Məhkəmə qərarları › İş №2(002)-1392/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1392/2022

29.06.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1392/2022 29.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X9 oğlunun katibliyi ilə, İddiaçının, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçının Cavabdehnə qarşı «əmək haqqının ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının Cavabdehnə qarşı «əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bakı şəhəri Qaradağ rayonu Cavabdehndən xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş əmək haqqının tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi təqdim edərək, ona ödənilməyən əmək haqqı məbləğinin 7150.59 manat hissəsinin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixdə Qaradağ rayon Cavabdehnə vergi və ödənişlər şöbəsinə müfəttiş vəzifəsinə təyin edilmişdir.xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən pensiya yaşına çatdığına görə təqaüdə göndərilmişdir.Təqaüdə çıxdıqdan sonra onunla son haqq hesab edilməyib.İşlədiyi illərin də pulu da verilməyib.Bir neçə dəfə pulu tələb etsə də,ona ödəniləcək pulu vermiyəcəklərini bildirmişlər.Bununla əlaqədar X7 müraciət etmiş X5 Bakı şəhər İdarəsinin xx.xx.2021-ci il tarixli N-li **********1 saylı məktubu ilə o bildirmişdilər ki,Cavabdeh ona 7150.79 manat ödənməmiş əmək haqqısı vardır.Qeyd edilənləri nəzərə alınaraq, iddia tələbinin təmin eidlməsi barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəməyə 23 may 2022-ci il tarixli ərizə göndərərək, İddiaçı Səbzalı oğlunun iddia tələinin əsassız olduğunu, xx.xx.2015-ci il tarixdə rəhbərlik etdiyi Cavabdehndə İddiaçı 03.022015-ci il tarixdə müfəttiş vəzifəsinə qəbul etmişdir. Bələdiyyə yerli özünüidarə orqanı olduğu üçün büdcə yerli vergilər hesabına maliyyələşir, bu büdcənin formalaşması müfəttişən asılıdrı. Sonradan onun öz xahişi ilə vəzifəsi dəyişdirilərək, mühəndis vəzifəsinə keçirilmişdir. Lakin sonradan özünün istəyi ilə xx.xx.2017-ci il tarixdən Vergi və Ödənişlər şöbəsinə müfəttiş kimi keçirilib. İşlədiyi müddətdə dəfələrlə nöqsanlara yol vermiş, buna qarşı iradını bildirsə də, hç bir nəticə çıxmayıb. Hər gün işə gələrək davamiyyət jurnalına imza atıb, lakin işə çıxmayıb.çıxdığı zamanlarda isə öhdəliyini tam yerinə yetirməyib. O bələdiyyənin maliyyə vəziyyətinin yaxşı olmadığını bildiyi halda, işədn çıxmamışdır, əgər əmək haqqı almamışdırsa, vaxtında niyə şikayət etmiyib, çnki qeyri-qanuni yolla pul alıb vergi adı ilə, sonra çekini aparmayıb. Onu dəfələrlə işdən çıxartmaq istəmiş onun xahişçi ilə təqaüd yaşına kimi işdə qlamasını təmin etmişdir. məqəsədi həmin əmək haqqı pullarını ondan tələb etmək imiş onu hədələdiyini qeyd etmişdir. bu halların nəzərə alınmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak edərək, iddia tələbini qəbul edərək, ərizənin məzmununa uyğun izahat verərək, öz izahatında iddiaçının həqiqətən qeyd eidlən tarixlərdə bələdiyyədə işlədiyini, onun işçisi olduğunu, əmək haqqı hesablandığını, lakin həmin əmək haqqı məbləğinin verilməməsi ondan asılı olmayan haldan baş veridyini, iddiaçıya hesablanmış əmək haqqı məbləğinin verilməsi qəsdən olmamış, bu hal büdcə vəsaiti olmadığından baş vermişdir, bütün bu halların nəzərə alınaraq, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heçbir məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materialalrında olan **********1 nömrəli xx.xx.2021-ci il tarixli məktubun məzmunundan görünür ki,İddiaçı ilə Qaradağ rayonu Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respunlikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə (İşçi yaşa,əlilliyə görə əmək pensiyasına çıxdıqda) əsasən, xx.xx.2021-ci il tarixdə xitam verildiyi məlum olmuşdur,həmin sənədlərdən əmək haqqının 7150,59 manat öədnilmədiyi, eyni zamanda son haqq-hesabın öədnilməsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinin pozulduğunun aşkar edilmişdir. bu səbəbdən Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixli MN1051269 saylı inzibati xəta haqqnda protokol tərtib edilmişdir. Cəmiyyətin rəhbərinə son haqq-hesabın öədnilməsi ilə bağlı **********6 saylı xx.xx.2021-ci il tarixli məktub göndərilmişdrir. Qeyd edilənlərlə razılaşmadığınız təqdirdə məhkəməyə müraciət etmək hüququnun olması qeyd edilmişdir. İş materiallarından görünür ki, Bəkirov X3 Bələdiyyəsində xx.xx.2021-ci il tarixədək işləmişdir. İş materiallarında olan Qaradağ rayonu Cavabdeh tərəfindən tərtib edilmiş əmək haqqı cədvəlinin məzmunundan aydın olur ki, İddiaçı 01.001.2021-ci il tarixə 6697,35 qəpikyekun olaraq 6934,19 manat əmək haqqı hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. “Əmək haqqının mühafizəsi haqqında” BƏT-nin 1949-cu il tarixli Konvensiyasında əmək haqqının vaxtında ödənilməsi və əməkçiləri işdən getmək üçün real imkandan məhrum edən hər hansı bir ödəniş sistemlərinin tətbiqini qadağan olunması prinsipi qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəllənin 9-cu maddəsində nəzərdə tutulmuş işçinin malik olduğu hüquqlardan biri də qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq və iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək hüququ qeyd edilmişdir. Həmin Məcəllənin 43-cü maddəsinə əsasən işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması əmək müqaviləsində göstərilməlidir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 87.5-ci maddəsinə əsasən işəgötürən tərəfindən bu Məcəllənin 173-cü maddəsində nəzərdə tutulmuş qaydada işçilərin əmək haqqının və digər ödənclərin verilməsi və qeydiyyatı aparılan haqqhesab sənədi (kitabçası, vərəqi, çeki) tərtib edilir. Həmin Məcəllənin139.1-ci maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır.İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 154.2-ci maddəsinə əsasən bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrıseçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Həmin Məcəllənin 172 1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmin Məcəllənin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.İşçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Həmin Məcəllənin 173.1-ci maddəsinə əsasən işəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir. Həmin Məcəllənin 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi, əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması ilə bağlı işçi ilə işəgötürən arasında yaranmış əmək mübahisələri də daxildir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Məhkəmədə tədqqi edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçı Cavabdehndə əmək müqaviləsi əsasında işləmiş və xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixdək olan dövr üçün ona əmək haqqı düzgün hesablanıb ödənilmədiyini, işəgötürən qismində Cavabdeh onunla son haqq-hesab aparmadığını, son haqq hesab üzrə ona 7150,59 manat öədnilməli olduğunu, lakin ödəmədiyini əsas gətirərək, iddia tələbinin əsası kimi qeyd eidlən hallara istinad etmişdir. Cavabdeh tərəf iddia tələbində qeyd eidlmiş halları, habelə iddiaçıya son haqq-hesabın ödənilmədiyini qəbul etsə də, bu halın büdcədə vəsait olmaması halı ilə bağlı olduğunu, ondan asılı olmayan səbəbdən baş veridiyini əsas gətirərək, iddia tələbinə etiraz etmişdir. Həmçinin, məhkəmədə tədqiq edilmiş X4 müvafiq məktubu, tərəflərin izahatı və digər mötəbər sübutlar əsasında müəyyən eidlmişdir ki, işəgötürən qimsində cavabdeh işçi qimsində iddiaçı ilə bağlanılmış əmək müqaviləsi üzrə öz öhdəliklərini lazimi qaydada icra etməmiş, işçiyə əmək haqqı məbləği lazimi qaydada ödənilməmiş, habelə işçi ilə son iş günü haqq-hesab edilməmişdir. Bununla da,məhkəmə araşıdrması zamnaı işəgötürən qimsində çıxış edən cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9,83,87, 144,156,172,173-cü maddələrinin tələbləri pozulması halı müəyyən edilmişdir. Həmçinin, məhkəmədə tədqiq eidlmiş sənədlər (X8 tərəfindən hesablanmış son haqq-hesab sənədləri) əsasında müəyyən edilmişdir ki, işəgötürən qismində çıxış edən cavabdehin işçi qismində çıxış edən iddiaçı ilə bağlanılmış əmək müqaviləsi üzrə iddiaçıya ödəməli olduğu, lakin ödənilməyən son haqq-hesab üzrə ümumi ödənişin məbləği 7150,59 manat təşkil edir. Cavabdeh qeyd edilən məbləğin 6934,19 manat olduğunu qeyd etsə də, həmin hala dair heç bir maliyyə sənədləri və digər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Əmək Məcəlləsinin 297-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması Əmək Məcəlləsi, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Həmin Məcəllənin 301-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir. Həmin məcəllənin 290-cı maddəsinə əsasən fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında ” Azərbaycan Respubikası 9.1.14-cü maddəsinə əsasən bələdiyyələr məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalı, cavabdeh Bakı şəhəri Qaradağ rayonu Cavabdehndən işçiyə ödənilməyən əmək haqqı və son haqq-hesab məbləğinin əvəzi olaraq 7150,59 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Qaradağ rayonu Cavabdehndən işçiyə ödənilməyən əmək haqqı və son haqqhesab məbləğinin əvəzi olaraq 7150,59 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən qətnamənin tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar