Məhkəmə qərarları › İş №2(002)-1293/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1293/2022

23.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1293/2022 23.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «nikahın pozulması,uşaqların ananın yanında və himayəsində saxlanılması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı « nikahın pozulması,uşaqların ananın yanında və himayəsində saxlanılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh Qəfar oğlundan uşaqların saxlanılması üçün alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sora iddiaçı iddia tələbinə əlavə təqdim edərək,Cavabdeh ilə arasında bağlanmış xx.xx.2016-cı il tarixdə,394 nömrəli qeyd ilə Azərbaycan Respublikası Masallı Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeyd olunmuş nikahının ləğv edilməsi,birgə nikahdan doğulmuş xx.xx.2009-cu il tarixdə qızı X2,xx.xx.2011-ci il tarixdə qızı X3,xx.xx.2014-cü il tarixdə oğlu X1 anası İddiaçı yanında və himayəsində saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələbindən aliment hissəsinin çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2016-cı il tarixdə,394 nömrəli qeyd ilə Azərbaycan Respublikası Masallı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnaməyə əsasən rəsmi nikaha girib ailə qurmuşlar.Bu evlilikdən xx.xx.2009-cu il tarixdə qızı X2,xx.xx.2011-ci il tarixdə qızı X3,xx.xx.2014-cü il tarixdə oğlu X5 doğulmuşdur.Məhkəməyə iddia ərizəsi ilə müraciət etməsinin səbəbi cavabdehin içki aludəçisi olması və onu uşaqlarının gözü önündə döyməsi səbəbindən birgə yaşamaqlarının mümkün olmamasıdır.Artıq dörd aydan çoxdur ki,ata-anasının yanında Qaradağ rayonu,Lökbatan qəsəbəsi,Nizami küçəsi,ev 19,mənzil 4-də məcburiyyətdən uşaqları ilə birgə ata evində yaşayır.Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, boşanmaq istədiyini, alimen tələbinin olmadığını, cavabdehin hazırda həbsdə olduğunu, onun ona və uşaqlara qarşı çox pis davrandığını, buna görə də tutulduğunu, uşaqları atalarının edtiklərindən psixoloji travma aldıqlarını, ona görə də məhkəməyə gəlmələrini istəmədiyini, bu halın onlara pis təsir edəcəyini, həmin halların nəzərə alınmasını bildirərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş AZ-İİ 128843 nömrəli nikah haqqında şəhadətnamənin məzmunundan görünür ki, Cavabdeh ilə X4 arasında xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Masallı Rayon Qeydiyyat Şöbəsi 394 saylı akt qeydi ilə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada Səfərova, ərə Səfərov soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ 818559 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2011-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİ 818558 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2009-cu il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİİ 792630 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2014-cü il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulması razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən ər-arvadın nikahın pozulması razılığı olduqda, bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ərarvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər xx.xx.2016-cı il tarixində rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahdan 3 övladı vardır. Tərəflər arasında faktiki ail-nikah münasibətləri pozulmuş, ailənin bərpası mümkünsüzdür. Həmçinin, məhkəmə uşaqların hansı valideynin himayəsində qalması məsələsinin həlli zamanı cavabdehin faktiki vəziyyətinin nəzərə alınmasını zəruri hesab edir. Bu halda, məhkəmə ailə qanunvericiliyinin tələblərini əsas götürərək, hesab edir ki, tərəflər arasında olan nikah pozulmalı, xx.xx.2009-cu il tarixdə qızı X2,xx.xx.2011-ci il tarixdə qızı X3,xx.xx.2014-cü il tarixdə oğlu X5 iddiaçı anaları İddiaçı yanında və himayəsində saxlanılmalıdır Həmçinin, məhkəmə hesab edir ki, mülki iş üzrə hazırki halda iddiaçının uşaqların saxlanması üçün aliment tələbinin olmaması halı nəzərə alınmasını zəruridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd olunan halları əsas götürərək, habelə iş üzrə toplanmış sübutlar məcmuəsinə məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Masallı Rayon Qeydiyyat Şöbəsi 394 saylı akt ilə bağlanmış nikah pozulmalı, xx.xx.2009-cu il tarixdə qızı X2,xx.xx.2011-ci il tarixdə qızı X3,xx.xx.2014-cü il tarixdə oğlu X1 iddiaçı anaları İddiaçı himayəsində və yanında saxlanılmalı, ödənilmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı ildə Masallı Rayon Qeydiyyat Şöbəsində 394 saylı akt ilə bağlanmış nikah pozulsun. xx.xx.2009-cu il tarixdə qızı X2,xx.xx.2011-ci il tarixdə qızı X3,xx.xx.2014-cü il tarixdə oğlu X1 iddiaçı anaları İddiaçı himayəsində və yanında saxlanılsın. Ödənilmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar