Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1302/2023 17.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı qəyyumu Qanuni nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı qəyyumu Qanuni nümayəndə Cavabdeh qarşı «aliment öhdəliyinə xitam verilməsi və aliment borcunun ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qəyyumu Qanuni nümayəndə Cavabdeh qarşı «aliment öhdəliyinə xitam verilməsi və aliment borcunun ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(002)- 73/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş, İddiaçı xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X4 adlı uşaqların saxlanılması üçün bir uşağa görə 160 manat, iki uşağa görə cəmi 320 manat alimentin tutulmasına dair aliment öhdəliyinə xitam verilməsi və yaranmış aliment borcunun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qəyyumu Qanuni nümayəndə iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 09 noyabr 1982-ci il tarixdə İddiaçı ilə ailə qurmuşdur. İddiaçı xx.xx.1961-ci il tarixdə Cəlilabad rayonunda doğulmuş, onunla birlikdə ünvan 1 ünvanda yaşayır. İddiaçı «ətrafın hərəkət funksiyasının və hərəkət koordinasiyasının kəskin təzahürü pozulması və afaziya ilə nəticələnmiş sinir sisteminin müxtəlif xəstəliklər» diaqnozu ilə müddətsiz birinci qrup əlildir. İddiaçı xüsusi qulluq olmaqla, o, Bakı şəhəri Qaradağ Rayon Rəhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-2506/2022 saylı qətnaməsi ilə fəaliyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və onun İddiaçı qəyyum təyin edilməsi barədə müraciət edilmişdir. Hazırda İddiaçı sinir pozğunluğu ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir və o, İddiaçı baxır. Sonradan onlara məlum olmuşdur ki, İddiaçı cavabdehlə faktiki nikahdan xx.xx.2015-ci ildə X3 və xx.xx.2011-ci ildə X4 adlı iki uşaqları olmuş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı iki uşağın saxlanlması üçün bir uşağa görə 160 manat, iki uşağa görə cəmi 320 manat alimentin tutulması qət edilmişdir. Bildirir ki, İddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxsdir. Cəmi 350 manat pensiya alir, həmin pul isə onun müalicəsini belə görmür. Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsində göstərilir ki, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. İddiaçı qəyyumu Qanuni nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı DSMF-dən İ dərəcə əlilliyi müəyyən edilmiş şəxs kimi 200 manat məbləğində Prezident təqaüdü, 270 manat məbləğində sosial müavinət alır. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının qəyyumu Qanuni nümayəndə və Cavabdeh izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli, 2(002)-73/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı «atalığın müəyyən edilməsi və aliment» tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhərində doğulmuş xx.xx.2015-ci il təvəllüdlü Hüseynli Elcan və xx.xx.2011ci il təvəllüdlü Hüseynli Ayla adlı uşaqların atasının İddiaçı olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmiş; uşaqların adına yeni doğum haqqında şəhadətnamə verilərkən şəhadətnamələrin ata qrafasında İddiaçı kimi qeyd aparılması; qətnamənin doğum haqqında şəhadətnamələrin verilməsi üçün əsas olması; cavabdeh İddiaçı xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər bir uşaq üçün hər ay 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin 2 uşaqlarının olması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(002)- 2506/2022 saylı qətnaməsindən görünür ki, ərizəçi Qanuni nümayəndə maraqlı şəxs Qaradağ rayon İcra Hakimiyyətinə qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi təmin edilmiş, 01 avqust 1961-ci il tarixdə Cəlilabad rayonu Tülkülü kəndində doğulmuş İddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 25 yanvar 2023-cü il tarixli 20 saylı sərəncamından görünür ki, Qanuni nümayəndə fəaliyyət qabiliyyəti olmayan İddiaçı üzərində qəyyum təyin edilmişdir. 1 saylı Bakı DOST Mərkəzinin 04 may 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı DSMF-dən İ dərəcə əlilliyi müəyyən edilmiş şəxs kimi 200 manat məbləğində Prezident təqaüdü, 270 manat məbləğində sosial müavinət alır. Bakı 9 saylı Mediasiya təşkilatının 27 mart 2023-cü il tarixli, MŞB/9/2023-00550 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı qəyyumu Qanuni nümayəndə 27 mart 2023-cü il tarixdə saat 14.30-da keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat mediasiya xərcini ödəmiş, lakin Cavabdeh həmin sessiyada iştirak etməmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı qəyyumu Qanuni nümayəndə iddia tələblərini əsaslandırarkən Ailə Məcəlləsinin 107.2-ci və MPM-in 233.4-cü maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Mülki Prosessual Məcəllənin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. İddiaçı tərəf Cavabdeh qarşı «aliment öhdəliyinə xitam verilməsi və aliment borcunun ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, İddiaçı sosial təyinatlı ödənişlər edilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 98 nömrəli qərarına əsasən aliment tələbi üzrə tutulmalar məcburi dövlət sosial sığorta ödəmələrinə aid edilən müavinətlərə, sosial müavinətlərə və faktiki alınan pensiya ilə bağlı ödənişlərə yönəldilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 113.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş əsasında müəyyən olunmuş aliment öhdəliklərinə tərəflərdən birinin ölümü nəticəsində, sazişin müddəti bitdikdə və ya sazişdə nəzərdə tutulmuş əsaslar üzrə xitam verilir. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir: - uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə; - aliment ödənilən uşaq övladlığa götürüldükdə; - aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda; - aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə; - əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda. Göstərilənlərdən aydın olur ki, qanunvericilikdə iddiaçının qeyd etdiyi əsaslarla aliment öhdəliyinə xitam verilməsi ilə bağlı hər hansı bir norma yoxdur. Qanunvericilik buna müvafiq əsaslar mövcud olduqda şəxsin aliment borclarını ödəməkədən tamamilə və ya qismən azad edilməsi, və ya ödəmələrin miqdarının və müddətlərinin dəyişdirilməsi imkanı verir. Hazırki iş üzrə Ailə Məcəlləsinin 107.2-ci maddəsində və Mülki Prosessual Məcəllənin 233.4-cü maddəsində təsbit edilmiş hallar mövcud deyil. Məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 58 manat məbləğində dövlət rüsumu və 50 manat mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı qəyyumu Qanuni nümayəndə Cavabdeh qarşı «aliment öhdəliyinə xitam verilməsi və aliment borcunun ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş 58 manat dövlət rüsumu və 50 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı qəyyumu Qanuni nümayəndə Cavabdeh qarşı «aliment öhdəliyinə xitam verilməsi və aliment borcunun ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 58 manat dövlət rüsumu və 50 manat mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1302/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1302/2023
17.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver