Məhkəmə qərarları › İş №2(002)-1288/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1288/2022

01.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1288/2022 01.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X16 oğlunun katibliyi, İlk iddia tələbi üzrə İddiaçı, onun vəkili və nümayəndəsi, İlk iddia tələbi üzrə cavabdeh Cavabdeh, onun vəkili və nümayəndəsinin iştirakı ilə, İlk iddia tələbi üzrə İddiaçının ilk iddia tələbi üzrə Cavabdeh qarşı «cavabdehə məxsus əşyaların yaşadığı evdən çıxarılması» tələbinə dair ilk iddia ərizəsi, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdehnun qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı qarşı "əmlak" tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İlk iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “cavabdeh məxsus əşyaların yaşadığı evdən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus olub yaşadığı ünvaqeyd edilən ünvanda yerləşdirilmiş əşyaların çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi üzrə İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh oğlu X5 ilə 09 oktyabr 2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş,birgə nikahdan Mələk adlı bir uşaqları olmuşdur.Xasiyyətləri tutmadığından Qaradağ Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur.Hələ nikahları pozulmamışdan 3-4 ay qabaq cavabdeh valideynlərinin yaşadığı ünvana getmiş və bir daha qayıtmamışdır.Cavabdeh ailə üzvü deyildir,uzun müddətdir ki,valideynləri ilə yaşasa da əşyaları evindədir.Cavabdehə məxsus olan əşyaları evində olması ona problemlər yaradır,evinin otaqlarından sərbəst ifadə edə bilmir.Hazırda otağı təmirə ehtiyacı vardır,cavabdehin əşyaları orada yerləşdiyindən təmiri həyata keçirə bilmir. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ilk iddia tələbi üzrə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək, Divan kreslo; stol (bir ədəd); stul (altı ədəd); lüstr (iki ədəd); qonaq otağı üçün pərdə (üç ədəd); Samsung telelvizoru (bir ədəd); televizor altlığı (bir ədəd); böyük güldan gülqarışıq (bir ədəd); əl işi süfrə (bir ədəd); ağ sürfə (bir ədəd); ağ sürfə,qutuda(bir ədəd); koriçni sürfə (bir ədəd); göy naxışlı sürfə (iki ədəd); iki qutu altı ədədlik çay dəsmalı; təzə yataq dəsti iki nəfərlik (qutuda); işlənmiş iki nəfərlik yataq dəsti (üç qutuda); yataq üzü dəsti (üçədəd); uşaq üçün yataq (bir ədəd); tək nəfərlik buxovı ədyal (iki ədəd); suintifon yorğan (bir ədəd); sintifon yastıq (dörd ədəd); tük yastıq (üç ədəd); tək nəfərlik yorğan (üç ədəd); tək nəfərlik döşək (üç ədəd); döşəkçə (altı ədəd); LG markalı paltar yuyan (bir ədəd); divar saatı (bir ədəd); spalnı sadə lüstr (bir ədəd); ət çəkən maşın (bir ədəd); soba (bir ədəd); ütü (bir ədəd); ütü masası (bir ədəd); naçnik (bir ədəd); yataq otağına aid pərdə (iki ədəd); qonaq otağına aid xalça (bir ədəd); servant (bir ədəd); kamod (bir ədəd); şkaf (iki ədəd); çarpayı (bir ədəd);tumboçka (iki ədəd); xurustal stəkan ((altı ədəd); xurustal armudu stəkan (on iki ədəd); nəlbəki (on iki ədəd); kiçik nəlbəki (iki ədəd); sok stəkanı (on ədəd); sadə xrustal stəkan (altıədəd); yemək dəsti göy rəngdə (on iki nəfərlik); qaşıq/bıçaq, çəngəl dəsti 22 nəfərlik (bir ədəd); qara qabda mətbəx bışaqları (beş ədəd); yaşıl rəngli kasalar (altı ədəd); çörək qabı (bir ədəd); çuqun vedrə (iki ədəd); yataq otağına aid xalça (bir ədəd); dəst şəklində qaşıq dəsti (birədəd); ağ qaşıq (dörd ədəd); taxta qaşıq(iki ədəd); oxlov (iki ədəd); bel bankası (On beş ədəd); plastik dəmir süzgəc (bir ədəd); torka (bir ədəd); aşsüzənfbir ədəd); çaydan (iki ədəd); çaynik (iki ədəd); böyük ölçülü dəm çayniki (iki ədəd) sarı çuqun qazan (bir ədəd); göyərti taxtası (iki ədəd); plastik ləyən (üç ədəd); şüşə saxlama qabı (bir ədəd); çərəz qabı (bir ədəd); sadə xrustal qənd qabı (iki ədəd); termos (bir ədəd); dəst şəklində altıdənəli veşilka (bir ədəd); dəmir padnos (iki ədəd); tort boşqabı (üç ədəd); dörddənəli nikelli qazan dəsti(bir ədəd); divan kreslo üzlüyü (bir ədəd); fincan dəsti (iki dəst); ağ çuqun dəsti (bir dəst); bokal (on iki ədəd); çaynı servis altı nəfərlik (bir ədəd); xrustal meyvə qabı (iki ədəd); xrustal konfet qabı (iki ədəd); xrustal güldan (bir ədəd); sadə düz qabı (paçkada); üzü naxışlı xrustal meyvə qabı (bir ədəd); qrafınka (bir ədəd); sadə güldan (bir ədəd); xrustal mürəbbə qabı (iki ədəd); altı dənəli gümüşü rəngdə qaşlı dolça; altı nəfərlik çaynı fincan (bir dəst); altınəfərlik yaşıldolça (bir ədəd); altı nəfərlik xrustal bokal; ağ dəsmal (iki ədəd); rozıvi iki dənəli dəsmal; hamam dəsmalı işlənmiş ağ (bir ədəd); hamam xalatı işlənmiş (bir ədəd); çəhrayı rəngdə işlənmiş hamam dəsmali (bir ədəd); işlənmiş ağ hamam dəsmali (iki ədəd); işlənmiş pastal dəsti çüt nəfərlik (iki ədəd); işlənmiş pastel dəsti tək nəfərlik (bir ədəd) qeyd olunması xahiş etmişdir. İlk iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ona məxsus 1 ədəd sırğa, 5,36 qram 750əyyar dəyəri 550 manat, boyunbağı və qolbaq komplekt şəkilində (İtalyan istehsalı) 32,0 qram əyyar 750- dəyəri 2200 manat, nişan üzüyü 6,75 qram, əyyar 750, dəyəri 550 manat, 1 ədəd komplekt dəst üzük-sırğa 15 qram əyyar 750 dəyəri 1200 manat qızıl zinyət əşyalarmın 2 ədəd qəhvəyi dəsmal 1 ədədi 8 manat, 2 ədəd ağ dəsmal 1 ədədi 9,50 manat,2 ədəd-rozvi dəsmal 1 ədədi 8 manat,6 ədəd ag güpürlü dəsmal qutu 48 manat, 1 ədəd hamam dəsmalı ağ güpürlü 55 manat, 1 ədəd hamam xalatı (dəst dəsmal qətvə) 80 manat, 1 ədəd hamam dəsmalı çəhrayı 25 manat, 2 ədəd ağ hamam dəsmah naxışh 1 ədədi 19 manat, 1 ədəd hamam dəsmalı qutuda 27 manat, 2 ədəd dəsmal qutuda 32 manat, 1 ədəd əl işi süfrə 80 manat,! ədəd küpürlü süfrə 45 manat, 1 ədəd ağ süfrə 25 manat, 1 ədəd qutuda süfrə ag rəngli 38 manat, 2 ədəd narıncı süfrə 15 manat, 2 ədəd göy naxışlı süfrə 15 manat,2 ədəd ağ uzun süfrə 22 manat,3 qutu 6 ədədli çay dəsmalı qutusu 25 manat, 1 qutu 6 ədədli çay dəsmalı 40 manat,6 ədəd rəngli çay dəsmalı ədədi3,50 manat,lədəd mətbəx dəsmalı 9 manat,4 qutu yataq dəsti (2 nəfərlik 85 manat, 40 manat, 35 manat və 35 manat,3 qutu yataq dəsti (tək) 45 manat, 4 ədəd yastıq üzü ədədi 7 manat güpürlü, 2 ədəd yataq (uşaq üçün) qutusu 18 manat,25 manat, 2 ədəd pxovu ədyal (tək nəfərlik) ədədi 25 manat, 2 ədəd pxovu ədyal (tək nəfərlik) 15 manat,2 ədəd pxovu nazik (tək nəfərlik) ədədi 12 manat, 1 ədəd rəngli ədyal 18 manat, 1 ədəd sinifon yorğan 42 manat,4 ədəd sinifon yastıq 15 manat,4 ədəd tük yastıq 25 manat,3 ədəd yorğan (tək nəfərlik),3 ədəd döşək(tək nəfərlik),! ədəd yorğan+döşək (cüt nəfərlik) cəmi 1000 manat,3 dəst taxt üzlüyü 40 manat, 50 manat,280 manat,6 ədəd döşəkçə,1 ədəd televizor 82 ekran 600 manat, 1 ədəd divan 2 ədəd kreslo 1200 manat 60 manat üzlüyü,40 manat döşəkçə,1 ədəd “LG” markalı DVD aparatı 50 manat. 1 ədəd TV atlığı dəstə daxil idi, 1 ədəd paltaryuyan “LG” markalı 6 kq 800 manat, 1 ədəd divar saatı 35 manat, 1 ədəd stol və 6 ədəd stul 650 manat.3 ədəd lustur 2su xurustal ikisi hr biri 140 manat biri 60 manat sadə, 1 ədəd “Galaksi” markalı ət çəkən 260 manat,1 ədəd “Galaksi” markalı soba 180 manat, 1 ədəd ütü “Tefal” maarlaı 50 manat, 1 ədəd“Веко” markalı tozsoran 165 manat, 1 ədəd ütü masası 45 manat,1 ədəd “Tefal” markalı elektrik çayniki 70 manat, 1 ədəd naçnik 50 ABŞ dolları,3 ədəd qonaq otaqəna aid pərdə 550 manat,2 ədəd yataq otağına aid pərdə 260 manat,! ədəd qonaq otğama aid xalça 500 manat, 1 ədəd yataq otağına aid xalça 250 manat, 1 ədəd qonaq otağı dəsti 2 servant, 1 kamot, tv atlığı), 1 ədəd yataq otağı dəsti ( lədəd şkaf, çarpayı, kamot, tumba),12 ədəd xrustal stəkan (orginal xruatal) 110 manat, 12 ədəd xrustal stkan armudu (orginal xrustal) 80 manat, 12 ədəd nəlbəki, 12 ədəd kiçik nəlbəki 64 manat,12 ədəd sadə xrustal, 12 ədəd sadə nəlbəki stəkan 15 manat, nəlbəki 16 manat, 12 ədəd su stəkanı, 12 ədəd sok stəkanı 9 manat, 12 manat, 2 ədəd qrafinka 6 manat, 12 nəfərlik yemək dəsti (goy rəngli) 330 manat kasa- niçmə,aş boşqabı, dolma boşqabı, 6 nəfərlik sadə yemək dəsti (qırmızı naxışlı) 45manat,12 ədəd kkiçik ölçülü masqura 1 ədəd 90 qəpik, 1 ədəd 12 nəfərik qaşıq,bıçaq,çəngəl dəsti 230 manat,5 ədəd mətbəx bıçağı (qara qulplu) 1 ədəd 1,50 qəpik, 1 ədəd 6 ədədli meyvə bıçağı 7,40 manat, 12 ədəd yaşıl rəngli kasa 16 manat, 1 ədəd dsət şəklində bıçaq dəsti 40 manat, 1 ədəd dəst şəklində qaşıq dəsti plastik 35 manat, 1 ədəd çörək qabı 3 manat, 2 ədəd cuğun vedrə 1 ədədi 25 manat,2 ədəd aliminum vedrə böyük və balaca olmaqla 1 ədədi 10 manat,2 ədəd slab (taxta) 1 ədəd 3,50 manat, 1 ədəd pas-pas vedrə 21 manat, 1 ədəd zibil vedrə 9 manat, 6 ədəd ağ qaşıq 1 ədədi 2,50 manat, 4 ədəd taxta qaşıq (Böyük-balaça olmaqla) 1 ədədi 2,50 manat,3 ədəd oxlov (2 böyük, bir balaça) 9 manat,3 ədəd dörd ayaq (1 böyük, 1 orta,1 kiçik) 28 manat,3 paçka spilka (2 ədəd24 ədədli, 1 ədəd 6 ədədli) 6 manat,2 ədəd paltar ipi ədədi 4,50 manat cəmi 8 manat, 1 ədəd vanna otağı üçün pərdə 7 manat, bel bankaları 20 ədəd cəmi 8 manat, 1 ədəd plastik masa- dəmir sizgəc 2 ədəd 1 manat və 4 manat, 2 ədəd torka ağ və qəhvəyi (böyük ölçüdə) 10 manat, 1 ədəd aşşüsən və 2 ədəd aşşüsən plasmasdan 11 manat və 5 manat, 2 ədəd çaydan 38-lik (çuqun) ədədi 15 manat, 2 ədəd dəm çayniki böyük ölçülü 3 ədəd ag güllüi 9 manat, 5 manat, 1 ədəd dəst çaydan 21 manat, 1 ədəd böyük cuqun qazan (rəngi sarı) 18 manat,2 ədəd göyərti taxtası, 2 ədəd plasmas 4,50 manat, 3 manat ədədi, 1 ədəd çrək qabı 2,50 manat, 3 ədəd böyük ölçüdə plastik ləyən ədədi 6 manat,4 ədəd orta plastik qab 1 ədədi 2 manat,2 ədəd kiçik plastik qab 1 ədədi 1 manat,3 ədədli şüşə saxlama qabı 5 manat,4 ədədli plastik saxlama qabı 7 manat,5 ədədli çuqun saxlama qabı 45 manat, lədəd 6 ədədli varinə qabı 8 manat, 1 ədəd 6 ədədli çərəz qabı 17 manat,2 ədəd xrustal qənd qabı ədədi 15 manat,3 ədəd ələk 2 ədəd nikelli, 1 ədəd taxta 6 manat 3 manat, 1 ədəd 58-ıil termoz, 1 ədəd 1,5 lik termoz 35 manat 8 manat, 2 ədəd plastik vanna (böyük kiçik olmaqla 10 manat 6 manat, 1 ədəd xəkəndaz süpürgə 15 manat,2 ədəd süpürgə ədədi 3 manat,1 ədəd qab yuyan plastik 22 manat,1 ədəd zibil vedrəsi 8 manat, 3 ədəd dəst şəklində nikel veşilka 6 ədədli 1 ədəd 5 manat,2 ədəd böyük 1 ədəd kiçik nikelli podnos 23 manat,8 manat, 2 ədəd plastik podnos ədədi 3 manat, 3 dəst tort boşqabı (6 ədəd kiçik 1 ədəd böyük qutusu 43 manat,55 manat, 4 dəst fincan dəsti qutuda (rəngi ag, sadə) 25 manat, 15 manat, 18 manat,28 manat, 1 ədəd nikelli qazan dəsti (6 ədədli- 180 manat1 ədəd qranir qazan dəsti (5 ədədli) 90 manat,! ədəd cuqun qazan dəsti (5 ədədli) 55 manat, 1 ədəd 6 nəfərlik çaynı serviz (rəngi ağ )80 manat, 4 paçka 6 nəfərlik fincan dəsti (qutuda) 25 manat, 15 manat, 18 manat,28 manat,2 ədəd xrustal meyvə qabı (orginal) 600 manat,2 ədəd xrustal konfet qabı (orjinal) 80 manat,80 manat,2 ədəd güldan 1 ədəd orginal 1 ədəd sadə 90 manat 30 manat,2 ədəd gül qabı ədədi 12 manat xrustal, 1 paçdka duz qabı 6 ədədli xrustal 18 manat, 1 ədəd üzəri naxışlı xrustal orjinal meyvə qabı 120 manat, 2 ədəd qrafin 2 lik ədədi 3 manat, 3 ədəd çilçirqa ( 2 ədədi xrustal, 1 ədəd sadə) 220 manat 60 manat, 1 ədəd güldan içində güllər 55 manat güldan,30 manat gül, 2 ədəd xrustal mürəbbə qabı( xrustal) 1 ədədi 45 manat, 12 ədəd xrustal bakal 75 manat, cəmi 22409 (iyirmi iki min dörd yüz doqquz)manat dəyərində əşyaların özü və ya dəyərininvə ödənilmiş 161 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra qarşılıqlı iddia tələbi üzrə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək,iddiaçının soyadı mexaniki səhv olaraq Bəbişova kimi yazılmışdır.İddiaçının soyadının Bəşirova olmasının nəzərə alınmasını xahiş etmişdir. İlk iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsinin onunla əsaslandırmışdır ki, o cavabdehlə 28 sentyabr 2012ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir,birgə nikahdan 2 aprel 2013-cü il tarixdə Mələk adlı bir uşağımız doğulmuşdur. 2019-cu ilin təxminən noyabr ayında ailə münasibətləri zəmnində cavabdehlə arasında narazılıq olmuş və mən xəstəxanaya düzmüşəm. Xəstəxanadan da çıxıb ata evimə gəlmişəm və həmin vaxtdan da ata evində yaşayır. Ona məxsus qızıl zinyət əşyaları və cehiz əşyaları cavabdehin evində qalmışdır və ona verməkdən imtina edirlər. Qeyd etdiyi qızıl zinyət və cehiz əşyalar hazırda cavabdehdədir. Qeyd olunan halların nəzərə alınaraq, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. İlk iddia tələbi üzrə iddiaçı məhkəmə iclasında iştirak edərək, ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini qismən qəbul edərək, izahat verərək, öz izahatında evdə olan əşyaların hamısının qaytarılmasına razı olduğunu, aktda hansı əşya yazılıbsa, hamısının ona qaytarılmasına razı olduğunu, lakin qızıl-zinət əşyaları ilə bağlı razı olmadığını, çünki onun tərəfindən hansısa qızıl əşyanın verilmədiyini, toyda hansı qızıllar verilibsə, gedib yoldaşından istəsin, onda heç bir qızıl əşyası olmadığını, gəlinin evdən zəhərlənərək xəstəxanaya getdiyini, evdən həmin vəziyyətdə çıxdığını, xəstəxanadan da birbaşa ata evinə getdiyini bildirərək, ilk iddia tələbinin təmin eidlməsini, qarşılıqlı iddia tələbinin qismən təmin eidlməsini məhkəmədən xahiş etdi. İlk iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında ilk iddia tələbi üzrə iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini qismən qəbul edərək,aktla razı olduğunu,ilk iddiaçıda qızıl zinət əşyalarının olmadığını, qızıl-zinət əşyalarını keçmiş həyat yoldaşında tələb etməli olduğunu, buna görə onun cavabdehilik daşıdığını, bu hissədə onun iddia tələbinə cavab verməli olmayan şəxs olduğunu bildirərək, bu halların nəzərə alınaraq, ilk iddianın təmin edilməsini, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı məhkəmə iclasında qarşılıqlı iddia tələbi üzrə iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, qarşılılqlı iddia tələbini müdafiə edərək, ilk iddia tələbinə etiraz edərək, öz izahatında icra məmurunun tərtib etdiyi aktla qismən razı olduğunu, əşyalarının indiyədək işlədildiyini, istifadə edildiyini, çoxunun yararsız hala düşdüyünü,qızıl-zinət əşyalarının qaynanasında olduğunu, o isə vəfat etdiyindən indi iddiaçı həmin əşyaları ona verməli olduğunu, çünki o evi tərk edərəkən, zəhərlənmiş halda birbaşa xəstəxanaya getdiyini, dərman içib zəhərləndiyini, evdən o vəziyyətdə çıxdığı halda, necə o qızılları götürə bilərdi, xəstəxanadan da birbaşa ata evinə getdiyini, indiyədək də qızılların onlarda qaldığını bildirərək, bu halların nəzərə alınaraq, ilk iddianın və qarşılqlı iddianın təmin eidlməsini məhkəmədən xahiş etdi. İlk iddia tələbi üzrə cavabdehin vəkili və nümayəndəsi məhkəmə iclasında qarşılıqlı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, ilk iddia tələbini qismən qəbul edərək, qarşılıqlı iddia tələbini müdafiə edərək, öz izahatında aktla qismən razı olduqlarının, yarasız halda olan əşyaların qeyd eidlmədiyini,qızıl-zinət əşyalarının qiyməti barədə sənədlərinin olduğunu, qızıl-zinət əşyaları toyda gəlinə hədiyyə kimi verildiyini, iddiaçı evdən elə bir vəziyyətdə çıxarkən qıızlları özü ilə götürmək imkanı olması qeyri-mümkün olmuş, ona görə də həmin qızılların da ona qaytarılmalı olduğunu bildirərək, bu halların nəzərə alınaraq, ilk iddianın qismən təmin edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Maraqlı şəxs X5 məhkəmə iclasının yeri vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki,məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək, öz ifadəsində gəlinin xalası olduğunu, qızıl-zinət əşyaları ilk iddiaçı olan qaynata olduğunu, evdə problemləri qaynana yaratdığını, ailənin dağılmaısnın səbəbkarının o olduğunu, gəlin evdən heç bir əşyasını götürə bilməyib, ancaq özünün uşağı evdən çıxarda bilib, heç bir qızıl əşyasını da ona qyatarmadığını qeyd etmişdir. iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)- 956/2021 saylı qətnaməsinin surətindən görünür ki, X5 ilə X8 arasında xx.xx.2012-ci il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsində bağlanmış və 952 nömrəsi ilə qeydə alınmış nikah pozulsun,Nikah pozulduqdan sonra xx.xx.2013-cü il təvəllüdlü X1 anası X4 yanında qalması müəyyən edilsin,30 iyun 2021-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı X2 hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq cavabdeh X6 ödənilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2022ci il tarixli aktın məzmunundan aydın olur ki, Qaradağ Rayon İcra Şöbəsinin böyük icra məmuru A.Əlizadə,hal şahidləri:Bakı şəhəri,Səngəçal qəsəbəsi,Oktyabrın 70 illiyi küçəsi,ev 1,mənzil 23-də yaşayan X9,Bakı şəhəri,Mikayıl Rəhimli küçəsi,ev 21,mənzil 11-də yaşayan X12,tələbkar Cavabdeh borclu İddiaçı Əliabbas oğlunun iştirakı ilə bu aktı tərtib edirlər.Ondan ötrü ki,Qaradağ Rayon Məhkəməsinin MTT(002)-56/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən icra sənədi üzrə göstərilən cehiz və qızı-zinət əşyalarının üzərinə həbs qoyulmaqla,həmin əşyaların gizlənilməsi,zədələnməsi və məhv edilməsi İddiaçı Əliabbas oğluna,X3 və başqa şəxslərə qadağan edilməlidir.İcra vərəqəsinin icrası ilə bağlı icra sənədində göstərilən ünvana gəlmi.,Ünvanda olarkən:1)2 ədəd rozvi dəsmal 1 ədədi 8 manat, 2)1 ədəd hamam dəsmalı ağ güpürlü 55 manat, 3)1 ədəd hamam dəsmalı çəhrayı 8 manat, 4)2 ədəd ağ hamam dəsmalı naxışlı 1 ədədi 19 manat, 5)1 ədəd hamam dəsmalı qutuda 27 manat, 6) 2 ədəd dəsmal qutuda 32 manat, 7) 1 ədəd əl işi süfrə 80 manat, 8) 1 ədəd küpürlü süfrə 45 manat, 9)1 ədəd küpürlü süfrə 25 manat 10) 1 ədəd qutuda süfrə ağ rəngli 38 manat 11) 1 ədəd narıncı süfrə 15 manat, 12) 1 ədəd göy naxışlı süfrə 15 manat 13) 2 qutu 6 ədədli çay dəsmalı qutusu 25 manat, 14)1 ədəd rəngli çay dəsmalı ədədi 350 manat 15) 2 qutu yataq dəsti(2 nəfərlik) (85 manat,40 manat,35 manat və 35 manat) ümumilikdə dəyəri, 16) 2 qutu yataq dəsti (tək) 45 manat 14) 1 ədəd rəngli çay dəsmalı ədədi 3.50 manat 17) 4 ədəd yastıq üzü ədədi 7 manat güpürlü 18)2 ədəd yataq (uşaq üçün) qutusu 18 manat, 25 manat, 19)2 ədəd pxovu ədyal (tək nəfərlik) ədədi 25 manat, 20) 2 ədəd pxovu ədyal (tək nəfərlik) 15 manat, 21)2 ədəd pxovu nazik (tək nəfərlik) ədədi 12 manat, 22) 1 ədəd rəngli ədyal 18 manat 23) 1 ədəd sintifon yorğan 42 manat 24) 2 ədəd sintifon yastıq 15 manat 25)4 ədəd tük yastıq 25 manat 26) 3 ədəd yorğan (tək nəfərlik) 27) 3 ədəd döşək (tək nəfərlik) 28) 3 dəst taxt üzlüyü 40 manat,50 manat,280 manat 29) 6 ədəd döşəkçə 30) 1 ədəd televizor 82 ekra 600 manat 31) 1 ədəd divan 2 ədəd kreslo 1200 manat 60 manat üzlüyü 40 manat döşəkçə 32)1 ədəd Tv altlığı dəstə daxil idi 33) 1 ədəd paltaryuyan “LG” markalı 6 kg 800 manat 34) 1 ədəd divar saatı 35 manat 35)1 ədəd stol və 6 ədəd stul 650 manat 36)3 ədəd lüstür 2-si xrustal ikisi hər biri 140 manat biri 60 manat sadə 37)1 ədəd “Galaksi” markalı ət çəkən 260 manat 38) 1 ədəd “Galaksi” markalı soba 180 manat 39) 1 ədəd ütü masası 45 manat 40)1 ədəd naçnik 50 ABŞ dolları 41) 3 ədəd qonaq otağına aid pərdə 55 manat 42) 2ədəd yataq otağına ad pərdə 260 manat 43) 1 ədəd qonaq otağına aid xalça 500 manat 44) 1 ədəd yataq otağına aid xalça 250 manat 45) 1 ədəd qonaq otağı dəsti 2 servant, 1 kamot, tv altlığı 46) 1 ədəd yataq otağı dəsti ( 1ədəd şkaf çarpayı,kamot,tumba) 47) 5 ədəd xrustal stəkan (orijinal xrustal) 110 manat 48) 12 ədəd xrustal stəkan armudu original xrustal 80 manat 49) 11 ədəd nəlbəki 50) 12 ədəd kiçik nəlbəki 64 manat 51) 9 ədəd sok stəkan 9 manat, 52) 12 nəfərlik yemək dəsti (göyrəngli) 330 manat-nimçə aş boşqabı dolma boşqabı 53) 1 ədəd 12 nəfərlik qaşıq bıçaq çəngəl dəsti 230 manat 54) 12 ədəd yaşıl rəngli kasa 16 manat 55) 1 ədəd dəst şəklində bıçaq dəsti 40 manat 56) 1 ədəd dəst şəklində qaşıq dəsti plastik 35 manat 57) 1 ədəd çörək qabı 3 manat 58) 2 ədəd cuğun vedrə 1 ədədi 25 manat 59) 1 ədəd kuxna otağı üçün pərdə 7 manat 60) 2 ədəd plastik maşa dəmir süzgəc 2 ədəd 1manat 61) 2 ədəd dəm çayniki böyük ölçülü 62) 1 ədəd dəst çaydan 21 manat 63) 1 ədəd böyük çuqun qazan (rəngi sarı) 18 manat 64) 1 ədəd çörək qabı 2.50 manat 65) 1 ədəd 6 ədədli çərəz qabı 17 manat 66) 2 ədəd xrustal qənd qabı ədədi 15 manat 67) 1 ədəd 58-li termoz 68) 3 dəst tort boşqabı (6 ədəd kiçik 1 ədəd böyük qutusu 43 manat 55 manat 69) 1 ədəd nikel qazan dəsti (6 ədədli-180 manat) 70) 1 ədəd qranir qazan dəsti (5 ədədi) 90 manat 71) 1 ədədi cuun qazan dəsti (5 ədədi) 55 manat,72) 1 ədəd 6 nəfərlik çaynı serviz (rəngi ağ) 73) 2 ədəd xrustal meyvə qabı (original) 600 manat 74) 2 ədəd xrustal konfet qabı (original) 80 manat,80 manat 75) 2 ədəd güldan 1 ədəd original 1 ədəd sadə 90 manat 30 manat 76) 2 ədəd gül qabı ədədi 12 manat xrustal 77) 1 paçka duz qabı 6 ədədli xrustal 18 manat 78) 3 ədəd çılçıraq (2 ədədi xrustal,1 ədədi sadə) 220 manat ,60 manat 79) 1 ədəd güldan içində güllər 55 manat güldan 30 manat gül 80) 2 ədəd xrustal mürəbbə qabı(xrustal) 1 ədəd xrustal bakal 75 manat olan əmlaklar üzərinə həbs qoyuldu,həmin əşyaların gizlədilməsi,zədələnməsi və məhv edilməsi İddiaçı Əliabbas oğluna və başqa şəxslərə qadağan edildi. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə ilk öncə onu qeyd edir ki, hazırki mülki iş üzrə ilk iddia tələbi üzrə və qarşılıqlı iddia tələbi üzrə sübutetmə öhdəliyi məhz ilk iddiaçı və qarşılıqı iddiaçının üzərinə düşür. Həmçinin, məhkəmə ilk öncə onu qeyd edir ki, ilk iddiaçı ilk iddia tələbi üzrə cavabdehin qaynatası olmaqla, ilk iddia tələbi üzrə cavabdehlə onun oğlu arasında bağlanmış nikah pozulması, qarşılıqlı iddiaçıya məxsus olan cehiz əmlaklar ilk iddiaçının faktiki istifadəsində olan yaşayış evində qalması işin mübahisəsiz hallarıdır.İlk iddiaçı cavabdehdən həmin cehiz əşyalarının yaşayış evindən çıxardılmasını tələb etmiş, qarşılıqlı iddiaçı isə cehiz əmlaklarının və nikah zamanı hədiyyə şəklində ona verilmiş qızıl-zinət əşyalarının ona qaytarılmasını tələb etmişdir, tərəflər aarsında olan mübahisəli hal hansı əmlakların cehiz kimi aparılıb-aparılmaması ilə bağlıdır. Həmçinin, məhkəmə ilk iddia tələbi ilə bağlı onu qeyd edir ki, hazırki mülki iş üzrə ilk iddia tələbinə dair MMnin 157.4 və 157.8-ci maddəsinin dispozitiv şərtləri mövcud olduğundan, ilk iddia tələbi ilk iddiaçıda qalması aşakr edilmiş əmlakların yaşayış evində çıxarılması hissəsində təmin edilməli, qalan hissədə isə (iddia tələbində qeyd edilmiş, lakin müvafiq aktda əks olunmamış əmlakların ilk iddia tələbi üzrə cavabdehə məxsus olası və mövcudluğu halına dair heç bir sübutu məhkəməyə təqdim edilmədiyindən) təmin edilməməlidir. Həmçinin, məhkəmə qarşılıqlı iddia tələbinin qızıl-zinət əşyalarının qaytarılması hissəsi ilə bağlı hesab edir ki, qeyd edilən hissədə iddia tələbi tələb üzrə cavab verməli olmayan şəxsə qarşı qaldırıldığından, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, qeyd edilən hissədə qarşılıqlı iddiaçının iddia tələbinin predmetini məhz nikah dövründə hədiyyə şəklində əldə edilmiş əmlakla bağlı olduğundan, ər-arvadın əmlakının hüquqi rejiminin təsiri altına düşdüyündən, qeyd edilən hissədə iddia tələbinin qanuni əsası qismində MM-nin 225-ci maddəsi və Ailə Məcəlləsinin 34-cü maddəsinin dispozitiv şərtləri çıxış edir ki, qeyd edilən maddələrin dispozitiv şərtləri məhz ər-arvadın əmlakının hüquqi rejimini müəyyən edir. Bu baxımndan hazırki mülki iş üzrə qeyd edilən hissədə tələb üzrə cavab verməli olan şəxs ilk iddiaçı ( qayınata) deyil məhz ər çıxış edə bilərdi. Ona görə də, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi ilk iddia tələbi üzrə iddiaçıya qarşı yönəldiyindən, indiki halda ilk iddia tələbi üzrə iddiaçı tələb üzrə cavab verməli olmayan şəxs olduğundan, həmin hissədə iddia tələbi üzrə hər hansı araşdırma aparılmadan, təmin edilməməlidir. Həmçinin, məhkəmə qarşılıqlı iddia tələbinin cehiz əmlakların qaytarılması hissəsi ilə bağlı onu qeyd edirik, məhkəmə araşdırması zamanı mübahisəli əmlaklarla bağlı icra məmuru tərəfindən akt tərtib olunmuş və əşkar olunmuş əmlaklar siyahıya alınmış, bəzi əşyalar isə aşkar olunmamışdır. Qarşılıqlı iddia tələbi üzrə cavabdeh isə iddia tələbi üzrə onun evində mövcud olan, icra məmuru tərəfindən siyahıya alınmış cehiz əşyalarının geri qaytarmağa razı olduğunu bildirmişdir.Qarşılıqlı iddiaçı tərəfindən isə müvafiq akt əsasında cavabdehin evində aşkar eidlməyən və cehiz əmlak qimsində cavabdehin evində qalması halına istinad etdiyi əmlaklarla bağlı heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir, hansi ki bu halın sübut etmək öhdəliyi məhz onun üzərinə düşür.Həmçinin, ilk iddiaçı müvafiq akt əsasında aşkar edilmiş əşyaların ilk iddia tələbi üzrə cavabdehə qaytarmağa razı olduğundan, həmin hissədə tərəflər sübutetmək öhdəliyindən azaddır. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, hazırki iş üzrə ilk iddia tələbi və qarşılıqlı iddia tələbi məhz qarşılıqlı iddia üzrə aşkar olunmuş əşyaların geri qaytarılması hissəsində təmin edilməli, aşkar olunmayan və ilk iddiaçıda qalması sübut olunmayan əşyalara aid olan hissədə qarşılqlı iddia tələbi təmin edilməməlidir. Həmçinin, məhkəmə bununla əlaqədar ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Bununla bağlı, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, habelə əmlakın siyahıya alınmasına dair müvafiq aktı nəzərə alaraq, hesab edir ki, ilki iddia tələbi və qarşılıqlı iddia tələbi qismən təmin edilməli, ilk iddia tələbi üzrə ilk iddiaçıda qalması sübut olunduğu cehiz əmlaklar ilk iddiaçıdan alınaraq qarşılıqlı iddiaçıya geri qaytarılmalı,qarşılıqlı iddiaçı tərəfindən həmin əmlaklar ilk iddiaçının yaşayış evindən çıxardılmalı, qalan hissədə isə ilk iddia tələbi və qarşılıqlı iddia tələbi təmin edilməməli və ilk iddia tələbi üzrə və qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu tərəflərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia tələbi qismən təmin edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. ünvan 1 ünvanında olan fərdi yaşayış evində yerləşən aşağıda adları çəkilən əşyalar ilk İddiaçı alınaraq qarşılıqlı iddiaçı Cavabdeh qaytarılsın, qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən isə aşağıda adları çəkilən əşyalar ünvan 1 ünvanında olan fərdi yaşayış evindən (faktiki ilk iddiaçının istifadəsində olan) çıxarılsın : -2 ədəd rozvi dəsmal 1 ədədi 8 manat, 1 ədəd hamam dəsmalı ağ güpürlü 55 manat,1 ədəd hamam dəsmalı çəhrayı 8 manat, 2 ədəd ağ hamam dəsmalı naxışlı 1 ədədi 19 manat, 1 ədəd hamam dəsmalı qutuda 27 manat, 2 ədəd dəsmal qutuda 32 manat, 1 ədəd əl işi süfrə 80 manat, 1 ədəd küpürlü süfrə 45 manat, 1 ədəd küpürlü süfrə 25 manat, 1 ədəd qutuda süfrə ağ rəngli 38 manat , 1 ədəd narıncı süfrə 15 manat, 1 ədəd göy naxışlı süfrə 15 manat , 2 qutu 6 ədədli çay dəsmalı qutusu 25 manat, 1 ədəd rəngli çay dəsmalı ədədi 3,50 manat , 2 qutu yataq dəsti(2 nəfərlik) (85 manat,40 manat,35 manat və 35 manat) , 2 qutu yataq dəsti (tək) 45 manat , 4 ədəd yastıq üzü ədədi 7 manat güpürlü , 2 ədəd yataq (uşaq üçün) qutusu 18 manat, 25 manat,2 ədəd pxovu ədyal (tək nəfərlik) ədədi 25 manat, 2 ədəd pxovu ədyal (tək nəfərlik) 15 manat, 21)2 ədəd pxovu nazik (tək nəfərlik) ədədi 12 manat, 1 ədəd rəngli ədyal 18 manat , 1 ədəd sintifon yorğan 42 manat , 2 ədəd sintifon yastıq 15 manat , 4 ədəd yorğan-döşək 25 manat,3 ədəd yorğan (tək nəfərlik), 3 ədəd döşək (tək nəfərlik), 3 dəst taxt üzlüyü 40 manat,50 manat,280 manat, 6 ədəd döşəkçə, 1 ədəd televizor 82 ekran 600 manat 31) 1 ədəd divan 2 ədəd kreslo 1200 manat 60 manat üzlüyü 40 manat döşəkçə , 1 ədəd Tv altlığı dəstə daxil idi, 1 ədəd paltaryuyan “LG” markalı 6 kg 800 manat , 1 ədəd divar saatı 35 manat , 1 ədəd stol və 6 ədəd stul 650 manat , 3 ədəd lüstür 2-si xrustal ikisi hər biri 140 manat biri 60 manat sadə, 1 ədəd “Galaksi” markalı ət çəkən 260 manat , 1 ədəd “Galaksi” markalı soba 180 manat, 1 ədəd ütü masası 45 manat ,1 ədəd naçnik 85 manat, 3 ədəd qonaq otağına aid pərdə 55 manat , 2ədəd yataq otağına ad pərdə 260 manat, 1 ədəd qonaq otağına aid xalça 500 manat , 1 ədəd yataq otağına aid xalça 250 manat , 1 ədəd qonaq otağı dəsti 2 servant, 1 kamot, tv altlığı, 1 ədəd yataq otağı dəsti ( 1ədəd şkaf çarpayı,kamot,tumba), 5 ədəd xrustal bakal orginial xrustal-110 manat, 12 ədəd xrustal stəkan armudu original xrustal 80 manat , 11 ədəd nəlbəki, 12 ədəd kiçik nəlbəki 64 manat , 9 ədəd sok stəkan 9 manat, 12 nəfərlik yemək dəsti (göyrəngli) 330 manat-nimçə aş boşqabı dolma boşqabı,1 ədəd 12 nəfərlik qaşıq bıçaq çəngəl dəsti 230 manat , 12 ədəd kasa 16 manat,1 ədəd bıçaq dəsti 40 manat ,1 ədəd dəst şəklində qaşıq dəsti plastik 35 manat, 1 ədəd çörək qabı 3 manat 58) 2 ədəd cuğun vedrə 1 ədədi 25 manat , 1 ədəd kuxna otağı üçün pərdə 7 manat, 2 ədəd plastik maşa dəmir süzgəc 2 ədəd 1manat ,2 ədəd dəm çayniki böyük ölçülü, 1 ədəd dəst çaydan 21 manat, 1 ədəd böyük çuqun qazan (rəngi sarı) 18 manat , 1 ədəd çörək qabı 2.50 manat , 1 ədəd 6 ədədli çərəz qabı 17 manat,2 ədəd xrustal qənd qabı ədədi 15 manat ,1 ədəd 58-li termoz 3 dəst tort boşqabı (6 ədəd kiçik 1 ədəd böyük qutusu 43 manat 55 manat, 1 ədəd nikel qazan dəsti (6 ədədli-180 manat) 1 ədəd qranir qazan dəsti (5 ədədi) 90 manat 71) 1 ədədi cuun qazan dəsti (5 ədədi) 55 manat, 1 ədəd 6 nəfərlik çaynı serviz (rəngi ağ) ,2 ədəd xrustal meyvə qabı (original) 600 manat, 2 ədəd xrustal konfet qabı (original) 80 manat,80 manat, 2 ədəd güldan 1 ədəd original 1 ədəd sadə 90 manat 30 manat, 2 ədəd gül qabı ədədi 12 manat xrustal ,1 dəst duz qabı 6 ədədli xrustal 18 manat, 3 ədəd çılçıraq (2 ədədi xrustal,1 ədədi sadə) 220 manat ,60 manat , 1 ədəd güldan içində güllər 55 manat güldan 30 manat gül,2 ədəd xrustal mürəbbə qabı(xrustal) , 1 ədəd xrustal bakal 75 manat olan əmlaklar Yuxarıda göstərilən əmlaklarından (cehiz) hər hansı biri mövcud olmadıqda onların dəyəri qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı alınaraq qarşılıqlı iddiaçı Cavabdeh verilsin İlk iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. İlk iddia tələbi üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 160 manat məbləğində dövlət rüsumu ilk iddia tələbi üzrə və qarşılıqlı iddia tələbi üzrə tərəflərə aid edilsin. Qətnamədən tərəflərə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar