaraq iddiaçıya hədiyyə vermək niyyətinin olmaması aşkar görünür.
32. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin vədi aldatma kimi qiymətləndirilməlidir. Müqavilənin aldatma nəticəsində bağlanmasının hüquqi nəticələrinə gəldikdə isə əqdin etibarsızlığı üçün əsaslar mövcud olsa da, yəni əqd etibarsız olsa da, həmin əqdin mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət keçmişdir. Belə ki, Qanunvericilikdə müqavilələrin mübahisələndirilməsi hüququ müddətlə məhdudlaşdırılmışdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.
33. Belə ki, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.
34. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.
35. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.
36. İddiaçı məhkəmə iclasında izahatında bildirmişdir ki, 2022-ci ildə mənzili arvadına bağışladığı zaman notariat orqanında olarkən cavabdehə məxsus mənzilin də ona bağışlanmasını gözləmiş, lakin qızları notariat orqanına gəlməmiş, üç gün gözləmiş, sonra ona bildirmişlər ki, Sumqayıt şəhərində, 12-ci mikrorayonda 22 saylı binada yerləşən 23 saylı mənzili onun adına keçirməyəcəklər. Beləliklə iddiaçının izahatından müəyyən olunur ki, 2022-ci ildə o, cavabdehin ona verdiyi vədə əməl etməyəcəyindən məlumatlı olmuş, lakin bağışlama müqaviləsinin ləğvi ilə bağlı məhkəməyə 18 noyabr 2024-cü il tarixdə müraciət etmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən sözügedən müqavilənin mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 (bir) il müddət ötürülmüşdür. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia bağışlama müqaviləsinin ləğvi (etibarsızlığı) hissəsində təmin edilməməlidir. İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, mənzildən çıxarılma və mənzilə köçürmə tələbinə dair iddiası təmin edilməsin.
37. İddiaçının Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 22, mənzil 23-ə köçürülməsi tələbinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Qeyd olunan normanın tələbindən göründüyü kimi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvünün həmin mənzildən istifadə etmək hüququnun olması qanunla müəyyən olunsa da, tərəflər arasında başqa razılaşma olduğu halda bu hüquqdan istifadə istisna olunur. Hazırki işdə də iddiaçı cavabdehə məxsus mənzildə yaşamaqla həmin mənzildən istifadə edir. İddiaçı məhkəmə iclasında cavabdehin onun həmin mənzildə yaşamasına hər hansı maneə törətmədiyini, onu həmin mənzildən çıxarmadıqlarını bildirmişdir. Beləliklə tərəflərin izahatları əsasında müəyyən edilmişdir ki, aralarındakı münasibətlərin gərgin olması səbəbindən onlar ayrı-ayrı mənzillərdə yaşamaqla bağlı razılamışlar. Məhkəmə qeyd edir ki, Mənzil Məcəlləsinin qeyd olunan normasının əsasında da əşya hüququ deyil, ailə maraqları dayanır. Ailə üzvləri bir yerdə yaşamalı olduğuna görə, bu hüquq ailənin möhkəmləndirilməsinə xidmət edir və ailə üzvlərinin sosial təminatı kimi çıxış edir. Tərəflər arasında münasibətlərin gərginliyini və iddiaçının cavabdehə məxsus mənzildə, yəni ayrı-ayrı mənzillərdə yaşaması ilə bağlı tərəflər arasındakı razılığı nəzərə alaraq məhkəmə hesab edir ki, iddia iddiaçının həmin mənzilə köçürülməsi hissəsində də təmin edilməməlidir.
38. İddiaçının cavabdehlərin başqa mənzilə köçürülməsi ilə bağlı tələbinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçının konkret ünvan göstərməklə cavabdehlərin həmin mənzilə köürülməsini tələb etməyə subyektiv hüququ yoxdur.
39. Cavabdehlərin ünvan 5 ünvanında yerləşən 23 saylı mənzildən çıxarılması ilə bağlı iddiası isə iddiaçının ilkin tələbindən, yəni bağışlama müqaviləsinin ləğvi tələbindən aslı olduğundan və həmin iddia təmin edilmədiyindən bu iddia da təmin edilə bilməz.
40. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, mənzildən çıxarılma və mənzilə köçürmə tələbinə dair iddiası təmin edilməməlidir.
Nəticə:
1. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, mənzildən çıxarılma və mənzilə köçürmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva