Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1321/2025 30.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-1804/2023 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin azaldılaraq ondan xx.xx.2019-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət olunan xx.xx.2023-cü il tarixdən hesablanmaqla, hər ay bir uşaq üçün 110 sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-1804/2023 saylı qətnaməsi ilə cavabdeh İddiaçı xx.xx.2019-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət olunan xx.xx.2023-cü il tarixdən hesablanmaqla, hər ay bir uşaq üçün 220 sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. O, evlidir, 3 uşaq atasıdır. Bir səhv edib Cavabdeh ilə nikahdan kənar münasibəti olmuşdur. Daha sonra isə münasibəti olmamışdır. Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X1 dünyaya gəldiyini, ondan heç bir tələbi olmadığını, uşağın atası kimi doğum şəhadətnaməsində qeyd olunmağını istədi. O, uşağın onun olduğunu fikirləşərək və razılaşdı. Daha sonra cavabdeh ona qarşı məhkəmədə aliment tələbi barədə iddia qaldırdı və iddiası təmin edildi. Onun ailəsində söz-söhbət oldu və problem yarandı. Öz ailəsi də dağıldı.Hazırda o, digər üç övladına görə 500 manat aliment ödəyir. Buna görə 220 manat Cavabdeh ödəyə bilmir və ona çox çətindir.Buna görə də görə o,"aliment məbləğinin azaldılması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmunua uyğun izahat verdi və bildirdi ki, cavabdehin evində usta işləyəndə onu tanıdığını,cavabdeh əvvəl aliment tələbinin olmamasını bildirsə də, sonradan aliment iddiası verdiyini öyrəndiyini,hal-hazırda ikincı ailəsi də çıxıb getdiyini, ona da aliment ödədiyini, Könülə 220 manat, digər arvadına 500 manat aliment ödədiyini, digər arvadının onu 3 dəfə həbs etdirdiyini, qazanxanada işlədiyini və 400 neçə manat əməkhaqqı aldığını qeyd etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəmənin ünvanına iddia tələbinə etiraz ərizəsi göndərərək bildirmişdir ki, iddiaçı Namazov X3 rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Qaradağ rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-1804/2023 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin azaldılaraq xx.xx.2019-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək məhkəməyə müraciət olunan xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay 110 manat sabit pul məbləğində alimentin tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Qeyd etmək istəyirəm ki, İddiaçı iddia ərizəsində göstərdiyi əsaslar həqiqəti əks etdirmir. İddiaçının maddi durumu olduqca yaxşıdır və fərdi əməklə məşğuldur, kifayət qədər aylıq gəliri vardır. İddiaçı mənə qarşı olan prinsipial mövqeyi hazırkı iddia ilə məhkəməyə müraciət etməyə əsas vermişdir. Belə ki, iddiaçı keçən il mənə qarşı atalığa dair mübahisə açma və aliment borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə Qaradağ rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Qaradağ rayon məhkəməsinin 2(002)-1653/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadı ilə iddiçının müraciəti əsasında İddiaçı Cavabdeh qarşı atalığa dair mübahisə açma və aliment borcunun silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılması qərara alınmışdır.Göründüyü kimi iddiaçı 2024-cü il tarixdə də eyniməzmunlu iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırkı iddia tələbi isə həmin göstərdiyi mövqeyinin davamıdır.Məlumat üçün bildirir ki, azyaşılı oğlunun səhhətində hazırda narahatçılıq vardır. Övladının xəstəliyinə qlabnefrilik diaqnozu qoyulub, yəni sidiyə qan gedir, böyrəyinin üst qatı zədələnmişdir. Hazırda ev şəraitində davamlı müalicə alır və bir neçə aydan bir xəstəxana şəraitində müalicəsi davam etdirilir. Xroniki virusu olduğuna görə hər ay temperaturu qalxır. Oğlunun müalicəsi Oksigen klinikasında davam edir. O, hər ay 200 manat oğlunun analizlərinə (sidiy analizi, əkmə, qan analizi), həkimlərinə yoxlanışlarına ödəniş edir. Onun özü isə sığorta ödənişlərindən sonra ümumi 320 manat maaş alır. Valideynlərinin ona göstərdiyi dəstəkləri sayəsində övladının müalicəsini edir və kurslara göndərirəm. Övladı 253 saylı orta məktəbdə oxuyur, qəsəbədə yerləşən "X13 Mərkəzi"nə ödənişli kursa gedir, "11 saylı Gənclər Mərkəzi"nə şahmat dərslərinə gedir.Göründüyü kimi, mən tək ana olaraq övladımın səhhəti və təhsili üçün əlimdən gələni əsirgəmirəm. Lakin İddiaçı iddia ərizəsində onun barəsində xoş olmayan fikirlər səsləndirməkdə davam edir. Halbuki, o, 2018-cı ilin noyabr ayında İddiaçı ilə evlənərək, qeyri-rəsmi nikaha daxil olmuşdur. Neçə illər bir ailə kimi yaşamışdılar. Bir birinin ailəsinin xeyirndə şərində iştirak etmişlər. Bu gün isə oğluna aliment pulu verməmək üçün min cür yalanlar danışır. Hələ bu azmış kimi onun şəxsiyyətini alçaldır.İddiaçı uşağın qayğıları ilə maraqlanmır, ona ata qayğısı, nəvazişi göstərmir. Uşağın bütün öhdəlikləri onun üzərindədir, bütün ehtiyaclarını o, qarşılayır, o cümlədən, gündəlik tələbatını qarşılamaqda maddi cəhətdən çətinlik çəkirəm və onun maddi yardıma ehtiyacım vardır. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)- 1804/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh İddiaçı xx.xx.2019-cu ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün, məhkəməyə müraciət olunan xx.xx.2023-cü il tarixdən hesablanmaqla, hər ay bir uşaq üçün 220 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-1581/2019 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlu X5 və xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 160 (bir yüz altmış) manat məbləğində aliment, həmçinin uşağın 3 yaşına çatanadək hər ay 50 (all) manat məbləğində pul vəsaiti xx.xx.2019-cu il tarixdən başlayaraq İddiaçı tutulub (alınıb) X7 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətə inizbati həbs olunması və həbs etmənin əvvəli 11 sentyabr 2024-cü il saat 18:50-dən hesablanması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçi barədə məlumata dair xx.xx.2024-cü il tarixli çıxarışından görünür ki, İddiaçı "xxxx" ASCnin 379 saylı qazanxanasında mövsümü əməliyyatçı olaraq işləyir, əmək müqaviləsinin müddəti xx.xx.2025-ci ildə bitir, əmək haqqı 446 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Respublika Pediatriya Mərkəzi publik hüquq şəxsin epikrizindən görünür ki, xx.xx.2019-cu ildə doğulmuş X2 N10 kəskin tubulointerstisial nefrit diaqnozu qoyulmuş və mütəmadi sahə həkiminin nəzarəti altında olması tövsiyyə olunmuşdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “İlkin mediasiya sesiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, tərəflər arasında olan “alimentin azaldılması barəsində” ilkin mediasiya sessiyası prosedurunu keçmişdirlər. Məhkəmə hazırki mülki iş ilə bağlı qeyd edir ki, tərəflərin 1 övladının olması və azyaşlı uşağın cavabdehin yanında qalması, həmçinin onların saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Hazırda iddiaçı maddi və ailə vəziyyətinin nəzərə alınaraq aliment məbləğinin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddiasını müdafiə etmişdir. Cavabdeh isə etiraz edərək iddia tələbini qəbul etməmişdir. Etirazını isə uşağın səhhəti ilə əlaqədar daimi həkim nəzəarətində müalicə olunması və eyni zamanda hazırki vəziyyətdə təyin edilmiş alimentin məbləğinin böyüməkdə olan uşağın təminatlarına kifayət etmədiyi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Göründüyü kimi, ailə qanunvericiliyində aliment ödənilməsinin iki qaydası müəyyən edilmişdir: könüllü - uşaqları saxlamaq barədə saziş əsasında (aliment ödənilməsi barədə saziş); məcburi -məhkəmə qərarı əsasında. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin birgə nikahdan doğulmuş uşaq cavabdehin himayəsindədir və onun iddiaçıdan hər ay uşağa görə 220 manat məbləğində aliment alır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). Həmin qərarın 8.12-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. İşin müəyyən edilmiş həqiqi hallarına əsasən azyaşlı uşağın saxlanması üçün hazırda iddiaçı tərəfindən bir uşağa görə hər ay ödənilən 220 manat aliment miqdarı hazırda uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən (246 manatdan) azdır. Uşağa qulluq edən, onun sağlamlıq və məişət qayğılarını bilavasitə çəkən cavabdehin isə maddi cəhətdən imkanları məhduddur. Məhkəmə hesab edir ki, qanunvericilkidə alimentin tutulması üçün valideyinin işləməsi və ya kifayət qədər imkana malik olması məcburi şərt kimi müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə iddia tələbini əsassız hesab edir və qeyd edir ki, iddia təmin edilməməlidir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-cü il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddia tələbi təmin edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilməsin. İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(002)-1321/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1321/2025
30.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver